Roman, povestlər



Yüklə 3 Mb.
səhifə129/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   125   126   127   128   129   130   131   132   ...   158

 437 

lapdan nazirə  zəng vurursan, əvvəl işi hərtərəfli mənimsə, nə 

istədiyini bil, sonra da məsələni  əsaslı  şəkildə qaldır. Amma 

Əhməd Nəzər artıq nazirlə şirin söhbətdə idi. Bu da onun daha 

bir nöqsan cəhəti. Heç bir vaxt rəsmi danışıqları belə ərkyana 

— familyar üslubda aparmaq olmaz. 

—Sən mənim canım... Əşi... əşi, qoy oturmuşuq, a kişi... Ay 

zalım, kefə baxırsan ki!.. Ha-ha-ha!.. O da həştaddandır. 

Əlbəttə,  Əhməd Nəzər özünü müəyyən dərəcədə  işçilərinə, 

otaqdakılara da göstərirdi.  Şöbə müdirlərinin gözlərinə kül 

üfürürdü: yəni bir baxın, mən nazirlə necə çaşka-loşkayam, 

görün mən kimlərnən qapaz-qapaz oynayıram, kimin gücü 

çatar mənə bata, boş-boş sözlərə, qeybətlərə fikir verməyin, 

yarımda möhkəməm. Bəlkə  də belə primitiv fəndlər kimisə 

şaşırda bilərdi, amma hər halda Fuad o həriflərdən deyildi, həm 

də ki, bütün bu "canınçün, canımçünün" praktik iş  cəhətdən 

əhəmiyyəti bir qara qəpik idi. Fuad bilirdi ki, nazir Əhməd 

Nəzərin canına, başına and içə-içə onun heç bir sözünü, işini 

ciddi qəbul eləmir. 

Doğrudan da Əhməd Nəzər bir müddət hal-əhval tutub, 

gəvəzələyəndən sonra mətləbə keçəndə sir-sifəti dəyişdi: aydın 

idi ki, nazir onun xahişini mədəni və  işgüzar  şəkildə  rədd 

edərək nə isə tutarlı səbəblər gətirir. 

—Hə, belə de... Yox əşi?!. 

"Əşi" sözü Əhməd Nəzərin  ən çox işlətdiyi söz idi, 

dünyanın, kainatın bütün mürəkkəb problemlərini, insanlığın 

bütün qəliz duyğularını, düşüncələrini üç hərflik bu söz 

vasitəsilə müəyyən edirdi... Həm təəccübünün, həm 

narazılığının, həm sevincinin, həm qorxusunun ifadəsiydi bu 

tutumlu söz: əşi!.. Kefi lap kök olanda bu sözə dördüncü hərf 

də əlavə edirdi: "Əşşi..." Duyğu təlatümünün son həddi isə "əşi, 

yox əşi" cümləsində təcəssüm olunardı. 

Əhməd Nəzər dinləyir, nazir nə isə deyirdi. Fuad nazirin 

səsini eşitməsə də, dediklərini dəqiq bilirdi. Bilirdi ki, bax, indi 

nazir instruksiyaya isnad edir, amma yeni instruksiyanın on 



 438 

dördüncü maddəsinin üstünü vurmur. Bu maddədən  Əhməd 

Nəzər də  xəbərdar deyildi, xəbərdar idisə  də indi hafizəsində 

deyildi,  şübhəsiz! Fuad isə yadına salmaq istəmirdi. Öz 

təqsiridir, qoy altın çəksin. Əvvəlcə məsələni ağıllı-başlı öyrən, 

sonra gap telefonu da! Bu yaşda kişiyə mən təzədən "əlif-bey" 

öyrətməli deyiləm ha! 

Əhməd Nəzər telefonu asdı. Fuad artıq — təzə instruksiyanı 

qovluqdan çıxarıb masanın üstünə qoymuşdu. 

Əhməd Nəzər: 

—Nazir deyir ki, instruksiyaya görə... 

Fuad onun sözünü kəsdi: 

—Nazir yəqin təzə instruksiyanın 14-cü maddəsini unudub. 

Yeni instruksiya rəisin qabağında idi. Əhməd Nəzər uzağı 

görmə eynəyini çıxarıb yaxını görmə eynəyini taxdı, tələsik 

qarşısındakı  vərəqlərə göz gəzdirdi, Fuadın qırmızı  qələmlə 

altını  çızdığı 14-cü maddəni dodaqlarını  tərpədə-tərpədə 

ürəyində oxudu və  dərhal telefonun dəstəyini qapdı…  İndicə 

zəng elədiyi nömrə yadından çıxmışdı, yenidən dəftəri açdı, 

tapdı, telefonun fırlanqacını hərlədi. 

Fuad: "Bu da bir səhv, — deyə düşündü. — Özünü necə də 

yüngül aparır bu boyda kişi. Elə bil "ağır otur, batman gəl" 

məsələni ömründə  eşitməyib. Halbuki bu məsəl birinci 

növbədə məhz elə vəzifəli şəxslərə aiddir. 

—Mənəm yenə... hə  Əhməddir...  Əşi, sən bizi dağa-daşa 

niyə salırsan a kişi, budur bax, təzə instruksiya, səhifə yeddi, 

14-cü maddə — bir gör nə yazılıb — V sluçae, esli... o 

maddəni nazirə oxumağa başladı, ancaq elə birinci cümlənicə 

yarımçıq kəsdi, təəccüblə — Bilirsən? Bəs bilirsənsə onda... — 

Susub qulaq asmağa başladı. 

Fuad: "Ay hay! Ay sən bu məsələni həll elədin ha!" — deyə 

düşündü. 

—Yaxşı, nə deyirəm ki, onda qalsın...  Əşi, sağlıq olsun.— 

Nəzər dəstəyi asdı, — bu məsələ, görünür, hələ tam 

yetişməyib, — dedi. — Gördüz nazirlə danışdım, belə  qərara 



 439 

gəldik ki, bu məsələyə bir də qayıdaq. Hələlik qalsın. 

"Hələlik. Bu hələlik gör neçə ay çəkəcək. Əgər bu neçə ayı 

Əhməd Nəzər stolundan dəbərməsə. Halbuki onca dəqiqənin 

ərzində həll eləmək olardı"... 

—Keçək ikinci məsələyə. 

İkinci məsələnin Fuada bilavasitə  dəxli yox idi. Fuad şöbə 

müdirlərini qeyri-ixtiyari olaraq müştəri gözüylə süzdü. Öz 

yerinə  şübhəsiz bunlardan birini təklif eləməliydi: Sabir, 

Mürsəl, Mir İsmayıl. Mir İsmayıl yaxşı  işçidir,  şorgözlüyü 

olmasa. Çətin düzələ. Evləndi, amma arvad da əl-ayağını 

yığışdıra bilmədi. Sabirin savadına, biliyinə söz ola bilməz, 

amma dikbaşdır. Ondan yaxşı müavin təsəvvür də eləmək 

olmaz. Fuadla ikisi bir yerdə dağı dağ üstünə qoyardılar, əgər... 

Əgər Sabirin tərsliyi olmasaydı. Onunla çətin dil tapa. Sabir 

Fuadın hər dediyinə  ləbbeyk deməyəcək,  şəksiz, başlanacaq 

mübahisələr, çəkişmələr... Nəyə  gərəkdir bu başdan elə 

özüyçün problem yaratsın... Amma, səd heyf, işçi kimi Sabirin 

tayı-bərabəri yoxdur. Mürsəl. Mürsəl əksinə, Fuadın bir sözünü 

iki eləməyəcəkdi.  İşçi kimi də pis deyil. Əlbəttə, Sabirə, heç 

Mir İsmayıla da çatmaz, amma hər halda işləyə bilər. Amma... 

Mürsəlin də bir xüsusiyyəti var... bunu heç cür nəzərdən 

qaçırmaq olmaz ha! Mürsəl çox xoşsifət, güləş adamdır, üzdə 

hamıyla yaxşı münasibətdədir, mehriban rəftarı, qılığı var. 

Ancaq idarədə elə adam yoxdur ki, elə içi Fuad qarışıq, Mürsəl 

onun haqqında xüsusi bir şey bilməsin: özü də həmin adamı az-

çox ləkələyəcək, üstünə müəyyən kölgə salacaq bir şey. 

Doğrudur, bildiklərini bayraq eləyən, iclaslarda gözə soxan, ya 

güncdə-bucaqda qeybət qıran deyildi, amma hünərin var bir 

balaca Mürsəlin ayağını basdala, qıvrılıb ilan kimi səni elə 

çalar, özün də mat-məəttəl qalarsan. Bir dəfə Fuad nə  məsələ 

üçünsə ona möhkəm təpindi; Mürsəl Fuada bir neçə mətləbi elə 

bir ustalıqla, elə bir incəliklə xatırlatdı ki, Fuadın ayağının 

altından yer qaçdı: atası Qurbanın o uğursuz çıxışını da, 

Şövqünün tərcümeyi-halından bəzi detalları da — o cümlədən 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə