Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

122
 
 
Respublikada gömrük f
əaliyyətini tənzimləyən gömrük 
qanunlarını gömrük hüququnun mənbəyi kimi 2 şərti yarımqrupa 
bölm
ək olar: 
a) bilavasit
ə gömrük məsələlərini tənzimləyən qanunlar; 
b) dolayısı ilə gömrük məsələlərini tənzimləyən qanunlar. 
Birinci  qrupa  «Gömrük  tarifi  haqqında»  qanun,  habelə 
bundan sonra bilavasit
ə gömrük işi ilə bağlı olaraq qəbul ediləcək 
dig
ər qanunlar daxildir. 
İkinci qrupa isə «Azərbaycan Respublikasının Vergi Məcəl-
l
əsi»,  «Girov  haqqında»,  «Valyuta  tənzimi  haqqında»,  «İsteh-
lakçıların hüquqlarının müdafiəsi haqqında» və s. daxildir.  
«Gömrük  tarifi  haqqında»  qanun  Azərbaycan Respublika-
sında  daxili  bazarın  xarici  bazarla səmərəli  əlaqəsini təmin 
etm
əklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi 
olan gömrük tarifinin formalaşması və tətbiqi, həmçinin ölkənin 
gömrük s
ərhəddindən keçən mallardan rüsum tutulması  qayda-
larını müəyyən edir. 
Gömrük tarifinin fo
rmalaşdırılması  və  tətbiqi  qaydası  bu 
qanunda mü
əyyən  edilmiş  və  əsas məqsədləri  idxalın  əmtəə 
strukturunu s
əmərəliləşdirmək, malların gətirilməsi və çıxarılma-
sı,  valyuta  gəlirlərinin və  xərclərinin  əlverişli  nisbətini təmin 
etm
ək, valyuta sərvətlərinin  Respublikanın  gömrük  ərazisinə 
g
ətirilməsi və  bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət 
etm
ək, əmtəə və xidmətləri istehsal etmək, istehlak strukturunda 
müt
ərəqqi dəyişikliklər  üçün  şərait yaratmaqdan ibarətdir. Bun-
dan  başqa  respublika  iqtisadiyyatını  xarici  rəqabətin mənfi 
t
əsirindən  qorumaq  iqtisadiyyatın  dünya  təsərrüfat ilə  səmərəli 
inteqrasiyasına şərait yaratmaq məsələləri həyata keçirilir. 
Gömrük rüsumunun d
ərəcəsi  vahid  olub,  malları  gömrük 
s
ərhəddindən keçirən şəxslərdən, əqdlərin növlərindən, «Gömrük 
tarifi haqqında» qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla 
dig
ər faktlardan asılı olaraq dəyişdirə bilməz. 
Az
ərbaycan  Respublikasının  ərazisinə  gətirilən gömrük 
rüsumuna c
əlb  olunan  (olunmayan)  malların  siyahısı  və  tətbiq 


123
 
 
edil
ən rüsum dərəcələri Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti t
ərəfindən müəyyən edilir (GT maddə 3, b. 3). 
İxrac  gömrük  rüsumlarının  dərəcələri və  onların  tətbiq 
olunduğu malların siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmə-
nin qeyri-tarif t
ədbirləri Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti t
ərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının 
əlverişli  ticarət rejimi tətbiq etdiyi ölkələrin  malları  üçün  ixrac 
gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respubli-
kasının  Milli  Məclisi tərəfindən  təyin olunur. Gömrük tari 
t
ənzimlənməsi hüququnun əsas məqsədi aşağıdakılardır: 
1)  gömrük  işini  həyata keçirmək,  onun  inkişafını  və  tək-
mill
əşdirilməsini təmin etmək üçün, gömrük və  digər müvafiq 
dövl
ət orqanlarına səmərəli fəaliyyət şəraiti yaratmaq
2) gömrük siyas
ətinin həyata keçirilməsi üçün optimal, elmi 
c
əhətdən  əsaslandırılmış  və  dah çox demokratik dəyərlərə  söy-
k
ənmiş gömrük sistemi yaratmaq;  
3) ölk
ə vətəndaşlarının  hüquq və azadlıqlarının qanuni tə-
minatı,  onların  birləşdiyi  ictimai  birliklərin gömrük  işi  ilə  əla-
q
ədar fəaliyyətləri  zamanı,  habelə  xarici vətəndaşlar  və  vətən-
daşlığı olmayan fiziki şəxslərin, həmçinin hüquqi şəxslərin göm-
rük qanunvericiliyind
ə  nəzərdə  tutulan  bütün  hüquqların  qorun-
ması üçün möhkəm, sabit hüquqi təminat yaratmaq; 
4) Az
ərbaycan Respublikasının sosial-iqtisadi üstünlükləri-
ni v
ə maraqlarını qorumaq (ilk növbədə, burada söhbət ölkəmizin 
iqtisadi suverenliyi v
ə  iqtisadi təhlükəsizliyindən,  daxili  bazarın 
qorunmasından,  milli  iqtisadiyyatın  inkişafının  stimullaşdırılma-
sından, həmçinin Azərbaycan iqtisadiyyatının beynəlxalq əlaqələ-
rind
ən getməlidir). 
Gömrük-tarif t
ənzimlənməsinin mühüm tərəflərindən biri 
d
ə  gömrük ödənişlərinin  tutuşmasıdır.  Bildiyimiz  kimi  gömrük 
öd
ənişləri «Gömrük Məcəlləsi»nin 108-ci maddəsində  nəzərdə 
tutulub. M
əcəllədə  nəzərdə  tutulmuş  gömrük  ödənişlərinə  əlavə 
d
əyər vergisi, aksizlər, gömrük rəsmiləşdirilməsinə görə gömrük 


124
 
 
yığımları, saxlanmasına görə gömrük yığımları, malların gömrük 
müşayiətinə görə gömrük yığımları və s. aid edilir. 
Mal v
ə  nəqliyyat vasitələrini keçirən  şəxslərdən gömrük 
orqanı istənilən aldığı pul vəsaitləri gömrük ödəmələri adlanır. 
Dövl
ətin öz xərclərini ödəmək və  iqtisadi-sosial həyata 
müdaxil
əsini təmin etmək məqsədilə hüquqi və fiziki şəxslərdən 
qanunvericilik 
əsasında  topladığı  məcburi vəsaitlər vergilər 
adlanır. 
Vergil
ər və gömrük ödəmələrinin hüquqi əsasını Azərbay-
can  Respublikası  Gömrük  Məcəlləsində  nəzərdə  tutulmuş  müd-
d
əalar, habelə  Azərbaycan  Respublikasının  müvafiq  qanunları 
t
əşkil  edir.  Azərbaycan  Respublikası  gömrük  ərazisinə  gətirilən 
v
ə  bu  ərazidən  aparılan  mallara  əlavə  dəyər vergisinin tətbiqi 
Az
ərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  uyğun  həyata 
keçirilir. 
Gömrük qanunvericiliyin
ə  uyğun  olaraq,  idxal-ixrac  əmə-
liy
yatlarında ƏDV və aksiz vergiləri tutulur. 
ƏDV dolayı vergi olub, əhalinin xərclərindən tutulur. Çünki 
bu vergi istehsalda alqı-satqı prosesində yaranır. 1 yanvar 2001-ci 
ild
ən qüvvəyə minən «Azərbaycan Respublikasının Vergi Məcəl-
l
əsi»nə görə ƏDV 18% qəbul olunmuşdur. ƏDV-nin faiz dərəcəsi 
v
ə  hesablanması,  vergitutma  obyektləri müxtəlif ölkələrdə  fərdi 
xarakter daşıyır. Azərbaycan Respublikasında da əlavə dəyər ver-
gisi haqqında qanun və təlimatlar qəbul olunmuşdur. 1992-ci ilə 
q
ədər  ƏDV-nin dərəcəsi  28%  olmuşdursa,  2001-ci ildən 18%-ə 
endir
ilmişdir.  Sonda  müqayisə  üçün qeyd edək  ki,  ƏDV-nin 
d
ərəcəsi İspaniya və Fransada 12%, Almaniyada 14%, İngiltərədə 
15%, Portuqaliyada 16% v
ə s.-dir. İdxal olunan mallara ƏDV-nin 
t
ətbiqi iki funksiyanı yerinə yetirir: 
1) xarici iqtisadi f
əaliyyətinin tənzimlənməsi, daha doğrusu 
daxili bazarda yerli v
ə  idxal  mallarının  arasındakı  rəqabətin 
t
ənzimlənməsi; 
2) dövl
ət büdcəsinin gəlir hissəsini doldurmaq üçün fiskal 
funksiyanı. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə