Roman, povestlər



Yüklə 3 Mb.
səhifə35/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   31   32   33   34   35   36   37   38   ...   158

 123 

Karmen "Murzik" deyəndə yenə gülüşdülər.  

Mürşüd: 

—Murtuz Balayeviçin qulağına çatar, yaxşı düşməz, — 

dedi, — inciyər. 

Tahirə Sürəyyanın qulağına tərəf  əyilib Alyagildən nə isə 

danışmağa başladı. 

Cabbar gözlərini qırpmadan diqqətlə qulaq asır, vaxtaşırı: 

—Qəşəng, qəşəng, — deyirdi. 

Nemətin səsi gəldi:  

—Bir də mən görsəm ki... 

Sükut. 


Mürşüd Cabbarı yeni mənzilləri haqqında sorğu-suala 

tutmuşdu. Nemət qulağının ucuyla Cabbarın sözlərini eşidirdi. 

—...ayrı, hamam ayrı. Qəşəng. 

Cabbargil gedəndə  dəhlizdə Sürəyya dedi ki, sabah saat 

üçdə nahara bizə gəlin. Elə-belə. Özümüz olacağıq.  

Bir azdan Mürşüdgil də durdular. Dəhlizdə Sürəyya dəvətini 

təkrar etdi.  

Mürşüd: 


—Qapını ayağımızla açaq, əlimizlə? — dedi.  

Sürəyya başa düşmədi. 

Mürşüd: 

—Sürəyya bacı, lap dilbilməzsiniz, — dedi, — deyirəm yəni 

əlidolu gələk?  

 Sürəyya: 

—Yox, yox, nə danışırsınız, — dedi, — ayıbdır. 

Sürəyya boşalmış fincanlar, mürəbbə qabları düzülmüş 

süfrəni yığışdırmağa başladı. 

—Alyagilə özün zəng eləsən yaxşıdır, — dedi. — Murtuzun 

xasiyyətini bilirsən ki. Mən zəng eləsəm şestinə dəyər. 

Nemət dəstəyi götürüb zəng elədi. 

—Murtuz Balayeviç, — dedi,— çox xahiş edirik sabah Alya 

xanımla birlikdə bizə təşrif buyurasınız. Saat üç üçün. Elə-belə, 

özümüz... Yox, heç bir münasibəti-zadı yoxdur. Öz canımçün 



 124 

düz deyirəm. Vallah, yox. "İşə düşmədik! Xeyr a, gərək anket 

dolduram". — Əşi, yox, Karmenin yaşı apreldədir. Cildanınkı 

noyabrda, Nərgizinki mayda, Sürəyyanınkı da maydadır. 

Mənimki? Mənimki heç bilirəm ki... Hər halda lap yəqin sabah 

mənim yaşım deyil... Aha... Di sağ olun. 

Murtuz Karmenlə Cildanın atası  Əsədin cəbhə dostu idi: 

Bəlkə elə buna görə Nemətlə heç ulduzu barışmırdı. Nemət 

yazıq ona hər cür ehtiram göstərirdi. Necə olsa böyük bacanaq 

idi. Nemətdən də, Cabbardan da neçə yaş böyük idi. Özü də çox 

zəhmli adam idi. Lap, "ağır oturub  batman gələnlərdən idi". 

Boy-buxun, bazburut,   maşallah! Çal saçlar. İstefaya çıxmış 

polkovnik Murtuz Murtuzov.  

Orden-medallarının   hamısını      taxanda      sinəsində iynə  

sancmağa yer qalmazdı. Zövcəsi də özü kimi boylu-buxunlu, 

gözəl arvad idi. 

Firəngiz adlı bir qızları və Spartak adlı bir oğulları var idi. 

Nemət: 


—Yaxşı, mən gedim yatım,— dedi, — sabah tezdən 

duracam. Mənzər dəhlizdən içəri boylandı: 

—Hələ yatmamısınız ki? Siz allah bağışlayın ha. Mürşüdlə 

spor eləmişik. Deyir orda Bikə xalanın səsi yoxdur. Qurban 

olum, Nemət qardaş, qoy ona bir də qulaq asım, özüm öz 

qulağımla. 

Nemət maqnitofonu qurdu: 

—Qurtaranda bu düyməni basın, — dedi. 

Özü o biri otağa keçdi. Öz səsini eşitdi. 

—Hə, bir şey deyin. 

Soyunub yerinə girdi. Əliylə çarpayısının yanında divara 

vurulmuş xəritəni sığalladı. Barmaqlarını qoyduqca qaranlıqda 

Qazaxıstandakı yer adlarını yada salırdı. Qaratal, Ağsuat, 

Ayaquz... 

Səhra, çöllər, alaçıqlar... O yerləri təsəvvüründə 

canlandırmağa çalışdı. Yavaş-yavaş xumarlandı. Yuxu aramla 

onu öz girdabına, bataqlığına çəkib apardı. Alaoyaq halda o 



 125 

biri otaqdan öz səsini eşitdi: 

—Bir də mən görsəm ki…  

Sonra sükut və qaranlıq qovuşub qapandı...  

Birinci Dadaş  gəldi. Düzdür,  Mürşüdgil ondan qabaq 

gəlmişdi. Ancaq daha onlar qonşu idi, onlar heç. Dadaş həmişə 

məclisə tək gələrdi. Nədənsə arvadını adam içinə çıxarmazdı. 

—Qiyamət evin var ki, — dedi, — elə bu pəncərə  nəyə 

desən dəyər. Axar-baxarı qiyamətdir. 

Nemətlə pəncərənin qarşısında dayanıb şəhəri seyr edirdilər. 

Nemət izahat verirdi: 

—Odur Qız qalasının təpəsi görünür. Sağ  tərəfə baxın. 

Dənizdən beləsinə. Aha, o, Nizami muzeyidir. Yox, kino bu 

tərəfdədir. Bax belə, barmağımın tuşuyla baxın. 

Mürşüd: 

—Dadaş Mamedoviç, — dedi Nemət onu Dadaşla on dəqiqə 

bundan qabaq tanış etmişdi. Ancaq Mürşüd artıq Dadaşın 

atasının adını bilirdi, ümumiyyətlə, Mürşüdün ata adlarına 

xüsusi hafizəsi vardı. Az çox üzdə olan adamların hamısının 

atasının adını bilirdi. 

Dadaşın eşitmədiyini görüb bir az ucadan təkrar etdi: 

—Dadaş Mamedoviç, eşitdiz də, Xosrov Teyyuboviçi 

keçirtdilər Azprodsovetə. 

Mürşüdün başqa bir keyfiyyəti inzibati dairələrdəki 

dəyişiklikləri əvvəlcədən yerli-yataqlı bilməsi idi. 

Dadaş bir an maddım—maddım Mürşüdə baxdı.  

—Xosrov Teyyuboviç kimdir? — deyə soruşdu. 

Amma Mürşüd ondan da artıq məəttəl qalmışdı. 

—Xosrov Teyyuboviçi tanımırsınız? Qaçayev Xosrov 

Teyyuboviçi də. Bir vaxtlar Şamaxıda prokuror işləyirdi, sonra 

keçirtdilər Maştağıya ispolkom. Bu saat deyim sizə, yaxın 

olsun tanıyasınız. Qardaşı  Əsgər Süleymanov maarif 

nazirliyində  işləyir.  Əsgər Teyyuboviç. Doğma qardaşdırlar, 

amma familləri ayrıdır. Tanıdınız indi? 

—Hə, hə, qara Əsgərin qardaşıdır? 



 126 

Mürşüd irişdi: 

—Düzdür, düzdür. Qara Əsgər də deyirlər ona, hə, Xosrov 

Teyyuboviç onun doğma qardaşıdır. Amma araları, deyəsən, 

bir az sərindir. 

Dadaş: 


—Qardaşını tanımıram, — dedi, — ancaq qara Əsgər 

cüvəllağının, badalağın biridir. —Bir vaxt Qlavlitdə  işləyirdi. 

Xaqaninin qəzəlini buraxmırdı ki, necə  yəni Tgəlməsən 

yandırram bütün dünyanıU. Biz bəyəm podjiqatel voynı — 

zadıq? 

Mürşüd yenə irişdi: 



—Lap düz deyirsiniz, lap düz. 

Mürşüd hündürboylu idi. Ancaq bir balaca rütbəli adam 

görən kimi elə bil zahirən də kiçilir, cürübbəzləşirdi. Nemət 

düşündü ki, yaltaqlıq çox pis şeydir, ancaq uzun-hoqqar 

adamın yaltaqlığı lap dəhşətdir. 

Zəng çalındı. 

Cabbarla Tahirə gəldilər. 

Murtuzgil  ən azı bir saat gecikəcəkdir. Bir saat onların 

gecikmək reqlamenti idi. 

Qapı açılanda mətbəxdən otağa iy doldu. 

Mürşüd Dadaşa baxdı, hırıldadı  və  ləzzətlə  əlini-əlinə 

sürtüb: 


—Deyirəm plovu nimçələrə çəkək, — dedi. — Daha gələn 

olmaz. 


Dadaş aciz-aciz gülümsündü. Hələ Mürşüd yumorunun 

çəmini tapa bilməmişdi. 

Mənzər: 

—Eh, ay kişi, nə plov-plov salmısan, — dedi. — Plova 

çağırmayıblar ki, səni. 

Nemət düşündü ki, bir az nalayiq çıxır. Dadaş elə bilər ki

əsas qonaq o deyil, Murtuzgildir. Ona görə  də hamı  yığışıb 

onları gözləyir... 

Dadaş doğrudan da, deyəsən, darıxırdı. Deyəsən, Mürşüdün 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə