SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə11/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   7   8   9   10   11   12   13   14   ...   98

______________Milli Kitabxana_______________ 

46 


 

Dəyişir söhbətin bir az tonunu: 

- Cəlal, düşünmə, yetər! 

Bil də, qayğıdan betər 

Azar yoxdur dünyada

Gəncliyini sal yada. 

Tutduqlarından ərin

1



Sənin şanlı günlərin, 

Zamanların gələcək, 

Bizimkidir gələcək... 

Sev, məftun olma, qardaş, 

Məhəbbət dediyin daş 

Nəyə düşsə sındırar, 

Onun ağırlığı var... 

Bir də ki, sən - komsomol,  

Anla ki, tutduğun yol  

Şərəflidir cahanda,  

Bu qarışıq zamanda  

Humay düşmən qızıdır,  

Altun əxlaqsızıdır.  

O sənin dar günündə,  

Gözlərinin önündə  

Qızlığını satacaq...  

Unut onu, sözə bax!  

Cəlal bu sözlərdən ayılan kimi,  

Yerində qıvrıldı bir ilan kimi... 

- Yox, 


Bəxtiyar, sən, 

Çox səhv edirsən! 

O təzə çiçək 

Nə olsa gərək Mənim olmalı!  

O, ata malı 

Nə şöhrət duymaz; 

Olsa da bir az  

Qəlbində kim 

Qəlbindəkini 

                                                            

1

 

Əl çək, utan! 



 


______________Milli Kitabxana_______________ 

47 


 

Mənim qüvvətim 

Və məhəbbətim  

Tezcə parçalar,  

Nə mənası var...  

Bəxtiyar əlini atıb divara  

O axşam qızışıb dəm verdi tara.  

Simləri gəzdikcə ağ barmaqları,  

Humay qonşuluqda aşıb hasarı  

Dinlədikcə tarın həzin səsini,  

Çalırdı qəlbinin kəmənçəsini...  

Uzandı dostların şadyanalığı,  

Bürüdü söhbətlə saz ortalığı.  

Cəlal pəncərədən baxıb arabir  

Bayatı qaldırıb, şikəstə deyir.  

Onun gözlərində mənası qat-qat  

Kitablar kimidir ölüm və həyat.  

O, sevmək, sevilmək, yaşamaq deyə  

Gah yerdə sürünür, gah uçur göyə...  

Dolaşır fikrində keçidli dağlar,  

Cəlalın qəlbində döyüntülər var:  

"Ah, o doğrudanmı sevəcək məni?...  

Yox canım, oynatmaz sevən sevəni,  

Nə qədər olsa da qadındır... 

Aman! 

Humayda eynlik duyduğum zaman  



Bu ucsuz-bucaqsız tükonməz çöllər,  

Gəzib gönmədiyim ən uzaq ellər,  

Məskənim olacaq, 

sonra da quşlar 

Başımda toplaşıb yuva salacaq.  

Əzəldən sevginin taleyinə bax!" 

Yoldaş oxucular, xəyal ediniz,  

Cəlal düşündükcə bu qədər aciz,  

İçini bir qüvvət dağıdıb sökür,  

Rənginə bir narın sarılıq çokür,  

O indi dustaqdır hissin əlində, 

  



______________Milli Kitabxana_______________ 

48 


 

Asılmış sevginin bu cəngəlində...  

"Xayır!" Məcnunların dövrü yaşandı,  

Bugünkü sevginin başqadır andı" – 

Deyərək, özünü toxtadır Cəlal,  

Uçur gözlərindən qanadlı bir hal:  

"Qoy cəhərınəm olsun!.. 

Yox, yaxşı qızdır!  

Qızların gözəli etibarsızdır.  

Eh, bu fəlsəfələr bir yanda dursun,  

Gör nələr deyirəm... 

Dilim qurusun! Mənim ki, sevgilim 

Humaydır, Humay!  

Qəlbinin saflığı - on dörd günlük ay.  

O mənsiz keçinib, mənsiz yaşarmı?  

Heç onun adına bu yaraşarmı?"  

Dedikcə Cəialın gözləri yanır.  

Fəqət, qarşısında gəlib dayanır  

Qaçaq Gəray bəyin qorxunc xəyalı.  

Yena də Cəlalın dəyişir halı: 

Ah, bu quduz köpək ölüb getmədi



Top-tüfəng səsləri yenə bitmədi... 

Bu qanlı qovğalar, bu vuruşmalar, 

Hücumlar, üsyanlar, sərt toqquşmalar 

Ayırır insanı öz ürəyindən... 

Ayağa qalxaraq, durduğu yerdən: 

- Cəlal, mən gedirəm! - deyir Bəxtiyar. 

Əl verib ayrılır o əziz dostlar. 

 

HUMAV YENƏ DÜŞÜNÜR 

 

Humay buxarının qabağında tək,  



Dikilmiş gözləri ocağa sarı.  

Dağların ayazlı, quru ruzgarı  

Vaxtsız qonaq kimi birdən əsərək.  

Döyürdü qapını. 

Humay qəmlidir. 

  



______________Milli Kitabxana_______________ 

49 


 

Yorğun nəzərləri azca nəmlidir...  

"Nahaq qız yarandım mən bu dünyada,  

Dikib gözlərimi bu təmiz ada...  

Nə məclis görürəm, nə toy, nə də yas,  

Ayaqlar altına düşən bir palaz..."  

"Nə deyim, haqlısan bəlkə də, Cəlal,  

Əlindən gəlirsə, elçi göndər al"  

-

 

Sözləri Humayın yadına düşür,  



Sınıb qol-qanadı yanına düşür...  

"Gör nələr demişəm, gözlərdən iraq!  

Bir mənim ağlımın kəmliyinə bax!  

Nə qədər olsa da, o, yad oğludur,  

Nədən bilirəm ki, fikri doğrudur?  

Bəlkə də aldadır Cəlal könlümü?  

Mənim də dünyadan nəsibim bumu?  

Ah, onu gördükcə at belində mən  

Ağacda yarpaq tək əsirəm bəzən  

Sözünü qaytarsam zorla aparar,  

Yalan çıxmağımın qorxusu da var...  

Babam da bir yandan belimi qırır,  

Çəkilib dağlara, coşub hayqırır.  

Onun çörəyilə boy-başa çatmaq,  

Sonra yad oğluna qoşulub qaçmaq  

İlana döndərər yenə babamı,  

Onun xəsyətinə şahiddir hamı.  

Fəqət neyləyim ki, sevdim Cəlali,  

Nə şöhrət, nə mənsəb, nə dünya malı  

Görünməz gözümə..." 

Humay dərindən  

Bir nəfəs alaraq, fikirlərindən  

Başım qurtarmaq istəyir bir az...  

Şairim, indi də təbiəti yaz!  

Bayaq pəncərədə səslənən külək  

Xəstə uşaq kimi hey öskürərək,  

Nəfəsdən kəsildi, lal oldu artıq,  

Ulduzlar sayrışır, buludlar açıq, 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə