Roman, povestlər



Yüklə 3 Mb.
səhifə128/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   124   125   126   127   128   129   130   131   ...   158

 434 

Əhməd Nəzər mis portsiqarından siqaret çıxartdı, 

müştüyünü filəyib əsəbi hərəkətlə siqareti ora taxdı, odladı. 

—Yaxşı "vahid rəyə" — o, Fuadın ifadəsini yüngül bir 

istehzayla təkrar etdi — nə vaxt gələcəklər? Neyləmək lazımdır 

ki, axırı mübahisələri bir şeylə nəticələnsin? 

Ortalığa sükut çökdü. "Neyləmək lazım olduğunu gərək sən 

özün biləsən, — deyə Fuad düşündü, — bizdən soruşursan". 

Sükutu Fuad pozdu: 

—Nazirləriylə danışmaq lazımdır. O, göstəriş versə 

sənədləri tələsdirmək olar. 

—Bəs niyə nazirlə danışmamısınız? 

Fuad düşündü ki, əgər Əhməd Nəzər sualı ayrı cür versəydi, 

məhz ona, Fuada müraciətlə "nazirlə niyə indiyəcən 

danışmamısan?"  şəklində qoysaydı, bəlkə onda tutduğu 

vəzifəyə azdan-çoxdan layiq olardı. Hər halda bir müddət də 

həmin bu yerdə  işləyə bilərdi. Amma Əhməd Nəzər sualını 

konkret olaraq məsuliyyət daşımalı olan adama — Fuada şamil 

edə bilmədi. Cəsarəti çatmadı  və Fuad da bunu bildiyi üçün 

ötkəm bir tərzdə: 

—Kim danışmalıydı ki nazirlə? — deyə soruşdu. 

Əhməd Nəzərin yenə  də  şansı qalırdı; yenə  də "Necə  yəni 

kim danışmalıydı,  əlbəttə  sən danışmalıydın", ya rəsmi iclas 

olduğu üçün: "Siz danışmalıydınız, yoldaş Mehdiyev" — 

deməliydi. Ancaq o, gözlərini o yan-bu yana hərləyib: 

—Nə bilim, gərək danışaydız da... — deyə mızıldandı. 

"Nə bilim". Bilmirsən, buna görə  də bu vəzifəni tutmağa 

haqqın yoxdur. Bu vəzifəni tutan adamın əlində təpər olmalıdır, 

yumruğunu stola vurmağı bacarmalıdır, sənin isə müavininə 

gücün çatmır, ondakı qalsın lazımı yerlərdə  məsələ  həll 

eləməyə..." 

Fuad bilirdi ki, Əhməd Nəzər onun, yəni Fuadın kim 

olduğundan yaxşıca agahdır,  Şövqünü də tanıyır. Yəqin öz 

aqibətindən də  xəbəri vardı, bugün-sabahlıq olduğu qulağına 

dəyməmiş olmaz, Fuadın namizədliyini də  eşitmişdi yəqin. 



 435 

Bəli, bilirdi ki, axır günləridir, vəzifəli həyatının, ömrünün 

altmış yeddinci ilində erkən yaşlarından alışdığı stollara, şəxsi 

maşına, katibəyə və sairə və sairəyə vida etməlidir: qarşıda onu 

nə gözləyirdi; fərdi pensiya, Mərdəkan, Zuğulba, Bilgəh 

istirahət evlərinin seyrək kölgəli xiyabanları, özü kimi 

revmatizmdən, revmokarditdən, radikulitdən, nə bilim daha 

nələrdən  şikayətlənən qoca təqaüdçülərlə domino, nərd 

oyunları, keçib getmiş illərin, dövranların xatirələri, "Filankəs 

Filankəsoviç yadındadır, hansı Filankəs, qalalı Filankəs, hə 

Peşmənkəs Peşmənkəsoviçlə bacanaq idi ha, əvvəllər filan 

vəzifədə idi, sonra keçdi filan vəzifəyə" qəbilindən  əvvəlsiz-

axırsız söhbətlər, qəzetlərdən bildikləri yeni təyinatlar, yeni 

vəzifəyə keçmiş yeni, çox vaxt tanımadıqları adamlar barədə 

müzakirələr, mübahisələr və yenə domino və yenə  nərd-taxta 

və yenə tibbi müayinələr, analizlər, iynələr, dərmanlar və yenə 

"Filankəs Filankəsoviç yadında, bəs Peşmənkəs 

Peşmənkəsoviçi heç demirsən"... və s. və i. a. və s. və i. a. 

Əhməd Nəzər  Əşrəf Nəzərovun dost-doğma qardaşı idi. 

Şübhəsiz, yəqin  Əhməd Nəzər ürəyində belə fikirləşir ki, ona 

qardaşının təpiyi dəyib. Altı ay bundan qabaq Əşrəf Nəzərovu 

şiddətli töhmətlə  vəzifəsindən azad etmişdilər.  Əhməd Nəzər 

də yüz faiz əmin idi ki, özünün də pıçı qardaşına görə burulub. 

Amma axı Fuad bilirdi ki, bu belə deyil, daha doğrusu, bu 

məsələyə başqa cəhətdən baxmaq lazımdır. Əhməd Nəzəri indi 

heç də qardaşına görə çıxartmırdılar, amma o vaxtlar qardaşına 

görə irəli çəkmişdilər və indiyə qədər də məhz qardaşına görə 

saxlamışdılar. Hamı, bəlkə elə  Əhməd Nəzərin özü də, dərk 

edirdi ki, o, bu yerin adamı deyil, amma nə qədər ki, Əşrəf iş 

başında idi, Əhməd Nəzəri laxlatmaq çətin məsələydi. Əlqərəz, 

Əşrəf gedəndən bir az sonra hamı elə bil birdən-birə ayıldı: axı 

doğrudan da Əhməd Nəzər hara, belə məsul vəzifə hara? 

Əhməd Nəzər müharibə  iştirakçısı idi, döyüş  təltifatları 

vardı  və deyirlər ki, cəbhədə, doğrudan-doğruya  şücaət 

göstərmişdi. Görünür, igidliyin də növləri, çeşidləri, janrları 



 436 

var: müharibə janrı, gündəlik məişət janrı, inzibati-təşkilatçılıq 

janrı. Müharibədə qoçaqlıq göstərmiş bu adam inzibati-

təşkilatçılıq cəbhəsində tam bir aciz idi, zavallı  və gücsüzdü. 

Məişət janrında isə ondan betər — davanın odundan-alovundan 

keçmiş bu yekəpər, qarabuğdayı kişi arvadından oddan qorxan 

kimi qorxurdu. Nelliyə heç gözünün ucuyla baxmaq yuxusuna 

da girməzdi  Əhməd Nəzərin, yəni elə yaşda deyildi, amma 

arvadı  Həvva xanım mənasız qısqanclıq ucbatından az qala 

yazıq qızı  işdən qovdurmuşdu. Nellinin qanının arasına Fuad 

girdi, saxlatdırdı. Gözləri qara həlqələrlə köbərlənmiş, xəstə 

böyrəkli  Əhməd Nəzər təmiz adam idi, şəksiz: qarşısına qızıl 

xəzinə tök, tamahı çəkməzdi: amma iradəsi boş, dediyini keçirə 

bilməyən, əlüstü güzəştə gedən, bir az təpinən kimi tez fikrini 

dəyişən — belə bir məxluq idi rəisləri. Nə özündən kiçiklərlə 

danışmağın çəmini tapa bilirdi, nə özündən böyüklərlə. Odur 

ki, nə öz idarəsində, sən deyən nüfuzu vardı, nə yuxarılarda 

hörməti-sayı... Bir yandan da kəmsavad idi, bədbəxt oğlu... Lap 

belə piyadə e... Şəhərin inşaat perspektivlərinin qabaqcadan 

müəyyənləşdirilməsi — proqnozlaşdırma (belə naqolay bir adı 

vardı idarələrinin) kimi mürəkkəb, məsuliyyətli bir sahəyə 

tükənməz enerjisi, müasir savadı-biliyi və  əsas da həvəsi

ehtirası, meyli olan adam başçılıq etməliydi. 

Fuad: 


—Mən,  əlbəttə, nazirlə danışa bilərdim, — dedi, — amma 

yaxşı düşməz. Nazirlə  rəis səviyyəsində danışmaq lazımdır. 

Rəis dura-dura müavinin nazir səviyyəsinə  çıxmasına nazir 

necə baxar? 

Əhməd Nəzər: 

—Yaxşı, mənə papaq eləyəydin, mən danışaydım da, — 

dedi və telefonlar kitabçasını açıb vərəqlədi. — Nə çətin iş imiş 

bəgəm? 


O, nömrəni tapıb, dəstəyi qaldırdı. 

Fuad öz-özünə qeyd etdi ki, hövsələsizlik, darmacallıq 

Əhməd Nəzərin başqa bir naqis cəhətidir. Nədir götürüb indi 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə