Roman, povestlər



Yüklə 3 Mb.
səhifə139/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   135   136   137   138   139   140   141   142   ...   158

 468 

deyilik. Deməli, yarış hissi yoxdur sizdə, qalib gəlmək  əzmi, 

iradə, inad, qüvvə yoxdur. Gücsüzlərin təsəllisidir sizin 

təsəlliniz; odur ki, həmişə güclülərin kölgəsində daldalanıb 

qalacaqsınız.  Əşi, bir toxta görək, elə  qızışırsan ki, bu daxili 

mükalimədə... Nə  xəbərdir, nə olub belə, bütün bu şeyləri 

ürəyivə salırsan, işin-gücün qurtarıb? On beş iyirmi dəqiqəlik 

yolda tək qalmaq imkanın var, beyninə doldurursan cürbəcür 

həşəratı... Qoy yayınsın fikirlərin, ətrafa, yollara, çöllərə bax. 

—Qasım, necə bilirsən, çatacayıq? Təyyarə on beş 

dəqiqədən sonra enir ha? 

—Ayıb sözdür ki, Fuad qədəş. Kimi qarşılamağa gedirik 

belə? 

—Xaricilərdir. 



—Uşaqlar danışırdı axı... Deyir on beş ölkədən amerikanski 

arxitektorlar gəlir, hə? 

Fuad güldü: 

—Ay səni Qasım, səndən də sözlər çıxır e! Necə yəni on beş 

ölkədən amerikanski arxitektorlar? Amerikanski arxitektor 

Amerikadan gələr də... Amma bu gələnlər Amerikadan deyil, 

Demokratik Almaniyadandır... 

—Day keç xətamızdan da, Fuad qədəş, bisavad adamlarıq... 

"O səfər Oqtay nə desə yaxşıdır, deyir"... 

—Fuad qədəş, sağlığıvıza qismət olsun, əmiri evdir ha... 

Fuadgilin yaşadıqları binanın qabağından keçirdilər. 

Şövqünün layihəsiylə tikilmişdi bu ev... Şövqü özü də burda 

yaşayırdı, Fuadgillə eyni blokda, iki mərtəbə yuxarı — Fuadgil 

beşdə idilər,  Şövqü yeddidə...  Əvvəllər Fuadgil yeddidə, dörd 

otaqlıda idilər. Şövqügil beşdə — beş otaqlıda. Bilqeyis xanım 

rəhmətə gedəndən sonra Şövqü: tək adamam, beş otaq nəyimə 

lazım, — dedi, — həm də arvaddan sonra bu mənzilə girəndə 

yaman xiffət eləyirəm. — O vaxt Ceyhun da təzə olmuşdu, 

Fuadgilin ailəsi böyümüşdü. Bir sözlə, Fuadgil beş otaqlıya 

köçdülər,  Şövqü isə onların dörd otaqlı  mənzilinə daşındı... 

Bina, doğrudan da yaraşıqlı bina idi... Kim deyirdi ki, bu sərt 



 469 

konstruksiyalı,  şüşə-beton qutunu — həmin o "tort" binaları 

tikən memar layihələşdirib?  Şövqünün professionallığına söz 

ola bilməzdi... 

Neçə ildir bu mənzilləri dəyişdirdikləri? Bilqeyis xanım 

ölən il. Ceyhun olan il. Nə dəhşətli il idi, ay aman... Şövqünün 

başına o əhvalat da həmin il gəlmişdi... Bəlkə elə Bilqeyis 

xanımın ömrünü də qısaltdı o əhvalat. Bədbəxt arvad yamanca 

qorxmuşdu, ürək-göbəyini yemişdi vahimədən. O vaxtlar 

Şövqü maşın sürərdi. Özü sürərdi. Elə o vaxtdan birdəfəlik 

tərgizdi sükan arxasına keçməyi. Bir gün Bilqeyis xanımla 

bağdan qayıdırmışlar... Binəqədinin yanında cavan bir oğlanı 

basmışdı maşın... Yazığın canı elə oradaca çıxmışdı... Bilqeyis 

xanım lap başını itirmişdi, amma Şövqü özünü çox sakit və 

təmkinlə aparırdı... Bilqeyisi gətirib evlərinə çatdırdı, Fuadgilə 

zəng elədi, dedi Rumiyyəyə bir şey demə, boyludur, ona pis 

təsir edər, amma özün gəl, bir-iki saat Bilqeyis xalanın yanında 

otur, ona ürək-dirək ver, qoyma həyəcanlansın, mənim təcili 

işim var, getməliyəm. Fuad bu iki saatı Bilqeyis xanımın 

yanında olmazın  əziyyət çəkdi, hər on dəqiqədən bir arvad 

qışqırıb qəşş edirdi, Fuad həkim, təcili yardım da çağıra 

bilmirdi, Şövqü tapşırmışdı ki, məbadə səs-küyə salasız... Fuad 

özü həkimlik etməli olurdu, qəndin üstünə valeryan damcıladıb 

birtəhər Bilqeyis xanımın ağzının içinə qoyurdu, su gətirirdi, 

üzünə su səpir, ayıldır, "əşi, bir toxtayın görək, nə olacaq 

Şövqü Camaloviçə ki?" deyə ovutmaq istəyirdi arvadı... 

Bilqeyis xanım isə yalnız: "Saat, saat" — deyə sayıqlayırdı və 

yenidən qışqırıb qəşş edirdi... Fuad sonralar bildi ki, maşın 

altında qalan oğlanın qol saatı varmış  və  oğlan təkərin altına 

düşəndə saatı sol yanağına yapışıb, həkk olub qalıb... Bilqeyis 

xanım da meyitin sifətini görmüşdü, qana qərq olmuş sifətini 

və sol yanağına həkk olmuş saat siferblatını... 

Şövqü iki saatdan sonra qayıtdı, gözləri çuxura düşmüşdü 

onun da, saqqalı qeyri-adi bir sürətlə uzanmış və elə bil bu qısa 

vaxt  ərzində tamam ağarmışdı; bəlkə  də Fuada elə  gəlirdi... 



 470 

Ancaq  Şövqü arvadına: — "Di sakit ol, — dedi. — Sakit ol, 

hər şey yaxşı olacaq?…U 

Deyir, təqsir öləndədir... Demə içibmiş, halay-valay 

vururmuş, özü gəlib girib maşının altına...  Şövqü ölənin 

ailəsinə  də çox maddi yardım göstərdi... Bir sözlə, sovuşub 

getdi bu məsələ, dilə-dişə  də düşmədi... Çox adam heç 

indiyəcən eşitməyib bu əhvalatı... Amma bir ay sonra Bilqeyis 

xanım rəhmətə getdi. Nə dəhşətli günlər idi, ilahi. Niyə bu gün 

mənim yadıma, ancaq pis, ürək ağrıdan  şeylər düşür... 

Rumiyyənin qarnı burnunda idi... Anasının tabutunu 

qucaqlayıb hönkür-hönkür ağlayırdı... Fuadın anası ona 

yanaşdı, tabutdan aralamaq, ovutmaq istədi, çiyinlərini 

qucaqladı... Bu səhnə indiyə kimi Fuadın gözləri qarşısındadır: 

Rumiyyə o qədər adamın içində kobud bir hərəkətlə Çərkəzin 

əllərini çiynindən atdı, bərkdən: "Əl çəkin məndən!" — dedi. 

Əlbəttə elə məqamda, Rumiyyəyə nə demək olardı, dərddən lap 

ağlı çaşmışdı, amma hər halda... 

Çərkəz uddu, bir şey demədi, kirimişcə  kənara çəkildi. 

Bilqeyisi basdırıb qəbir üstündən qayıdandan sonra da onlara 

gəldi, mətbəxə keçdi, gələn qonaqlara çay paylamaq, ev-eşikdə 

əl tutmaq istədi... Arada bir də Rumiyyəyə yanaşdı: "Qızım, bir 

toxta, ölənlə ölmək olmaz, özünə yazığın gəlsin, — dedi — 

qarnında da balan var". Rumiyyə  kəskin  ədayla üzünü yana 

çevirdi, gələnlərdən kiminləsə  bərkdən danışmağa başladı.. 

Çərkəzin sözü ağzında yarımçıq qaldı. Gecə isə Rumiyyə 

Fuada: "Anana de ki, mənə təsəlli-zad verməsin, — dedi, — öz 

dərdim özümə bəsdi..." — Rumiyyənin gözlərində elə dərin bir 

iztirab vardı ki, Fuad etiraz edə bilmədi. "Çaynan-zadnan da işi 

yoxdur, Köməkçi çoxdur, paylayarlar". Çox sonralar bir dəfə 

hardansa söz düşdü, Şövqüylə bu barədə danışdılar. Şövqü belə 

izah etdi ki, həmişə Bilqeyisin gətirib-apardığı stəkan-nəlbəkini 

başqa adamın  əlində görmək ağır olub yəqin Rumiyyə üçün; 

qonşu, yad adam başqa məsələ... Amma yaxın qohum, Çərkəz 

bacı, Bilqeyisin qab-qacağını  işlədərkən nə isə doğrudan 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə