31
31
31
Qaçqınlara yardım
Təbii və texnogen fəlakətlərlə məşğul olmaq üçün
yaradılan Fəlakətlərə Cavabvermə üzrə Avro-
Atlantika Əlaqələndirmə Mərkəzi (FCAAƏM) ilk
dəfə olaraq 1998-ci il ərzində Kosovada və onun
ətrafında yaranan humanitar böhranla bağlı
beynəlxalq diqqətin artdığı vaxt qaçqınların
vəziyyətinin yaxşılaşdırılmasının təşkilinə kömək
etməyə başladı. İlin sonunadək Serb hərbi və polis
qüvvələri və Kosovanın Alban qüvvələri arasında
baş verən açıq münaqişə çoxlu sayda etnik
albanın məhv edilməsinə və 300,000 şəxsin isə
məcburi şəkildə evlərindən didərgin düşməsinə
gətirib çıxartdı.
BTMQAK tərəfi ndən Albaniyada olan qaçqınlara
165 ton təcili yardım göndərilməsini xahiş edəndə,
1998-ci il iyun ayının əvvəlində yaradılan kimi
FCAAƏM həmin işlərə cəlb edildi. Sonrakı az bir
necə ay ərzində böhran gücləndikdə, FCAAƏM və
BTMQAK arasındakı əməkdaşlıq üçün mühüm
başlanğıcın əsası qoyuldu. FCAAƏM heyəti
həmçinin vəziyyətin daha yaxşı dərk edilməsi üçün
regiona bir neçə səfər etdi. 1999-cu ilin yazında
Müttəfi qlərin hərbi hava qüvvələri tərəfi ndən
bombardman edilməsi və Serb qüvvələri tərəfi ndən
yüz minlərlə etnik Albanların məcburi şəkildə
qovulması ilə böhran gücləndikdə, bu yardımların
cəlb edilməsinin gücləndirilməsi və
genişləndirilməsinə imkan verdi.
Mərkəz, Avro-Atlantika Tərəfdaşlıq Şurası (AATŞ)
üzvü dövlətləri arasında məlumatların yayılmasına
və yardımın verilməsi üçün edilmiş xahişlərə
verilən cavabların koordinasiyasına kömək etdi.
20 min adam ücün nəzərdə tutulmuş dərman
preparatları, tibbi texnika, ayaqqabı ve giyim, rabitə
vasitələri ve çadırlar kimi gündəlik tələbat malları
gönderilmişdir. FCAAƏM həmçinin kifayət qədər
heyət və təchiz edilmiş səhra xəstəxanası verən
İsrail və Albaniyanın şimal-şərqində Kuk
aeroportunun təmirinə yardım etmiş Birləşmiş Ərəb
Əmirlikləri kimi Tərəfdaş olmayan dövlətlərə yardım
üçün müraciət etmişdi.
Yardımın çatdırılması və bölüşdürülməsinə yardım
üçün təyyarə, vertolyot, yükləyib-boşaltma
komandası və hesablama məsləhətləri təmin
edilmişdi. FCAAƏM müvafi q prosedurların inkişaf
etdirilməsi üçün hava nəqliyyatının idarəçiliyi
sahəsində əsas aparıcı qüvvələri cəlb etməklə və
Birləşmiş Millətlərin Tərəfdaşlıq Əlaqələndirmə
Mərkəzinə təyin edilməli olan hava nəqliyyatı
ekspertlərini təşkil etməklə əsas humanitar
uçuşların koordinasiyasında mühüm
rol oynamışdır.
FCAAƏM böhrana daha çox məruz qalmış iki ölkə
- keçmiş Yuqoslaviya Respublikası Makedoniya*
və Albaniya adından xüsusi maraqları
uzlaşdırmaqla NATO və qeyri-NATO bölmələri ilə
münasibətlərdə əlavə olaraq əlaqələndirici kimi
çıxış etmişdi. Mühüm məsələlərdən biri, böhran
artanda, humanitar təhlükəszilik aləti kimi fəaliyyət
göstərmək üçün qaçqınları üçüncü ölkələrə
köçürməyə imkan verən mexanizmin
yaradılmasına ehtiyacın olması idi.
> Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika
Əlaqələndirmə Mərkəzi Kosova böhranı zamanı
qaçqınlara yardım əməliyyatlarına dəstək verdi.
32
32
«Çirkli bomba» təlimi
«Çirkli bomba» dan
(səpici təsirli radioloji
qurğusu) istifadə etməklə
törədilən terror
hücumlarına beynəlxalq
yardımı stimullaşdıran
təlim 2003-cü ilin
oktyabrında Rumıniyanın
Piteşti şəhərində də təşkil
olunub (o vaxt Rumıniya
tərəfdaş ölkə idi).
Tədbirdə 1300 Rumıniya
və 350 beynəlxalq
nümayəndə iştirak edib.
Terror hücumlarına qarşı hazırlıq
11 sentyabr 2001-ci il hadisələrindən sonra
kimyəvi, bioloji, radioloji və ya nüvə (KBRN)
silahlarından istifadə etməklə mülki əhaliyə qarşı
mümkün terror hücumuna qarşı əməkdaşlıq
zərurətini ortaya çıxardı. Terrorizmə qarşı
Tərəfdaşlıq Əməliyyat Planı (bax səh. 15) mülki
əhalinin terrorizmə və kütləvi qırğın silahlarına
qarşı həssaslığının azaldılması və risklərin
dəyərləndirilməsi üçün müvafi q məlumat
mübadiləsinin aparılması və mülki fövqəladə
vəziyyətlərin planlaşdırılmasında iştirakı
nəzərdə tutur.
Mülki fövqəladə vəziyyətlərin planlaşdırılması üzrə
fəaliyyət planı KBRN silahları ilə mümkün terror
hücumlarına mülki hazırlığı artırmaq məqsədilə
yerli hökumətlərə yardım etmək üçün
razılaşdırılmışdır. NATO və tərəfdaş ölkələr belə
hücumlar zamanı istifadə ediləcək milli imkanlar və
vasitələrin siyahısını hazırlamışlar və mütəmadi
olaraq onu yeniləyirlər. Buraya müxtəlif vasitələr,
həmçinin tibbi yardım vasitələri, radioloji yoxlanma
vasitələri, zərbə vasitələrinin müəyyən edilməsi
üzrə laboratoriyası və avia-tibbi evakuasiya
vasitələri də daxildir. Lazım ola biləcək ən vacib
vasitələrdən təşkil olunmuş ehtiyatlar yaradılır.
Sərhəd keçidi prosedurları üzrə işin əsas məqsədi
yardımın fəlakət zonasına tez çatdırılmasını təmin
etməkdən ibarətdir.
Təlim, planlaşdırma və texnika ilə bağlı minimum
standartlar hazırlanmaqdadır. SNT çərçivəsində
terror hücumlarına qarşı əməliyyatlar və onların
nəticələrinin idarə olunmasında ölkələr arasında
daha səmərəli birgə fəaliyyəti təmin etmək üçün
mütəmadi olaraq səhra təlimləri keçirilir. Xüsusi
olaraq, bu tibbi və təcili yardım məsələləri və
ərazilərin təmizlənməsi ilə məşğul olan müxtəlif
qrupların birgə əməliyyat fəaliyyətinin inkişafına
yönəlib. Digər mühüm məsələ belə fövqəlladə
vəziyyətlərdə ictimai informasiyanın ən yaxşı
ötürülmə yollarını araşdırmaqdır.
33
33
NATO-nun iki müxtəlif proqramı ümumi maraq
kəsb edən problemlər üzərində işləmək üçün
müntəzəm olaraq NATO və Tərəfdaş ölkələrdən
olan alimləri və ekspertləri bir yerə toplayır.
Əməkdaşlıq alimlər arasında ənənə və elmi inkişaf
üçün bir tələbdir. Yaradılmış şəbəkə həmçinin
müxtəlif mədəniyyətlər və ənənələrdən olan
cəmiyyətlər arasında anlaşma və inamın
yaradılması üçün siyasi məqsədləri yerinə yetirir.
NATO Elm Komitəsinin Elm Proqramı vasitəsi ilə
Təhlükəsizlik proqramının məqsədi elmi,
problemlərin həllinə tətbiq etməklə, ölkələr
arasında təhlükəsizliyə, sabitliyə və həmrəyliyə
kömək etməkdir. Bu NATO, Müttəfi q və Aralıq
Dənizi Dialoqu ölkələrində işləyən alimlər arasında
əməkdaşlığın, şəbəkənin və potensialın
yaradılmasını dəstəkləyir. Elm Proqramı vasitəsi ilə
Təhlükəsizlik proqramı terrorizmdən və ya digər
hədələrdən müdafi ə mövzuları barədə
əməkdaşlığın dəstəklənməsinə yönəlmişdir. Digər
bir məqsəd öz xüsusi əhəmiyyət kəsb edən
problemlərə yönəltmək məqsədilə Müttəfi q ölkələrə
yardım üçün texnologiyanın bölünməsini və
ötürülməsini inkişaf etdirməkdən ibarətdir.
Müasir Cəmiyyətin Problemləri üzrə Komitə
(MCPK) proqramı bu sahələrdə qısa və
uzunmüddətli sahələrlə bağlı əməkdaşlıq üçün milli
agentlikləri bir yerə toplamaqla ətraf mühit və
cəmiyyət problemlərindən bəhs edir. Bu mülki və
hərbi sahələrdə NATO və Müttəfi q ölkələr arasında
sosial və ətraf mühit məsələlərinin texniki, elmi və
siyasi aspektlərinə dair bilik və təcrübənin
bölüşdürülməsinin vahid formasını təmin edir. Bir
sıra əsas təhlükəsizlik məqsədləri onun işini
təşkil edir.
Elmin təhlükəsizliyə tətbiqi
Terrorizm ilə mübarizə
Terrorizmə qarşı mübarizə bütün oxşar Müttəfi qlər
və Tərəfdaşlar üçün əsas məsələyə çevrilib. NATO
kimyəvi, bioloji, radioloji və nüvə silahlarından və ya
vasitələrindən qorunmaq üçün səmərəli metodların
işlənib hazırlanmasında və onlara qarşı fi ziki
müdafi ənin artırılmasına doğru elmi araşdırmaları
müdafi ə edir. Tədqiqat həmçinin belə silahların
təhlükəsiz şəraitdə məhv edilməsi, kimyəvi və
peyvənd texnologiyası da daxil olmaqla, tibbi və
dezinfeksiya imkanlarının artmasına yönəlmişdir.
Seminarlar və simpoziumlar ağır vəziyyətdə olan
infrastrukturun zəif yerlərini aradan qaldırmaq
(enerji, kommunikasiya, nəqliyyat və həyat üçün
əhəmiyyətli sistemlər də daxil olmaqla); eko-
terrorizm və kompüter terrorizminə qarşı müdafi ə;
sərhədlərin təhlükəsizliyinin artırılması; qeyri-qanuni
daşınma ilə mübarizə kimi məsələlərə nəzər salmaq
üçün alimlərin bir yerə toplanılması və
partlayışlardan müdafi ə məqsədilə daha səmərəli
vasitələrin inkişafı üçün təşkil edilmişdir.
Terrorizmin kökünün dərk edilməsi, terrorizmin sosial
və psixoloji təsirləri və terror qorxusuna qarşı
əhalinin dözümlülüyünün necə artırılması kimi
əhatəli məsələlərə dair siyasi tövsiyyələrin
hazırlanmasına baxış keçirilməklə yoxlanılmışdır.
Təhlkəsizliyə qarşı digər hədələrlə mübarizə
Daha az təhlükəli olan, ətraf mühitin korlanmasıı,
yəni ümumi su kanallarının çirkləndirilməsi və ya
torpaq aşınması, səhralaşma kimi təhlükəsizliyə və
sabitliyə qarşı potensial təhlükənin digər mənbələri
və bərpaolunmayan mənbələrin azlığı regional və ya
ölkədən kənar mübahisələrə gətirib çıxara bilər. Belə
problemlərin həlli yalnız elmi nou-hau deyil,
həmçinin çoxtərəfl i fəaliyyət göstərməni tələb edir.
Bu tələbi ödəmək üçün NATO elmi cəhətdən daha
mükəmməl təcrübənin tətbiqini artıran layihə və
tədrisi dəstəkləyir və maraqlı dövlətləri bu məsələyə
cəlb edir.
Təhlükəsizlik, elm
və ətraf mühit
34
Hər hansı şəxs və ya dövlət təbii fəlakətlər barədə
əvvəlcədən məlumat verə, onların nəticələrini
azalda və ya onların qarşısını daha yaxşı ala
bilsəydi, dünya həmçinin təhlükəsiz məkan olardı.
Bu Müttəfi q ölkələr üçün maraq kəsb edən əsas
sahədir. NATO güclü zəlzələr zamanı həyat
itgilərinin, maddi ziyanın və iqtisadi və sosial
dağınıqlığın təsirlərini azaltmaq üçün bir sıra
layihələrə rəhbərlik etmişdir. Belə layihələr
binaların zəlzələyə davamlılığnı artırmaq və ya
hansı ərazidə hansı növ binaların tikintisini
planlaşdıran şəxslərə yardım etmək üçün seysmik
təhlükəsi olan yerlərin xəritələrinin hazırlanması ilə
regionun seysmoloji və geoloji xüsusiyyətlərinə dair
məlumatları toplamaq məqsədini daşıyır. Daha
mükəmməl qabaqcadan xəbər vermə imkanlarının
və daşqınlar zamanı idarəetmə sisteminin
inkişafına yönələn layihələr də inkişaf etdirilir.
Müasir cəmiyyətin sağlam qidaya və ya doğru və
həqiqi məlumata inamı göstərir ki, onların əldə
oluna bilməsi təmin edilməlidir. Belə ki, bu
cəmiyyətin təhlükəsizliyi üçün sonrakı tədris
proqramlarının əsas məsələlərini təşkil edir.
Zəlzələ zamanı
yardım
Zəlzələlər Mərkəzi
Asiyanın çox əhali
yaşayan ərazilərində
nəzərə çarpacaq
təhlükəyə çevrilir.
NATO tərəfi ndən
maliyyələşdirilən
layihədə Türkiyədən
olan zəlzələ alimləri
Daşkənd və Bişkek
şəhərləri üçün risk
olan yerlərin
xəritələrinin
çəkilməsi üçün
Özbəkistandan və Qırğızıstandan olan həmkarlarına yardım edirlər. Bu xəritələr urbanizasiya planlaşdırılması
və mövcud binaların davamlılığının artırılması üçün qərar vermə aləti olacaqdır.
Ətraf mühi məsələlərinin sərhədləri aşması yalnız
sonrakı sosial və iqtisadi inkişafın deyil, həmçinin
təhlükəsizliyin və stabilliyin inkişafı üçün ətraf mühit
üzrə layihələrin həyata keçirilməsində beynəlxalq
ictimaiyyətin fəal rol oynamasına gətirib çıxardı. Belə
layihələr Müasir Cəmiyyətin Problemləri üzrə Komitə
(MCPK) proqramı və Elm Proqramı vasitəsi ilə
Təhlükəsizlik proqramının mühüm hissəsi əsasında
olan əsas layihələrdir.
2002-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının, Birləşmiş Millətlərin Ətraf Mühit
Proqramı və Birləşmiş Millətlərin İnkişaf Proqramı
tərəfi ndən başlanılan birgə Ətraf Mühit və
Təhlükəsizlik (ƏMT) proqramının başlanılması ilə
ətraf mühit məsələləri və təhlükəsizlik və sabitlik
arasındakı əlaqənin inkişaf etdirilməsinə doğru
mühüm addım atılmış oldu. Diqqətini Balkan, Qafqaz
və Mərkəzi Asiya kimi zəif regionlara yönəltdi.
Elm Proqramı vasitəsi ilə Təhlükəsizlik və MCPK
proqramları belə regionlarda Tərəfdaş ölkələrlə elm
və ətraf mühit məsələlərinə dair əməkdaşlıq vasitəsi
ilə təhlükəsizliyin artırılmasına yönəlmişdir və onlar
indi Ətraf Mühit və Təhlükəsizlik proqramı ilə
birlikdə fəaliyyət göstərirlər. Həyata keçirilən
fəaliyyət koordinasiya edilir, məlumat bölgüsü
aparılır və nəticə regionlarda müvafi q səlahiyyətli
orqanlara verilir ki, bu da fəaliyyətin təsirinin
artmasına gətirib çıxarır.
ƏTRAF MÜHIT VƏ TƏHLÜKƏSIZLIK
Bişkekdə olan bütün növ
yaşayış binları üçün seysmik
zərər.
Kanallar, çaylar
Göllər
Məhv olunmuş binalar, %
0
‹ 10%
10-20%
20-30%
30-40%
40-50%
50-70%
70-85%
85-95%
› 95%
35 35
Əhali ilə əlaqənin yaradılması
Alimlər saxlanılmış məlumatları sonradan inkişaf
etdirmək və tədqiqat aparmaq məqsədilə əldə
edilmiş məlumata istinad edirlər. Bununla belə,
bütün elm və tədris cəmiyyətləri informasiya
əsrinin olmasından yararlana və ya internetin
imkanlarından istifadə edə bilməmişlər. Bundan
başqa, məlumat üzərində inhisarçılığın
olmamasının demokratik və mülki cəmiyyətin
çiçəklənməsinin amili olduğunu söyləyirlər.
Bu vəziyyəti düzəltmək üçün NATO-nun mülki
elmi proqramı Tərəfdaş ölkələrdə internetə daxil
olmaq üçün bir sıra tədqiqat və təhsil
müəsissələrini lazımi şəbəkə infrastrukturuna
malik infrastrukturla təmin edib.
Moldaviyada, Rumıniyada və keçmiş Yugoslav
Respublikası Makedoniyada* olan şəbəkələr də
daxil olmaqla, Rusiyanın şərqində və Ukraynada
elm və təhsil cəmiyyətlərinin internetə çıxışının
gücləndirilməsi üçün mərkəzi şəbəkələr yaradılıb.
Bu sahədə NATO tərəfi ndən maliyyələşdirilən ən
böyük və iddialı layihə Cənubi Qafqazda və
Mərkəzi Asiyada elm və təhsil cəmiyyətlərinin
internet şəbəkəsinə daxil olmasını təmin edən
Virtual İpək Yolu layihəsidir (şəkilə bax).
Virtual İpək Yolu
Virtual İpək Yolu layihəsi 2001-ci ildə
başlanılb (bunun adı malların,
biliklərin və fi kirlərin mübadiləsinə
yönəldilmiş Avropanı Uzaq Şərqlə
birləşdirmək üçün istifadə edilən Böyük İpək Yolundan götürülüb). Layihə Cənubi Qafqazda və Mərkəzi
Asiyada səkkiz ölkənin, yəni Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxstan, Qırğızıstan, Tacikistan,
Türkmənistan və Özbəkistanın elmi cəmiyyətlərini internetə girişlə təmin edir və bu 2004-cü ildən etibarən
Əfqanıstana da şamil edilmişdir.
Rentabelli, müasir tipli kabel texnologiyalı olan bu layihə iştirakçı ölkələrdə ümumi kabel bağlantısı vasitəsilə
alimlərin internetə çıxışı ilə onlar arasında əlaqə yaradır. NATO qrantı hər bir iştirakçı dövlətdə geniş zolaqlı
peyk rabitəsini və on kabel antenası quraşdırılmasını maliyyələşdirib. Digər layihə sponsorları bu qayda ilə
yardım edir. Dörd il ərzində 3,5 milyon ABŞ dolları həcmində investisiya yatırımına malik layihə NATO mülki
elmi proqramı tərəfi ndən indiyədək maliyyələşdirilən ən böyük layihədir.
36
36
Alyansın Tərəfdaşlıq planlarının inkişafı Avro-
Atlantika məkanınıda strateji mühitin dəyişməsinə
ugurlu töhfə verib. Siyasi dialoqu və birgə hərbi
fəaliyyətləri inkişaf etdirməklə Tərəfdaşlıq əsl
Avroatlantika təhlükəsizlik mədəniyyətinin
yaranmasına yardım edir. Bu isə dövlətlərin
Avroatlantika məkanında və onun hüdudlarından
kənarda təhlükəsizlik çagırışlarının həyata
keçirilməsndə birgə əməkdaşlıq üçün qəbul etdiyi
qəti qərar deməkdir.
Müttəfi q və tərəfdaş ölkələrin hərbi qüvvələrinin
hazılığına yönəlmiş səmərəli əməkdaşlıq
nəticəsində NATO və tərəfdaş ölkələrin əsgərləri
Balkanlarda və Əfqanıstanda çiyin-çiyinə xidmət
edirlər. Tərəfdaşlıq müttəfi q və tərəfdaş ölkələrə
terrorizm təhlükəsi və kütləvi silahların
yayılmasının qarşısının alınması məsələlərində
müstəsna rol oynayır.
Bir çox tərəfdaş ölkələrdə müdafi ə islahatlarını irəli
çəkmək və dəstəkləməklə tərəfdaşlıq həm də
demokratik dəyişikliklərə təkan verir. O, müasir,
səmərəli və demokratik məsuliyyətli hərbi
qüvvələrin və digər müdafi ə təsisatlarının
yaradılmasına kömək edir. Bundan əlavə,
tərəfdaşlıq ölkələrə bu islahatların sosial və maddi
nəticələrini həll etməkdə yardımçı olur.
Fəlakətlərə hazırlıq və elm və ətraf-mühit
sahəsində əməkdaşlıq da daxil olmaqla bir çox
sahələrdə səmərəli əməkdaşlıq NATO üzvləri və
tərəfdaş ölkələrin vətəndaşlarına birbaşa
fayda verir.
Tərəfdaşlıq artıq on ölkəyə NATO üzvlərinə
qoyulan tələblərə hazır olmağa kömək etmişdir və
NATO-nun qapıları yeni üzvlərin üzünə açıqdır.
Tərəfdaşlıq Alyansa üzv olmaq niyyəti olmayan,
lakin öz xarici və müdafi ə siyasətində heç bir
prinsipi dəyişməyən və Avroatlantika müdafi əsinə
yardım etmək istəyən Qərbi Avropanın qeyri-
müttəfi q ölkələrinə əlverişli imkanlar yaradır.
Avroatlantika müdafi əsinin hədəfl əri dəyişir.
Terrorizm və uğursuz ölkələr də daxil olmaqla
artmaqda olan təhlükələr daxili və xarici mənbələrə
əsaslanır və transmilli xarakter daşıyır. Sabitlik
üçün əsas təhlükə strateji cəhətdən mühüm region
olan Balkanlarda qaldığı halda, Əfqanıstanda baş
vermiş hadisələr göstərdi ki, ümumi müdafi ə üçün
yeni təhlükələr Avro-Atlantika məkanınından gəlir.
Bu mühitdə beynəlxalq sabitlik və müdafi ə bir
tərəfdən daxili islahatar, digər tərəfdən isə
beynəlxalq əməkaşlıqdan asılı olacaq. Əsaslı
demokratik doktrinalar və institutlar olmadan
səmərəli müdafi ə əməkdaşlığı mümkün deyil.
Avroatlantika Tərəfdaşlığı hər iki mənada mühüm
rol oynayıb.
Müttəfi qlər və tərəfdaşlar birlikdə inkişaf etdikcə
onların ümumi məqsədlərə ümumi tədbirlərlə
cavab vermək, gələcək nəsillər üçün anlaşma və
əməkdaşlığa əsaslanan müdafi ə sisteminin
qurulmasına nail olmaq gücü artır.
Əsl Avro-Atlantika
təhlükəsizlik mədəniyyəti
«Fəaliyyətin 10-cu ildönümündə geriyə dönüb uğurlarımıza baxa bilərik.
Avro-Atlantika Tərəfdaşlığı daxili dəyişikliklərin və tarixdə təkrarı olmayan
miqyasda beynəlxalq müdafi ə əməkdaşlığının həyata keçirilməsində katalizator
rolunu oynayıb. NATO hər zaman bu fəaliyyətin mərkəzində olub.
Tərəfdaşlıq NATO-nun fəaliyyətinin əsasına çevrilir.
O, müttəfi qlərə xidmət edir. O, tərəfdaşlara xidmət edir.
O, demokratiya və sülhə xidmət edir.»
NATO-nun Baş Katibi Yaap de Hoop Scheffer 14 yanvar 2004-cü
ildə Avro-Atlantika Tərəfdaşlıq Şurasının SNT proqramının 10-cu
ildönümünə həsr olunmuş toplantısında çıxış edərək belə demişdir.
NATO Public Diplomacy Division / Division Diplomatie publique de l’OTAN
1110 Brussels, Belgium / 1110 Bruxelles, Belgique
Web site : www.nato.int
Site web : www.otan.nato.int
E-mail / Courriel : natodoc@hq.nato.int
© NATO / OTAN 2005
STP
AR
T_AZE0405
Bu broşuranın çapının bütün NATO və Tərəfdaş ölkələrin dillərində həyata keçirilməsi
nəzərdə tutulmuşdur. İstifadə və ya Paylayıcı Bölmə ilə əlaqə saxlamaq üçün
www.nato.int/docu/pub-form.htm internet ünvanını yoxlamağınızı xahiş edirik:
NATO Public Diplomacy Division – Distribution Unit
Division Diplomatie publique de l’OTAN – Unité de diffusion
1110 Brussels, Belgium / 1110 Bruxelles, Belgique
Tel. : +32 2 707 5009
Fax : +32 2 707 1252
E-mail / Courriel : distribution@hq.nato.int
Dostları ilə paylaş: |