“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   27   28   29   30   31   32   33   34   35

XX əsr və XXI əsrin əvvəllərini əhatə edən

qısa tarixi bir dövr ərzində dünyada elmi‐ictimai

proseslər sürətlə inkişaf etmiş və insanın normal

həyat tərzinin təminatı, maddi nemətlər bolluğu

yaradılması istiqamətində bir sıra mühüm

nəticələr əldə olunmuşdur. Әyani misallarla

bu proseslərin inkişaf sürətini göstərmək müm ‐

kündür. 


Elmin inkişafında insan amilinin nə qədər

mühüm əhəmiyyət kəsb etdiyini ötən əsrin

ikinci yarısında tibb sahəsində qazanılan

nailiyyətlər sübut etmişdir. 

Belə nailiyyətlər sırasında əvvəllər sağal ‐

maz hesab olunan xəstəliklərdən əziyyət çəkən

insanların müalicəsinin mümkünlüyü, ağır

xəsarətlər almış şəxslərin qeyri‐müəyyən müd ‐

dətə komatoz vəziyyətdə saxlamaqla onla rın

«ölmək hüququndan» məhrum edil məsi, ciddi

fiziki qüsurlarla doğulan uşaqların həyatının

uzadılması, qanın sepa rasiyası, daxili orqanla ‐

rın transplantasiyası, eyni zamanda süni orqan ‐

ların yaradılması, süni mayalanmanı və s.

göstərmək olar. 

Bu uğurlar bir tərəfdən insanların həyat

səviyyəsinin yüksəldilməsi, sağlamlıqlarının

möhkəmləndirilməsi, ömürlərinin uzadılması

ilə nəticələnsə də, digər tərəfdən bir‐biri ilə

münasibətdə müəyyən ziddiyyətlərin yaran ‐

masına və elmi, ictimai, sosial, mənəvi proses ‐

lər müstəvisində köklü dəyişikliklərin baş

verməsinə səbəb olmuşdur. Həmin dəyişiklik ‐

lərin əksəriyyətinin məhz biologiyadan, xüsu ‐

silə də tibbi biologiyadan qaynaqlandığı zəru   rətinə

görə elm aləmində «bioetika» adla nan yeni

anlayış və etik meyar formalaşmışdır. 

Bioetika – insanın həyatla ölüm arasında

manipulyasiyası zamanı mənəvi‐etik‐hüquqi

sərhədlər haqqında olan biliklər sistemidir.

Belə ki, məhz 1965–1990‐cı illərdə elmin,

xüsusilə təbabət elminin inkişafı inqilabi nəti ‐

cə lərə səbəb olmuş, insanların nəinki müali ‐

cəsinə, sağlamlıqlarının bərpasına, eyni zamanda

onların həyatı ilə manipulyasiya edilməsinə

imkan yaratmışdır [13]. Bu isə yüzil liklər boyu

formalaşan ümumbəşəri mənəvi dəyərlərlə

kəskin təzadların meydana çıxmasına şərait

yaratmışdır.

Tibbin yeni nailiyyətləri və bu gün dün ‐

yada geniş vüsət almış genetik tədqiqatlar belə

bir vacib və insanlıq üçün taleyüklü suala

cavab axtarır: Elm, texnika sahəsində əldə olu ‐

nan yeniliklərin tətbiqi, onların insan həyatına,

ətraf mühitə  nüfuz etdirilməsi hansı mənəvi‐

etik prinsiplərə söykənməlidir və ən nəhayət,

qazanılan, icrası mümkün olan ən son texno ‐

loji imkanların hər birinin həya tı mıza müda ‐

xiləsi  nə dərəcədə zəruri və icazəlidir?

Әlbə ə, belə vəziyyətdə bəziləri, bir qayda

olaraq, «elmi tərəqqini dayandırmaq olmaz»

deyir, bəziləri nəzarətsiz texniki tərəqqinin

qurbanına çevrilməkdən  ehtiyat edir. Bir baş ‐

qaları  isə «təbiətə, ilkin yaşayışa qayıtmağa»

cəhd göstərir. Elm ilə ziddiyyət təşkil edən bu

fikirlərlə də tam razılaşmaq olmaz. Müasir elmin

inkişafına inanaraq yerdə qalanlara «pisdir»

demək də, onun səmərəsinə gözü bağlı inan ‐

maq da sadəlövhlükdür. Çünki prob lemin

kökündə duran məsələ kor‐koranə elmi təd qi ‐

qatları dayandırmaq deyil – halbuki bu, müm ‐

künsüzdür – yeni metodların ekspe 

riment


mərhələsinə çatmasını, sonradan nor mal kom ‐

mersiya predmetinə çevrilməsini ciddi hüquqi

nəzarət altına almaqdan ibarətdir. 

Eyni zamanda elmi və ictimai proseslərin

inkişafında böhran və təzadların qaçılmaz

olduğu göz qabağındadır.

Proseslərə təsir edə bilən insan amili elmi

təfəkkürə «ətraf mühit və  dərketmə» kimi

yeni kateqoriya gətirmişdir. Bir tərəfdən insan

kosmik fəzanın fəth edilməsində fantastik

nailiyyətlərinə sevinir, gələcəkdə enerji ehti ‐

yat larının digər planetlərdən Yer kürəsinə nəqli

imkanlarına, Günəşin sonsuz enerji mənbə ‐

yinə malik olmasına inanır. Әgər dünən bu



68

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



ELMİ‐SOSİAL PROSESLӘRDӘ BİOETİK

NORMALAR SİSTEMİNİN RİYAZİ ÜSULLARLA

ӘSASLANDIRILMASINA DAİR


düşüncələr xülya idisə, bu gün reallığa çevril ‐

mək dədir. Məsələn, 2008‐ci ildə Hindis tan

alimlərinin elmin son nailiyyətləri əsasında

hazırlanmış kosmik aparatlar vasitəsilə Ay sət ‐

hindən uzunmüddətli enerji ehtiyatına malik

nümunələri Yerə gətirmələri bəşəriyyəti hey ‐

ran etmişdir. 

Amma digər tərəfdən, kosmik gəmilərin,

süni peyklərin Yerin zərif ozon qatını dəfələrlə

zədələmələri və bununla da biosferdə ekoloji

tarazlığın pozulması gələcəkdə kosmik tədqi ‐

qatların hansı arzuolunmaz nəticələrə gətirib

çıxaracağını bəri başdan ehtimal etməyə əsas

verir.


Başqa bir misal. XX əsrin ikinci yarısında

atom və hidrogen bombalarının yaranması,

nüvə texnologiyalarının inkişafı, atom elektrik

stansiyalarının inşası bəşəriyyəti enerji ilə təmin

etməklə yanaşı, onu ekoloji, bioloji və huma ‐

nitar uçurum qarşısında qoymuşdur.

Bu yaxınlarda «Nature Nanotechnology»

jurnalı dünyanın 400‐dək alimi arasında

keçirilən rəy sorğusunun heyrətamiz nəticələ ‐

rini açıqlamışdır. Məlum olmuşdur ki, onların

hər biri «nano» eranın gəlişini ruh yüksəkliyi

ilə qarşılasa da, sıravi istehlakçılarla müqayi ‐

sədə nanotexnologiya və gen mühəndisliyinin

imkanlarından daha çox narahat olduğunu

etiraf etmişdir. Onların fikrincə, yeni texno ‐

logiyaların insan orqanizminə və ətraf mühitə

təsiri gözlənilməz nəticələrə səbəb ola bilər.

Әn çox təhlükə yaradan amil isə genetik modi ‐

fikasiya olunmuş ərzaq məhsullarının yayıl ‐

masıdır. Bu təhdid əvvəllər nüvə enerjisinin

yaratdığı qorxuya bərabər tutulur. Elə isə

«nano» və elmin digər ən yeni nailiyyət 

lərindən bəşəriyyət nəyi gözləməlidir – vəd



olunan cənnəti,  yoxsa cəhənnəmi?

Alimlərin bu barədə də fikri birmənalı

deyildir. Məsələn, «Sun Microsystems» şirkə ‐

tinin təsisçilərindən olan Bill Coysun qəna ‐

ətinə görə, «əgər nanorobotlar özlərinə bənzər

yeni robotlar törətmək imkanına malik olar ‐

larsa, bu proses əvvəl‐axır insanın nəzarə tin ‐

dən çıxacaqdır. Bu zaman «azadlığa qovuş muş»

nanorobotlar xaotik şəkildə çoxalacaq, Günəş

enerjisi ilə qidalanan və sayı milyardları ötən

gözəgörünməz qiyamçılar ordusu onları əhatə

edən hər şeyi  özlərinə bənzəyən məxluqlara

«çevirəcəklər». Nəticədə Yer planeti, üzərin ‐

dəki bütün canlı və cansız aləmlə birlikdə

nəhəng selikli kütlə halını alacaqdır». ABŞ‐ın

Massaçusets ştatı Universitetinin Elm və Mü ‐

hən dislik kafedrasının  professoru, «Gözə gö ‐

rünməz maşınlar dövrünün müha ribəsi» adlı

kitabın müəllifi Tomas Makkarti isə əmindir ki,

«nanotexnologiyalar» yalnız föv qəl kiçik, mikro

ölçülü döyüş silahlarını yarat maqla kifa yət ‐

lənməyib, onların istehsal va sitə lərini də dün ‐

yaya gətirəcəklər. Nəticədə düşmən ölkəsinin

əhalisinə qarşı həqiqi soyqı rım törədiləcəkdir.

Bu zaman gen mühən disliyi qalibləri məğlub ‐

edilməz edəcəkdir.  

Qeyd edilməlidir ki, 2002‐ci ildə ABŞ‐da

nanofəlakətlərinin qarşısının alınması məqsə ‐

dilə xüsusi mərkəz təsis edilmişdir. Bu gün

həmin mərkəz bu sahə üzrə Ümumdünya nə ‐

zarət təşkilatının yaradılması ideyasının təşəb ‐

büskarı kimi çıxış edir. Beləliklə, insana,

ümu 

milikdə bəşəriyyətə təhdid məqsədilə



istifadə edilə biləcək elmi nailiyyətlərə nəzarət

(inzibati, hüquqi, etik) məsələsi bu gün

xüsusilə aktual mövzuya çevrilmişdir. Burada

həm etik, həm də  hüquqi aspektlər bir‐biri ilə

sıx şəkildə uzlaşmışdır. Müasir təbabətdə, gen

mühəndisliyində, insan orqanlarının trans ‐

plan  tasiyasında,  biotexnologiyalarda  baş  verən

misilsiz texnoloji nailiyyətlər elmin bioetika

kimi zəruri sahəsinin formalaşmasına tələbat

və zəmin yaratmışdır. 

Bioetika problemlərinin ilk və geniş müza ‐

kirəsi hələ 1946‐cı ildə Almaniyanın Nürnberq

şəhərində olmuşdur [1]. BMT‐nin İnsan Hü ‐

quq  ları üzrə Ümumi Bəyannaməsini (1948‐ci

il), həmin qurumun iqtisadi, sosial, mədəni,

vətəndaş və siyasi hüquqlar haqqında beynəl ‐

xalq paktları (1966‐cı il), Әsas hüquqlar haq ‐

qında Xartiyanı (2000‐ci il) və ümumi xarakter

daşıyan digər beynəlxalq sənədləri də nəzərə

alaraq, bu problemlərə dair aşağıdakı xüsusi

beynəlxalq aktlar hazırlanmış və qəbul edil ‐

mişdir:  Təbabət  və  biologiyanın  nailiy yətlə ri ‐

nin tətbiqi ilə əlaqədar İnsan hüquqları və

ləya 


qətinin müdafiəsi barədə Konvensiya

(1997‐cı il), İnsan hüquqları və biotəbabət

haqqında Konvensiya (1997‐ci il) və onun əlavə

protokolları, İnsanın genomu, İnsan haqları

haqqında Ümumi Bəyannamə (1997‐ci il),

69

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə