Roman, povestlər



Yüklə 3 Mb.
səhifə122/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   118   119   120   121   122   123   124   125   ...   158

 416 

Qurban bu tərəfə çevrildi və Fuad onun sifətini gördü... 

—Çıxın bayıra... bu saatca!.. — Fuad bu sözləri eşitmədi 

Qurbanın dodaqlarının tərpənişindən oxudu və bu zaman, 

Qurban çevrilərkən Bilqeyis xanımın oğlunu da gördü — 

həmin o səkkizinci sinifdə oxuyan oğlanı, nə idi onun adı, ay 

allah? 

Bilqeyis xanım...  Əlbəttə, arvadın da adı, çox güman ki, 



Bilqeyis deyildi... Bilqeyis Fuadın rəhmətlik qayınanasının 

adıdır. Qayınanasının da ki, dünyada gözünün ağı-qarası bircə 

balası olub, — Rumiyyə, Fuadın arvadı Rumiyyə, Rima, 

Rimiçka. Rima, Rimiçka, Rumiyyə  də ki, tamam başqa 

məktəbdə oxuyub... Amma... Amma hafizə sandığında həmin 

qadın nədənsə Fuadın çox illər sonra tanış və daha sonralar da 

qohum olduğu Bilqeyis xanımla eyniləşirdi. Niyə? Kim bilir? 

Bəlkə zahiri bir bənzəyiş vardı. Bəlkə Bilqeyis xanım da 

dodaqlarını belə al qırmızı boyayırdı. Bəlkə bu cür qabardin 

paltosu ya qara torlu şlyapası vardı. Yox, Fuadın heç yadına 

gəlmir Bilqeyis xanımın dodaqlarına belə al qırmızı boya 

çəkməsi. Qabardin paltosu bəlkə vardı, bəlkə də haçansa — o 

vaxtlar, qabardin dəb olan çağlar — Fuadın onu hələ 

tanımadığı zamanla varmış... həmçinin qara torlu şlyapası da... 

Bəlkə zabitəsi, harınlığı, mənəm—mənəmliyi? Bəlkə 

kobudluğu — Qurbana qarşı kobudluğu? Yox, Bilqeyis xanım 

Fuadgillə, Qurbanla qohum olduqları müddətdə bircə  dəfə da 

olsun nə Qurbanla, nə Çərkəzlə, nə də Fuadın özüylə belə qaba, 

sərt danışmamışdı. Bəs bu assosiasiya, anım, bu bənzətmə, 

eyniləşdirmə  nədəndir, neçindir, hardandır? Niyə  həmişə bu 

səhnə Fuadın zehnində alışıb sönəndə, həmin qadını öz içində 

Bilqeyis adlandırır? Bəlkə də ona görə ki, əsil Bilqeyis xanım 

da, o şərti Bilqeyis adlandırdığı qadın da ucaboy idilər, Qurban 

kişi isə (elə oğlu Fuad da ona çəkib) balacaboylu idi. Və hər iki 

qadın Qurbanla danışanda ona yuxarıdan aşağı baxırdılar. 

Əlbəttə, qayınanasını nəzərdə tutduqda Fuad bu ifadəni məcazi 

yox, hərfi, müstəqim mənasında işlədir. 



 417 

—Fuad qədəş, pererivdə bir yerə gedəcəyik? 

—On ikinin yarısında burda ol, Qasım, aerodroma 

gedəcəyik. 

 

*** 

Fuad vərdiş halını almış ötəri bir baxışla qapının üstündəki 

yazıya — öz adı, familiyası  qəbul günləri və saatları qeyd 

olunmuş lövhəyə baxdı  və katibənin otağına keçdi. Fuadın və 

rəis  Əhməd Nəzərovun katibələri müştərək idi. Katibə Nelli 

ayağa durub salam verdi. Sağa və sola açılan hər iki qapı — 

rəisin və müavininin — Fuadın qapıları taybatay açıq idi. İri 

divar saatı düz doqquzu göstərirdi. Bütün bunlar da dəqiq 

vərdiş halını almışdı — katibə Nelli işə doqquzdan qabaq 

gəlirdi — doqquza onmu, beşmi dəqiqə qalmış... Fuad düz 

doqquzda gəlirdi, rəis isə ona on beş  dəqiqə  işləmiş. Fuad 

özünə qəti söz vermişdi ki, o biri kabinetə keçəndən sonra da 

bu adətinə xilaf çıxmasın. Həmişə düz doqquzda gəlsin və 

gələcək müavinindən də eyni dəqiqliyi tələb etsin. Fuadın bu 

kabinetdən o kabinetə keçməsi artıq, demək olar ki, həll 

olunmuş məsələ idi, yaxın həftələrin, bəlkə də günlərin birində 

bitib başa çatmalıydı bu iş. 

Fuad otağına keçənə  qədər Nelli ayaq üstdə qaldı. Nelli 

qısaqollu, təzə yaşıl paltar geyinmişdi və bu paltar on doqquz 

yaşlı yaraşıqlı  qızı daha da gözəlləşdirirdi. Fuad qaş-qabağını 

salladı; Nellinin masasının yanında cins şalvarlı, idmançıya 

suyu çəkən cavan, lap sütül bir oğlan dayanmışdı. Fuad onu 

üzdən tanıyırdı. Mir İsmayılın  şöbəsində  işləyirdi, ancaq, 

deyəsən, vaxtını öz şöbəsindən daha artıq Nellinin yanında 

keçirirdi, nə barədəsə hey xısın-xısın danışıb-gülüşürdülər. 

Özünə  tənbeh eləmək yüngüllük olar, amma bir macal tapıb 

Mir İsmayıla demək lazımdır, qulaq-burması versin. 

Doğrudur, idarənin bütün başqa işçiləri, daha doğrusu, butün 

kişi əhli də Nelliyə biganə deyildi. Hərə bir bəhanə tapıb özünü 

bu otağa salır, ara xəlvət olduqda Nelliyə bir-iki kompliment 




 418 

deyir, bayramlarda, illah da səkkiz martda ilk hədiyyəni — bir 

plitka şokolad, bir dəstə gül, bir flakon tapılmayan ətir — indi 

kimin fərasəti nəyə çatırdı — Nelliyə  gətirərdilər.  Əlbəttə, 

Nelliyə qarşı bu xoş  rəftarın yeganə  səbəbi qızın gözəlliyi, 

gəncliyi, yaxud hamının ondan bir balaca kəsməsi deyildi. 

Çoxlarının Nelliyə belə xoş münasibətinin sırf praktik, əməli 

səbəbləri vardı: Nellinin vasitəsilə xahişini idarə  rəhbərlərinə 

daha tez çatdırmaq olardı, Nelli lazımi sənədə, istənilən arayışa 

şəxsi münasibətlərindən asılı olaraq çox tez ya çox gec qol 

çəkdirə bilərdi, Nelli şeflərin qəbuluna düşmənin məqamını 

hamıdan dürüst bilirdi — rəisin ya müavininin bu gün ovqatı 

necədir — qanı qaradır, ya kefi ala buluddadır, filan məsələ bu 

gün qaldırılsa — lap yerinə düşər, ya bu işin hələ ki, heç üstün 

vurmasan yaxşıdır və  nəhayət, Nelli müdiriyyətin bir-biriylə 

münasibətlərini, hər hansı bir işçiyə əlaqəsini də hamıdan səhih 

bilərdi — müdirlə müavini necə salamlaşdılar, müdirlə 

partkom necə görüşdülər, müavinlə mestkom necə danışdılar 

— bütün bu məlumatları ancaq və ancaq Nellidən almaq 

olardı... 

Sözün düzü Fuad özü də bu qızdan bir balaca kəsirdi... Nə 

isə xoşuna gəlirdi onun çiyninə tökülmüş dümdüz saçları, 

altdan-altdan oğrun-oğrun baxması, uzun qıçları  və  həmişə 

ciddi ifadə saxlamağa çalışan sifətinin gözlənilməz, qəfil 

gülüşlə işıqlanması. Burda bir günah iş yox idi ki, xoşu gəlirdi, 

vəssalam. Ancaq bir çoxlarından fərqli olaraq Fuadın qəti 

əqidəsi vardı: işlədiyin idarədə, illah da tabeçiliyində olan qız-

gəlinlərə heç bir vaxt ayrı gözlə baxmamaq. Yəni baxmamaq 

deyəndə, o qədər də dəqiq deyildi bu təbir, baxmağına baxırdı, 

lap belə  əməlli-başlı baxırdı  və fikrindən də cürbəcür gözəl-

gözəl xəyallar keçirdi. Ancaq həmişə bu şıltaq istəklərini, bu 

ötəri xəyallarını kökündən kəsib atmağı da bacarırdı.  Əlbəttə, 

Nelliylə kiçik bir flirt heç də  bəd olmazdı. Fuadın yaşı  qırxı 

ötmüşdü və  əgər haçansa onu yaşca özündən böyük qadınlar 

daha artıq cəlb edirdisə, son illər,  əksinə, daha çox gəncliyə 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə