Roman, povestlər



Yüklə 3 Mb.
səhifə123/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   119   120   121   122   123   124   125   126   ...   158

 419 

meyl edirdi — düşünürdü ki, yəqin bu qocalmağın da olmasa 

— yaşa dolmağın  əlamətidir... Bəzən fikirləşirdi, — haçansa, 

lap gənc yaşlarında qərara gəlmişdi — qadınların xoşuna 

gəlmək üçün gərək çox məşhur, ya çox istedadlı, ağıllı, bir 

sözlə  nə isə qeyri-adi adam olasan və qeyri-adi işlər görəsən, 

yüzlərin, minlərin içində seçiləsən və çoxları buna can atır, 

bütün ömürlərini, həyatlarını  sərf edirlər ki, seçilsinlər, 

başqalarından üstün olsunlar, bəyəndikləri qadınların da 

diqqətini cəlb etsinlər və bu mübarizəyə gedən illərdə  nə 

qadınlara doyunca vaxt ayırmağa, nə  əməlli-başlı sevib-

sevilməyə, nə də insanı məst edib, gündəlik yaşayışdan ayırıb 

aparan məhəbbətə macal qalır... Və qadın, gözəllik, nəşə  və 

məhəbbət naminə seçilmək ehtirası artıq bir vasitə yox, özü 

özlüyündə məqsəd olur. Və bəlkə Fuadın bu yaşında Nelli kimi 

gənc və cazibəli bir qızla sevişməsi — özü ən ali bir məqsəddir 

— rəislikdən də, bütün başqa niyaz-imtiyazlardan daha yüksək 

və həqiqi məqsəd. Ancaq Fuad onu da dərk edirdi ki, ağlından 

keçənlər — xam xəyallardır, ailəsi var, iki oğlu var, Şövqü var 

və bütün bunlar uzunmüddətli, bəlkə  də ömürlük dəyərlərdir, 

ən qızğın, ən çılğın eşq isə bir aya, üç aya, uzağı bir ilə alışıb-

sönür, neçə deyərlər, yanır, sovrulub havaya gedir — yerində 

külü qalır, vəssalam. Amma hər halda könlü, necə deyərlər, 

gizli istəklər guşəsini —surquclu möhürlərlə kip bağlamaq da 

düz deyil axı... Nelliylə kiçicik bir roman... Əlbəttə Bakıda 

yox, məsələn, bir aylıq yay məzuniyyəti kurort — Krım, Soçi, 

Pribaltika... yaxud daha da arxayınçılıq olsun deyə — 

ümumiyyətlə ağlagəlməz bir yer — Bakı camaatına heç vəchlə 

rast gəlməyəcəyin bərgüzidə guşəsi böyük məmləkətimizin — 

Baykal gölü, İssık-göl, nə bilim Kamçatka kurortları... Aman, 

aman... Bəlkə də, haçansa, kim bilir... Fuad rəis olandan sonra, 

bir gün, işgüzar bir ezamiyyət. Çox ciddi və  təmkinli tonla: 

"Nelli! Məni Moskvaya çağırırlar, müşavirəyə, orada cürbəcür 

yazı-pozum, tapşırıqlarım olacaq. Kadr şöbəsinə deyin, sizin də 

əmrinizi hazırlasın". Bunlar hamısı çox gözəl, amma, görəsən, 



 420 

Nellinin heç yatsa yuxusuna gələrmi ki, Fuad ağlında belə 

şeylər tutub... Niyə  tərs kimi həmişə ucaboylu qızlardan xoşu 

gəlir? Bircə Rumiyyədən başqa, Rumiyyəylə boyları  bərabər 

idi — əlbəttə, Rumiyyə dikdaban çəkmə geyməsəydi. Neçə 

dəfə boyunun qısalığı Fuadı xoşladığı  qızlardan məhrum 

etmişdi.  İndi Fuad bu məsələyə müəyyən məzəylə baxırdı, 

ancaq axı, haçansa ilk gənclik illərində bu zarafat deyildi, faciə 

idi. Faciə ha, faciə tapdın, gülməlidir, vallah! İndi bəlkə məzəli 

gəlir, amma ilk gənclik illərində, rastına çıxan hər bir gözəl 

qıza sevişmək, evlənib ailə qurmaq niyyətiylə baxarkən — bu 

qızların böyük bir qismi ona əbədiyyən çatılmaz idi. Boylarına 

görə. Küçədə yan-yana, qol-qola gedərkən kişinin başı qadının 

çiynindən olması — Fuadçun dözülməz bir lövhə idi. 

Gülməlidir, həm də faciə idi bu. İllah da bir dəfə — Fuad 

Əsmərə  aşiq olanda. Əsmər Oqtayla bir sinifdə oxuyurdu, 

Fuadgildən iki sinif aşağı. İçərişəhərdə olurdular. Əsmərgil — 

bir özüydü, bir də anası... Sonralar Əsmər Camala ərə getdi. 

Camal onların məktəblərində ingilis dili dərsi deyirdi, Qurbanla 

da heç yola getmirdi... Qurban "zəhləm elə  əzmə-büzmə 

kişilərdən gedir — deyərdi — bir kişi ki, cibində dırnaq qayçısı 

gəzdirə ondan nə gözləyirsən...U Doğrudan da Camal ifrat 

səliqə-sahmanlı idi... Hamı elə bilirdi ki, Əsmər Oqtayla gəzir

həmin bu Oqtayla, Muradov Oqtayla və Fuad Əsməri Oqtaya 

dəlicəsinə qısqanırdı. Bir gün heç kəsin gözləmədiyi bir halda 

Əsmər Camala ərə getdi, bir qədərdən sonra isə onlar Bakıdan 

köçdülər. Sonralar Fuad yavaş-yavaş  Əsməri unutdu, ağrısı-

acısı da qaysaqlanıb sağaldı, amma o illər, o illər Fuad lap dəli-

divanə idi. Boyunun çıxması üçün nə etmirdi Fuad, basketbola 

yazılmışdı, müalicə gimnastikasıyla məşğul olurdu. Xısın-xısın 

için yeyirdi, amma ürəyindəkiləri Əsmərə açmamışdı, qorxurdu 

gülər, lağa qoyar, Oqtaya, başqa uşaqlara danışıb  ələ salar 

Fuadı... 

 

*** 




 421 

Stolunun arxasına keçən kimi gündəlik işlər dəftərçəsini 

açdı. "Nə etməli, kiminlə görüşməli, kimə  zəng etməli, hara 

getməli" və sairə qrafalara bölünmüş vərəqə göz gəzdirdi. 

—10-da plan müşavirəsi, rəisinin yanında. 

11-də mənim yanımda letuçka. 

12-10-da aerodrom. ADR heyətinin qarşılanması. Onlarla 

nahar. 


4-də dəfn. 

7-də açılış!!! 

"Açılış" sözündən sonra üç nida işarəsi qoyulmuşdu və 

bunun mənasını yalnız Fuad özü bilirdi. 

Və  nəhayət, axırda vaxtı göstərilməmiş bir maddə: Töz-

özümlə görüşU — Fuad gülümsündü. 

Nelli bugünkü qəzetləri və bir stəkan çay gətirdi. Fuad: 

"çoxdandır qıza çay alıb vermirəm — deyə düşündü. — Rəisə 

çay verir, mənə  gətirir, özü də içir — Moskvadan ona 

gətirdiyim on paçka hind çayı  yəqin çoxdan qurtarıb". 

Dəftərçənin sabahkı  vərəqinə "çay" yazdı. Qəzetləri gözdən 

keçirdi — hər gün ona on-on iki qəzet gətirirdilər, yalnız ikisini 

— "Pravda"nı və "Bakraboçi"ni diqqətlə oxuyurdu. 

Ona iyirmi dəqiqə  işləmiş yuriskonsult Mixail Moiseyeviç 

otağa daxil oldu. Salamlaşdı. Sənədlərlə, kağızlarla dolu 

qovluğu Fuadın qarşısına qoydu. Fuad kağızları  nəzərdən 

keçirdikcə Mixail Moiseyeviç izahat verir və Fuad da sənədlərə 

dərkənar qoyurdu. 

Mixail Moiseyeviç növbəti kağızı göstərərək: 

—Fuad Qurbanoviç — dedi, — Çetvertaə proektnaə prosit 

zaqasit zadoljennostğ po pervomu kvartalu. 

—Çetvertaya masterskaya — Fuad fikrə getdi, sonra — Ne 

vozrajayu — dedi və ərizəyə dərkənar qoydu. 

Əhməd Nəzərovla, — uşaqlar onun adını  Əhməd Nəzər 

qoymuşdular ("Əhməd Nəzərəm, birin vuranda minin əzərəm") 

— bəli, Əhməd Nəzərlə işlədiyi iki il müddətində Fuad ondan 

çox  şey öyrənmişdi. Öyrəndiklərinin böyük qismi neqativ 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə