Roman, povestlər



Yüklə 3 Mb.
səhifə141/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   137   138   139   140   141   142   143   144   ...   158

 474 

— adicə bir kafedra müdiri olacaq-nə burdakı imtiyazları 

qalacaq, nə burdakı imkanları... İndi bir gör camaat bunu necə 

bəzəyib: Parijə çatmaq-filan... Bakını tikib qurtarmayınca... Ay 

səni!.. 

Bu cür ad çıxartmağın özü də elə fərasətdir... "Cığal Şövqü". 

Fuad Salahlının sözü idi bu. Ancaq Fuad Salahlıdan bircə dəfə 

eşitmişdi cəmi-cümlətanı. Oqtaydan daha tez-tez eşidərdi bu 

ifadəni,  əlbəttə o vaxtlar, Fuad hələ Rumiyyəylə evlənmədiyi 

illər. İndi Oqtayın nə həddi vardı Fuadın yanında qayınatasına 

cığal desin. O vaxtlar — Fuad Şövqügilə ayaq açandan sonra, 

amma hələ Rumiyyəylə aralarında bir şey olmayan zamanlarda 

— bir dəfə  Şövqünün üstündə Oqtayla mübahisələri düşdü. 

Oqqay  Şövqünü yamanlayır, Fuad isə müdafiə edirdi. Oqtay 

deyirdi ki, Şövqünün heç bir memarlıq prinsipi yoxdur, həmişə 

üzdədir, çünki burnu havadan iy çəkir, hansı dövr nə üslub, nə 

forma tələb edirsə ona da uyğunlaşır. Fuad da etiraz edib 

deyirdi ki, bu məgər pisdir? Dövrün tələbinə cavab vermək — 

özü məgər bir prinsip, bir əqidə deyil? Oqtay da onda dedi ki, 

— nədənsə  bu sözlər Fuadın yadında qalıb — əqidələr 

cürbəcür olur-doğrusu da ola bilər, yanlışı da... Amma əgər bir 

adam öz əqidəsinə görə  əzab-əziyyətə, zillətə dözürsə bu bir 

şeydir, başqa bir adam öz əqidəsinə görə  hər cür imtiyazlara 

nail olursa, naz-nemət içində dolanırsa — bu başqa  şey... 

Deməli, Oqtayın sözündən belə  çıxırdı ki, imtiyazlar verən 

əqidə yanlış  əqidədir — absurd fikirdir, bu fikrin məntiqi 

ardıcıllığını davam etdirsən nələrə  gəlib çıxmaq olar. İlk 

xristianlar öz əqidələri yolunda min işgəncəyə dözürdülər, ya 

islam şəhidləri öz əqidələri yolunda ölümə gedirdilər, bu məgər 

onların  əqidələrinin düzgün olması deməkdir? Bu mübahisəni 

Oqtay: "Hər halda Şövqü çığaldır!" — sözləriylə bitirdi. — 

Görünur Fuadın dəlillərinə tutarlı bir cavab tapa bilmədi. — 

Cığaldır, vəssalam, oyununu düz, qayda-qanunla oynamır... 

Qəribədir ki, Fuad sonralar dəfələrlə bu sözləri yadına salır 

və tam başqa bir çəhətdən bu ifadəyə haqq qazandırırdı: Şövqü, 



 475 

doğrudan da cığal idi, amma bu sözün Oqtaygil nəzərdə 

tutduğu mənasında yox, hərfi, müstəqim, birbaşa anlamında... 

Şövqü  şahmat oyununda yaman cığal idi. Bu oyunu yaman 

sevirdi, özü də babat oynayırdı, yaxşı yox, məhz babat, 

ortabab... Fuadla yaxınlıqlarının ilk çağlarında  şahmat onların 

arasında bir növ ünsiyyət körpüsüydü. 

O ilk vizitdən sonra Fuad tez-tez gəlməyə başladı. 

Şövqügilə. İlk vaxtlar Şövqü özü onu axtarıb tapar, evinə dəvət 

edər, oxumağa kitablar, baxmağa albomlar verərdi. Arabir 

xırda-para memarlıq tapşırıqları da verər, kurs işlərinə  nəzər 

salar, sırf professional qeydlər və məsləhətlər edərdi. 

Bu kitabları, albomları oxuyub qaytara-qaytara, tapşırıqları 

yerinə yetirə-yetirə Fuad bu evə ayaq açdı  və bir qədərdən 

sonra ailələrinə  məhrəm oldu. Bu vizitlər zamanı  Şövqüylə 

hökmən bir-iki partiya şahmat oynayırdılar. Oyuna 

başlamazdan  Şövqünün öz təklifiylə razılaşardılar ki, "bax, 

qaytarmaq yoxdur, fiqura toxundunmu, gərək onu oynayasan", 

Fuad bu qaydaya tam riayət edirdi, getdiyi oyunun səhv 

olduğunu dərhal başa düşsə  də qaytarmırdı, amma Şövqü, 

Şövqü belə bir səhv oyun oynayıb uğursuz nəticəsini görən 

kimi "yox, bu olmadı, mən huşsuzluq elədim, sən də fürsətdən 

istifadə etdin" deyə oyunu qaytarır, başqa fiqurla hərəkət 

edirdi. Və buna görə, Fuad Şövqüdən qat-qat yaxşı oynasa da, 

həmişə uduzmalı olurdu. Onun heç bir vaxt udmaq imkanı yox 

idi, çünki rəqibini nə qədər çətin vəziyyətə salır salsın, Şövqü, 

"yox, bu olmadı", — deyib bir neçə oyunu geri qaytarır, 

özüyçün  əlverişli vəziyyət yaradırdı. Fuad içində qovrulurdu, 

amma heç cür üzə vurmurdu, Şövqünün bütün cığallıqlarını 

təbəssümlə udurdu. Ən çox onu yaxıb-yandıran o idi ki, Şövqü 

bu yolla qələbə qazanan kimi: "Hə, gördün dostum, — deyə 

qürrələnirdi. — TGet dolan hələ, xamisən, hənuzU, bəs sən nə 

bilirdin? Elə bilirdin qoca Şövqü bir stəkan sudur ki, götürüb 

içəsən. Məni udmaq tül işdir"... 

Şövqünü udmaq, doğrudan da çətin idi, daha doğrusu qeyri-



 476 

mümkün idi, çünki elə bil onunçün heç bir qanun-qayda 

yazılmamışdı. Nə isə... Çığal  Şövqü. Qəribə ayamadır, kimin 

ağlına gəlib bu görəsən? 

Rumiyyəyə  də keçmişdi bu cığallıq.  Əlbəttə, Rumiyyə  nə 

şahmat, nə  də başqa bir oyun oynardı, amma Fuad bu sayaq 

cığallıq prinsiplərini adicə  həyat, məişət məsələlərində  də çox 

müşahidə etmişdi. Rumiyyəyçün də əsas şey — məqsədinə nail 

olmaq, istədiyinə çatmaq idi. Hansı yolla, nə üsulla — bütün 

bunların o qədər də əhəmiyyəti yox idi. 

Rumiyyəylə yaxınlıqları elə şahmatdan başladı. 

"Salam" və "xudahafizdən" başqa Fuadın Rumiyyədən 

eşitdiyi ilk söz, daha doğrusu ilk cümlə. "Mənə  də öyrədin 

şahmat oynamağı" — cümləsi oldu. 

Fuad həmişəki kimi Şövqüylə oynayırdı,  Şövqünün 

vəziyyəti bir az qəliz idi və o, dərin fikirlərə dalmışdı. Bilqeyis 

xanım evdə yox idi və çayı onlara Rumiyyə  gətirirdi. Yapon 

qravürləriylə süslənmiş qara podnosda iki stəkan çay, limon, 

mürəbbə, qənd gətirdi qoydu, amma nədənsə  həmişə olduğu 

kimi otaqdan çıxmadı, onların yanında kürsüyə çökdü və 

şahmat taxtasına baxmağa başladı. Fuad göz qoydu ki, 

Rumiyyə heç bir şey anlamadığı  şahmat oyununa diqqət 

kəsilərək, arabir oğrun-oğrun ona, Fuada da baxır... Birdən birə 

Fuada müraciət edib, şahmat öyrətməsini istədi və əlavə etdi: 

Papa elə hey söz verir, amma öyrətmir... 

Əlbəttə, Fuad ona şahmat-filan öyrətmədi, nə onda, nə 

sonralar, yəqin elə Rumiyyə özü də bunu sözgəlişi demişdi; sən 

deyən xüsusi bir arzusu yox idi. Amma bu təklifdən sonra onlar 

arabir danışmağa başladılar. O vaxt Rumiyyə bir oğlanla 

gəzirdi. Çox illər sonra, artıq Fuadla neçə ildi ər-arvaddılar, bir 

gecə, nə isə səmimi etiraflar ovqatında Rumiyyə boynuna aldı 

ki, həmin o oğlanı doğrudan da sevirdi, amma heç bir vaxt ona 

getmək fikrində olmayıb. "Ər olmazdı ondan, — dedi — 

evdarlıq damarı yoxdu onda". 

Amma o vaxt bir ilə yaxın gəzmişdi həmin oğlanla. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə