Roman, povestlər



Yüklə 3 Mb.
səhifə133/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   129   130   131   132   133   134   135   136   ...   158

 449 

davadan qabaq çəkdiyi və heç bir vaxt həyata keçməmiş 

layihələrini, müxtəlif binaların çertyojlarını göstərirdi. Bu 

layihələr o illərdə tikilən binaların heç birinə oxşamazdı.  İndi 

neçə il sonra da Fuad, Balaca Fuad hərdən bir o layihələri 

xatırlayır, bəzən hətta yuxusunda da görür və düşünürdü ki, 

onlardan çoxu — xüsusilə  dəniz sahilində tikilməsi nəzərdə 

tutulmuş  Xəzər muzeyi — akvariumun layihəsi — indinin 

özündə  də  hər hansı bir şəhərin yaraşığı ola bilərdi...  Əlbəttə 

bir  şərtlə ki, mühəndis hesablamaları  təzədən edilsin, yeni 

inşaat materialları  və yeni tikinti üsulları  nəzərə alınsın... 

Ancaq kim idi bununla məşğul olan, bir halda ki, Fuad 

Salahlının özü də buna qatlaşmadı... 

Bəzən söhbət Şövqüdən düşərdi, çünki Şövqü o dövrdə də, 

yəni elə bütün başqa əvvəlki və sonrakı dövrlərdə də ən məşhur 

memarlardan, proyektləri  ən çox icra olunmuş müəlliflərdən 

biri idi. Fuad Salahlının gənclik yoldaşı idi Şövqü. Bir yerdə 

oxumuşdular Leninqradda, neçə il bir yataqxanada, bir otaqda 

tələbəlik həyatının acısını-şirinini dadmışdılar. Yolları sonralar 

ayrıldı  və indi, indi-yəni onda, əllinci illərdə — bir-birləriylə 

qanlı-bıçaq idilər. Hər halda institutda hamı belə danışırdı, 

deyirdilər ki, bir-birlərini görməyə gözləri yoxdur. Amma Fuad 

heç bir vaxt mühazirələrində  Şövqüdən danışmazdı — nə 

lehinə, nə əleyhinə. Öz evlərində, Oqtayla və "Balaca Fuadla" 

söhbətlərində isə, bəzən ürəyini boşaldardı. "Şövqü istedadlı 

adamdır, şübhə yoxdur, buna, —deyərdi — özü də ən dəhşətlisi 

odur ki, hər şeyi çox gözəl başa düşür, memarlıqda yaxşının nə, 

pisin nə olduğunu çox gözəl bilir və bunu bilə-bilə yaxşını 

qoyub pisdən yapışır. Konyukturşikdir, vəssalam. Cığaldır 

Şövqü!" Cığal Şövqü. Şövqünün bu ayamasını da Balaca Fuad 

ilk dəfə Salahlının dilindən eşitmişdi. Bundan kəskin bir söz 

heç bir vaxt deməmişdi Fuad Salahlı Şövqü haqqında... 

Sonralar söz çıxartdılar, birinin üstünə beşin qoyub artırdılar 

ki, Fuad Salahlı  Şövqüyə paxıllıq edir, odur ki, hər yerdə 

kölgəsini qılınclayır. Amma, Balaca Fuad o bədnam 



 450 

məruzəsini heç də böyük Fuadın fitvasıyla yazmamışdı, ay 

tövbə!  Əlbəttə adamın allahı var, bütün bu söhbətlərin, 

Salahlıyla təmasın, albomların, kitabların Balaca Fuadın 

memar kimi yetişməsində, zövqünün biçimlənməsində  təsiri 

çox olmuşdu və onun bu iqlimdə tərbiyələnmiş zövqü o illərdə 

Bakıda ucaldılan bəzək-düzəkli torta bənzəyən binaları  qəbul 

edə bilməzdi. Tələbə elmi cəmiyyətində məruzəsində də məhz 

bunu demişdi və bura toplaşmış  tələbələrin gurultulu alqışları 

altında  Şövqü  Şəfizadənin bir neçə  əsərini də  tənqid etmişdi. 

Fuad Salahlı bu məruzəylə ilk dəfə burada, Balaca Fuadın 

çıxışı əsnasında tanış olmuşdu. Amma məsələni elə şişirtdilər

elə böyütdülər ki!.. 

Dekan Zülfüqarov Qurban kişinin yerlisiydi, kənddə  dədə-

babadan qonşu olmuşdular, burada, Bakıda da bir-iki dəfə 

Fuadgilin evlərində olmuş, Çərkəz arvadın pürrəng çayına 

"bəh, bəh" demişdi. Dekan Zülfüqarov həmişə Balaca Fuada 

"hə, eloğlum" deyərdi, Qurbanı soraqlaşardı: "kişinin  əhvali-

şərifi necədir? — sonra həmişə əlavə edərdi: ondan muğayat ol 

ha, mənim ellim canlara dəyən oğlandır"... 

Başı nə qədər qarışıq olsa da, Balaca Fuadı görəndə dekan 

Zülfüqarov həmişə dişlərini ağardırdı. Fuadın yadına düşdü ki

doğrudur, Zülfüqarov həmişə onu görəndə irişərdi, amma 

"dişlərini ağardardı" demək düz olmaz, dişləri heç vaxt ağara 

bilməzdi, dişləri sapsarı, dişlərinin dibləri isə  həmişə  qırmızı 

olardı, bilmirəm nə  səbəbdən həmişə dekan Zülfüqarovun 

qabaq dişlərinin dibi qanamış olardı, damağından dişlərinə qan 

sızardı  və odur ki, dekan dodaqlarını  çırmalayanda dişləri də 

qarışıq bir rəngdə — sarı, çəhrayı  rəngdə görünərdi. Həmişə 

Balaca Fuadı xoş bir sözlə dindirərdi: "Hə, balaca kişi, xeyir 

ola, qaşqabağın yernən gedir. O cür kişinin balası gərək həmişə 

başını şax tuta"... "Əə, ay allahsız, yenə qan eləmisən, deyirlər, 

kurs işin qiyamət çıxıb..." "Eloğlu, gəlsənə  səni bir Tiflisə 

göndərək, gedəsən tələbə konfransına, hə?" 

Balaca Fuadın məruzəsindən iki gün sonra, onu dekanın 



 451 

yanına çağırdılar. Elə leksiyadan çıxartdılar, dekanın katibəsi 

gəldi, müəllimdən izin istədi — Mehdiyevi təcili yoldaş 

Zülfüqarovun yanına çağırırlar, — dedi. 

Fuad dekanı tanımadı. 

Həmişə gülərüzlü,  şirindilli Zülfüqarovun sir-sifətindən 

zəhrimar yağırdı. Başını qaldırıb kinli-kinli uzun müddət Fuada 

baxdı, nəhayət dilləndi: 

—Mehdiyev, — dedi. — "Fuad bala" yox, "eloğlu" — yox, 

"balaca kişi" yox, məhz "Mehdiyev", — o nə  məruzədir, 

etmisiniz? — "Etmisiniz!", "Siz", Fuad elə bildi söhbət ayrı 

adamdan gedir, Zülfüqarov heç vaxt ona "siz" deməzdi. "Siz nə 

etdiyinizi dərk edirsinizmi?" — Otaqda kənar adamlar da vardı, 

bəlkə Zülfüqarov ona görə belə danışır. Hər halda Fuad, 

ömründə birinci dəfə idi ki, bir adamın sifətinin necə 

dəyişdiyini görürdü, "çevirərəm boz üzümü" ifadəsinin 

müstəqim mənasını  əyani  şəkildə  dərk edirdi. Doğrudan da 

kənar adamlar otaqdan çıxandan sonra Zülfüqarovun üzünün 

ifadəsi dəyişməsə də sözlərinin lüğət tərkibi bir qədər dəyişdi: 

—  Ədə, a qırışmal, o nə  qələtdir elə, başından böyük qələtlər 

eləyirsən? Sənin Şövqü Şəfizadəylə nə işin var, a mən deyən? 

Tayın-tuşundur sənin Şövqü Şəfizadə?!. Sənin o sərçə cüssənə 

bir elə Şövqü Şəfizadəyə sataşmaq yaraşır... Sən heç qanırsan, 

heç beynivə vurursan bir, kimdir Şövqü Şəfizadə... İndi sən də 

guya hıqqanıb-zıqqanıb memar olmaq istəyirsən, onu bil ki, 

doğrudan da işdi-şayət memar olsan, bütün ömrüvü Şövqü 

Şəfizadənin kölgəsində daldalanacaqsan... Bilirsən kimdir 

bizim sahədə  Şövqü  Şəfizadə? Bildin, sırğa elə as bunu 

qulaqlarından, gərək Qurban kişiyə deyim o qulaqlarıvı bir 

möhkəm çəksin...  Şövqü  Şəfizadə bizim hamımızı qatlayıb 

cibinə qoyar e!.. İstəsə adamı göyə qaldırar, istəsə palçığa 

batırar, bildin? 

Bu vaxt partkom içəri girdi və Zülfüqarov yenə tonunu 

dəyişdi: 

—Yox, biz bu məsələnin üstündən belə asanlıqla keçə 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə