təsis edilən vəqf uşaqların illik bayramlığını
(eydi),
tərbiyəçilərin məsrəf və xərclərini də
öz üzərinə götürmüşdü. Burada körpəlik yaşını
tamamlayan, danışmaq və dinləmək qabiliyyəti
qazanmış uşaqlar (ehtimal ki, 4-5 yaşından
etibarən) təhsilə cəlb edilirdilər.
Yetimxananın yaxınlığındakı məktəbdə
fəaliyyət göstərən beş müəllim uşaqların təhsili
ilə məşğul olurdular.
Uşaqlara buradan
ayrıldıqları zaman özlərini işlə təmin etmələri
üçün sənətlər öyrədilirdi. Beləliklə də, onların
arasında çoxlu sayda peşəkar sənətkar yetişirdi
[Rəşidəddin F., s. 212-213].
Şənbi Qazan yetimxanasının böyük maddi
bazasının olduğu qeyd edilir. Belə ki,
yetimxananın bütün xərcləri birbaşa Qazan
xana aid ərazilərin
(incu)
hesabına ödənilirdi.
13
Hətta bu gəlirlərin vaxtında tənzim və təmin
edilməsi üçün xüsusi bir divan yaradılmış və
divana nəzarət böyük Elxanlı əmirlərindən
Kür Teymur ilə Taramtaza tapşırılmışdı [Özgü-
denli O.G., s. 167].
Şənbi-Qazan yetimxanasının Qazandan son-
ra da
fəaliyyətini davam etdirdiyini, hətta
Cəlayirlər dövründə mövcud olduğunu Cəlayiri
hökmdarı Şeyx Üveysin (1356-1375) şərəfinə
«Qazannamə»
adlı bir əsər qələmə alan Xacə
Nurəddin ibn Şəmsəddin Məhəmməd əl-
Əjdərinin verdiyi məlumatlardan oxuyuruq.
14
Digər bir yetimxana Rəbi-Rəşidi komplek-
sində yerləşirdi. Rəsmi məlumatlarda yetim-
xananın 10
yetimə qulluq üçün nəzərdə
tutulduğu qeyd edilsə də, ümumilikdə, çoxlu
sayda yoxsul və kimsəsizlərə xidmət etdiyi
məlumdur. Mənbələr Salihiyyə məhəlləsində
Rəbi-Rəşidiyyədə çalışan məmurların evlərinin,
yoxsul və acizlərə aid binaların (dar əl-
məsakin), bir yeməkxananın (mətbəx),
ərzaqların saxlandığı anbarların, məscidin
(Məscidi-Cami-yi Şəhristan), bazar, zərbxana
və bağçanın olduğunu qeyd edirlər. «Eytam»
adlanan bu yetimxana 10 yetim və əlavə olaraq
kimsəsizlərin sığınacağı idi. Şənbi-Qazanda
olduğu kimi, burada da uşaqların baxım, geyim,
yemək, təhsil, bayramlıq və başqa xərclərinin
hamısı Rəşdiyyə vəqfiyyəsi hesabına ödənilirdi.
[Özgüdenli O.G., s. 176].
Dostları ilə paylaş: