Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə29/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   25   26   27   28   29   30   31   32   ...   107

88
Söz mətbəxi
ünlü, vacib olduğunu göstərir. “Bur” sözünün “bur-pur-pür-pir” keçidlərini 
nəzərə alsaq, pür – yəni təmiz işıqlı, pir sözünün ocaq, yanar olduğunu, gür-
cü dilinə keçmiş “purnya” – yəni çörək bişirən ocaq, mətbəximizdəki “börək” 
sözlərinin açımına diqqət yetirsək “burun” sözünün yanar, təmiz, işıqlı, öndə 
duran mənasını verdiyini görürük. Üzümüzdə ən vacib orqan adlarından olan 
“Göz” – “köz”– yanar sözüdür (nağılda “gözləri yanar boz canavar” dediyimiz 
kimi). Başda örtük rolu oynayan saç da altında alov yandırılan, üstündə bərəkət 
bişirilən sacla, ən milli, ən qədim ocağımızın adı ilə bağlıdır. 
Gözlərimizi tərdən qoruyan “qaş” sözü də işıqla bağlıdır. Axşam düşəndə, 
havanın işığı azalıb, qaranlıq düşən vaxta biz “qaş qaraldı”, “qaş qaralan vaxt” de-
yirik. Yəni əslində gündüz kimi qaş da işıqlıdır. Bunu daş-qaş sözündə də eşidirik. 
Daş-qaş yəni işıqlı daş. Ehtimal ki, çox təmiz, xeyirxah, qorxmaz adamlarda bu 
işıqlar o qədər güclənir ki, başın ətrafı şölə saçır. “Alnı açıq, üzü ağ”, yəni “Alnı 
açıq, üzü işıqlı” insanlara keçmişdə “aynalı”, “işıqlı” demişlər. Bu deyim “Kitabi-
Dədə Qorqud”da da qalıb. Belə insanlar ahıllaşanda “Pir” olurdular. “Səni pir ola-
san” ifadəsi də buradandır. Pir olasan, yəni ocaq, işıq olasan mənasındadır. Belə 
igidlərə “aynalı”, gözəllərə isə “ay qabaqlı”, ay kimi işıqlı deyilib. Adlarımızda 
indiyə qədər saxlanılıb bu işıqlı, nurlu, təmiz aynalı adlar. Aybəniz, Aynur, Aysel, 
Aydan, Aysu, Aynalı, Aygün, Günay, Nurgün, Nuranə və s. deyəndə işığa,  nura 
“Yel əsdi, rübəndi atdı üzündən
Elə bildim doğdu ay, sarıköynək”
  
 
 
(Aşıq Ələsgər)
bələnmiş  işıq görüb babalarımız.  Əvvəllər fikirli adama “aynası tutulub” 
deyərdilər. Allah yaradandan bəri necə ki, təmiz, işıqlı insanlar çox idi, insan-
lar “aynalı” idilər. Sonrakı  əksikliklər insanların işıqlarını azaltdı, insanları 
üzdü, aynalar artıq üzülmüşə – “üzə” döndü. Üzlər də üzlər gördükcə üzüldü, 
hərdən aynalı görəndə işıqlandı, onları nağıllara, rəsmlərə, ikonalara aldı. 
Könülün, kömülüm, sirlərin kömüldüyü, gizlədildiyi, məkanın aynası 
olan gözlər də üzlər gördükcə sönməyə başladı, çünki gizlədilənlər sevgi, mə-
həb bət, eşq, xeyirxahlıq olmadı. Daha çox paxıllıq, nifrət, pislik kömüldü, 
gizlədildi ki, onlar da könülün, kömülün aynasını – gözləri söndürdü. 
İşıqlı, təmiz könülə malik başda adının kökündə ağ işıq olan “ağıl” du-
rur. Yüksək ağıla həm də ziya – yəni işıq, yüksək ağıllı adamlara isə ziyalı 


Yanar işıq – ana dilimiz
89
deyirlər. Slavyan dillərində də ağıla, elmə “osveti”, “osviti” (Ukrayna dilində 
indi də saxlanılıb), yəni “işıq” deyilir. İşıq, bilgi yayanlara ruslar prosvetitel 
yəni işıqlandırıci deyirlər Bunun İlahidən gəldiyini qədim türk dilindən də gö-
rürük. Çox ağıllı adamlara, işıqlı şəxslərə, alimlərə “Çələbi” – yəni Allahınkı 
deyib babalarımız.  
Hərəkətdə olan, üzə  çıxan, ortaya qoyulan ağıla, işığa “Bilik” deyirik. 
Güclü işıqdan, ağızdan üzə çıxan, biliyi həyata keçirən orqana “bilək” deyib 
babalarımız, yəni “bilik əkən”. 
“İgid biləkli olar” deyirdi babalarımız, gözəllərin biləklərinə də “şümşad” 
biləkli, parıldayan, işıqlı. Ağızdan çıxan işığın gücünü bilən babalarımız “Ağ-
zını xeyirliyə aç” vəsiyyəti qoyublar bizə. 
Aynalı, işığı çox güclü olan gözəl igidlər niqab, gözəllər isə rübənd 
gəzdiriblər ki, Allah eləməmiş üzlərinə, işıqlarına toz düşər, bədnəzər dəyər, 
işıq azalar. Sifət, xüsusilə qandan, qan-qadadan qorunub. Çünki işığa toxunan 
qan “qada”, bəla gətirir. Ona görə ağız işığını qana batıran mənasında “qan 
içən” ifadəsi formalaşıb. 
Bu səbəbdən məcbur olub döyüşə gedəndə igidlər “əlcək” geyiniblər ki, 
əlləri, biləkləri qana batmasın. “Əlləri biləklərinə qədər qan içində” olanlar 
işığı sönmüşlərdir. Ona görə gözəl işıqlılar Sülhsevər, Sülh tərəfdarı idilər. Pir 
olanlar ümumiyyətlə döyüşməzdilər. 
Artıq Ocaq olmuş, Pir olmuş Dədə Qorqud da silahsız gəzir. Adına ba-
xanda da Dədə Qorqudun gözəl ağ, təmiz işıq olduğunu görürük. Qor sözü 
dilimizdə köz, od, alov mənasındadır. “Ocaq qora düşdü”, yəni tüstüsü get-
di, “təmiz işıq, isti verir” mənasında işlənir. Qud, qut sözü ingiliscədə, al-
mancada  əla, yaxşı  mənasında, türkcədə “qutlamaq” formasında saxlanılıb. 
Beləliklə, Qorqud gözəl, yaxşı  işıq, alov deməkdir. Kitabi-Dədə Qorqud 
əslində Dədəmiz, Babamız, Əcdadımız güclü, gözəl, yanar alovun işıqlı kitabı 
mənasını verir. Bəlkə də bu kitab ilkin variantında işıq kitabı, müqəddəs kitab 
olub. Dədə Qorquda bütün qəbilələrin tabe olması onun gözəl Pir olmasıyla 
bağlıdır. Dədə Qorqudun daha bir atributu Sazdır. “Saz” sözü dilimizdə həm 
də sağlam, möhkəm, güclü deməkdir. Qorqud sözünü sazla birgə deyir. Sağ-
lam sözü sağlam, güclü sazla deyir. Saz da gözəlliyin işıqlı rəmzi kimi, işıq 
kimi niqaba, pərdəyə bükülüb, pərdəyi-ismətdə saxlanılıb, qorunub. 
Saz və söz verilmiş işıqlara Aşıq, Allaha, Vətənə, həqiqətə, gözəlliyə vuru-
lanlara isə Aşiq deyirik ki, hər iki ad, həm Aşıq, həm Aşiq sözləri işıqla bağlıdır. 


90
Söz mətbəxi
Həqiqət, təmizlik, işıq yolunda döyüşən, işığı müdafiə edən od alov oğlu, 
Qorqudun oğlu, Qoroğlunun, Koroğlunun odlu silah çıxanda qılıncı yerə qoy-
masının iki səbəbi var: Birincisi Koroğlu, Qoroglu özü od oğlu od olduğu 
üçün odla, yəni özü-özüylə döyüşə bilməzdi. Bir vacib məqama toxunmaq 
istəyirəm ki, Koroğlunun qılıncı da göydən gəlmiş oddan idi, heç kimin anla-
madığı bir materiyadan hazırlanmışdı. Bu silahın adi silah olmaması, onun da 
işıqdan olması Qoroğlunun təmiz, işıqlı qalması naminə ona verilmişdi. 
Qıratın və Duratın da adi atlar olmaması, mənalarının işıqla, odla bağlı 
olması da bütövlükdə  “İnsan-At-Qılınc” vəhdətində Qoroğlunun döyüşən 
işıq olduğunu isbatlamaqdadır.  İkincisi Koroqlu artıq ahıllaşmışdı. Pir ol-
maq istəyirdi. Lakin işıq yolunda da olsa qan tökmək məcburiyyəti onun 
işığını alır, atasının səviyyəsinə, Qorqud yüksəkliyinə qalxmağa qoymur-
du. Artıq ahıllaşmış Qoroqlu, atası Qorqud mərtəbəsinə qalxmaq üçün qı-
lıncı yerə qoyur, atası kimi yalnız Sazla qalır, yenidən özü Qorqud, təmiz, 
gözəl od, işıq olur. Koroğlunun 7777 dəlisi də özu kimi döyüşən aşıqlar idi. 
Dəli sözünün bir mənası şair deməkdir. İsa peyğəmbərin mən 28 pilləkəni 
4dəfəyə yeddi yeddi qalxdım deməsi də dəlılərin-döyüşən şairlərin sayının 
işiqla bağlılığını göstərir. 
Mən şair deyiləm, amma hərdən özüm üçün içimdən gələnləri qaralayı-
ram və şeirə bənzər bir şey alınır. Heç vaxt da çap elətdirmirəm ki, camaatın 
qiymətli vaxtını alıb, fikirlərini, duyğularını Nizamidən, Nəsimidən, Səməd 
Vurğundan, Vaqifdən, Vahiddən və başqa sənətkarlardan yayındırmayın. 
Amma bu yazını yazanda Dədə Qorqud barədə düşüncələrim şeirə bənzər 
bir şeyə döndü və oradakı fikirləri bu yazıda verməyin səmərəli olacağını 
düşündüm. 
Dədəm Qorqud el obama işıqdı,
Cürə əldə, mahallara aşıqdı,
Həm aşığa, həm işığa aşiqdı,
Tarix adlı gedən atın yalıdı. 
Qorqud yanar ocağımdı, Qorumdu,
Ürəyimə təpər gücüm, zorumdu,
Vətənimdi, torpağımdı, gorumdu,
Dağlarımın zirvəsidi, salıdı


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə