Roman, povestlər



Yüklə 3 Mb.
səhifə124/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   120   121   122   123   124   125   126   127   ...   158

 422 

dərslər idi — rəisinin bu və ya başqa hərəkətinə, davranışına, 

rəftarına, özünü tutmasına, işçilərlə münasibətinə, özündən 

aşağıdakılarla və özündən yuxarıdakılarla danışıqlarına diqqət 

edir və "bu cür yaramaz" deyə  qərar verirdi. Öyrəndiklərinin 

kiçik bir qismi isə pozitiv dərslər idi —hər halda Əhməd Nəzər 

neçə ilin "təcrübəli kadr işçisi" idi. O, cümlədən "Etiraz 

etmirəm" düsturunu da Fuad Əhməd Nəzərdən  əxz eləmişdi. 

Burda incə bir mətləb vardı; bir var deyəsən "razıyam", "yaxşı 

təşəbbüsdür", "bəyənirəm" və sairə, bir də var deyəsən: "etiraz 

etmirəm. "Razıyam", "bəyənirəm"— deyəndə sən bir növ irəli 

sürülən təklifə şərik çıxırsan, deməli, bu işin məsuliyyətini də 

müəyyən dərəcə bölüşürsən. Etiraz etmirəm isə bir növ passiv 

münasibət deməkdir. Təklifi sən irəli sürməmisən, fikrə ortaq 

deyilsən, sən sadəcə olaraq bu məsələyə etiraz etməmisən

gələcəkdə bu iş pis nəticələnsə  də  sənin məsuliyyətin ancaq 

onda olacaq ki, etiraz etməmisəm. Günahın deyir yarısı, çərəyi, 

çox olsa onda biri. Bu çox əlverişli düstur idi və konkret iş 

əsnasında Fuad bu ifadənin xeyrini çox görmüşdü. 

Növbəti sənədi Fuad xeyli nəzərdən keçirdi. 

Mixail Moiseyeviç: 

—Gtot vopros oqovoren s Axmedom Nazaroviçem, — dedi. 

"Xeyr, mən də  hərif deyiləm, — deyə Fuad düşündü.—

Məlumdur ki, bu cəncəl işdir". 

—Raz oqovoreno s Axmedom Nazaroviçem — dedi — vot 

on i podpişet. 

Mixail Moiseyeviç qımışdı. Hər ikisi hər şeyi başa düşürdü. 

Mixail Moiseyeviç şübhəsiz  Əhməd Nəzərin yaxın zamanda 

gedəcəyini bilirdi. Yəqin ki, yerinə Fuadın gələcəyini də 

eşitmişdi. Hər ikisi onu da çox gözəl bilirdi ki, bu ərəfədə Fuad 

heç bir dolaşıq məsələyə müdaxilə etmək istəmir. Eyni 

zamanda Əhməd Nəzər də belə köçəri ovqatında ikən ayağına 

məsul bir işin pərsəngini bağlayıb getmək istəmir. İki ay idi ki, 

həmin sənəd Mixail Moiseyeviç demişkən "otfutbolivalosğ ot 

naçalğnika k zamu, ot zama k naçalğniku". 



 423 

Telefon zəng çaldı. Saat ona iyirmi beş  dəqiqə  işləmişdi. 

Fuad "başlandı" deyə düşündü, dəstəyi götürdü: 

—Mexdiyev u aparata, — dedi — A, yallah Cabir. Sağlığın, 

gözəlliyin — dəstəyi əliylə qapayıb Mixail Moiseyeviçdən — u 

vas vse ko mne? — deyə soruşdu. 

Mixail Moiseyeviç: 

—Yeşo odin vopros, liçnıy, — dedi. — No ya zaydu 

popozje. — Kağızlarını qovluğa yığışdırıb otaqdan çıxdı. 

—Xeyir ola, Cabir, həmişə qulluğunda hazır! — O biri 

telefon səsləndi, Fuad birinci dəstəyə: — Bağışla, Cabir, bircə 

dəqiqə, — dedi, — ikinci telefonun dəstəyini qaldırdı. — 

Mexdiyev u apparata. Tak, sluşaö, vas ponəl. Yets! — dedi, 

düyməni basdı, Nelli otağa daxil olanacan birinci dəstəyə — 

eşidirəm, Cabir. — dinləməyə başladı. Nelli otağa daxil olanda 

əliylə telefonun dəstəyini qapayıb, Nelliyə: Sumqayıtı al, 

Novruzovu, — dedi. — Nelli otaqdan çıxdı. — Cabir, arxayın 

ol, tapşıraram, məşğul olarlar. 

Selektor xırıldadı, sonra Əhməd Nəzərin səsi gəldi: 

—Yoldaş Mehdiyev. 

"Yoldaş Mehdiyev. Yəqin yanında adam var, ya telefonla 

danışır, yoxsa belə rəsmi müraciət etməzdi, həmişə Fuad deyir

yaxud Fuad müəllim, ya da rusca danışanda Fuad Qurbanoviç". 

—Bəli. 


—Sabahın xeyir, Vorobyevdən cavab çıxdı? 

Fuad: 


—Sabahınız xeyir. İndi Sumqayıtla danışacam, — dedi.— 

Dəstəyi qaldırıb nömrə yığdı: 

—Qriqorən, barev ara, vonses? Nə oldu a kişi, bəs sən söz 

vermişdin? — Olacak, olacak... Menə vot uje s utra terebət... 

Sən allah,  özün məşğul  ol.  Mənim adımdan  da  de  Zahidə... 

Nu  yest,  poka... "Ararat" uduzdu  ha,  kirvə!..  ha, ha, ha!.. Ay 

səni...  

Nelli daxil oldu: 

—Novruzov yerində yoxdur, yoldaş Mehdiyev. Dedim 



 424 

gələndə sizə zəng vursun. 

Fuad: 

—Yaxşı, — dedi. "Bu yaşıl paltar zalımın qızına yaman 



yaraşır. Görəsən, bir adamla gəzir? Yəqin gəzir,  əlbəttə, belə 

göyçək qızı, heç asudə  qoyarlar?" — Kadr şöbəsini yanıma 

çağırın! 

—Baş üstə. Çay içirsiz? 

—Yox, sağ olun. 

Dəftərinə qeyd etdi: Sumqayıt, Novruzov. Cabir. 

Plemyannik — Qadjiyev Ağa. Qriqoryan. Pensiya məsələsi". 

Kadr şöbəsinin müdiri daxil oldu: 

—Siz çağırmışdınız, yoldaş Mexdiyev? 

Fuad: 


—Bəli, — dedi. — Oformite prikaz. — O, qeydlərinə baxdı. 

— Qadjiyev Aqa. Seqodnəşnim çislom. Skolka raz ə moqu 

povtorət gto vam? 

— Na ispıtatelğnıy srok? 

—Da. 

—Baş üstə. 



Fuad telefon dəstəyini götürdü, kadr şöbəsinin müdirinə: — 

Gedə bilərsiz, — dedi və daxili telefonla üç nömrə  yığdı: — 

Sabir, qardaş, nə oldu sənin rasçetların? Atam balası, sabah 

mənim macalım olmayacaq, bu gün axşam evdə baxmaq 

istəyirdim. Özün bilərsən, amma məndən deməkdir, sonra 

inciməyəsən məndən, THa!.. Bəli, hökmən!.. Bu gün beşəcən 

mənim stolumun üstündə olmalıdır. Lap da zarafata salmısız. 

— Sonra sərt bir tərzdə: — Belə getsə biz çətin işləyə bilərik! 

— dedi və cavab dinləmədən dərhal dəstəyi asdı. 

Saata baxdı, ona on dəqiqə qalırdı. Onda plan iclası, on 

birdə letuçka. Sonra aerodrom. Dəfndə də danışmalıdır, axşam 

da. Axşamkı  çıxışını hazırlamağı Mixail Moiseyeviçə 

tapşırmışdı, dəfndəki çıxışını isə kiməsə tapşırmaq yaxşı 

düşməzdi. Yazıq Fuad Salahlı... Mənə  həmişə "adaş" deyərdi, 

ya da "Balaca Fuad". Daha doğrusu, həmişə yox, o vaxtlar, 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə