Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   45   46   47   48   49   50   51   52   53

150
 
 
satıcının  qarşılıqlı  asılı  olması  faktı  özlüyündə  sövdələşmə 
qiym
ətindən imtina edilməsi üçün əsas hesab edilə bilməz. Belə 
halda satış şərtləri digər faktorlarla birlikdə ətraflı tədqiq oluna və 
münasib
ətlərin qiymətə təsir etmədiyi şərtilə sövdələşmə qiyməti 
q
əbul edilə bilər. İdxalatçı və ya digər mənbə tərəfindən verilən 
m
əlumatlar əsasında bu asılılığın qiymətə əsaslı təsir etməsi haq-
qında gömrük orqanında şübhə varsa, bu əsaslar haqqında idxa-
latçıya  məlumat verilməli və  ona bu faktlara münasibətinin 
bildirm
ək  üçün  şərait  yaradılmalıdır.  İdxalatçının  xahişi  ilə  bu 
m
əlumat  yazılı  şəkildə  də  verilə  bilər.  İdxalatçı  tərəfindən qar-
şılıqlı  asılılığın  qiymətə  əsaslı  təsir etmədiyi sübut olunarsa, 
sövd
ələşmə qiyməti gömrük məqsədləri üçün qəbul edilməlidir. 
Müvafiq hallarda gömrük d
əyərindən  kontrakt  şərti ilə 
sövd
ələşmə  qiymətinə  daxil  edilmiş  aşağıdakı  xərclər  çıxılma-
lıdır: 
a) malların idxal ərazisinə gətirildikdən sonra yığılıb quraş-
dırılması, sazlanması və ya texniki qulluq göstərilməsi xərcləri;  
b) idxaldan sonrakı nəqliyyat daşımaları xərci; 
ç) idxal v
ə ya satış üzrə yerli rüsum və vergilər. 
Razılaşmada  həmçinin  alıcı  tərəfindən faktiki ödənilmiş, 
lakin sövd
ələşmə qiymətinə daxil edilməmiş aşağıdakı xərclər də 
gömrük d
əyərinə daxil edilməlidir: 
a)  malın  alınması  ilə  əlaqədar  alıcının  komisyon mükafat-
lan
dırmaları istisna olmaqla, komisyon və broker mükafatlandır-
ma
ları; 
-  qiym
ətləndirilən mallarla vahid tam təşkil  edən  taranın 
d
əyəri; 

qablaşdırma  materiallarının  və  işlərinin dəyəri də  daxil 
olmaqla qablaşdırma dəyəri; 
b) alıcı tərəfindən birbaşa və ya dolayı yolla pulsuz, yaxud 
qiym
ətləndirilən malların istehsalı və ya ixrac üçün satılması ilə 
əlaqədar istifadə edilməsindən ötrü aşağı qiymətə təqdim olunmuş 
aşağıdakı malların və xidmətlərin dəyəri: 


151
 
 

xammalın, yarımfabrikatların, hissələrin və qiymətləndiri-
l
ən malların tərkib hissələri olan digər predmetlərin,  
- idxal edil
ən malların istehsalında istifadə olunan alətlərin, 
q
əliblərin, press-formaların və digər bu kimi əşyaların; 
-  qiym
ətləndirilən  malların  istehsalı  zamanı  sərf olunan 
materialların (yanacaq, sürtkü materiallarının); 
- idxal ölk
əsindən kənarda yerinə yetirilən və qiymətləndiri-
l
ən  malların  istehsalı  üçün  bilavasitə  lazım  olan  mühəndis, təc-
rüb
ə-konstruktor, dizayn, bədii tərtibat, eskiz və çertyoj işlərinin; 
c) qiym
ətləndirilən mallarla əlaqədar olaraq alıcının birbaşa 
v
ə ya dolayı yolla sərf etməli olduğu royaltı və lisenziyalaşdırma 
x
ərcləri; 
ç) qiym
ətləndirilən malların istifadə olunmasından, verilmə-
sind
ən və ya təkrar satışından satıcının birbaşa, yaxud dolayı yolla 
əldə etdiyi gəlirin bir hissəsi. 
Razılaşmanı  qəbul edən hər bir tərəf öz Milli qanunveri-
ciliyini yaradark
ən sövdələşmə  qiymətində  aşağıdakı  xərcləri 
n
əzərə almalıdır: 
a) idxal yerin
ədək malların daşınma xərcləri; 
b) yükl
əmə, boşaltma, kredit riskinin qəbul edilməsinə görə 
komisyon x
ərclər, idxal yerinədək  malların  daşınması  ilə  bağlı 
kredit kartoçkası ilə əməliyyat üzrə xərclər; 
c
) sığorta xərcləri. 
Gömrük qiym
ətləndirilməsinin beynəlxalq təcrübəsində qiy-
m
ətləndirmənin birinci üsulundan sonra ən geniş yayılmış üsul VI 
üsuldur. 
Razılaşmanın  7-ci maddəsində  göstərilir ki, əgər gömrük 
d
əyərini bundan əvvəlki üsullarla müəyyən etmək mümkün 
deyils
ə, onda gömrük dəyəri Tarif və Ticarət üzrə baş Sazişin VII 
madd
əsinin və bu razılaşmanın ümumi şərtləri ilə üzləşən məqbul 
üsullarla v
ə idxal ölkəsində olan məlumat bazası əsasında müəy-
y
ən edilməlidir. 
Gömrük d
əyəri VI üsulla müəyyən edilərkən  aşağıdakı-
lardan istifad
ə oluna bilməz: 


152
 
 
a) idxal ölk
əsində istehsal olunan malın satış qiyməti: 
b)  iki b
əyərdən  ən böyüyünə  üstünlük verən sistemin 
m
əlumatları;  
c) idxal ölk
əsinin daxili bazarında malın qiyməti; 
ç) idxal ölk
əsindən fərqli olan digər ölkəyə ixrac qiyməti; 
d) minimal gömrük d
əyəri (qiymətlər); 
e) 
özbaşına  müəyyən  edilmiş  və  ya təsdiq  olunmamış 
qiym
ətlər. 
İdxalatçının  xahişinə  əsasən bu üsulun tətbiqi  zamanı 
istifad
ə olunmuş qiymət mənbələri haqqında ona yazılı məlumat 
veril
ə bilər. 
Bu üsulun üstünlüyü dig
ər qiymətləndirmə  üsullarından 
f
ərqli olaraq 1-5-ci üsullardan çevik istifadə oluna bilməsi, qiymət 
m
əlumat-sorğu  kitablarından,  birja məlumatlarından,  kataloqlar-
dan, statistik m
əlumatlardan istifadə olunmasına yol verilməsidir. 
“Tarif v
ə Ticarət üzrə Baş Sazişin Gömrük məqsədləri üçün 
malların qiymətləndirilməsi üzrə VII maddəsinin tətbiqi haqqında 
Razılaşma”nın (bəzən bunu Gömrük Dəyəri Məcəlləsi də adlan-
dırırlar)  2-ci və  3-cü maddələri müvafiq olaraq gömrük qiy-
m
ətləndirilməsinin eyni və  eynicinsli  malların  sövdələşmə  qiy-
m
əti üsullarının (yəni, 2-ci və 3-cü üsulların) tətbiqi şərtlərini əks 
etdirir. H
ər iki üsul üçün əsas  şərtlərdən  biri  malların  eyni 
kommersiya şərtləri və  miqdarda satılmasıdır. Əgər bu şərtlərdə 
f
ərqlər varsa, təsdiq olunmuş əsaslarla bu şərtlər müqayisə oluna 
bil
ən hala gətirilmək üçün təshih  olunmalıdır.  2-ci  əsas  şərt 
müqayis
ə  üçün qəbul edilən  malların  gömrük  dəyərinin 1-ci 
üsulla mü
əyyən edilmiş olmasıdır. 
Razılaşmanın  15-ci maddəsinin 2-ci bəndində  eyni və 
eynicinsli  malların  dəqiq  xarakteristikası  verilmişdir.  Eynicinsli 
mallar dedikd
ə  qiymətləndirilən mallarla müqayisədə  bütün 
parametrl
ərə  görə, o cümlədən fiziki xüsusiyyətlərinə, keyfiyyə-
tin
ə  və  bazardakı  nüfuzuna  görə  eyni  olan  mallar  başa  düşül-
m
əlidir.  Görünüşündə  (rəngində,  əgər bu qiymətəmələgətirici 
amil deyils
ə) cüzi  fərqlər nəzərə  alınmır.  Qiymətləndirilən 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə