Roman, povestlər



Yüklə 3 Mb.
səhifə136/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   132   133   134   135   136   137   138   139   ...   158

 458 

qapıdan çıxanda özünü saxlaya bilmədi: 

—Eloğlu, — dedi, — bax, canından-başından muğayat ol ha! 

O vaxt isə məsələlər, doğrudan da xeyrə həll olundu. Asya 

deyirdi ki, mənim nəzirlərim allahı rəhmə gətirdi. Doğrudan da 

aldığı kiçik məvacibin yarısını  nəzir-niyaz paylamışdı Asya 

səfeh... Fuadı təbii ki, institutdan qovub eləmədilər, ondan yan 

gəzənlər yenə mehribanlıq göstərdilər. 

Amma Böyük Fuadı — Salahlı Fuadı bir ay sonra tələbələr 

arasında zərərli fikirlər təbliğ etdiyinə görə, müasir milli 

memarlığımıza xor baxıb nihilist münasibət bəslədiyinə görə, 

konstruktivizmə  və  Qərb memarlığına aludəçiliyinə görə 

institutdan çıxartdılar. 

 

 



Altıncı fəsil 

 

Fuad saata baxdı və Mir İsmayılın sözünü kəsdi. 



—Yaxşı, mən aerodroma getməliyəm, Yekunlaşdır çıxışını, 

Mir İsmayıl. 

Mir İsmayıl: 

—Yekunlaşdır deyəndə, elə dediklərim bu qədərdi, — deyib 

oturdu. 

—Yaxşı, onda qurtaraq iclası, gedə bilərsiz. 

İşçilər otaqdan çıxdılar. Fuad Nellini çağırdı: 

—Qaraja zəng vurun, Qasım gəlsin, aerodroma gedirəm. 

—Baş üstə, yoldaş Mehdiyev, amma orda sizi gözləyirlər, 

deyir özünüz vaxt təyin etmisiz. 

—Kimdir o, vaxtım yoxdur, tələsirəm. 

—Oqtay Muradov. 

—Hə, Oqtay. — Fuad əlini başına apardı, saçlarını 

qarışdırdı — çağır gəlsin — dedi. 

Oqtay daxil oldu: 

—Görürəm yenə iclasları durna qatarı kimi səfə düzmüsən, 

— dedi. 



 459 

—Day demə, yallah Oqtay — Durub əl uzatdı. — Bir macal 

eləyə bilmirəm ki, səninlə görüşüb ağıllı-başlı söhbət eləyək, 

danışıb-dərdləşək. 

—Özün özünlə görüşməyə vaxt tapırsan ki, mənimlə  də 

tapasan... 

—Bax, bura bax, — dəftərçəsini göstərdi — sənin sözlərin 

yadımdan çıxmayıb ha!.. Gündə özümçün qeyd edirəm: — 

özüm özümlə görüş. Yəqin mənim də yavaş-yavaş başım xarab 

olur. 


—Buna heç vaxt macal tapmayacaqsan, o qədər ki, sən 

camaatla iclas keçirirsən. 

—Eh, ay Oqtay, elə bilirsən, camaatla iclas keçirirəm. 

Camaat iclasda danışır, mən qulaq asmıram, özüm özümlə öz 

içimdə gündə yüz iclas keçirirəm, yüz daxili səs eşidirəm

amma yekunlaşdırıb qərar çıxartmağa macalım olmur. 

Telefon zəng çaldı. 

—Bəli. Yox, saat ikidə. Bəli. Dəfn dörddədir. Oldu. — 

Dəstəyi asdı  və eyni zamanda o biri telefon səsləndi. Oqtaya: 

— Görürsən də  mənim günümü? — dedi. — Bəli, eşidirəm, 

yoldaş Sadıxov. Baş üstə, göndərərik. 

Özü nömrə yığdı: 

—Mürsəl, trestə arayış göndərin. Sadıxovun adına. Sabah 

yox, adama sözü neçə  kərə deyərlər?!. — Cavab gözləmədən 

dəstəyi qoydu. 

Oqtay: 


—Mən çox fikir eləmişəm, — dedi, — sənin tipdə 

adamların fəallığı bilirsən nədəndir, hə? Öz-özünüzdən qaçmaq 

istəyirsiz, vəssalam... 

Fuad bir qədər sərt: 

—Elə bu dərin fikrini mənə çatdırmaq üçün yanıma gəlməyə 

belə can atırdın? — dedi və dərhal da özünü ələ aldı; yox, bu 

sayaq danışmamalıdır, itməcazlıq, acıdillik uğursuzluğun, 

küskünlüyün  əlamətidir; Oqtay bu cür atmacalar ata bilər

amma Fuadın ixtiyarı yoxdur: adamlara rəhbərlik etmək 



 460 

istəyirsənsə, onların narazılıqlarına, həsədlərinə, acıqlarına da 

gərək dözümün olsun, gərək onların qabıqlarına girə biləsən ki, 

keçirdikləri, içlərində boğduqları hissləri-həyəcanları başa düşə 

və yola verə biləsən. — Bağışla, Oqtay, — dedi, — ürəyinə 

dəymək istəmirdim. 

Oqtay da gülümsündü: 

—Sən də incimə, — dedi. — Nə isə bu çox uzun söhbətdir

bir gün, inşallah, macal taparsan eləyərik bu söhbəti. — 

Oqtayın gicgahları  ağappaq ağarmış, ordları batmışdı, son 

vaxtlar lap düşüb yazıq, ya bəlkə Fuad Salahlının ölümüdür 

ona belə ağır təsir edən? 

—Ayrı şey üçün gəlmişəm yanına. Bilirsən də, bu gün Fuadı 

basdırırıq. 

—Bilirəm — "Basdırırıq". — Dəfndə  çıxış edəcəyini 

demədi Oqtaya, onsuz da Oqtay orada olacaq, görəcəkdi. 

Kədərli görkəmlə: —Yazıq Fuad, heyf ondan — dedi. 

Oqtay onun təəssüfünə məhəl qoymadı: 

—Biz qəzetə elan vermək istəyirik, — dedi. — Mən, Asəf, 

Sultan, bir neçə nəfər — onun keçmiş tələbələri, iş yoldaşları. 

Amma götürmürlər, deyirlər elan onsuz da çoxdur. Sən kömək 

edə bilməzsən ki? 

Fuad: 

—Edərəm, — dedi, dəstəyi qaldırdı, nömrənn yığdı, xahişini 



bildirdi və təşəkkür elədi. Oqtaya: 

—Vəssalam, — dedi, — verin elanınızı. Mənə görə başqa 

qulluğun?  

Oqtay: 


—Çox sağ ol, — dedi, — mən heç düşünmürdüm ki, belə 

asan həll oluna bilər. Sən ki bunu elədin, böyük işdir, səhərdən 

çalışırdıq bir şey çıxmırdı, — ayağa durdu. 

Fuad: 


—Otur, — dedi, — hələ bir neçə dəqiqə vaxtım var, çataram 

alman qardaşları qarşılamağa. De görüm kim-kim verirsiniz

başsağlığını? Sən, Sultan, Asəf... 



 461 

—Cahangir, bir-iki yoldaş da var, sən tanımazsan... 

Fuad: 

—Məni də yazın, — dedi. 



Oqtay tutulan kimi oldu: 

—Axı  sən... — deyə sözə başladı, amma susub durdu, elə 

bil söz axtarırdı — axı sən hər halda rəsmi adamsan... 

— Ad, familiyamı bütünlüklə yazmayacaqsınız ki... Oqtay, 

Sultan, Asəf, Cahangir, bir də Fuad, kim nə bilir hansı Fuaddır? 

—Özün bil... yazarıq, — nə isə Oqtay çox könülsüz deyirdi 

bunu, — amma neynirsən axı?.. Hə — nə isə yadına düşdü. — 

həm də sənin familiyan rəsmi nekroloqun altında yazılıb da? 

—Nə olsun? Rəsmi nekroloq — rəsmi nekroloqdur, bu 

başsağlığını isə yaxın adamlar verir... 

—Bəli, yaxın adamlar! — Oqtay lap məyuslaşmışdı.— 

Yaxşı, yazarıq sənin adını, bilmirəm amma neyləyirsən bunu? 

—Necə  yəni neyləyirsən? Bəs siz neyləyirsiz? Sən, Asəf, 

Sultan? Onsuz da bu indi yazıq Fuad Salahlının vecinə deyil... 

hər halda mən də onun tələbəsi olmuşam axı... 

—Düzdür, olmusan. — Oqtayın səsində nə isə bir xal, çalar 

vardı, bunu yalnız Fuad duya bilərdi. — Amma qəribə bir 

höcətlik Fuada da hakim kəsilmişdi, xəstə bir həvəs — 

məsələni axıracan açıb-ağartmaq həvəsi duyurdu. 

—Nədi, Oqtay? Deyəsən, bu heç səni açmadı axı... Məni öz 

dəstənizə yaraşdırmırsınız axı deyəsən?  İndi yəqin ürəyində 

deyirsən;  əcəb işə düşdük, kaş heç bu məsələyçün Fuada 

müraciət etməyəydik, nə bileydiz ki, öz adımı da böyrünüzə 

qoşacam?  İndi məni kənar eləmək də yaxşı düşməz, amma 

mənim adımı öz aranızda görmək də ürəyindən deyil... axı heç 

kim bilməsə  də siz ki biləcəksiniz — Fuad — yəni hansı 

Fuaddır bu! 

—Sənə nə olub, Fuad? Bu nə qəribə söhbətdir belə? 

—Niyə ki, mən açıq danışmağı sevirəm, hərdən-birdən. Çox 

vaxt açıq söhbətə macalım olmur, elə  əslinə baxsan indi də 

yoxdur, amma rus demişkən, "radi sportivnoqo interesa", 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə