Roman, povestlər



Yüklə 3 Mb.
səhifə125/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   121   122   123   124   125   126   127   128   ...   158

 425 

bütün o hadisələrdən qabaq... Eh dünya, dünya... Əşi, bir şey 

deyər də dəfndə... Tabut başında day uzun vəzariyyət oxumaq 

lazım deyil ki... Amma axşamkı çıxışı mütləq gözdən keçirmək 

lazımdır... Qoy Mixail Moiseyeviç qaralamasını hazırlasın, 

sonra Sabirə verərəm, bir də əl gəzdirsin, kənək adam olsa da, 

savadına söz yoxdur... 

Fuad gülümsündü. Yadına bir şey düşdü. Bir gün başı 

yaman qarışıq idi. Əlli cür işi bir-birinin üstünə qalaqlanmışdı. 

Bir az yükünü yüngülləşdirmək üçün işçiləri bir-bir çağırıb 

ayrı-ayrı  işləri tapşırırdı.  İşlər o qədər müxtəlif çeşidli və elə 

çox idi ki, heç onları qeyd eləməyə  də vaxt tapmamışdı, elə 

belə  şifahi surətdə beynində nömrələmişdi. Nelli armudu 

stəkanda isti çay gətirmişdi,  şokoladlı Moskva konfetini 

stəkanın yanına, nəlbəkiyə qoymuşdu.  İsti çayın hərarətindən 

şokolad  ərimişdi, Fuadın  əlini bulamışdı, barmaqları çiriş idi, 

amma macal eləyib gedib yuya bilmirdi. Bir saat ərzində 

görəcəyi işləri ağlına sıralayarkən əlini yumağı da on bir, ya on 

iki nömrəli maddə kimi yadında saxlayırdı.  İşçiləri çağırıb on 

bir işin hərəsini birinə tapşırdı  və on bir nəfər on bir tapşırıq 

alıb gedəndə, otaqda hələ tapşırıq almamış on ikinci işçini 

görəndə Fuadın elə bil beynində  çıraq alışıb-söndü, yadına 

düşdü ki, görülməli xırda işlərdən biri də əllərini yumaq idi və 

bu həngamədə nə desən çıxar, bir də görürsən ağlı çaşıb həmin 

işçiyə "hə, sən də al apar mənim  əllərimi yu gətir"—deyib 

biabır olar. 

—Yoldaş Mehdiyev, — Nelli qapıda dayanmışdı — sizi 

istəyirlər, dedim məşğulsuz, dedi özünüz vaxt təyin etmisiz. 

—Kimdir ki? 

—Oqtay Muradov.. 

—Hə. Oqtay. — Fuadın yadına düşdü. — Xoroşo, soedinite. 

—Yallah, Oqtay, bir də salam. Canımçün, bax beş 

dəqiqədən sonra Əhməd Nəzəroviçin yanında iclas başlanır, bir 

saatdan az çəkməz, on birdə də mənim yanımda iclasdır... Lap, 

iclasbazlar olub getmişik... Day demə… Nə məsələdir axı? Hə, 



 426 

yazıq Fuad Salahlı... Yaxşı, deməli, dayan görüm — susdu, 

dəftərçəsinə baxdı. 11-də letuçka, 12-10-da aerodrom... — Gəl 

belə eləyək, Oqtay, mən iclasımı beş  dəqiqə tez qurtararam, 

aerodroma da beş  dəqiqə gec gedərəm, Qasım — şoferimi 

deyirəm, adı Qasımdır, yolda qovub çatdırar. Deməli, bir on 

dəqiqəlik müxtəsər görüşə bilərik. Düz saat on ikiyə beş dəqiqə 

qalmış  gəl. Amma bax, dəqiq ol, ha!.. Biz biçarələr, saatla 

yaşayan adamlarıq, dəqiqəmizə söz var... 

Dəstəyi asdı. Oqtay Fuadın yanında, həmin bu kabinetdə bir 

dəfə olmuşdu. Onda da Yazıq Fuad Salahlının hansı  işiyləsə 

əlaqədar gəlmişdi, nə  iş idi, xatirimdə deyil. Əlbəttə Fuad 

Salahlı özü endirib gəlməzdi öz işiyçün, Oqtayın gəldiyini 

bilsəydi də narazı olardı. Oqtay ondan gizli gəlmişdi və Fuad 

nə lazımdırsa elədi... Halbuki Fuad Salahlıyla neçə ildi salam-

kəlamları yox idi... Ta o vaxtdan... Oqtayla da az-az, ayda, ildə 

bir dəfə görüşərlər, rəsmi yerlərdə, iclasda, sərgidə, 

müzakirədə... İlahi, necə qısqanırdı Əsməri həmin bu Oqtaya... 

Sən demə, aralarında heç nə yox imiş, sən demə,  Əsmərdə 

başqasının gözü varmış, Camal onu çoxdan marıtlayıbmış... Bu 

qısqanclığın əsassız olduğu çoxdan məlum olsa da Fuada, hər 

halda Oqtaya münasibətində indiyəcən bir qeyri-səmimilik 

vardı — heç cür yatmırdı ürəyinə bu Oqtay. Yəqin elə Oqtayın 

da ondan xoşu gəlmirdi doğrusu. "Öz-özümlə görüş". Fuad 

gülümsündü. Dəftərçəsindəki bu yazı Oqtaydan yadigar 

qalmışdı. 

...O gün də başı yaman qarışıq idi Fuadın. Yüz cür işi vardı, 

iclaslar, mirvari kimi sapa düzülmüşdü bir-birinin dalınca. 

Ancaq, hər halda, Fuad ölçüb-biçib Oqtaya vaxt ayıra bildi, 

qəbul etdi onu. Mütləq Oqtayın xahişinə  əməl etməli, onu 

qəbul etməliydi. Bütün bu illər ərzində Oqtay bir dəfə də olsun 

onun yanına düşmək tamarzısı olmamışdı. Bir məktəbdə 

oxumuşdular. Orta məktəbdə. Oqtay Fuaddan iki sinif aşağı idi. 

Oqtayla həm də bir institutda oxuyublar. Burada artıq bir 

kursda idilər — axı Fuad iki il hərbi xidmət çəkib qayıtmışdı. 



 427 

Dostluq edirdilər o vaxt. Əsmər Camala ərə getmişdi, keçmişin 

qısqanclıq  əzabları, rəqabət ehtirası indi sönüb getmişdi, 

əksinə, ümumi xatirələr — orta məktəb xatirələri onları 

yaxınlaşdırmışdı. Ta o hadisələrə  qədər. Fuad Salahlı... Yazıq 

Fuad müəllim... 

O vaxt Oqtay birinci dəfə Fuadın qəbuluna gələndə, Fuad 

nədənsə elə  zənn edirdi ki, Oqtay bu kabineti, telefonları, 

katibənn görəndə bir az karıxacaq, Fuadın özüylə də nəsə başqa 

bir tonla, müəyyən naqolaylıq duya-duya danışacaq. Amma, 

əksinə, Oqtay özünü elə apardı ki, elə bil bu kabinetə ilk dəfə 

deyil gəldiyi, guya elə butün ömrü belə-belə yerlərdə keçib. Ya 

bəlkə özünü sındırmamaq, tox tutmaq istəyirdi... 

O səfər də söhbətləri vaxt qıtlığından düşdü. Fuad haradasa 

oxumuşdu ki, hər dövrün öz defisitləri, qıtlıqları var. Bir 

dövrdə  ən qıt və deməli,  ən qiymətli  şey qızıldır, başqa bir 

dövrdə neft, ya məsələn, çörək, ya ərazi, torpaq, su... Bizim 

dövrdə isə ən defisit olan, ən çox qıtlığını duydurumuz şey — 

vaxtdır. "İnanırsankı, kitab-jurnal oxumağa da macalım qalmır. 

Oğlanlarımın üzünü bəzən heç bazardan bazara da görə 

bilmirəm, görürsən, bazar günü də bir iş çıxır, elə-belə günləri 

day demirəm; axşam mən gələndə onlar yatırlar, səhər tezdən 

hərəmizin ağzı bir tərəfə düşür". Söz də elə bu kitab oxumaq 

söhbətindən çözələndi. Oqtay dedi ki, bu yaxınlarda zen-

buddizmə aid çox maraqlı bir kitab oxuyub və bu fəlsəfənin bir 

çox müddəaları sanki, ona onun özünü izah edib. Fuada da 

məsləhət bildi ki, oxusun, hətta söz verdi ki, Fuad tapmasa, öz 

kitabını ona göndərər. Doğrudan da bir həftədən sonra 

göndərdi. Bir gecə, Fuad yatağına nisbətən tez girmişdi, açdı 

Oqtayın göndərdiyi kitabı, vərəqlədi, ora-burasına baxdı, 

doğrusu, bir mətləb qanmadı. Hiss etdi ki, yavaş-yavaş 

mürgüləyir. Yuxu gözlərini tamam qapamamışdan bir az qabaq 

fikirləşdi ki, Oqtay bədbəxtin də lap ağlı çaşıb, vaxtında 

evlənmədiyinin nəticəsidir. Arvadı, uşağı olsaydı, belə-belə 

cəfəngiyatlara baş qoşmağa macal tapmazdı. Deynən, ay zalım 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə