Roman, povestlər



Yüklə 3 Mb.
səhifə127/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   123   124   125   126   127   128   129   130   ...   158

 431 

sevincdən par-par parıldayan Reyhan Fuadın kabinetinə gəldi

həyəcanını saxlaya bilməyərək ağlamağa və Fuada təşəkkür 

etməyə başladı. Fuad onu sakit elədi, "hələ  təşəkkür eləmək 

tezdir, — dedi, — sizə telefon da qoyduracam, telefonsuz 

müxbir olar? Doğrudan da bir neçə ay sonra telefon çəkdirdi 

Reyhangilə  və bir axşam zəng elədi: "Sabah evinizi görməyə 

gəlmək istəyirəm", — dedi. 

Altı gümüş stəkanqabı  və altı büllur stəkan gətirdi. 

"Stəkanlar məndən, çay sizdən!" — dedi. Gecə yarısına qədər 

oturub  şirin söhbət edirdilər, Fuad nümayəndə heyətlərinin 

tərkibində olduğu xarici ölkələrdən maraqlı  şeylər danışırdı; 

axı dünyanın yarısını  gəzmişdi. Reyhan sonsuz diqqət və 

riqqətlə dilləyirdi. Bir həftədən sonra yenə görüşdülər. Bu dəfə 

Fuad bir dəstə gül və bahalı güldan gətirmişdi… — "Bu nə 

zəhmətdir çəkirsiz?" — "Sizə gül gətirmək istəyirdim, amma 

bükməyə sellofan tapılmadı, odur ki, güldan da almalı oldum". 

— dedi. Gülüşdülər, Sonralar yaxınlıq dəqiqələrinin 

məhrəmliyində Reyhan pıçıltıyla etiraf edirdi ki, Fuad onu 

təmənnasızlığıyla qazana bildi. — Axı  nə ev düzəldəndə, nə 

telefon qoyduranda o adi bir işarə, xırdaca bir eyhamla belə 

büruzə verməmişdi ki, Reyhandan xoşu gəlir. Bu nəciblik və 

nəzakət idi Reyhanın qəlbini  əfsunlayan. Fuad ona necə 

deyəydi ki, ilk görüşlərindən, o ilk müsahibədən hər  şeyin 

məhz bununla nəticələnəcəyini dəqiq müəyyənləşdirmişdi. Bu 

əlaqə  hər ikisinə xoş idi və Fuadı  hər cəhətdən təmin edirdi. 

Reyhanın mənzili şəhərin mərkəzindən uzaq, gözdən-qulaqdan 

iraq, xəlvət bir yerdə idi — kim idi buralarda Fuadı tanıyan; 

deməli, hər  şeyi gizli saxlamaq imkanı da çox idi. Allah 

göstərməsin, Rumiyyənin, ya elə  Şövqünün qulağına bir şey 

çatsın. Qəribədir ki, Şövqünün xəbərdar olmasından daha çox 

ehtiyat edirdi, nəinki arvadının bir şübhəyə düşməsindən. 

Reyhan bir dəfə idarəyə  gəlmişdi, amma Fuad tapşırmışdı ki, 

bir də  gəlməsin. Telefon etməsi də o qədər açmırdı Fuadı, 

görürsən bax, elə bu Nelli vələddizzüna, nə isə iynəyib-



 432 

çüyləyib. Belə məsələlərdə qadın intuisiyası, doğrudan da sirr-

xudadır. Hardan, necə duyurlar; axı telefonla Fuad həmişə çox 

quru və rəsmi danışır. İndi də bax elə belə bir tərzdə danışırdı:  

—Bəli. 

—Salam, nə olub sənə, heç zəng-zad eləmirsən? 



—Vallah, başımı qaşımağa macalım yoxdur. Necəsən? 

—Sən soruşanı yaxşıyam. 

—Di yaxşı, incimə, bu günlərdə mütləq görüşərik. 

—Bu günlərdə? — Səsində  məyusluq, bir az kinayə 

duyulurdu. — Mütləq zəng vuracam. Yaxşı, bağışla, sən allah, 

iclasdır — və yalan olsa da əlavə etdi — yanımda... 

—Zəngini gözləyəcəm. 

Fuad da dəstəyi asdı, gündəlik siyahının axırına gül şəkli 

çəkdi. Dəftərində R. hərfində, Reyhanın telefonunun qabağında 

da gül şəkli çəkmişdi. Nə idi bu-ehtiyatçılıq ya poeziya — özü 

də bilmirdi. Əlbəttə Reyhanın telefonu yadında idi, amma 

yaddaşına çox da arxayın olmurdu, illah da uzun zaman zəng 

vurmayanda telefonu unutmaq qorxusu vardı. Reyhanın ad 

gününü də unuda bilər, təbrik etməzdi, Reyhan möhkəm 

inciyərdi. Odur ki, cib dəftərinin illik təqvimində 9 sentyabr 

rəqəminin qabağında da gül şəkli çəkmişdi. Bu gül bir növ 

Reyhanın rəmzi idi. Amma bütün bu məsələ, deyəsən bir az 

uzanıb axı...  İl yarım idi onların yaxınlığı  və Fuad stolunun 

arxasından durub kabinetin qapısına tərəf addımladığı 

müddətdə fikirləşdi ki, bu ötüb keçmiş  həvəsin bəhrəsi olan 

perspektivsiz  əlaqəyə son qoymaq vaxtı çatıb. Deyəsən, 

Reyhan onun bu niyyətini özündən belə qabaq duyub. Odur ki, 

narahatlıq keçirir. Reyhan yazıq ona doğrudan da qəlbən 

bağlanmışdı, hər halda, alışmış, isinişmişdi və ayrılıq onunçün 

çətin olacaq. Amma indi ayrılmasalar, ağrı daha da amansız 

olacaqdı, daha çox isinişə, daha artıq vərdiş edə bilərdi Fuada. 

Bəzən vərdiş məhəbbət qədər, hətta məhəbbətdən də güclü bir 

qüvvə, bir ehtiyac ola bilir. Fuad bunu bilirdi və Reyhanla 

mümkün qədər mehriban vidalaşmaq istəyirdi.  İndi  əsl 



 433 

məqamdır, xoşluqla, yaxşılıqla, ağrısız-acısız ayrılmaq 

gərəkdir. Görürsən, Nelli də Reyhanın zəngini xüsusi eyhamla 

xəbər verir... Bircə o qalmışdı ki, camaat agah olsun bu 

əlaqədən. Bir söz — sonra gec olar. Məsələni vaxtında xətm 

etmək lazımdır, ehtiyatla, həssaslıqla, nəzakətli, nəcib şəkildə. 

Macal tapıb bir fikirləşmək lazımdır ki, nə sayaq olsun bu 

ayrılıq. Kabinetin qapısını açıb qəbul otağına keçdi. Əhməd 

Nəzərin qapısı  ağzında "mütləq san-gigiyena sənədlərini 

soruşacaq" — deyə düşündü. 

 

 

Dördüncü fəsil 



 

Doğrudan da Əhməd Nəzər iclası san-gigiyena 

sənədlərindən başladı. Söhbət  şəhərin yeni iri yaşayış 

massivinin perspektiv planlaşdırılmasından gedirdi. Planın 

işlənməsi neçə vaxtdı yubandırılırdı, çünki sanitar gigiyena 

komissiyası massivin sağlamlıq-səhiyyə  cəhətdən yaşayışa 

yararlı olması haqqında rəyi hələ sənədləşdirib verməmişdi. 

—Niyə indiyəcən almamısız bu sənədləri? 

Fuad keçib iri müşavirə masasının sağ  kənarında, rəisin 

yanında  əyləşdi. Masanın  ətrafında  Əhməd Nəzərovdan və 

Fuaddan başqa səkkiz nəfər də vardı — şöbə müdirləri, baş 

mühəndis, partkom... 

Fuad:  

—Mən bu məsələylə  məşğul olmuşam — dedi — 



komissiyanın sahəyə aid müəyyən mülahizələri var. Sahənin 

bəzi hissələri bataqlıqdır, su kommunikasiyaları baxımından 

təhlükəlidir. 

Əhməd Nəzər: 

—Yaxşı, iradlarını aydın  şəkildə niyə yazıb vermirlər? — 

dedi. 


—Bu barədə komissiya üzvlərinin vahid rəyi yoxdur. Hələ 

öz aralarında mübahisə edirlər.  




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə