Roman, povestlər



Yüklə 3 Mb.
səhifə126/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   122   123   124   125   126   127   128   129   ...   158

 428 

balası, ciddi işlə  məşğul ol, pis memar deyilsən, qabında, 

şübhəsiz, azdan-çoxdan bir şey var, amma nə olsun, axırını bir 

yerə  çıxarda bilmədin ki... Yaşın da daha o yaş deyil ki, 

ümidlərlə, xam xəyallarla yaşayasan: "gör nələr edəcəm, gör 

hamıya necə doqquz qoyacam, — bu yaşda belə xülyalarla 

yaşamaq gülüncdür... Dünyada heç bir şeyi təxirə salmaq 

olmaz, "haçansa nə isə edəcəm, haçansa nə isə  dəyişəcək

haçansa nə bilim nə olacaq" gümanlarıyla yaşamaq — öz-

özünü aldatmaqdır, zəiflikdir, vəssalam. Nə varsa, nə yoxsa 

indidir, bu gündür, dayanmaz vaxt axınının bax, bu indicə 

durduğun astanasındadır, bu günündə bir şey yoxdursa, 

sabahına da ümid bağlama, əzizim. Müdrik babalar da elə çox 

gözəl deyib ki, bu günün işini sabaha qoyma... 

...Qəribədir, niyə o həmişə Oqtay barəsində düşünəndə 

içində onunla qızğın mübahisə edir, sanki Oqtayın səssiz-

sözsüz etirazları, iradları, əks-dəlilləri, onu, Fuadı daha artıq bir 

inadla öz baxışlarını, öz nöqteyi-nəzərini, öz əqidələrini 

müdafiəyə qaldırır və Fuad bu görünməz müsahibinə nəyisə elə 

hey isbat etmək istəyir. Yazıq Oqtay kənd hamamlarına layihə 

çəkməklə  məşğuldur və üzdə  həmişə bununla bərk fəxr edir. 

Ancaq iftixarını elə böyük həvəslə və elə tez-tez bəyan edir ki, 

elə bu özü adamı bir balaca şübhəyə salır. Ali təhsilli 

memarsan, institutu əla diplomla bitirmisən, indi qırx yaşını 

haqlayanda, ancaq rayon hamamlarını tikməyə qabil olmusansa 

özündən, öz taleyindən küs, — deməli, artığına iradən, gücün, 

bacarığın, inadın çatmayıb. Öz aramızdır, bir az da içki yıxdı 

onun evini... Elə yazıq Fuad Salahlı da yaxşı vuran idi. Əlbəttə, 

Fuadın dili gəlməzdi belə söz deməyə, amma çox 

ağzıgöyçəklər iddia edirlər ki, elə Oqtay Muradovla Fuad 

Salahlının dostluğu da araq dostluğudur. Nə isə… hər halda 

Fuad Salahlı — Fuad Salahlıdır, adı-sanı, hörməti, odur bax, 

indi öləndə  də  qəzetdə nekroloq çıxdı, fəxri xiyabanda dəfn 

olunur. Bəs, allah eləməmiş, sabah Oqtay Muradov ölsə, 

özündən sonra nə qoyub gedəcək — kənd hamamlarını? 



 429 

Həmişə  təmizlikdə!.. Ya bəlkə elə Oqtayın qabiliyyəti, talantı 

elə bu qədərlik, bu əndazəlik imiş... 

İnstitut uğurlarına baxma, institut uğurları institutda qaldı. 

Həm də o illər Fuad Salahlı almışdı Oqtayı qanadının altına. 

Oqtayın diplom müdafiəsini Fuad yaxşı xatırlayırdı: az qala 

bayrama, nümayişə çevrilmişdi, hamı bir ağızdan Oqtayın 

böyük gələcəyindən dəm vururdu. Yeni bir Karbüze, Rayt, ya 

nə bilim Vesnin qardaşları-üçü bir yerdə, Dadaşev və 

Hüseynov — ikisi bir yerdə — bunlar hamısı tək bir Oqtayın 

sifətində peyda olmuşdular. Bəs nə oldu? Rayon hamamları. 

Səhhət vicud — həmişə  təmizlikdə! Deməli, bir atımlıq barıtı 

varmış Oqtayın. Oqtay, yazıq başa düşmür ki, həyat ayrı-ayrı 

triumflardan ibarət deyil, gündəlik, hər saatlıq, hər dəqiqəlik 

çətin, ağır mübarizədir. Bu mübarizədə, ancaq güclülər qalib 

gələ bilər, yalnız inadlılar uda bilərlər. Oqtay bunu heç cür başa 

düşmək istəmir. Heç Fuadın özü də, yəni böyük Fuadın, Salahlı 

Fuadın özü də bunu əməlli-başlı başa düşmür, daha doğrusu, 

başa düşmürdü, rəhmətlik. Elə bütün bunları başa düşməyə-

düşməyə də getdi bu dünyadan. Axıra qədər başa düşmədi ki, 

bir  şey qazanmaq istəyirsənsə, bir şeyə çatmaq istəyirsənsə 

gərək sənin gücünü bilsinlər, qüvvəni, təpərini duysunlar, 

imkanlarından xəbərdar olsunlar, yoxsa... 

Oqtaya da bu fikirləri təlqin etmək istəyirdi Fuad, amma 

Oqtay heç qulaq da asmırdı.  Əksinə, onun sözündən-

söhbətindən belə məlum olurdu ki, Oqtay Fuada nisbətən daha 

arxayındır, daxilən dincdir, taleyindən, işindən də daha artıq 

razıdır. O səfər Fuad Oqtaya az vaxt ayıra bildiyinə görə 

üzrxahlıq edirdi — bir sən mənim günümə bax — günlük işlər 

siyahısını Oqtaya göstərdi — indi birdir, həmi, ikidə raykomda 

görüş, üçdə nazirin qəbulunda olmalıyam, 4-də baş memarla 

obyektə gedirik, beşin yarısında konstruktor bürosunun işçiləri 

yanıma gələcək, beşdə — Novruzovla görüş... 

Oqtay: 


—Ora bir görüş də qeyd elə, — dedi, — öz-özünlə görüş. 


 430 

Fuad güldü: 

—Onu düz deyirsən, adamın heç öz-özüylə görüşməyə vaxtı 

qalmır və nədənsə qələmi götürüb dəftərçəsinə "Özümlə görüş" 

sözlərini yazdı, Oqtaya göstərdi, hər ikisi güldü. 

Ən qəribəsi o idi ki, həmin gündən etibarən keçən görüşləri

icra olunmuş  işləri bir-bir gündəlik siyahıdan pozur, təxirə 

salınmış  işləri, görüşləri isə sabaha və ya başqa bir tarixə 

keçirirdi və icra olunmamış  işlər, baş tutmamış görüşlər 

sırasında mexaniki olaraq "öz-özümlə görüş" maddəsini də hər 

gün günün siyahısına salırdı. Buna bir növ adətkərdə oldu. 

Selektor xırıldadı: 

—Bəli, Əhməd müəllim. 

—Fuad, gəlirsən? İclası başlayırıq. 

—Gəlirəm. 

Fuad durub otaqdan çıxırdı ki, Nelli gəldi, nə isə xüsusi bir 

eyhamla (əlbəttə bu eyham güclə sezilirdi): 

—Telefonu götürün, — dedi. 

—Kimdir? İclasa gedirəm. 

Nelli yenə də eyni, güclə sezilən vurğuyla:  

—Reyhan xanımdır, — dedi. 

"Aman allah, heç hənanın yeridir!" 

Reyhanla iki il bundan qabaq tanış olmuşdu. Reyhan 

qəzetdə işləyirdi, Fuadın yanına müsahibə almağa gəlmişdi. 

İlk baxışdan Fuadın gözü qızı tutdu, macalı  nə  qədər dar 

olsa da, müsahibəyə ayırdığı vaxtdan bir saat artıq danışdılar. 

Fuad müxbir qızın suallarına geniş,  ətraflı cavablar verirdi, 

şübhəsiz, müəyyən dərəcədə özünü göstərirdi də. Ancaq 

müsahibənin axırına yaxın Fuada o da aydın oldu ki, bu qız 

məhz Fuaddan intervü almağa təsadüfən gəlməyib, öz şəxsi 

məsələsi də var və bu müsahibə də ancaq bəhanə imiş. Reyhan 

bir neçə ay qabaq ərindən ayrılmışdı, evini dəyişmək, daha 

doğrusu, təzə mənzil almaq istəyirdi və Fuaddan bu işdə kömək 

gözləyirdi. Fuad, doğrudan da kömək elədi, 8-ci mikrorayonda 

birotaqlı  mənzil düzəltdi Reyhana. Orderi alan gün gözləri 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə