Roman, povestlər



Yüklə 3 Mb.
səhifə34/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   30   31   32   33   34   35   36   37   ...   158

 119 

Mənzər: 


—Vaxsey, vaxsey,  qiyamət  imiş, — dedi. — Nemət qardaş 

başına dönüm, ver bir də qulaq asaq. 

Nemət düyməni basdı. Bir də qulaq asdılar.  

Mənzər yenə səsləri tanıyır: 

—Sürəyya bacı! Bikə  xala!   Vay evinəcən, — deyə 

qışqırırdı: 

Yenə Nemətin səsi gəldi. 

—Bir də mən görsəm ki... 

Nemətlə Mürşüd şahmat oynamağa başladılar. 

Mürşüdün adəti vardı. Oynayan vaxtda aramsız danışır, 

oxuyardı.  

—Deyir, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. 

Yaxşı, Nemət müəllim, mən burdan sənə  şah desəm, hara 

gedərsən? Aha, bura, çox gözəl, çox da pakizə, deyir qızım 

sənə başmaq alım, al dədə, qurbanın olum. Al, bir dənə də şah. 

Deyir şax, şax, uşaqsan, uşax. Dərsə gedən bir uşaq, çıxdı buz 

üstə qoçaq, durdu qoçaq neylədi, buza belə söylədi. Nə söylədi, 

söylədi ki, mən bu topu götürürəm, bu atla, soruşsan niyə 

deyərəm neçin ki, lazımdır, Deyir, dağlar dağımdı mənim, qəm 

oylağımdı mənim, dindirmə, deyir, qan ağlaram, çünki yaman 

çağımdır mənim, hə... ki... qızı verdilər keçələ, bəs bir gün 

gördülər... nə gördülər, gördülər ki... şah, bir də şah deməli belə 

getdin, çox yaxşı, indi sən mənə  şah deyirsən, lap əcəb 

eləyirsən, — birdən-birə elə bil Mürşüdün söz axını qurudu, bir 

az tutulan kimi oldu, başını qaldırıb maddım-maddım Nemətə 

baxdı, — boy, mən matam ki, — dedi, — ə, bu necə oldu, ə? 

Bu biri topu görmədim zəhrimarı, ay sənin saqqalın ağarsın, 

pəh atonnan, udmuşdum e, əməlli-başlı səni sıxışdırırdım, tfu, 

andıra qalasan belə oyun. Yaxşı, birini də düzək. 

Dəhlizdən səslər gəldi. 

Sürəyya: 

—Xoş gəlmisiz, keçin içəri, — deyirdi. 

Nemət səslərindən gələnləri də tanıdı. Sürəyyanın ortancıl 



 120 

bacısı Tahirə və onun əri Cabbar idi. 

Nemət ayağa durub onların qabağına çıxdı. 

Cabbar allahın fağırı idi. Vur qapazı başına, al çörəyi 

əlindən. Tahirə isə atmaralı idi.  

Ər də, arvad da kimyaçı idilər.  Ər elmlər namizədi. Arvad 

elmlər namizədi. Ər indi doktorluq dissertasiyasını yazırdı. 

Cabbar sözləri çox aydın və  təmkinlə  tələffüz elər və  sırf 

ədəbi dildə danışardı: "Mən və Tahirə artıq beş ilə yaxındır ki, 

nigahdayıq. Biz mütəmadiən hər axşam dənizkənarı bağa gedib 

təmiz hava qəbul edirikU və b. k. 

Sısqamətən bir oğulları vardı. Nemət onu görəndə ürəyindən 

qara qanlar axırdı. Çünki haçan görsəydi Tahirə ritorik 

suallarla uşağın canını boğazına yığırdı: "Alik necə çörək 

yeyir? Alik pis çörək yeyir. Bəs Fatik necə yeyir? (Uşağın adı 

Fuad idi) Fatik yaxşı yeyir. Alik mamasını neyləyir? Alik 

mamasını incidir. Bəs Fatik? Fatik mamasının sözünə baxır". 

Uşaq bütün bu ritorikanı çox laqeyd və biganə görkəmlə 

dinləyirdi. Mənfur Alikin kim olduğunu heç kəs bilmirdi. 

Tahirə özü də bilmirdi. Nemətə elə  gəlirdi ki, bu mifik bir 

varlıqdır. Fatikin mələkliyiylə müqayisə üçün peyda olmuş bir 

iblisdir. 

Bir həftə bundan qabaq Cabbargil təzə  mənzilə 

köçmüşdülər. 

Amma köçməyə çoxdan hazırlaşırdılar. Altı ay söhbətlərinin 

əsas mövzuları mənzil məsələsi idi. 

Bundan  əvvəl isə düz üç il ayrı mövzuları vardı. Üç il 

bundan qabaq Dunayla səyahətə  çıxmışdılar, altı ölkədə 

olmuşdular. Nemət düşünürdü ki, özlərinə bilmirəm, amma 

camaata bu səyahət çox baha oturdu. Kim, harda, nədən 

danışsaydı Tahirə dərhal onun sözünü ağzında qoyub deyərdi: 

—Yadında, Caboş, biz Ruminiyada olanda... 

(Ümumiyyətlə, onda bu xasiyyət vardı, birinci növbədə 

ərinin, sonrakı növbələrdə başqalarının sözünü yarımçıq kəsib 

ya etiraz edər, ya təshih edər, ya da tamam başqa, heç dəxli 



 121 

olmayan bir məsələdən danışmağa başlardı). 

Cabbar da təmkinlə: 

—Bəli, Tahirə, — deyə cavab verərdi. — Lap yaxşı 

yadımdadır. 

Tahirə  ərini Caboş çağırırdı. Bilmirəm bu bacılarda nə 

adətdir. Alya da o boyda zırpı kişiyə Murzik deyir. 

—"Caboş, Murzik! Yaxşı ki, Sürəyya mənə belə bir ad 

qoymayıb". 

Nemətin yanında Caboş, ya Murzik deyəndə  əti tökülürdü. 

Çimkinirdi, elə bil qapının dalından açıq-saçıq bir səhnə, ya 

başqasının yığışılmamış yorğan-döşəyini, yad adamın alt 

paltarını, ya nə bilim nələr görürdü. 

Tahirə: 


—Caboş, — dedi, — görürsən. Sürəyyagil təzə maqnitofon 

alıblar. 

—Bəli, görürəm. Çox mübarəkdir. Sağlıqlarına qismət 

olsun. 


—Sağ ol. 

—Yadında, Caboş, Avstriyada maqnitofon gördük e, belə 

sarı qutuda? 

Nemət: "Aman allah", — deyə düşündü. 

—Təzə eviniz necədir? — deyə soruşdu. Hər halda ev 

söhbəti nisbətən təzə idi, qulağı yağır eləməmişdi.  

Cabbar: 

—Yaxşıdır, — dedi. — İki balkonu var. Hündürlüyü üç 

metr. Köhnə layihəylə tikilib. Qəşəng. — "Qəşəng" onun ən 

çox işlətdiyi söz idi. — Çox yaxşı oldu, mən elə bilirdim 

tualetlə hamamı bir yerdə olacaq. Təzə evlərdə belə olur axı... 

Amma baxtımız gətirib. Qəşəng. 

Sürəyyanın içəri girdiyini görüb bir də təkrar elədi: 

—Hamam ayrı, tualet ayrı. Qəşəng. 

Əliylə qəribə bir hərəkət elədi. Güman ki, tualetin formasını 

təsvir edirdi. 

—Qəşəng, — dedi, — ağ kafel. Mətbəx də, hamam də. 



 122 

Duşu bir balaca... 

Tahirə onun ağzından vurub. 

—Bilmirəm, nə duş, duş salmısan, — dedi. — Yaxşı, qərara 

gəldik axır ki, usta çağırıb dəyişdirəcəyik. 

Cabbar: 


—Əlbəttə, — dedi, — amma mən... 

Tahirə: 


—Çox evdə kafel vurmurlar, — dedi, — gərək özün 

vurdurasan. 

Cabbar: 

—Nemət, — dedi, — bir təmiz, keyfiyyətli kafeldir ki, 

Tahirənin, Sürəyyanın canıyçün. Baxanda adamın ağzı açıq 

qalır. 


O, həmişə arvadının canına and içirdi. Nemətlə danışanda 

Sürəyyanı əlavə edərdi. Murtuzla danışanda Alyanı. 

Sürəyya: 

—Nemət, — dedi, — maqnitofonu qursana! Tahirəgil qulaq 

assınlar. 

Nemət düyməni basdı, dərhal da səsi eşidildi:    

—Hə, bir şey deyin. 

Tahirə: 


—Sənsən? — dedi.  

Nemət başını yellədi. 

Sürəyyanın səsi gəldi: 

—Yazır?  

Tahirə: 

—Caboş, Sürəyyadır e, — dedi. 

Cabbar: 

—Qəşəng,— dedi. 

Sürəyyanın səsi gəldi:  

—Demək, mən demək istə... 

Gülüşdülər.  

Cabbar: 


—Qəşəng, — deyə təkrar etdi. 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə