Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

125
 
 
ƏDV-ni müəyyənləşdirərkən advalor dəyərdən istifadə 
olunur. 
ƏDV müqavilədə  göstərilən  valyuta  əsasında  hesablanır, 
daha 
doğrusu  malın  gömrük  dəyəri hesablanan valyuta əsas 
götürülür. 
ƏDV hesablanarkəq üç əsas dəyər elementinin cəmi  əsas 
kimi q
əbul edilir: 

malın gömrük dəyəri; 
-  gömrük rüsumu (advalor, spesifik v
ə  kombinə  edilmiş 
tarifl
ərlə hesablanmış); 
- aksiz k
əmiyyət. 
Az
ərbaycan  Respublikasında  1995-ci ildən  başlayaraq 
xarici ticar
ət mallarından əlavə dəyər vergisi tutulur. İdxal malları 
istehsal  olunduğu  ölkənin  ərazisində  əlavə  dəyər vergisinə  cəlb 
olunmadığı  üçün,  istehlakçı  ölkələrdə  həmin mallardan əlavə 
d
əyər vergisi tutulur. Lakin ölkələri ilə  xüsusi  gömrük sistemi 
f
əaliyyət göstərdiyindən, bu ölkələrdən Azərbaycan Respub-
likasının  ərazisinə  gətirilən  malların  əlavə  dəyər vergisinə  cəlb 
olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 
t
ənzimlənir. 
MDB ölk
ələrinə ixrac olunan mallardan ƏDV tutulur. 
Aksizl
ər.  Dolayı  vergilərdən biri də  aksizlərdir. Aksizlər 
istehlak  mallarına  və  xidmətlərinə  qoyulduğu  üçün  bilavasitə 
alıcılar  tərəfindən ödənilir. Aksizlərin faizi, Azərbaycan 
Respublikasının «Vergi Məcəlləsi»nə görə Nazirlər Kabineti tərə-
find
ən müəyyən olunur. Hal-hazırda aksiz faizləri 10%-dən (qiy-
m
ətli metal və gümüş məmulatı) 90%-dək (içməli spirt) dəyişir. 
Qeyd etm
ək lazımdır ki, ixrac məhsullarına qoyulan ƏDV 
v
ə  aksizləri Azərbaycan  Respublikası  vergi  orqanları,  idxal 
olunan mallar üçün mü
əyyən  edilmiş  ƏDV-ni və  aksizləri isə 
Az
ərbaycan Respublikasının gömrük orqanları toplayır. 
Aksizl
əri advalor tariflərinə görə hesablandıqda malın göm-
rük d
əyəri, gömrük rüsumu və  gömrük rəsmiləşdirilməsi üçün 


126
 
 
göm
rük  yığımlarının  miqdarı  vergi  qoymanın  bazası  kimi 
götürülür. 
Mal qismind
ə ölkənin gömrük sərhəddindən keçirilən mal-
ların  və  nəqliyyat vasitələrinin, habelə  müşayiət olunmayan 
baqajda, beyn
əlxalq poçt göndərişlərində  keçirilən, kommersiya 
m
əqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin, həm-
çinin n
əqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə  görə 
qanunvericilikl
ə  müəyyən  olunmuş  miqdarda  gömrük  yığımları 
alınır. 
Gömrük r
əsmiləşdirilməsinə  görə  gömrük  yığımları,  göm-
rük sisteminin xidm
əti xərcləri kimi qiymətləndirilir. Bu gömrük 
yığımları birbaşa büdcə vəsaiti hesab olunur. 
Gömrük r
əsmiləşdirilməsinə görə alınan gömrük yığımları, 
mal v
ə sənədlər gömrük rəsmiləşdirilməsinə təqdim olunan qədər 
v
ə  ya həmin vaxt  həyata keçirilir. Bu  gömrük  yığımları  ödənil-
m
əsinin özünəməxsusluğu aşağıdakılardır: 
1)
 
gömrük  yığımlarının ödənilməsi üçün hər bir vaxt alma 
v
ə ya vaxt uzatma nəzərdə tutulmayıb; 
2)
 
gömrük r
əsmiləşdirilməsinə görə alınmış gömrük yığım-
ları geri qaytarılmır. 
Az
ərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin 112-ci 
madd
əsinə  görə  gömrük rəsmiləşdirilməsi  üçün  yığımların 
miqdarını qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti, 
y
əni Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 
Az
ərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 
aprel  tarixli  80  saylı  qərarı  ilə  gömrük rəsmiləşdirilməsinə  görə 
aşağıdakı gömrük yığımlarının miqdarını müəyyən edilmişdir: 
1)
 
mal qismind
ə  ölkənin gömrük sərhəddindən keçirilən 
kommersiya m
əqsədləri üçün nəzərdə  tutulmayan  malların  və 
yükl
ərin (dəyəri 100 ABŞ dollarından az olduqda 10 ABŞ dolla-
rından az olmayacaq), nəqliyyat vasitələrinin, həmçinin Azər-
baycan Respublikası Milli Bankı tərəfindən Azərbaycan Respub-
likasının gömrük ərazisindən kənarda sifariş verilməklə gətirilən 
milli  valyutanın  gömrük  rəsmiləşdirilməsinə  görə  gömrük 


127
 
 
d
əyərinin, xarici valyuta sərvətlərinin isə  nominal dəyərinin 
0,15%  miqdarında,  Azərbaycan  Respublikası  Milli  Bankı 
t
ərəfindən müəyyən edilən məzənnəyə  görə  manatla gömrük 
yığımları alınır. 
2)
 
Az
ərbaycan  Respublikasının  gömrük  sərhəddindən 
qrant  haqqında  müqaviləyə  əsasən  qrant  kimi  alınan  maddi 
yardım,  humanitar  və  texniki yardım  məqsədi ilə, habelə  ölkə 
ərazisində  yerləşən diplomatik nümayəndələrinin rəsmi və 
n
əqliyyat vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsi üzrə 
gömrük r
əsmiləşdirilməsinə görə gömrük yığımları alınır. 
3)
 
Gömrük Yük b
əyamnaməsinin hər bir əlavə  vərəqi 
üçün sövd
ələşmə  xarakterindən  asılı  olmayaraq  5  ABŞ  dolları 
m
əbləğində məzənnəyə görə manatla ödənc alınır. 
4)
 
Az
ərbaycan  Respublikasının  gömrük  sərhəddində 
tranzit  gömrük  rejimi  altında  keçirilən  malların  gömrük  rəsmi-
l
əşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük Bəyamna-
m
əsi üçün  10  ABŞ dolları miqdarında məzənnəyə  görə  gömrük 
yığımları alınır. 
5)
 
Fiziki 
şəxslər tərəfindən Azərbaycan  Respublikası 
gömrük 
ərazisinə gətirilən nəqliyyat vasitələrinin qeydə alınması 
üçün v
əsiqə  verilməsinə  görə:  -  yük və  minik avtomobilləri, 
mikro-avtobus v
ə avtobuslar üçün – 20 ABŞ dolları; digər nəqliy-
yat vasit
ələri üçün 15 ABŞ dolları məbləğində məzənnəyə uyğun 
olaraq manatla öd
ənc alınır. 
6)
 
Malların  və  nəqliyyat vasitələrinin Azərbaycan Res-
publi
kası orqanlarının iş vaxtından kənarda və müəyyən edilmiş 
yerd
ən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat 
miqd
arda alınır. 
Saxlanca gör
ə gömrük yığımları. Gömrük anbarlarında və 
sahibi Az
ərbaycan Respublikası gömrük orqanları olan müvəqqəti 
saxlanc  anbarlarında  malların  və  nəqliyyat vasitələrinin saxlan-
cına  görə  göstərilən xidmətlərin orta dəyərindən  asılı  olaraq 
Dövl
ət Gömrük Komitəsinin müəyyən etdiyi miqdarda gömrük 
yığımları alınır (Gömrük Məcəlləsinin 113-cü maddə). 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə