Roman, povestlər



Yüklə 3 Mb.
səhifə137/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   133   134   135   136   137   138   139   140   ...   158

 462 

mənimçün maraqlıdır: deməli, elan verməyə kömək lazım 

olanda Fuad Mehdiyev yaxşıdır, amma adının sizinlə yan-

yanaşı çəkilməsinə layiq deyil... 

—İndi bir yaxşılıq elədin, o saat gərək başımıza qaxıb 

burnumuzdan tökəsən? 

—Yox, niyə ki. İntəhası sənin hərəkətindən belə çıxır ki... 

—Yaxşı... — Oqtay elə bil birdən qarara gəldi — indi ki, 

açıq danışmaq istəyirsən, mən də açıq danışaram. Məsələ onda 

deyil ki, sənin adın bizim siyahıya layiq deyil. Özün də bilirsən 

ki, bu əbləh söhbət olardı. Məsələ ondadır ki, Fuad Salahlının 

ailəsinə verilən başsağlığında sənin adının düşməsi... necə 

deyim... münasib deyil. 

—Niyə? 


—Özün bilirsən niyə... Bütün o əhvalatlar yadından çıxıb? 

—Ay sağ ol, aton rəhmətlik! Mənə  də elə bunu bilmək 

lazım idi. O, əhvalatlardan iyirmi üç il keçir. Ən ağır cinayəti 

də müddətin uzaqlığına görə bağışlayırlar. Siz, sən və  sənin 

dostların isə  hələ  də bu kini ürəyinizdə saxlayırsız! Halbuki 

mənim heç bir cinayətim-zadım da olmamışdı. Elə Fuad 

Salahlı  rəhmətlik özü də ömrünün axırınacan mənimlə 

barışmadı  və bu dünyadan da mənə olan ədavətini apardı. 

Amma mən ona hörmət edirdim, edirəm və edəcəm xatirəsinə... 

İndi Oqtay, sən, mənim məktəb yoldaşım, sən de görüm, yəni 

doğrudan da bu fikirdəsən ki, o vaxt Salahlını mənim üstümdə 

çıxartmışdılar institutdan... 

—Nə bilim, Fuad, amma hər halda o vaxt hamıda belə fikir 

oyanmışdı ki, onu sən satmısan Şövqüyə? 

—Şövqüylə qohum olacağım o vaxt mənim heç yuxuma da 

girməzdi. Doğrudur, məni institutdan çıxartdırmağa  Şövqü 

qoymadı, kstati o vaxt Fuad Salahlı hardaydı? 

—Yalan demə! Fuad o günlər sənə kömək eləmək üçün 

dəridən, qabıqdan çıxırdı, döymədiyi qapı qalmamışdı, indi 

neyləsin ki, gücü çatmadı. Yalnız  Şövqünün və  Şövqü 

kimilərin gücü çatardı bu işə. 



 463 

Fuad: 


—Nə isə, keçənə güzəşt deyərlər, — dedi — amma bu 

məsələni birdəfəlik gəlin ayırd edək: mən heç vaxt heç kəsi 

satıb-eləməmişəm. Düzdür, o vaxt Şövqü məni evinə çağırdı, 

soruşdu, mən də dedim ki, Fuad Salahlının məruzəmin umumi 

ruhundan xəbəri var idi. Bu məgər sirr idi? Məgər Fuad Salahlı 

onda, ya sonralar kimdənsə gizlədirdi  Şövqüyə olan 

münasibətini? Hamı bilirdi ki, Şövqünü görməyə gözü 

yoxdur... 

—Məsələ onda deyil, Fuad. Məsələ tamam başqa şeydədir. 

Sən axı bilirsən ki, Salahlı  sənə  və  mənə neçə münasibət 

bəsləyirdi. Övladı yox idi, ona görəmi, ya başqa səbəbdənmi 

bizi oğlu bilirdi, ardıcılları bilirdi, səni məndən də artıq 

istəyirdi... Nədənsə beyninə batırmışdı ki, özünün eləyə 

bilmədiklərini, həyata keçməmiş planları, layihələri biz yerinə 

yetirəcəyik və birinci növbədə də sən, məhz sən!.. Amma sən... 

onu institutdan çıxardandan sonra, kim çıxartdırdı, nə yolla, 

necə, bunda işim yox, amma Salahlı institutdan qovulandan 

sonra sən bircə  dəfə  də onun qapısını açmadın; o vaxt bərk 

Şövqüylə cur olmuşdun... Şövqügilə gedib-gələndən bəri bircə 

dəfə  də olsun Fuada yaxınlıq göstərmədin, elə bil heç o adda 

adam tanımırsan. Fuadı bu bilirsən necə yandırırdı. Heç cür 

beyninə sığışdıra bilmirdi ki, insan birdən-birə belə dönük çıxa 

bilər, bütün o söhbətlərimizi, birgə arzularımızı, mübahisə  və 

müzakirələrimizi, hər  şeyi, hər  şeyi tapdalayar. Bəzən gecələr 

mübahisəmiz uzananda Solmaz bizə kartof qızardardı, 

yadında... bir dəfə pulumuz yox idi, yadında, Fuadın ad 

günüydü, olan-qalan qəpik-quruşumuzu verib araq almışdıq, 

Fuadgildə  də yalnız bircə  dənə, bircə  dənə lumu qalmışdı, 

lumunu da yeyib qurtardıq, sonra araq içib lumu qabıqlarını 

zakuska eləyirdik, yadında? — Oqtay adda-budda danışırdı, 

amma bu hətərən-pətərən danışıq deyildi. Fuad bu pərakəndə 

sözlərin, dağınıq xatirələrin dəqiq məntiqini izləyə bilirdi. — 

Bütün bunları  sən bir günün içində unutdun, adlayıb keçdin... 



 464 

Şövqünün... — Əgər desəydi ki, "qızın aldın" Fuad onu 

otağından qovacaqdı, Oqtay bir an susub — Şövqünün... adamı 

oldun — dedi, yenə susdu, baxışları harasa çox uzaqlara dikildi 

və sükutdan sonra əlavə etdi: — Bilirsən nə çətin günləri oldu 

Fuadın... İnstitutdan çıxardılandan sonra... 

—İnstitutdan çıxardılandan sonra — deyə Fuad Oqtayın 

dalğın tonunu yamsıladı. — Başa düşmürəm nə bayraq 

eləmisiz bunu institutdan çıxartdılar, səkkiz aydan sonra da 

bərpa elədilər... Hətta işləmədiyi vaxtın maaşını da aldı, səhv 

etmirəmsə... 

Oqtay qəmli-qəmli: 

—Yox, səhv etmirsən, — dedi, — amma səkkiz ay — 240 

gün, 240 gecə deməkdir, Fuad, hər saatı, hər dəqiqəsi min 

əzaba çevrilən 240 gün, 240 uzun-uzadı, qurtarmaq bilməyən 

gecə... 


Fuad güldü:  

—Afərin, tez hesabladın! Ayı günə tez vurdun, amma 240 

gün, nə bilim neçə min saat, neçə milyon dəqiqə olsa da, hər  

halda bu müddət keçib getdi və Fuad yenə instituta, əvvəlki 

mövqeyinə qayıtdı ki... 

—Çünki təslim olmadı, haqqını  tələb etdi, haqlı olduğunu 

isbat elədi. 

—Xeyr, bağışla, tamam başqa səbəblərə görə... Qəzetlərdə 

partiyanın qərarı çap olundu — memarlıqda bəzəkçilik 

barəsində. Fuadın da dili uzun oldu ki, mən də məhz elə bunları 

deyirdim də... 

—Görürsən ki! Deməli, ədalət hökmən qalib gəlir. 

—Mən görürəm, amma sən də bil ki, mənim vicdanım 

təmizdir Fuad Salahlının ruhu qarşısında. Bilmək istəyirsənsə 

Şövqünün də... 

Oqtay: 


—Dilinə  gətirmə bunu, Fuad, — dedi. — Səni deyə 

bilmərəm, amma Şövqü Fuada elədiyini eləyib...  Əlindən 

gələni eləyib, onu layihəçi memar, yaradan, tikən memar 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə