Roman, povestlər



Yüklə 3 Mb.
səhifə131/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   127   128   129   130   131   132   133   134   ...   158

 443 

—Deyir,  şər deməsən, xeyir gəlməz, bu böyrəyim mənə 

yaman  əziyyət verir, bir yandan da hipertoniya... Deyir, 

həştaddandır... Mənim də hay-hayım gedib, vay-vayım qalıb. 

Əşşi, neçə vaxtdır səninlə danışmaq istəyirdim elə... İstəyirəm, 

çəkilim daha bir kənara, yorulmuşam Fuad, day indi siz 

cavanların  əyyamıdır, biz, deyir, elədiyimizi eləmişik, 

gördüyümüzü görmüşük... O gün bir mötəbər yerdə  də söz 

saldım, məni çox dilə tutdular ki, bəs hara gedirsən, sənin 

vəzifəni kim apara bilər. Səni nişan verdim, Fuad, dedim, odey, 

bax, hazır kadrdır, gözümün qabağında böyüyüb-yetişib, indi 

cavandır, biz də lazımı kömək, məsləhət edərik. Görək, 

deyəsən, saqqızların oğurlamışam..." indi deyirəm sən də 

biləsən. "Ay kişi, kimə  gəlirsən, day mənə yox da!" — Fuad 

belə düşündü, ancaq: "Çox sağ olun, çox minnətdaram", — 

dedi. Bir az quru çıxırdı, amma bundan artıq dil-ağız eləməyi 

nəfsi götürmürdü heç cür. Axı Əhməd Nəzərin dediklərində bir 

misqal da həqiqət yox idi, əksinə  vəzifəsində qalmaq üçün, 

Fuadın başın  əkmək üçün dəridən-qabıqdan çıxırdı.  İndi axır 

ki, kitabının bağlandığını dərk edib, başlayıb məni ələ salmağa, 

ay səni kişi, yəni səncə belə sadəlövhəm, bu qədər uşağam ki, 

sənin sözlərinə inanam! Yaxşı, bunlar hamısı heç, de görək 

xahişin nədir axı?.. — İndi Fuad, oğlum, səndən bircə ricam 

var.  İnşallah, gəlib oturacaqsan mənim yerimdə, elə belə  də 

olmalıdır, gərək qocalar öz yerlərini vaxtı  gələndə cavanlara 

təhvil versinlər, həyatın qanunudur bu! Hə, bir söz, keçəcəksən 

mənim yerimə... Xahişim odur ki, səndən, Nicatı yola verəsən. 

Bir gizilti keçdi Fuadın bədənindən. Bu da yəqin onun, 

Fuadın zəif cəhəti, boş damarı idi. Böyük və  çətin bir sahəyə 

rəhbərlik edən, yüzlərcə işçini idarə edən adama sentimentallıq 

yaraşmaz. Fuaddasa qalmışdı bu sentimentallıq. İndi də Əhməd 

Nəzərin sözləri mütəəssir etmişdi onu. Buna qədər ikrah 

hissiylə olmasa da, hər halda bir növ etinasızlıqla, 

hörmətsizliklə baxdığı yöndəmsiz çirkin kişi — birdən-birə ona 

nə isə yaxın, məhrəm, — yaxın, məhrəm demək bəlkə düz 



 444 

olmazdı, — hər halda anlaşıqlı bir insan olmuşdu... Elə bil içi 

boş müqəvvanın simasında, öz qayğıları, öz dərd-səri, ən əsası 

isə öz nəcibliyi olan bir canlı adam görmüşdü... Və bu an Fuad, 

zahirən zərrə qədər bir-birinə oxşamasalar da, Əhməd Nəzərin 

sifətində öz atası Qurbanın hansı cizgilərinisə gördü... Fuaddan 

qabaq  Əhməd Nəzərin müavini vəzifəsində Qaraş adlı bir 

mühəndis işləyirdi. Yeddi-səkkiz ay işləyəndən sonra Əhmədlə 

ləc düşüb;  Əhməd bundan yazıb, bu Əhməddən. Fuad bu 

intriqanın bütün təfərrüatını bilmirdi, bircə onu eşitmişdi ki, 

son dəfə Qaraş  Əhməd Nəzərdən otuz iki səhifəlik bir ərizə 

yazıb — beş-altı mötəbər idarəyə  və on-on beş  qəzet-jurnala 

göndərib.  Əhməd Nəzəri savadsızlıqda, biliksizlikdə ittiham 

etmək olardı, əlbəttə, amma Qaraşın özü də sən deyən yüksək 

savad-bilik sahibi deyildi. Elə otuz iki səhifəlik  ərizəsinin 

özündə, deyir, azı yetmiş səhv varmış. Ayrı isə Əhməd Nəzəri 

nədə ittiham etmək olardı — təmizliyi, pul, qadın 

məsələlərində, dostbazlıq, yerlibazlıq və sairə bu kimi işlərdə 

ifrat vasvasılığı aləmə məlum idi... Qohumbazlıq... Bəli, Qaraş 

arayıb-axtarıb məhz belə bir faktı tapmışdı:  Əhməd Nəzərov 

ona tabe olan bir layihə bürosuna öz oğlunu işə düzəldib... 

Əlbəttə, Qaraşın  ərizəbazlığından bir şey çıxmadı, o vaxt 

Şövqü də  məsələyə qarışdı.  Əhmədi müdafiə elədi. Qardaşı 

Əşrəf də möhkəm idi yerində  hələ  və Qaraşın özünü 

biabırçılıqla işdən qovdular; bu həqiqət tərəfdarının (ərizəsində 

özünü belə adlandırırdı) natəmizliyi, əliəyriliyi üzə çıxdı... Elə 

Fuadı da o vaxt təyin elədilər bu vəzifəyə. Əvvəllər Fuadın heç 

könlü yox idi. Amma Qaraşın yeri boşalan kimi Şövqü Fuadı 

bu yerə "itələməyə" başladı...  Əhməd Nəzər  Şövqüyə vaxtlı-

vaxtında kömək göstərdiyi üçün dil-ağız edirdi. Şövqü isə 

Fuada: "Geci iki ilə  Əhməd pensiyaya çıxacaqdır, — deyirdi, 

— o yer səninkidir". 

Şövqü  şahmatı  zəif oynayır, amma həyatda yeddi-səkkiz 

oyunu irəlidən görür. Fuad müavinliyə təyin olunandan bir ay 

sonra Şövqü öz ad gününə qızı və kürəkəniylə birlikdə Əhməd 



 445 

Nəzərovu da çağırmışdı. Ömründə ilk dəfə Şövqü kimi məşhur 

bir adamın məclisinə düşmüş  Əhməd Nəzər lap karıxıb 

qalmışdı, özünü itirmişdi, necə deyərlər, məclis onu tutmuşdu, 

odur ki, cəsarət üçün bir az artıq içib kefləndi. Eyvanda Fuadı 

qucaqlayıb: "Mən səni oğlum bilirəm, Fuad!" — deyirdi — 

Şövqü Camaloviçin xətrini dünyalarcan istəyirəm. Elə 

sevinirəm ki, məhz səni göndəriblər bizim idarəyə, bir yerdə 

yaxşı işləyəcəyik, inşallah... Əşi, o Qaraş köpəkoğluna mən nə 

pislik eləmişddm axı... Adam balası olsaydı onu yağ içində 

böyrək kimi saxlayacaqdım, başladı  mənimlə qoz-qoz 

oynamağa  əşşi... Məni  ən çox yandıran bilirsən nədi, Fuad? 

Hər nə yazıb o ərizədə yazıb, hamısını halal edərdim ona, bircə 

məni yandırıb cızdağımı çıxaran bilirsən nədir? Nicat haqqında 

yazdığı... 

Və o gün Əhməd Nəzər bir az artıq içdiyiçün böyük bir sirri 

açdı Fuada: Nicat onun doğma oğlu deyilmiş. Övladları 

yoxmuş,  Əhmədlə arvadının olmurmuş  uşaqları. Müharibədən 

sonra qərara gəliblər ki, gedib uşaq evindən yetim uşaq 

götürsünlər, saxlayıb böyütsünlər... Birini, lap körpəsini 

seçiblər, gətiriblər və yalnız bir-iki aydan sonra məlum olub ki

uşaq anadangəlmə şikəstdir, sümükləri bərkimir, bütün ömrünü 

xüsusi korsetlərdə keçirməlidir və  hər gün tələf ola bilər. 

Deməli, uşaq neçə il yaşayır yaşasın, onlara heç bir sevinc 

verməyəcək, yalnız əziyyət və qayğı gətirəcəkdi; amma aparıb 

qaytarmayıblar uşağı; əvvəla ona görə ki, bu bir-iki ayı əməlli-

başlı isinişiblər uşağa və ikinci də ona görə ki, "əgər aparıb 

qaytarsaydıq, kim götürəcəkdi o yazığı, qeydinə kim 

qalacaqdı?" Həmin o uşaq idi Nicat və  həmin o oğulluğunu, 

ömründə ilk və son dəfə "qohumbazlıq" edərək  Əhməd 

gözündən iraq olmayan bir yerə yüngülvarı bir işə düzəltmişdi, 

tabeliyində olan işçilərinə  də tapşırmışdı ki, ondan muğayat 

olsunlar və indi də  həmin o Nicatı tapşırırdı  gələcək rəisə — 

Fuada; bu idarədən gedərkən bircə ondan xətərəli idi... 

"Vəzifəsindən sui-istifadə edib fərsiz oğlunu özünün idarəsində 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə