Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

141
 
 
edilm
əklə büdcə vasitəsilə maliyyələşən investisiya layihələri həm 
koordina
siya  baxımından  zəif görünür, həm  qısa  və  ortamüddətli 
perspektivd
ə prioritetlərə uyğun gəlmir, həm də hesabatlılıq baxı-
mından şübhə doğurur və ehtiyac duyulan xərclər şişirdilir. 
 
Hazırkı  şəraitdə  büdcə  gəlirlərinin idarə  edilməsinin tək-
mill
əşdirilməsi məqsədilə  vergi dərəcələrinin  optimallaşdırılma-
sına ehtiyac vardır. Belə ki, məlum olduğu kimi, vergi dərəcələri-
nin azaldılması uzunmüddətli dövrdə iqtisadi aktivliyi artırmaqla 
vergi bazasının genişlənməsinə və büdcəsinin vergi daxilolmaları-
n
ın artmasına səbəb olur. Lakin bu zaman əsas problem iqtisadiy-
ya
tın  hansı  fazada  olmasını  düzgün  müəyyənləşdirmək və  buna 
uyğun  olan  optimal  vergi  dərəcələrinin  aydınlaşdırmaqdır.  Əks 
halda vergi d
ərəcələrinin azaldılması istiqamətində atılan addım-
lar uzunmüdd
ətli dövrdə  də  lazımi  effektiv  verməyə  bilər və 
büdc
ə daxilolmalarını müəyyən qədər azalda bilər. Odur ki, höku-
m
ət vergi yükünün optimal səviyyədə saxlanılması və vergi siste-
mi
nin  liberallaşdırılması  istiqamətində  siyasət yürütməli, vergi 
d
ərəcələrinin perspektivdə  aşağı  salınması  ilə  bağlı  qanunveri-
ciliy
ə müvafiq dəyişikliklər edilməsinə üstünlük verməlidir. Vergi 
siyas
ətinin bütün parametrlər üzrə  optimallaşdırılması  effektiv 
iqtisadi t
ədqiqatlar, o  cümlədən empirik tədqiqatlar nəticəsində 

əyyən edilə bilər.  
Büdc
ə  gəlirlərinin idarə  edilməsinin təkmilləşdirilməsində 
əsas istiqamətlərindən biri də vergi intizamının möhkəmləndiril-
m
əsindən ibarətdir.  Bunun üçün,  ilk növbədə  vergi və  gömrük 
orqanl
arının  reputasiyasının  sağlamlaşdırılmasına,  vergitutmanın 
ədalətlilik və obyektivlik prinsiplərinə riayət edilməsinə, vergi və 
rüsum öd
əyicilərinin məlumatlandırılmasına ehtiyac vardır. Vergi 
v
ə  gömrük  orqanlarında  qulluğa  qəbulun, digər  bir  sıra  dövlət 
o
rqanlarında olduğu kimi, müsabiqə əsasında keçirilməsi vergi və 
gömrük  orqanlarının  işinin  təkmilləşdirilməsinə  müsbət təsir 
göst
ərə bilər. Vergi intizamının artırılması prosesin hər iki tərəfin-
d
ən, yəni həm vergi və gömrük orqanı əməkdaşlarından, həm də 
vergi öd
əyicilərindən eyni zamanda asılıdır. Yəni vergi intizamı-


142
 
 
nın artırılması birtərəfli olaraq vergi ödəyicilərindən asılı bir pro-
ses deyil, Vergi intizamının gücləndirilməsi ayrı-ayrı vergi növ-
l
əri üzrə islahatları zəruri edir. Hesab edirik ki, Vergilər Nazirliyi 
ƏDV-nin  inzibatçılıq  sisteminin  təkmilləşdirilməsi çərçivəsində 
d
ə tədbirlərini gücləndirməlidir.  
  Son ill
ər mütəxəssislər  ƏDV  inzibatçılığının  təkmilləş-
dirilm
əsi istiqamətində  ƏDV  bank  hesabları  sisteminin  tətbiqini 
t
əklif edir. Lakin bu, bütöv bir sistemdir və onun tətbiqi müəyyən 
hazırlıq işləri, o cümlədən banklarla və vergi ödəyiciləri ilə izahat 
işlərinin  aparılmasını,  bir  çox  texniki  məqamların  həllini, eyni 
zamanda geniş maarifləndirmə kampaniyasının həyata keçirilmə-
sini t
ələb  edir.  Əsas  məsələ  bu sistemin səmərəli  işləməsi üçün 
mexanizmin  işlənib  hazırlanmasındadır.  Eyni  zamanda,  digər 
alternativ  variantların da müzakirəsi tələb olunur. Nəzərə  almaq 
lazımdır ki, söhbət gəlirlərinin formalaşmasında mühüm yeri olan 
bir vergiy
ə – ƏDV-yə münasibətdə yeni bir strategiyanın qurul-
ma
sından gedir. ƏDV bank hesablarının tətbiqi bu sahədə möv-
cud  olan  çatışmazlıqları  aradan  qaldırmağa  və  dövlət büdcəsinə 
daxilolmaları artırmağa imkan verə bilər. 
 
Yeni hazırlanmaqda olan Büdcə Məcəlləsinin Gömrük və 
Vergi M
əcəlləsi ilə  uyğunluq  təşkil  etməsi çox vacibdir. Büdcə 
M
əcəlləsinə ölkənin sosial-iqtisadi inkişafının proqnozlaşdırılma-
sı, büdcə və büdcədən-kənar dövlət təşkilatlarının maliyyə-təsər-
rüfat f
əaliyyətinin səmərəliliyi və  effektivliyinin qiymətləndiril-
m
əsi üzrə  hüquqi və  iqtisadi  normalar  daxil  olmalıdır.  Bundan 
başqa, burada dövlət gəlirlərinin potensialının qiymətləndirilməsi 
üzr
ə normalar, onların sosial-iqtisadi inkişafa təsirinin idarə olun-
ma
sının mexanizm və vasitələri, dövlət xərclərinin effektivliyinin 
t
əmin  olunması  üzrə  mexanizmlər, dövlət xərclərinin və  bütöv-
lükd
ə büdcənin proqramlaşdırma səviyyəsinin artırılması, dövlət 
büdc
əsinin  formalaşması,  icrası  və  hesabatı  üzrə  normalar və  s. 

əyyən  olunmalıdır.  Eyni  zamanda  «Büdcə  sistemi haqqında» 
qanunun da t
əkmilləşdirilməsi məqsədəuyğundur. 


143
 
 
VI FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA 
GÖMRÜK İŞİNİN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİNİN 
TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 
 
6.1. Gömrük n
əzarətinin təşkilinin vəziyyəti və onun inkişafı  
 
 Son dövrl
ərdə həyata keçirilən uğurlu siyasət ölkəmizin hərtə-
r
əfli  inkişafına,  xalqın  rifahının  yüksəldilməsinə  yönəlmiş  və 
sosial-  öz müsb
ət nəticələrini  vermişdir. Ölkəmizin maliyyə 
mövqeyi daha da gücl
ənmiş, məcmu valyuta ehtiyatlara 2014-cü 
il 1  oktyabr tarixin
ə  53,0  milyard  ABŞ  dolları  səviyyəsinədək 
yüks
əlmişdir. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indek-
sind
ə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də 
artaraq, qiym
ətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci 
yer
ə  yüksəlmişdir. Bütün bunların isə əsasında iqtisadi inkişafın 
Az
ərbaycan modeli durur.  
 
Əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfin-
d
ən qoyulmuş Milli iqtisadi inkişafın Azərbaycan modeli  aşağı-
dakı 3 istiqamət üzrə həyata keçirilir: 
1.
 
Ölk
ə  iqtisadiyyatının  açıqlığı.  Bu  açıqlığın  arxasında 
is
ə  heç bir məhdudiyyət qoyulmadan ölkə  daxilində  əlverişli 
sahibkar
lıq  və  investisiya mühiti durmaqla qlobal məkandan 
istehsal amill
ərinin axını üçün real şərait yaranır. Ölkə iqtisadiy-
yatının açıqlığı buraya kapitalın, texnologiyaların, eləcə də müasir 
informasiya-kommunikasiya vasit
ələrinin  axınına  səbəb olur. 
İstehsal amillərinin bu istiqamətdə axını ölkənin malik olduğu son 
d
ərəcə  zəngin  karbohidrogen  tutmuş,  onların  emalı,  dünya  ba-
zarlarına  çatdırılmasına  qədər  xeyli  işlərin həyata keçirilməsinə
başqa sözlə, yer altında olan qaynaqların iqtisadi dövriyyəyə cəlb 
olunma
sına və onlara əmtəə xarakteri verilməsinə və iqtisadi gücə 
çevrilm
əsinə imkan yaradır . 
2.
 
Qradulizm siyas
əti. Bu, yumşaq keçidi özündə bir qə-
d
ər ehtiva etsə  də, 1994-cü ildən  əsası  qoyulan  Azərbaycan 
modeli f
ərqli keçid prinsipləri əsasında quruldu. Belə ki, burada 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə