143
Amerika
yəhudi kapitalistlərinin yuxarı təbəqəsinin ABŞ
iqtisadiyyatında güclü maliyyə və iqtisadi mövqelərə malik olması;
Ölkə həyatında xüsusi əhəmiyyət daşıyan rayonlarda yerləşməsi.
ABŞ əhalisinin cəmi 3 %-ni təşkil edən yəhudilərin 89 %-i
faktiki
olaraq ABŞ-ın 12 ən mühüm ştatında yaşayırlar. Məhz bu ştatlarda
prezident və senat seçkilərində, həlledici səsə malik olmaq vacib
əhəmiyyət kəsb edir. Nyu-york, Kaliforniya, Pensilvaniya, İllinoys,
Massaçusets kimi ştatlarda faktiki olaraq yəhudilərin səsi həlledici
əhəmiyyətə malikdir. Prezident seçkilərində hər iki rəqibin,
demokratların və respublikaçıların seçki kampaniyalarına külli
miqdarda maliyyə sərf
edən yəhudi lobbisi, nəticə etibarı ilə
seçkilərin nəticələrindən asılı olmayaraq Ağ Evdə öz mövqeyini
qoruyub saxlamaq imkanı əldə edir; Kütləvi informasiya
vasitələrində yəhudilərin güclü mövqeləri, Sionist və sionizmyönlü
təşkilatların geniş şəbəkəsinin ABŞ-da fəaliyyət göstərməsi.
Ərəb lobbisinin bir sıra təşkilarlarda təmsil olunmasına və kifayət
qədər maliyyə potensialının mövcudluğuna baxmayaraq, ABŞ-ın
Yaxın Şərq siyasətinə kifayət qədər təsir edə bilmir. Ərəb lobbisinin
əsas təsir vasitəsi təbii ki neft və neft embarqosudur. Ərəb
lobbisinin vahid mexanizmi işlənib hazırlanmamışdır ki, buna səbəb
də ərəbdaxili ziddiyət və qarşıdurmalardır.
Məhz bu faktor da yəhudi
lobbisinin nəinki regionda uğurlu manevr etməsinə, həmçinin rəsmi
Vaşinqtonun Yaxın Şərq siyasətinə güclü və hiss ediləcək təsir
göstərməsinə əlverişli imkan yaradır.
1973-cü il Ərəb-İsrail müharibəsindən sonra ABŞ bu
münaqişənin həllində öz diplomatik fəaliyyətinin davamlı xarakter
almasına qərar vermişdir.
1991-ci ilin oktyabrında Helsinki razılaşmasına uyğun olaraq
Vaşinqton və Moskva Yaxın Şərq sülh prosesinə dair Madriddə
növbəti sammitin çağırılmasını reallaşdırdılar. Konfransda əldə
olunmuş razılığa əsasən Yaxın Şərq sülh prosesinin aparılması üçün
iki istiqamətdə - ikitərəfli və çoxtərəfli danışıqların aparılması qərara
alındı.
İshaq Rabinin İsraildə hakimiyyətə gəlməsi, istər ABŞ-İsrail
münasibətlərinin, istərsə də Fələstin
probleminin həllinin yeni
müstəviyə keçməsini əsslandırırdı. Çünki Rabin torpaqların bir
hissəsinin verilməsi ilə razılaşır, yəhudi məskənlərinin tikintisinin
dayandırılması mövqeyindən çıxış edirdi. İsrailin baş nazirinin ABŞ-
144
a bu səfəri iki ölkə arasındakı münasibətlərdəki soyuqluğun aradan
qaldırılması və vasitəçilik missiyasının ABŞ-a keçməsini təmin etdi.
Madrid
konfransından 1994-cü ilin fevralınadək İsrail ilə
Suriya arasında 12 raundda danışıqlar aparılmışdır və heç bir nəticə
verməmişdir. Lakin buna baxmayaraq 1994-cü ilin ortalarında
Cenevrədə Suriya prezidenti Hafiz Əsədlə ABŞ prezidenti B. Klinton
arasında görüş keçirildi.
1995-ci il 28 sentyabr tarixli Vaşinqton müqaviləsi isə İsrail
və FAT (Fələstin azadlıq təşkilatı) arasındakı danışıqların ikinci
mərhələsi başa çatdı.
Münaqişə tərəfləri arasında birbaşa danışıqların bərpa
edilməsi məqsədilə ABŞ prezidenti B.Klinton tərəflərin səlahiyyətli
nümayəndələrini oktyabrın ortalarında ABŞ-a dəvət etdi. Bir həftə
çəkən danışıqlardan sonra Marilenddə 1998-ci il oktyabrın 23-də Uay
River (çay) razılaşması kimi düşən, Uay Planteyşn (plantasiya )
razılaşması imzalandı.
ABŞ-ın təklif etdiyi varianta əsasən İsrail İordan çayının
Qərb sahilindəki 13% ərazidən öz qoşunlarını çıxarırdı. İsrail üç
mərhələdə öz qoşunlarını çıxarmalı,
bundan sonra Fələstin
adminstrasiyası Qərb sahilinin 18 % ərazisində öz nəzarətini tətbiq
etməli idi. Razılaşma noyabr ayının 2-də qüvvəyə minirdi.
Bundan əvvəlki dövrlərlə müqayisədə 1998-ci il Yaxən Şərq
sülh prosesində ən uğurlu il olmuşdur. Bu baxımdan 1998-ci ilin
dekabrında Bill Klintonun yaxın Şərqə, o cümlədən İsrailə və
Fələstin muxtariyyatına səfəri xüsusi qeyd edilməlidir. Həmin səfər
zamanı ABŞ prezidenti Qəzzə bölgəsində beynəlxalq hava limanının
açılışında iştirak etmişdi.
1999-cu il sentyabrın əvvəllərində Misirin vasitəsilə Klinton
adminstrasiyası tərəfləri yenidən danışıqlar masası arxasına keçməyə
məcbur etməyə müvəffəq oldu. Sentyabrın 5-də Şarm-əş-Şeyxdə
memerandum imzalandı. Memerandumu ABŞ dövlət katibi Madlen
Olbrayt və İordaniya kralı Hüseynin iştirakı ilə İsrail tərəfindən Exud
Barak, Fələstin tərəfindən Yasir Ərafat imzalamışlar.
Memeranduma
əsasən İsrail öz hərbi hissələrini İordan
çayının Qərb sahilindən tamamilə çıxarılmasını 2000-ci il yanvarın
20-nə kimi, bu istiqamətdə birinci mərhələni sentyabrın 10-da başa
çatdırmalı idi.
145
1990-cı il avqustun 1-dən 2-nə keçən gecə 150 min nəfərlik
İraq ordusu Küveytə hücum etdi. İraqın
Küveytə təcavüz etməsi ilk
gündən beynəlxalq etiraz dalğası ilə qarşılandı. Bu təcavüz dünya
bazarlarında neftin qiymətinin qalxmasına, maliyyə bazarlarında
dərin böhrana səbəb olduğundan, təcavüzün kollektiv olaraq aradan
qaldırılmasında ABŞ-ın liderliyi ön plana çıxdı. ABŞ İraqa qarşı
tətbiq olunan BMT qətnamələrinin qeyd-şərtsiz olaraq həyata
keçirilməsini tələb edirdi.
İraqın Küveytdən çıxarılmasından sonra Körfəzin ərəb
dövlətlərinin yeni təhlükəsizlik sistemi yaratmaq cəhdinin boşa
çıxması həmin dövlətlərin rəsmi Vaşinqtonla ikitərəfli müqavilələr
bağlamaq variantı ilə üz-üzə qoydu ki, bu da ABŞ üçün iki cəhətdən
əlverişli idi. Birincisi ABŞ Avropadan çıxarılan
hərbi birləşmələrin
yerləşdirilməsi, ikincisi isə bu regionda möhkəmlənmək kimi
məsələləri həll etmiş oldu.
Körfəzin ərəb dövlətləri ABŞ ilə ikitərəfli hərbi əməkdaşlıq
müqavilələri bağladılar ki, bu halda ABŞ-ın mövqeləri regionda
daha da güclənmiş oldu. İraqa qarşı sanksiyalar tətbiq edildi.
1992-1996-cı illər ərzində Klinton adminstrasiyası İraqa
münasibətdə yeritdiyi siyasətdə əsas etibarilə BMT TŞ-nın
(Təhlükəsizlik Şurası) qətnamələrinin həyata keçirilməsi, xüsusilə
BMT müfəttişlərinin İraqdakı fəaliyyətlərinə əlverişli şərait
yaradılması istiqamətində siyasi kursu həyata keçirmişdir.
1996-cı ilin yanvar ayında Nyu-Yorkda İraqın Yuneskodakı
nümayəndəsi Ə. Ə. Əl-ənbərinin rəhbərliyi altında İraq
nümayəndələri ilə BMT nümayəndələri arasında başlanan rəsmi
danışıqlar may ayının 20-də “Qarşılıqlı anlaşma haqqında
Memorandumun” imzalanması ilə başa çatdı. İraqa ilk üç ay ərzində
1 milyard dollarlıq neft satmağa icazə verilirdi.
1998-ci
ildə ABŞ İraqa münasibətdə bir neçə istiqamətdə
konkret mövqedən çıxış edirdi. Bunlar ABŞ prezidentinin çıxışında
aşağıdakı kimi əhatə olunmuşdur:
ABŞ və koalisiya qüvvələrinin Fars körfəzində hərbi
fəaliyyəti; “Notern Uotç” və “Sazern Uotç” əməliyyatları; Dəniz
gəmilərinin saxlanılması və yoxlanılması;
Kimyəvi silahlar; Bioloji
silahlar; Uzaq radiuslu raketlər; Nüvə silahları; BMT-nin “neft
əvəzində ərzaq” proqramı; İraqın şimalındakı kürd müxalifətinə
146
dəstək; İraq müxalifəti ilə əməkdaşlıq; BMT-nin kompensasiya
komissiyası.
BMT-nin xüsusi komissiyasının məlumatlarına əsaslanaraq
Vaşinqton adminstrasiyası İraqın 80-ci illərdə 8 min litr sibir
yazvasını istehsal etdiyini, 20 min litr isə botulinus toksininə malik
olduğunu bildirir. Bununla bərabər İraqın kimyəvi silahlara malik
olduğunu digər faktorlar da təsdiq edirdi. Belə ki, İraq, 1980-1988-
ci illərdə İran ilə aparılmış müharibədə, eləcə də 1988-ci
ildə ölkənin
şimalında kürd seperatçılarına qarşı mübarizədə həmin silahları tətbiq
etmişdir. Bu da artıq məlumdur ki, İraq silahlarının bir hissəsi başqa
ölkələrdə saxlanılır.
ABŞ “səhrada tülkü” əməliyyatı (1998-ci ilin dekabrın 16-da
qrinviç üzrə saat 22:00-da başlamışdı) ilə hərbi məqsədlərinə nail
olsa da, siyasi məqsədlərinə tam nail ola bilmədi.
ABŞ hakim dairələri Misiri həmişə ərəb dövlətləri arasında
güc mərkəzi kimi qəbul etmiş və bu ölkənin istər geostrateji, istərsə
də iqtisadi potensialından maksimum olaraq yararlanmağı rəsmi
Vaşinqtonun milli və dövlət maraqları çərçivəsində qəbul etmişlər.
Əsası hələ ötən əsrin 70-ci illərində Ənvər Sədat hökuməti
tərəfindən qoyulmuş “açıq qapılar”siyasəti çərçivəsində iki ölkə
arasında iqtisadi – siyasi əlaqələr inkişaf etdirilməkdədir. ABŞ isə öz
növbəsində Misirin regionda aparıcı dövlətə çevrilməsində mühüm
rol oynamışdır.
90-cı illərin əvvəllərində Misir ölkə iqtisadiyyatının
dirçəldilməsi istiqamətində ABŞ ilə hələ 70-80-ci illərdə bağlanmış
müqaviləni əsas götürərək 1991-ci ildən
etibarən Beybəlxalq Valyuta
Fondu və Dünya Bankının proqramı çərçivəsində makroiqtisadiyyatı
sabitləşdirməyə başlamışdılar.
Qahirə ABŞ ilə münasibətlərini daim yeniləşdirmə kursu
mövqeyindən çıxış etmiş və buna müvəffəq olmuşdur. Bu məqsədə
nail omaqda isə ABŞ-ın Kemp – Devid sövdələşməsi çərçivəsində
Qahirəyə hər il etdiyi 1 milyard dollar həcmindəki maliyyə yardımı
müstəsna rol oynamaqdadır.
Ölkədaxili siyasətdə “Müsəlman Qardaşları” təşkilatına və
hökumətin fundamentalistlərə qarşı mübarizəsi də ABŞ-ın daim
dəstəyi və nəzarəti altındadır.