Roman, povestlər



Yüklə 3 Mb.
səhifə36/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   32   33   34   35   36   37   38   39   ...   158

 127 

inzibati dəyişikliklər söhbəti onu çox da maraqlandırmamışdı. 

Bəlkə  də o belə  məlumatları daha yüksək dairələrdən alır və 

ancaq özünə tay bildiyi adamlarla müzakirə edirdi. Nemət 

kişinin başını qatmaq məqsədiylə: 

—Dadaş müəllim, — dedi, — maqnitofon almışıq. 

Səslərimizi yazmışıq. Qulaq asmaq meyliniz var?  

—Hə, nə olar... 

Nemət düyməni basdı.  

—Hə bir şey deyin. 

Tanış sözlər, cümlələr, gülüşlər, çoxdan bələd olduğun 

yolun mənzərələri kimi ötüb gedirdi… 

…—Demək, mən demək istə...  

…—Alyagildə də bundan var... 

…—Ne qovori...  

…—Bir də mən görsəm ki...  

Dadaş: 

—Yaxşıdır, — dedi, — çox maraqlıdır. 



Qapı döyüldü. Alya, Murtuz və uşaqları gəldilər. 

Bikə xala: 

—Bu saat gətirərəm, — dedi. — Keçin oturun. 

Dadaşla Murtuz tanış oldular.  

Murtuz: 

—Maqnitofon almısınız? — deyə soruşdu:  

Tahirə: 

—Bir qiyamət sözlər yazıblar. ki, — dedi. — Nemət, qur da, 

Alyagil də qulaq assın. . 

Nemət: "İlahi, sən saxla", — deyə düşündü. 

—Bu saat, — dedi, düyməni basdı. 

Öz səsi eşidildi. Sürəyyanın səsi. Birdən yadına düşdü ki, 

lentdə yasaq bir söz var: "Murzik" kəlməsi. Saxlamaq olmazdı, 

gecdi. Yerini yada salmağa çalışdı. Deməli, Bikə xala 

Murtuzgilin maqnitofonunu tərifləyir, onda Karmen deyir: 

Murzik. Yaxşı, Bikə xala bəyəm bir yerdə tərifləyir, elə kəlmə 

başı deyir də... 



 128 

Elə bu an Karmenin səsi eşidildi:  

—Çuvixa v vostorqe ot maqnitofona... 

Nemət var səsiylə: 

—Murtuz Balayeviç, — deyə çağırdı, — sabah futbola 

baxırıq da. 

Sürəyya təəccüblə ərinə baxdı. 

—Daha niyə qışqırırsan? 

Nemət fikirləşdi ki, səbəbini bilsən, sən məndən bərk 

çığırardın, səsi maqnitofondan eşidildi: 

—Nərgiz, qızım-quzum... 

Rahat nəfəs aldı. Qıl körpüsünü salamat keçmişdilər. Heç 

kəs bir şey duymadı, başa düşmədi, eşitmədi.  

Murtuz: 


—Bəs necə ki,— dedi; — mütləq. 

Alyayla Tahirə nə barədəsə pıç-pıç edirdilər. Ancaq Alyanın 

ayrı-ayrı cümlələri Nemətin qulağına çatırdı: 

—Az, ağrım onun ürəyinə, az, bir ağız-burun bəhəm eləyib 

gəl görəsən... Gədəni girinc eləyib. 

Nemət söhbətin kimdən getdiyini dəqiq bilmirdisə də, başa 

düşürdü ki, Alya xanım yenə Spartakın növbəti eşq-məhəbbət 

macərasından danışır. 24 yaşlı Spartak əhli-kef oğlanlardan idi, 

yaxşı gəzib, dolanıb, yeyib-içən cayıl idi. Atasının "mən ölüm-

sən ölüylə" bildir birtəhər medinstitutu qurtardı. Vay o xəstənin 

halına ki, pənahını Spartaka gətirə! Spartakın bütün fikri-zikri 

gününü xoş keçirmək idi. Arvadları qalstuk kimi dəyişirdi. 

Murtuz oğlunun bu cəhətinə gizli bir ata qüruruyla göz yumar, 

daxilində  fərəhlənərdi. "Ot kökü üstə bitər, mən də cavan 

olanda arvadlardan qaçıb qurtara bilmirdim". 

Alya üzdə Spartakın sərgüzəştlərindən guya bərk narazı idi. 

Telefonla Spartaka zəng eləyən-saysız-hesabsız, "cananlara" 

kobud cavab verib, dəstəyi asardı. Ancaq Nemət bilirdi ki, 

daxildə o da, Murtuzun ordenləriylə, Firəngizin gözəlliyi, 

əlaçıqlığı, isməti və məsumluğuyla fəxr etdiyi kimi, Spartakın 

erkək şöhrətiylə də qürurlanır. 



 129 

Alya xanım özündən də xeyli bədgüman idi. Danışığında 

qəribə bir təzad vardı. Gah Murtuzun adından-sanından, 

yüksək dairələrdə hörmətindən, ailələrinin səadətindən 

danışırdı, gah da xırda bir şey üstündə  bəxtindən 

şikayətlənərdi: "Ey, ay Sürəyya, vallah, hərdən deyirəm 

neynirdim bu gözəlliyi, bu ağlı, bu fiquranı? Bundansa allah 

mənə bir bəxt verəydi". 

Otağın o başında Mürşüd Murtuza bərk girişmişdi. 

Mürşüdün bayaq Dadaşla tutmayan söhbəti indi Murtuzun 

canına görə yağı kimi yayılırdı. 

—Bildiz də, Murtuz Balayeviç, Mahmud İsrafiloviçi 

zamministr qoydular. 

—Sən nə danışırsan? Bəs onun yerinə kimi qoydular? 

—Turab Qurbanoviçi. 

—Yox əşi? Bəs Turabın yerinə? 

—Turab Qurbanoviçin yerinə Zakir Zülfüqaroviçi qoyublar. 

Zakir Zülfüqaroviçin yerinə də elə Mahmud İsrafiloviç gəlib. 

—Keçəl Həsən, Həsən keçəl? 

—Necə? — deyə Mürşüd irişdi, — lap düz deyirsiniz. Bir 

balaca dəyiş-düyüş olub. Yerlərini dəyişiblər. 

İnzibati dəyişikliklər Murtuzun   da azarı idi. Özü də həmişə 

bu dəyişikliklərdən narazı qalardı. "Filan yerə filankəsi 

qoydular. Pah atonnan, gör dünyanın nə yeridir! Əşi, heç belə 

şey olmamışdı..." 

Onu da qeyd etmək lazımdır ki, istefaya çıxmış polkovnikin 

mənsəb ehtirasları heç də sönməmişdi. 

Sürəyya: 

—Buyurun süfrənin başına, — dedi. 

Nemət başını  sındırırdı. "Yaxşı,  əsas mən Dadaşı 

çağırmışam. Birinci dəfədir bizə gəlib. Amma di gəl ilk badəni 

Murtuzun yox, onun sağlığına qaldırsaq, Murtuz Balayeviç 

mısmırığını sallayacaq. Alya xanımın qaşqabağı yernən 

gedəcək, Sürəyya pörtəcək, mənim də günüm qaralacaq. 

Amma o tərəfdən də..." 



 130 

Birdən çıxış yolu tapdı. Dahiyanə  çıxış yolu... Caboş 

demişkən: qəşəng. 

Badəsinə çaxır töküb ayağa qalxdı: 

—Mən təklif edirəm, — dedi, — ilk badəni içək tamadanın 

sağlığına. Murtuz Balayeviçin sağlığına. Onun ailəsinin 

sağlığına. Arzu edək ki, bu xudmani məclisimizə  əsl sərkərdə 

kimi rəhbərlik eləsin. 

Gülüşdülər. 

Nemət: 


"Bu belə, — deyə düşündü. — Göz dəyməsin, bu bəla da 

sovuşdu". 

Nemət Murtuzgilin inciməsindən yaman qorxurdu. Özü də 

ən pis o idi ki, Murtuzun nədən, haçan və nə səbəbə inciməsini 

fələk özü də gəlsə təyin edə bilməzdi. Görürsən adi bir söz, bir 

zarafat elə böyük bir incikliyə, kinə-ədavətə  səbəb olurdu ki

Alyagilin ailəsi aylarla küsü saxlayır, Bikə xala isə evin içində 

Nemətin gününü göy əsgiyə bürüyürdü. Əsəd rəhmətə 

gedəndən bəri Bikə xalanın ən istəkli, ən əziz kürəkəni Murtuz 

olmuşdu. Eyni zamanda o, Nemət üçün göz dağı idi. Bəli, belə 

bir fövqəladə (yəni elə tez-tez olurdu ki, bir fövqəladəliyi də 

qalmamışdı) hadisə baş verən kimi Bikə xala başlayırdı: 

"Qızım sənə deyirəm, kürəkənim sən eşit" prinsipiylə görürsən 

Nemətin qulağının dibində Sürəyyayla danışırdı: "Getmişdim 

bu gün Alyagilə, Murtuzun qanı yaman qaradır, deyir, Bikə, nə 

ədəb qalıb, nə  ərkan, dünənin lüməyi görürsən elə söz deyir, 

qalırsan baxa-baxa, nə böyük tanıyan var, nə kiçik. Saça-

saqqala hörmət eləyən kimdir? Elə tutuquşu kimi bir-iki söz 

əzbərləyib, üç-dörd kitab oxuyurlar, elə bilirlər dünyada 

bunlardan alim adam yoxdur. Deyir, qoyaydılar onları  mənim 

ixtiyarıma, verəydim əllərinə lapatkanı, di qaz bu yeri, görüm 

necə qazırsan tranşey, bu səninçün kitab oxumaq deyil, arvad 

kimi kağız-kuğazla  əlləşib cızmaqara eləmək də deyil". Bu 

söhbətlər onunla nəticələnirdi ki, Sürəyyanın təkidiylə Nemət 

bahalı konyaklardan bir şüşə alıb, yanında da bir qutu şokolad 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə