Roman, povestlər



Yüklə 3 Mb.
səhifə138/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   134   135   136   137   138   139   140   141   ...   158

 465 

olmağa qoymadı... Hətta Fuad Salahlı elmi işə qapananda 

burada da ona mane olmaq istədi, dissertasiyasını  ləğv 

elətdirməyə çalışdı, intəhası bacarmadı. 

—Bütün bunlar ara qeybətləridir, Oqtay. Məni bağışla, 

amma sənə heç yaraşmaz belə xala-bacı söhbətlərini təkrar 

eləmək... 

—İncimə, Fuad, bilirəm  Şövqü qayınatandır, Rimanın 

atasıdır, amma mən bilmədiyimi demərəm... 

Fuad bir an qorxdu, qorxdu ki, Oqtay doğrudan da dəqiq 

faktlar, inkaredilməz sübutlar gətirər və Fuadçün bu da bir 

mənəvi problem yaradar; macalı hardaydı Fuadın bu cür 

köhnə-güləşdə qurdalanmağa, həm də axı indi Fuad Salahlı 

dünyadan gedəndən sonra bütün bunların kiminçün və  nə 

əhəmiyyəti vardır? 

—Yaxşı, Oqtay, qadası, mübahisə eləməyək, istəmirsiz, 

yazmayın mənim adımı, bəlkə Solmaz xanımın da xoşuna 

gəlmədi bu heç. Axı o da yəqin  Şövqünü və  məni  ərinin 

düşməni sayır... 

Oqtay nə  hə, nə yox dedi, ayağa qalxdı, dinməzcə Fuadla 

görüşüb otaqdan çıxdı. 

Fuadın isə  xəyalında çoxdan yadına salmadığı, unutduğu, 

daha doğrusu, unutmaq istədiyi, demək olar ki, unutduğu, 

amma büsbütün unuda bilmədiyi bir səhnə canlandı: Fuad 

Salahlı instituta bərpa olunan gün dəhlizdə dayanıb 

gülümsünür, tələbələr bir-bir yanaşıb onu təbrik edirlər. O, 

Balaca Fuad isə ürək eləyib yanaşa bilmir Böyük Fuada. Axı 

səkkiz aydır ki, görüşüb kəlmə  kəsməyiblər. Niyə, axı niyə 

yanaşmadı, yanaşa bilmədi. O vaxt-Balaca Fuadın Böyük Fuad 

qarşısında, nə  qəbahəti, nə günahı vardı ki, bunu etməkdən 

çəkındı?! Niyə, axı niyə qorxurdu ki, əl uzatsa Böyük Fuad 

əlini cibində gizlədər və Balaca Fuadın əli havada qalar... 

 

 

Yeddinci fəsil 




 466 

 

—Fuad qədəş, aerodroma gedirik? 



—Hə, Qasım, özü də bir az tez sür, iyirmi dəqiqəyə 

çatmalıyıq. 

—Oldu. 

"Axı niyə Oqtayın ürəyində bu qədər pas var? Üzə vurmur, 



amma hər sözündən, hər hərəkətindən sezilir ki, Fuadı gözləri 

götürmür. O da, Sultan da, Asəf də. Rumiyyə olsaydı deyərdi: 

"Əlbəttə, gözləri götürməyəcək, paxıllığını  çəkirlər dəU. 

Rumiyyənin belə  məsələlər barəsində  qəti və  dəqiq fikri var. 

Amma Fuad keçmiş  tələbə yoldaşları haqqında bu cür 

müstəqim, birbaşa düşünmək istəmirdi, belə fikirləri başından 

qovurdu... 

Bir yana baxanda, görünür, Rumiyyənin sözlərində  də 

həqiqət var. Yaxşı deyiblər ki, fələk məni dostlarımdan 

qorusun, düşmənlərin öhdəsindən birtəhər gələrəm. Doğrudan 

da düşmənin münasibəti aydındır: düşmən düşməndir. Düşmən 

dönük çıxa bilməz, üz döndərə bilməz, etibarsızlıq eləməz. Axı 

düşmənə etibarın yoxdur ki, xainliyində  də sarsılasan. Dönük 

çıxmaq, üz döndərmək, etibarsızlıq — dostların imtiyazıdır. 

"Dost-dost" deyirsən Sultan Asəf, Cahangir hardan sənin 

dostun oldu? Salam, əleyksalam, vəssalam. Ümumiyyətlə, 

vardırmı  sənin dostun? Oqtay haqqında müəyyən mənada 

demək olardı bu sözü, amma bu dostluq da iyirmi ilin 

arxasında qalmışdı, bu illər uçurumunun dibində o qədər 

hadisələr, itkilər, qazanclar olmuşdu ki... yaxşı, dostluqları 

özlərinə qalsın, amma belə ürəkbulandıran atmacalar, iynələr, 

tikanlar nəyə görədir axı?.. Fuad bütun bunlara nəylə  əsas 

vermişdi... Nə təqsiri, nə günahı vardı onların qarşısında. Bəlkə 

günahı bir bu imiş ki, onların heç birinin axırı — bu, ya digər 

səbəbdən bir yana çıxmadı. Tələbəlik həyatları bir başlamışdı, 

ilk addımlarını birgə atmışdılar, necə deyərlər, startda 

hamısının imkanları eyni idi. Fuadın təqsiriydi ki, o həyatda 

daha çox qazanmışdı, Oqtay və Oqtaykimilər isə yalnız və 




 467 

yalnız öz prinsipləri üzərində  əsə-əsə qalmışdılar... Həm də 

məlum deyil, əgər sanballı bir qazancın hesabına bu 

prinsiplərindən keçməli olsaydılar keçərdilər, yoxsa yox. "Biz 

satılmırıq!" Bəlkə ona görə ki, alan yoxdur, dostlarım, hə? 

Prinsip — işdir — tikilmiş bina, salınmış massiv, nimdaş 

binalardan azad olub açılmış meydan... Onlar əlbəttə, Fuada 

bağışlaya bilməzdilər ki, Fuadın bu şəhərdə  həmişəlik izi 

qalacaqdır — neçə-neçə bina, prospekt, yaşayış rayonu... Öz 

aləmlərində onlar yəqin elə düşünürdülər ki, Fuadın 

planlaşdırdığı  məhəllələri daha yaxşı planlaşdıra bilərdilar, 

saldığı küçələri, tikdiyi binaları daha uğurlu yarada bilərdilər. 

Amma edə bilmirdilər, ona görə  də içlərini yeyə-yeyə 

qalmışdılar. Yəqin dalınca küncdə-bucaqda qeybət də qırırdılar 

ki, "Fuadın bəxti  Şövqüylə qohum olanda gətirdi". Qoy elə 

düşünsünlər, cəhənnəmə ki... Qəribədir, niyə mən öz içimdə bu 

qədər mübahisə edirəm Oqtayla, Oqtaylarla, hətta hirslənirəm, 

qızıram onlara. Niyə fikrimi bu qədər məşğul edirlər. Niyə 

mənə elə  gəlir ki, Oqtay da, onun dostları da nə  səbəbdənsə 

özlərini məndən yuxarı tuturlar, məni özlərinə tay bilmirlər. 

Halbuki tərsinə olmalıydı məntiqnən. 

Oqtay bir dəfə ağzından qaçırtdı ki, "Fuad, sən elə bilirsən 

biz sənə paxıllıq edirik, vallah, inan ki, eləmirik". Lap "qarğa, 

məndə qoz var" oldu. Çox əcəb, eləmirsiz, daha yaxşı, atovuz 

rəhmətlik. Bəs niyə eləmirsiz? Çox nahaq eləmirsiz! Gərək 

eləyəydiz!  Şövqü demişkən sənətkarda gərək bir az paxıllıq 

olsun, bütün başqa ehtiraslarla və bütün başqa cəhətlərlə 

yanaşı. Hələ onu demirəm ki, hər bir kişidə, elə  yəni qadında 

da — bu hiss bir qədər olmalıdır...  Şübhəsiz, bu hiss başqa 

hissləri üstələməməlidir, həddən artıq  şişib adamın beynini 

zəhərləməməlidir, amma əndazəsində, xörəkdə duz kimi, 

şəxsiyyətin tərkibində  də paxıllıq olmalıdır. Yaxşı, paxıllıq 

demə, həsəd de, rəqabət hissi de, özgənin uğurlarına qısqanclıq 

de, nə bilim nə deyirsən de. İş sözdə deyil ki, məsələnin 

məğzində, mahiyyətindədir... Nə belə  fəxr edirsiz ki, paxıl 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə