Roman, povestlər



Yüklə 3 Mb.
səhifə140/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   136   137   138   139   140   141   142   143   ...   158

 471 

adamın ürəyinə pis gəlir. Fuad anasına heç nə demədi, təbii. 

Çərkəz özü hiss etmişdi. Kənar adam kimi bir qırağa çəkildi. 

Üçünü verəndə  gəldi, bir də yeddisində... Qırxına 

xəstələnmişdi, gələ bilmədi. Bir də ilində gəldi. Və bir də ayrı 

heç bir vaxt onların qapısını açmadı...  Əvvəllər Fuad bunun 

fərqinə varmırdı. Bilqeyis xanım sağ olanda da bir elə gediş-

gəlişləri yox idi. Çərkəz də, Qurban da Fuadgilə olsa-olsa 

bayramdan bayrama gələrdilər. Rumiyyə isə ümumiyyətlə bu 

neçə illik qohumluq ərzində Fuadın ata evində ya üç, ya dörd 

dəfə olmuşdu.  Şövqüylə Bilqeyis isə, gərək ki, bircə  dəfə 

olmuşdular. Fuadla Rumiyyənin toy günündə... 

Bilqeyisin ili çıxandan sonra Pərvizin ad gününü elədilər. 

Qurbanla Çərkəz gəlmədilər. Çərkəz gündüz gedib Pərvizi 

məktəblərində  təbrik eləmiş, hədiyyəsini vermişdi. Ceyhunun 

yaşına da Qurban tək gəldi, Çərkəzsiz, yarımca saat oturub 

getdi... Neçə il bu cür oldu: oğlanların yaşına ya heç biri 

gəlmirdi, ya ancaq Qurban gəlirdi, tez də gedirdi... Çərkəz 

Bilqeyisin ilindən sonra bir dəfə  də olsun ayaq basmamışdı 

oğlunun evinə... Bir gün təsadüfən söz açıldı. Fuad atasıgilə 

gəlmişdi, Qurban evdə yox idi, söz-sözü çəkdi və  oğlu 

gileyləndi ki, ay ana, heç bizim qapımızı açmırsan. Elə belə, 

sözgəlişi demişdi, doğrusu bunu çox da ürəyinə salıb fikir 

eləməyə macalı yox idi. Çərkəz: "Eh, ay bala, təki sən xoşbəxt 

olasan, rahatlığın olsun, — dedi. — İndi mən gəldim, 

gəlmədim, bunun nə  təfavütü var..." — Sözlü adama 

oxşayırsan, ana, səndə söz var? 

Çərkəz araya ayrı söhbət qatdı, Fuad əl çəkmədi: ay ana, axı 

sizdən əziz mənim kimim var? — dedi və Çərkəz də kövrəldi. 

— Vallah, boş  şeydir, ara söhbətidir, amma qulağıma bir söz 

çatıb. Rumiyyə neçə yerdə deyib ki, bu allahın heç insafı yox 

imiş, mənim xanım-xatın anamı əlimdən aldı, Çərkəz arvad buz 

baltası kimi sapbasağdır. 

Çərkəz ağlamsındı, örpəyinin ucuyla gözlərini sildi: "Ay 

bala, ölüm hamıyçün var dayna, bir gün əcəl bizim qapımızı da 



 472 

döyəcək, indi mənim nə təqsirim var ki, onların qapısını bizdən 

əvvəl tanıyıb"... Bir az da ağlayıb toxtadı, gedib əlüzünə su 

vurdu, qayıtdı, gülümsünüb: — "Bağışla, sən allah — dedi — 

dilim dinc durmadı, sənin də ürəyini incitdim. Heç atan da 

bilmir bu söhbəti — Bir az susdu və  əlavə elədi: — Odur ki, 

gəlmirəm bala. Deyirəm, qız məni görəcək, yaraları  təzədən 

qövr eləyəcək… nəyə lazımdır bu... Uşaqlarçün burnumun ucu 

da göynəyir, ad günləridir — filan, gələrdim, niyə gəlməzdim, 

lap qollarımı  çırmalayıb yeyib-içməyinizi də düzəldərdim, 

məclisinizi də yola verərdim, amma deyirəm şadlıqlarına niyə 

zəqqum qatım axı"... 

Fuad and-aman elədi ki, böhtandır, Rumiyyə heç vaxt bu cür 

sözü dilinə gətirməz, mən mütləq öyrənib biləcəm ki, bu yalanı 

kim uydurub. 

Səhərisi gün ezamiyyətə getdi, ordan qayıdanda təcili 

məruzəyə hazırlaşmalı oldu, başı qarışdı, macal eləyib nəinki 

öyrənə, heç Rumiyyəylə danışa da bilmədi...  Əlbəttə, 

Rumiyyəylə danışmağa nə cür olsa vaxt tapardı, amma 

qorxurdu ki, Rumiyyə həngamə qaldıra, əksinə Çərkəzi borclu 

çıxarda, Fuadın özüylə  də dava-dalaş, umu-küsü başlaya... 

Bütün bunlara isə Fuadın nə həvəsi, nə hövsələsi, nə də macalı 

vardı... 

Qasım: 


—Bax, odey o binanı da Şövqü Camaloviç tikib, həmi? — 

deyə  xəbər aldı. Fuad təsdiq elədi və Qasım: — Maşallah, 

kəllədir ha! — dedi. — Hə, Fuad qədəş, yaman kəllədir? 

Fuad yenə başıyla təsdiq elədi ki, hə, doğrudan da yaman 

kəllədir... 

Qasım: 


—Şövqü Camaloviçin tayı-bərabəri yoxdur,—dedi. — 

Böyüklə böyükdür, kiçiklə kiçik... Bax, mənim beş balam var, 

allaha and olsun, özüm bəzən adlarını çaşbaş salıram, amma 

Şövqü Camaloviç, Fuad qədəşin, Qəmbərin ölmüşünə, 

hamısının bircə-bircə adını bilir, hər məni görəndə  əvvəlcə 



 473 

uşaqların anasını soruşur: — Qızxanım bacı neçədir, sonra da 

birbir uşaqların hamısını — Məmmədəli, Zakir, Zəfər, Səidə, 

İsmixan. — Məəttəl qalasıdır, vallah, bu yaşda belə hafizən 

olsun. Tfu, tfu, göz dəyməsin! Allah onu bizim başımızdan 

əskik eləməsin. Bax, idarədə  də beləydi, o vaxt mən onunla 

işləyən vaxtlar işçilərin hamısının bircə-bircə adını bilərdi, 

hamısıynan hal—əhval tutardı. 

Şəhərdən çıxıb Balaxanı şosesiylə gedirdilar. 

—Fuad qədəş, danışırlar ki, Şövqü Camaloviçə Moskvada 

böyük vəzifə  təklif eləyiblər — cəmi arxitektorların böyüyü, 

razı olmayıb, deyib mən bütün Bakını tikib qurtarmayınca, 

burdan heç hara ayaq basan deyiləm. Deyirlər, guya Şövqü 

Camaloviç  əhd eləyib ki, Bakını  gərək Parijə çatdıram, sonra 

öləm... Yəni Parij, doğrudan belə gözəldir, hə, Fuad qədəş, sən 

ki olmusan orda? 

—Gözəldir... 

—Yəni Bakıdan da gözəldir? 

—Hər şəhərin öz gözəlliyi var, — deyə Fuad dolayı cavab 

verdi. 


—Orası elədir, əlbəttə... Amma malades Şövqü Camaloviç, 

kişi adamdır... Moskvada o cür vəzifədən boyun qaçırdasan?!. 

Yəni elə bizim Qəmbərin tayıdır da... Qəmbəri də Leninqrada 

aparırdılar, universitetə. Getmədi ki... bu ölsün... 

Fuad: "Şifahi xalq yaradıcılığı"— deyə düşündü. Bu folklor 

nümunəsi yəqin ki, neçə il bundan qabaq olmuş bir epizodun 

bəzədilmiş  bəhrəsidir. Doğrudan da neçə il qabaq o vaxt hələ 

Bilqeyis xanım sağ idi. — Şövqünün Moskvaya köçmək 

məsələsi vardı, əlbəttə "cəmi arxitektorların böyüyü kimi yox, 

memarlıq institutunda kafedra müdirliyinə  dəvət olunmuşdu. 

Bilqeyis xanım iki ayağını bir başmağa dirədi ki, mən Bakıdan 

heç yerə köçən deyiləm, gözümün ağı-qarası bircə  qızımızı 

qoyub hara gedirik bu qoca yaşımızda. Şövqü də çox götür-qoy 

elədi,  əlbəttə, Bilqeyisi dilə  gətirə bilərdi, amma hərtərəfli 

fikirləşib anladı ki, itkisi qazancından çox olacaq. Moskvada 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə