Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

138
 
 
l
əri özü də müəyyən məqsədyönlü taktiki və strateji məqsədlərə

əyyən maliyyə proqramlarına uyğun gəlməlidir. Bundan başqa 
maliyy
ə  siyasətinin mühüm tərkib hissələri olan büdcə, qiymət, 
vergi, kredit siyas
əti bir-birinin tamamlamalıdır  və  bütövlükdə 
ümumi iqtisadi siyas
ət uyğun gəlməlidir. 
Qeyd etm
ək lazımdır ki, dövlət gəlirləri və xərclərinin tən-
ziml
ənməsi və  onların  makroiqtisadi  problemlərlə  əlaqələndiril-
m
əsi xüsusi əhəmiyyət kəsb  edir.  İlk  növbədə, nəzərə  almaq 
lazımdır ki, müasir iqtisadiyyat mürəkkəb iqtisadi sistem kimi 
f
əaliyyət göstərir və  onun strukturu getdikcə  dəyişir  və  həmin 
struktura daxil olan h
ər bir subyektin iqtisadi, o cümlədən maliy-
y
ə mənafeyi də özünəməxsus qaydada  yeni formalar alır.  Lakin 
islahatlar
ın gedişi təcrübəsi göstərir ki, bu sahədəki, fəaliyyət və 
f
əaliyyətin özünün obyekti müəyyən iqtisadi və  siyasi risklərlə 
bağlı olur, bir çox hallarda bunun nəticəsində belə fəaliyyət son 
d
ərəcə neqativ nəticələrə gətirib çıxarır və mili dövlətçilik məna-
feyi d
ə ziddiyyət təşkil edir. Beləliklə, onların istər fəaliyyəti və 
ist
ərsə də fəaliyyət mövqeyi və statusu dəyişən xarakter daşıyır. 
Bel
ə  bir  şəraitdə  dövlətin tənzimləyici rolu son dərəcədə  zəruri 
olur. Dig
ər tərəfdən, xalq təsərrüfatında  iqtisadi  və  texniki-
texnoloji, maliyy
ə-kredit, xarici əlaqələr və digər sahələrdəki kəs-
kin probleml
ər  çoxaldıqca  və  onların  həlli çətinləşdikcə  iqtisadi 
m
əqsəd və iqtisadi siyasətin tarazlaşdırılması zəruriyyəti meydana 
çıxır,  bu  isə  dövlətin iqtisadi və  təşkilati  fəallığını  tələb edir. 
Üçüncüsü, yuxarıda göstərilən və digər amillərlə əlaqədar oalraq 
(xüsusi olaraq vaxt amili) n
əinki ayrı-ayrı təsərrüfat subyektləri, 
bütövlükd
ə dövlətin özü tez-tez dəyişən iqtisadi situasiyanı aydın 
görm
əyi bacarmalıdır. Təcrübə göstərir ki, islahatların gedişində 
bu sah
ədəki ciddi nöqsanlar iqtisadi qərarların gecikmiş və qeyri-
ardıcıl halda qəbul olunmasına gətirib çıxarmışdır. Nəzərə almaq 
lazımdır ki, indi iqtisadi sistemdə baş verən dəyişikliklər qeyri-adi 
olur  v
ə  tez-tez təkrarlanır.  Ona  görə  də  gəlirlər siyasətinin özü 
çevik olmalı və bu siyasətin özünə zəruriyyətdən irəli gələn düzə-


139
 
 
lişlər edilməlidir, buna müvafiq olaraq iqtisadi siyasət metod-
larının qarşılıqlı kombinasiyası optimal şəkildə aparılmalıdır. 
Yaxın gələcəkdə Azərbaycanın maliyyə imkanlarının xeyli 
d
ərəcədə  artması  gözlənilir. Buna səbəb ölkənin Xəzərin Azər-
baycan sektorunda neft v
ə qaz yataqlarının xarici şirkətlərlə birgə 
işlənməsi nəticəsində  hasilatın  2006-cı  ildən  başlayaraq  ilbəil 
artma
sı və dünya neft bazarında əlverişli konyunkturun yaranma-
sıdır. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80% -ə yaxını Azər-
baycanın payına düşür. Dünyada etibarlı tərəfdaş kimi tanınan və 
beyn
əlxalq müqavilələrdən irəli gələn öhdəliklərin tam şəkildə və 
v
axtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu trans-
milli layih
ələr  Avropanın  enerji  təhlükəsizliyinin təmin edilmə-
sind
ə  muhum  rol  oynayır.  Bakı-Tbilisi-Ceyhan neft, Cənubi 
Qafqaz qaz k
əməri vasitəsilə  Xəzər dənizinin  enerji  resursları  , 
region ölk
ələrinə və Avropa nəql edilir. Transanadolu və Tranc-
adriatik qaz k
əmərləri isə enerji əməkdaşlığmızı genişləndirilərək 
Az
ərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə 
çevir
əcəkdir. 
Müt
əxəssislərin  apardığı  qiymətləndirməyə  görə  Azər-
baycan 
yaxın 20 ildə neft və qazın satışı nəticəsində 150-160 mlrd 
dollar 
əldə  edə  bilər.  Neft  Fondunun  missiyasına  uyğun  olaraq 
gözl
ənilən  daxilolmaların  bir  hissəsi daxili maliyyə  dövriyyə-
sind
ən sterilizasiya ediləcək və  fondun  əsas fəaliyyətinə  uyğun 
olaraq beyn
əlxalq qiymətli kağızlar bazarında idarə olunacaqdır. 
Bununla  yanaşı,  daxilolmaların  əsas hissəsi həp Neft fondunun 
bilavasit
ə  xərcləmələri, həm də  büdcəyə  edilicək transfertlərin 
h
əcminini artımı nəticəsində ilbəil dövlət vəsaitinin böyük artımı 
il
ə müşayiət ediləcəkdir. Onu da qeyd edək ki, dövlət büdcəsinin 
özünün d
ə  neft  şirkətlərindən  yığılacaq  vergilər  hesabına  artımı 
gözl
ənilir.  ARDNŞ-in maliyyə  imkanının  artması  isə  bu  şirkət 
vasit
əsilə inkişaf proqramlarının artmasına və mövcud təcrübəyə 
uyğun olaraq geniş çeşidi sosial obyektlərin inşasının da artması 
gözl
ənilir. 


140
 
 
Büdc
ə gəlirlərinin idarə edilməsində koordinasiya və vahid 
m
ərkəzdən idarəetmə zəifdir. Lakin bununla biz heç də ifrat mər-
k
əzləşməyə  məruz qalan dövlət vəsaitinin idarəetmə  sisteminin 
vahid m
ərkəzdən idarə  olunmasını  və  koordinasiya edilməsini 
n
əzərdə tutmuruq. Ona görə ki, ifrat mərkəzləşdirilmiş büdcə sis-
temi yerli maliyy
ə  imkanlarının  açılmasına  və  onların  konkret 
iqtisadi n
əticəyə  çevrilməsi yönümündə  çox ciddi maneə  kimi 
çıxış edir.  Lakin bütün bunlara baxmayaraq, koordinasiya prob-
leml
ərinin də göz qabağında olmasını etiraf etmək lazımdır. Belə 
ki, buna misal olaraq h
ər bir növbəti ilin büdcə  proqnozlarının 
forma
laşması  təcrübəsini göstərmək olar. Normal qaydada ifadə 
ets
ək, aydın olar ki, büdcənin ilkin göstəricilərinin ortalığa çıxa-
rılması makroiqtisadi proqnozlara əsaslanır. Onu da qeyd edək ki, 
m
əhz makroiqtisadi proqnozlar və  yaxın perspektiv üçün müəy-
y
ənləşdirilən sosial-iqtisadi prioritetlər Maliyyə Nazirliyinə büdcə 
parametrl
ərinin  aydınlaşdırılması  üçün  əsas verir. Lakin hesab 
edirik ki, Az
ərbaycanda proqnozlaşdırma işi xeyli zəif olub real-
lığı  əks  etdirmir.  İqtisadiyyat  və  Sənaye  Nazirliyinin səla-
hiyy
ətləri daxilində həll edilməli olan bu iş son illər həmin nazir-
liyin investisiya prioritetl
ərinin  açıq-aşkar  üstünlük  təşkil  etdiyi 
bir zamanda daha az 
əhəmiyyət əsb edir. Məsələ burasındadır ki, 
büdc
ə  göstəricilərinin  ilkin  variantı  daha  çox  ənənəvi olaraq 
«keç
ənilki nəticəyə artım əlavəsi» xarakterinə malikdir. Bununla 
yanaşı,  büdcə  zərfində  əksini  tapmış  3  illik  proqnoz  göstəri-
cil
ərinin necə  ildən-ilə  kəskin fərqlənməsi bunu bir daha sübut 
edir. Elmi c
əhətdən əsaslandırılmış makroiqtisadi proqnoza söy-
k
ənməyən dövlət maliyyə axını sistemi, aydındır ki, özündə real 
ehtiyacları  əks etdirmir. Digər tərəfdən, rəsmi  statistikanın 
ortalığa çıxardığı makroiqtisadi göstəricilər, xüsusilə gəlirlər sta-
tis
tikası  real  vəziyyəti tam əks etdirmir. Bu isə  o deməkdir ki
ölk
ə  iqtisadiyyatında  hesabatlılıq  qlobal bir problemə  çevril-
mişdir.  Bundan  əlavə  qeyd etmək  lazımdır  ki.  çoxsaylı  büdcə 
investisiya layih
ələri həm də  Nazirlər Kabinetində  nəzərdən 
keçirilir v
ə  qəbul olunur. Subyektiv amillərin təsiri  altında  qəbul 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə