Roman, povestlər



Yüklə 3 Mb.
səhifə134/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   130   131   132   133   134   135   136   137   ...   158

 452 

bilmərik, — dedi, — siz lazımi cəzanızı almalısınız. Yoxsa hər 

yerindən duran tələbə mötəbər, hörmətli sənətkarlarımız 

haqqında ağzına gələni danışsa, bu yaxşı nəticə verməz. 

Fuadın sifətindən puçur-puçur tər axırdı, pərtliyindən, 

eşitdiyi təhqirlərin iynələrindən boğulurdu, hiddətindən dili də 

tutulmuşdu elə bil, ağzını açıb bir kəlmə cavab verə bilmirdi, 

yer yarılsaydı yerə girərdi... 

Fuadın məsələsi tələbə elmi cəmiyyətində (dekan 

Zülfüqarovun iştirakı ilə) müzakirə olundu, onu institutdan 

çıxarmaq məsələsini qaldırdılar. Məsələnin qəti həlli rektorun 

ezamiyyətdən qayıtmasına qaldı. 

O da yadında idi ki, məruzəsinə hamıdan çox əl çalan bəzi 

tələbə yoldaşları indi Fuadı görəndə gözlərini gizlədirdilər, elə 

müəllimlərin də bir qismi özlərini görməməzliyə vururdu. 

Sonralar o, dönə-dönə düşünmüşdü ki, bu bir neçə  həftənin 

dərsi həyatın ona verdiyi dərslərdən  ən mühümü idi, bəlkə  də 

ona görə ki, ilk ciddi dərsi idi dünyada; adamların etibarına 

bələd olduğu ilk dərs... 

Asya o zaman çox ona ürək-dirək verdi, sağ olsun. 

Doğrudan doğruya arxa oldu, ən çətin dəqiqələrdə ruhdan 

düşməyə qoymadı. Rektorun gəlməsini edam kimi gözləyən 

Fuadın təsəllisi yalnız Asyanın həyanlığı idi. Asya: 

—Nəzir demişəm, — deyirdi, — görərsən, hər şey xeyirnən 

qurtaracaq. 

Rektor qayıdan günün sabahısı Fuadı yenə mühazirədən 

çağırdılar. Bu səfər rektorun yanına apardılar. 

Kabinetdə rektordan başqa dekan Zülfüqarov və Fuadın 

tanımadığı çalsaçlı, lopabığlı bir kişi də vardı. Fuad bu səfər 

də, az qala, tanımayacaqdı Zülfüqarovu. Elə bil tamam başqa 

adam idi qabağındakı. Dekan olduğu fakültədə  həmişə  şəstlə 

gəzən, özünü p... yemiş turac kimi tutan Zülfüqarov — bu 

hündürboylu, bazburutlu kişi — burada elə bil büzüşüb cücəyə 

dönmüşdü, yersiz-yersiz və  mənasız-mənasız hey irişir, kos 

kimi ora-bura dığırlanan göz bəbəklərini rektordan çalsaç 



 453 

kişiyə, o kişidən rektora qaçırırdı, üşüyən adamlar kimi əlini 

əlinə sürtürdü. 

Rektor Fuadı təpədən—dırnağa süzüb: 

—Qəhrəman bu imiş, — dedi. — Pah atonnan, əjdaha imiş 

ki bu!.. 

Hər üçü güldü. Hamıdan bərk Zülfüqarov hırıldadı... 

Fuad qıpqırmızı  qızardı, pörtdü, ona elə  gəldi ki, boyunun 

törə olmasına söz atırlar; indi bu üç kişi onu masqaraya  qoyub 

rişxənd edəcək. Ancaq bura gələndə  qəti qərar vermişdi: 

"Ölmək-ölməkdir, xırıldamaq nə deməkdir", özünü mərd-

mərdanə aparacaq, cavablarını verəcək, qovurlar institutdan 

qovsunlar.  İndi də bu "əjdaha" atmacasına sərt bir cavab 

verməlidir, tutarlı bir söz tapıb deməlidir. Elə  ağzını açmaq 

istəyirdi ki, tanımadığı kişi: 

—Bala, — dedi, — dərslərini oxuyub başa vurdun? 

Fuad elə bildi ki, kişi institutu nəzərdə tutur. Yəni ikinci 

kursdaca tələbəliyini birdəfəlik başa vurduğuna işarə edir: 

deməli, çıxardırlar onu institutdan, Asyanın nəziri-flanının bir 

feyzi olmayıb... Hiss etdi ki, soyuq tər basır onu, vermək 

istədiyi ötkəm cavablar bir-bir uçub getdi beynindən və az qala 

yalvarırmış kimi səsi əsə-əsə: 

—Yox, mən hələ oxumaq istəyirəm, — dedi, — mən... 

Tanımadığı kişi həlim baxışlarla onu süzdü və: 

—Bala, — dedi, — mən bugünkü dərslərini deyirəm, 

qurtardı bugünkü dərslərin? 

Zülfüqarov Fuada macal vermədən: 

—Yox, hələ bir dvuxçasovkaları da var, — dedi. 

Kişi ağır-ağır Zülfüqarova baxıb: 

—Elə bilirəm dekanın müsaidə edər, — dedi. — İstəyirəm 

mənimlə gedəsən. — Kişinin sözü qurtarmamış Zülfüqarov 

tələsik: 

—Əlbəttə, əlbəttə, nə söz ola bilər, — dedi. 

Kişi rektorla möhkəm əl tutdu, Zülfüqarova isə ağızucu bir 

vida edib otaqdan çıxdı. Fuada işarə elədi ki, dalınca gəlsin. 



 454 

İnstitutdan çıxdılar, qara rəngli bir maşına yanaşdılar. Kişi ona 

arxada yer göstərdi, özü qabaqda əyləşdi. Yol boyu dinib-

danışmadılar. Yalnız maşın hündür, çox yöndəmsiz bir binanın 

(Fuad bilirdi ki, bu binanı  Şövqü  Şəfizadə tikib) qabağında 

dayananda və kişi: 

—Düşək, — deyəndə, Fuad: 

—Hara gedirik ki? — deyə soruşdu. 

Kişi: 

—Bizə — dedi — səni evimizə qonaq aparmaq istəyirəm. 



Deyəsən məni tanımadın? Həmin o tənqid elədiyin  Şövqü 

Şəfizadə mənəm də... 

Fuad Şövqügilin qapısından ilk dəfə o gün girdi... 

Bilqeyis xanımın adnan deyilən zoğal mürəbbəsini də ilk 

dəfə o gün daddı. Rumiyyəni də ilk dəfə o gün gördü. Ən əsası 

isə Şövqünü o gün tanıdı. 

Bilqeyis xanım süfrəyə çay gətirəndə Şövqü: 

—Bəlkə aclığın var? — dedi. — Bəlkə Bilqeyis xalan bizə 

bir şey hazırlasın? 

—Yox, sağ olun, toxam. 

Bilqeyis xanım otaqdan çıxdı, onlar ikisi qaldı  və  Şövqü 

çaydan qurtum-qurtum içərək sözə başladı: 

—Bu məsələni mən bu gün eşitdim, daha doğrusu, bu gün 

eşitdim ki, səni bir balaca incidiblər. O saatca durub gəldim 

instituta. Görən, bu uşaq neyləyib ki, bunlar belə bir-birinə 

dəyiblər. Xahiş elədim gətirdilər mənə  məruzəni, oxudum və 

rektorunuza dedim ki, bu tələbəni tənbeh eləmək yox, 

mükafatlandırmaq lazımdır. Çoxdu məgər belə  dərrakəli

savadlı, müasir zövqlü cavanlarımız ki, onların da başından 

vuraq? Yox, adamın allahı var, rektorunuz ağıllı oğlandır, özü 

burda olsaydı qoymazdı, o balacalardır canfəşanlıq edənlər, o 

dekanınızdır nədir, sir-sifətindən yaltaqlıq yağır. Elələrindən 

özünü qoru, bala, pambıqla baş  kəsərlər, mən belələrinin 

tumuna yaxşı bələdəm. İç çayını, soyutma. 

Fuad eşidib inanmırdı, matı-qutu qurumuşdu, ağzını açıb 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə