T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   ...   6   7   8   9   10   11   12   13   14

23 

23 


23 

NATO Strateji Komandanlığının SNT döyüş hazırlığı 

və təlim məsələlərinin əlaqələndirilməsi üzrə 

fəaliyyətini təmin edir. 

Tərəfdaş-dövlətlərin və NATO-ya daxil olmayan digər 

ölkələrin NATO-nun rəhbərliyi altında keçirilən Sülhə 

Yardım Əməliyyatlarında iştirakı Hərbi-siyasi çərçivə 

sənədinin müddəaları ilə tənzimlənir. 1995-ci ildə 

MQAABQ nəzdində yaradılmış Beynəlxalq 

Əlaqələndirmə Mərkəzi bu fəaliyyətə imkan yaradır. 

O, öz hərbi kontingentlərini NATO-nun rəhbərliyi 

altında olan qüvvələr üçün ayıran bütün ölkələrə 

planlaşdırma aparmaq və konfranslar keçirmək üçün 

şərait yaradır. Müxtəlif dövlətlərin bu cür 

əməliyyatlarda iştirakı Maliyyə-Texniki Sazişə 

əsaslanır. Bu saziş öz hərbi kontingentini ayıran ölkə 

ilə NATO arasında təklif olunmuş qüvvə və vəsaitlərin 

qiymətləndirilməsi keçiriləndən sonra işlənib 

hazırlanır. Öz kontingentlərinin səmərəli fəaliyyətini 

təmin etmək üçün hər bir Tərəfdaş-dövlət onların 

yerləşdirilməsi və bütün zəruri arxa təminatı 

xüsusunda məsuliyyəti öz üzərinə götürür. Bəzi 

hallarda arxa təminatı ikitərəfl i əsasda NATO-nun 

üzvü olan dövlət tərəfi ndən təqdim oluna bilər.

NATO-nun rəhbərliyi altında keçirilən sülhyaratma 

əməliyyatları üçün öz hərbi kontingentlərini ayıran 

ölkələrin əksəriyyətini birləşdirən odur ki, onlar NATO-

ya daxil deyil, SNT Proqramında iştirak edirlər və 

Avropada yerləşirlər. Lakin başqa qitələrdə 

yerləşdiklərinə və həm də hətta onlardan bəzilərinin 

Şimali Atlantika Alyansı ilə ümumiyyətlə heç bir rəsmi 

əlaqələr saxlamadıqlarına baxmayaraq öz hərbi 

kontingentlərini ayırmış bir neçə digər ölkələr də vardır. 

Cənubi Amerika ölkələrindən Argentina SFOR və 

KFOR tərkibinə öz hərbi kontingentini ayırıb, SFOR-a 

həmçinin Çili də öz töhfəsini verib. NATO-nun Aralıq 

Dənizi Dialoqunda iştirak edən ölkələrdən İordaniya və 

Mərakeş SFOR və KFOR sülhyaratma qüvvələrinin 

tərkibinə öz hərbi hissələrini daxil edib, sülhə yardım 

üzrə Misir kontingenti isə Bosniya və Herseqovinada 

NATO-nun rəhbərliyi altındakı qüvvələrdə iştirak edib. 

Başqa bir ərəb ölkəsi - Birləşmiş Ərəb Əmirliyi də 

KFOR tərkibi üçün iri hərbi kontingent ayırıb. Cənubi-

Şərqi Asiya ölkələrindən Malayziya İFOR və SFOR-a 

öz payını verib. Bundan başqa, Avstraliya və Yeni 

Zelandiya hərbi qulluqçuları Böyük Britaniya ilə 

mübadilə proqramları çərçivəsində öz ölkələrindən 

Balkanlarda Sülhə Yardım Qüvvələrində xidmət etmək 

üçün ezam edilmişdilər. Yeni Zelandiyadan olan kiçik 

bir qrup həmçinin Beynəlxalq Təhlükəsizliyə Yardım 

Qüvvələrində (BTYQ) hərbi xidmət keçir.  

 

Rusiya sülhyaratma qüvvələri

Yeddi ildən artıq bir dövr ərzində, 2003-cü ilin 

yayında Rusiya sülhyaratma qüvvələrinin SFOR və 

KFOR çıxdığı ana qədər Rusiya Balkanlarda Sülhə 

Yardım Qüvvələrinin tərkibinə daxil edilməsi üçün 

NATO-ya daxil olmayan ölkələr arasında ən iri hərbi 

kontingentlər ayıran ölkə olaraq qalırdı. Bu 

qüvvələrdə Rusiya hərbi qulluqçuları NATO üzrə 

Müttəfi qlər və digər Tərəfdaş-dövlətlərlə birlikdə 

beynəlxalq birliyin bölgədə təhlükəsizlik və sabitliyin 

möhkəmləndirilməsi işində göstərdiyi səylərə 

yardım üzrə müxtəlif vəzifələri yerinə yetirirdi.

Rusiya sülhyaratma qüvvələri kontingenti Bosniya və Herseqovinada ilk dəfə 1996-cı ilin yanvarında 

yerləşdirilmişdi və şimal sektorunda çoxtərəfl i briqadanın tərkibinə daxil idi. Rusiya hərbi qulluqçuları hər gün 

patrulçəkmə və yoxlama aparır, bərpa işlərində və humanitar məsələlərin həllində kömək göstərirdi. Onlar 

Kosovo münaqişəsinin başa çatmasında çox mühüm diplomatik rol oynamış və NATO-nun 1999-cu ildə hava 

kampaniyası xüsusunda fi kir ayrılığına baxmayaraq, 1999-cu ilin iyun ayından Kosovoda yerləşirdilər. Onlar 

orada çoxtərəfl i briqadanın tərkibində bu diyarın şərqi, şimalı və cənubunda vəzifələrini yerinə yetirir, 

həmçinin Priştina təyyarə meydanının işinə yardım göstərir, qüvvələr üçün öz hospital və tibbi xidmətini 

təqdim edirdilər. 



24 

Soyuq müharibənin bitməsi ilə şərq-qərb 

qarşıdurması təhlükəsi yoxa çıxdı. Nəhəng ordular 

və nəhəng silah ehtiyatları və sürsatları artıq lazım 

deyildi. Çoxları müdafi ə xərclərinin azaldılmasından 

əldə olunan sülh divdentini ümidlə gözləyirdilər. 

Lakin müdafi ə islahatlarının aparılması nə ucuzdur, 

nə də asan. Bundan əlavə NATO ilə tərəfdaş 

ölkələr tezliklə təhlükəsizlik çağırışları ilə üzləşdilər 

və öz silahlı qüvvələrini yeni təhlükəsizlik mühitinə 

uyğunlaşdırmalı oldular ki, bu da şübhəsiz iqtisadi 

nəticələrə gətirib çıxaracaq. 

NATO üzvü ölkələrin hərbi heyət, texnika və 

bazalarını tədricən azaldır və öz qüvvələrini hazırki 

müdafi ə tələblərinə uyğun dəyişirlər. Bir çox 

tərəfdaş ölkələr bu çətin və uzun prosesə yenidən 

başlayıblar. Çox hallarda isə onların ehtiyatları az, 

təcrübəsi isə məhdud olur. Onlar çətinliklə 

hərbiləşdirilmiş mühitin bir hissəsini təşkil edən və 

demokratik dəyişikliklər kontekstindən artıq 

yolverilməz, yaxud uyğun olmayan hərbi qüvvələrin 

restrukturizasiyası və yenidən təlimləndirilməsi kimi 

böyük bir tapşırığın yerinə yetirməli olurlar. Hərbi 

qüvvələrin transformasiya zamanı əsas 

istiqamətlərdən biri Avroatlantika məkanında 

fövqəladə vəziyyətlərin idarəolunması və 

sülhyaratma əməliyyatlarına səmərəli töhfələr 

vermək üçün mövcüd qüvvələri inkişaf etdirməkdir. 

Müdafi ə islahatlarının digər mühüm aspekti onun 

nəticələrinin düzgün idarə olunmasıdır. 

Tərəfdaş proqramın mühüm tövhələrindən biri SNT 

planlaşdırılması və analiz prosesidir (PAP, bax 



səh.11). Bu proqram məqsədlərin müəyyən 

olunması və onların əldə olunması mexanizmlərini 

əhatə edir ki, bu NATO və fərdi tərəfdaş ölkələr 

arasında ikitərəfl i əsasda hazırlanmış proqramlarla 

tamamlanmışdır. Bu, NATO ölkələri və Qərbi 

Avropa tərəfdaşlarının bu sahədə qazanılmış 

təcrübə ilə bölüşməyə və müdafi ə islahatlarının 

konseptual həllində kömək etməyə imkan verir. 

Hərtrəfl i müdafi ə islahatlarının 

keçirilməsinə yardım



Səmərəli təsisatların qurulması

Mülki və demokratik nəzarət altında işləyən dövlət 

müdafi ə təsisatları Avroatlantika məkanında sabitlik 

üçün mühüm əhəmiyyət kəsb edir və beynəlxalq 

əməkdaşlıq üçün vacibdir. Bu münasibətlə 2004-cü 

ilin iyununda İstanbul Zirvə görüşündə AATŞ 

ölkələrinin dövlət və hökümət başçıları tərəfi ndən 

qəbul olunmuş yeni Müdafi ə Təsisatlarının 

Qurulması üzrə Tərəfdaşlıq Fəaliyyət Planı 

qəbul olundu.

Bu yeni mexanizmin əsas məqsədi tərəfdaş 

ölkələrin daxili tələblərə, eləcə də beynəlxalq 

öhdəliklərə cavab vermək üçün müdafi ə 

təsisatlarında islahatların və restrukturizasiyanın 

aparılması ilə bağlı təşəbbüslərin həyata 

keçirilməsi səylərini möhkəmləndirməkdir.  Adı 

çəkilən mexanizm bu sahədə tərəfdaşlığın ümumi 

məqsədlərini müəyyən edir, müvafi q təcrübə 

mübadiləsini stimullaşdırır və müdafi ə və 

təhlükəsizliyə dair yardım proqramlarının 

məqsədlərinə xidmət edir. 

Fəaliyyət planının əsas məqsədləri bunlardır: 

müdafi ə sahəsində fəaliyyətə demokratik nəzarətin 

təmin edən səmərəli və şəffaf mexanizmlər; mülki 

strukturların müdafi ə və təhlükəsizlik sahəsində 

siyasətin hazırlanmasında iştirakı; müdafi ə 

sektoruna səmərəli və şəffaf qanunvericilik və 

məhkəmə nəzarəti; mümkün qarşılıqlı fəaliyyət 

gücünün inkişaf etdirilməsi və saxlanılması üçün 

əsas götürülən təhlükəsizlik risklərinin və milli 

müdafi ə tələblərinin hərtərəfl i qiymətləndirilməsi; 

əlaqəli güc strukturlarına malik olan müdafi ə 

nazirlərinin və digər agentliklərin idarə olunmasının 

optimallaşdırılması; ixraca nəzarət də daxil olmaqla 

müdafi ə sektorunda beynəlxalq norma və 

təcrübəyə uyğunluq; müdafi ə sahəsində səmərəli 

və şəffaf maliyyə planlaşdırması və ehtiyatların 

ayrılması prosedurları; müdafi ə xərclərinin, eləcə 

də müdafi ədə restrukturizasiyasının sosial-iqtisadi 

nəticələrinin, səmərəli idarə olunması, müdafi ə 

qüvvələri tərkibində səmərəli və şəffaf heyət 

strukturları və müvafi q təcrübə; və müdafi ə və 

təhlükəsizlik məsələlərində effektiv beynəlxalq 

əməkdaşlıq və yaxşı qonşuluq əlaqələri. 

Fəaliyyət planının həyata keçirilməsi zamanı 

mövcüd AATŞ və SNT vasitələrindən və 

mexanizmlərindən maksimum istifadə olunacaq. 

SNT-nin planlaşdırılması və analiz prosesi Fəaliyyət 

Planının əsas məqsədələrinin yerinə yetirilməsində 

mühüm vasitə olacaq və o, bu funksiyanı yerinə 

yetirmək üçün tam uyğunlaşdırılacaqdır. Planın 

Müdafi ə islahatları 




Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə