TəHSİl tariXİMİZDƏN


Yetimxanalar və kimsəsiz uşaqların



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
Orta əsrlər Azərbaycanında təhsil

Yetimxanalar və kimsəsiz uşaqların 
təhsili 
Orta əsrlərə xas dağıdıcı istilalar və
müharibələr arzu edilməyən insani fəlakətlərə
yol açırdı. Bu fəlakətlərdən biri də ailə
başçılarını itirmiş uşaqların vəziyyəti idi.
Dövlətlər və dövlət başçıları bunu nəzarətdə
saxlayır, valideyn himayəsindən məhrum olan
uşaqların qayğısı üçün bəzi tədbirlər
görürdülər. Bu uşaqlar, əsasən, vəqflərə həvalə
edilirdi. Lakin ehtiyac olduqda dövlət yetim-
xanalar da təsis edirdi. Orta əsr Azərbaycanında
dövlət əli ilə təsis edilmiş iki yetimxana
haqqında məlumatlar mövcuddur. Bu baxım
və təhsil mərkəzləri Elxanlı hökmdarı Qazan
xan dövründə (1294-1304) və onun əmri ilə
Şənbi-Qazan və Rəbi-Rəşididə təsis edilmişdi.
Təbrizdə yerləşən bu yetimxanalardan biri
Şənbi-Qazandakı böyük kompleksin içində
yerləşirdi. Bu yetimxana başlanğıcda 100
uşağın qalması üçün planlaşdırılmış, daha
sonra Təbrizdə küçəyə atılan kimsəsiz
uşaqların
12
hesabına genişləndirilmişdir.
Yetimxanada uşaqların illik baxım, geyim, qida
və təhsil xərcləri Şənbi-Qazan vəqfiyyəsi
hesabına qarşılanırdı. Qazan xanın əmri ilə
Əkbər N. Nəcəf
Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər)
117
http://journal.edu.az
...............................................................................................
12
Bu dövrdə Təbrizdə uşaqların küçəyə atıldığını
Fəzlullah Rəşidəddinin 
«əftl ki, bərah mi-əzdazəd,
işan ra bərgirənd»
ifadələri təsdiq edir. Bax:
Raşideddin Fəzlullah-i Hemedani, 
Tarixi-mübarəki-
Qazani (Geschichte Gazan-Hans aus dem Ta`tih-i
Mubarek-i Gazani des Resid al-Din Fadlallah b. İmad
al-Daula Abu`l-Hair),
transl. and ed. Karl Jahn,
London 1940, s. 213.


təsis edilən vəqf uşaqların illik bayramlığını
(eydi), 
tərbiyəçilərin məsrəf və xərclərini də
öz üzərinə götürmüşdü. Burada körpəlik yaşını
tamamlayan, danışmaq və dinləmək qabiliyyəti
qazanmış uşaqlar (ehtimal ki, 4-5 yaşından
etibarən) təhsilə cəlb edilirdilər. 
Yetimxananın yaxınlığındakı məktəbdə
fəaliyyət göstərən beş müəllim uşaqların təhsili
ilə məşğul olurdular. Uşaqlara buradan
ayrıldıqları zaman özlərini işlə təmin etmələri
üçün sənətlər öyrədilirdi. Beləliklə də, onların
arasında çoxlu sayda peşəkar sənətkar yetişirdi
[Rəşidəddin F., s. 212-213].
Şənbi Qazan yetimxanasının böyük maddi
bazasının olduğu qeyd edilir. Belə ki,
yetimxananın bütün xərcləri birbaşa Qazan
xana aid ərazilərin 
(incu)
hesabına ödənilirdi.
13
Hətta bu gəlirlərin vaxtında tənzim və təmin
edilməsi üçün xüsusi bir divan yaradılmış və
divana nəzarət böyük Elxanlı əmirlərindən
Kür Teymur ilə Taramtaza tapşırılmışdı [Özgü-
denli O.G., s. 167].
Şənbi-Qazan yetimxanasının Qazandan son-
ra da fəaliyyətini davam etdirdiyini, hətta
Cəlayirlər dövründə mövcud olduğunu Cəlayiri
hökmdarı Şeyx Üveysin (1356-1375) şərəfinə
«Qazannamə»
adlı bir əsər qələmə alan Xacə
Nurəddin ibn Şəmsəddin Məhəmməd əl-
Əjdərinin verdiyi məlumatlardan oxuyuruq.
14
Digər bir yetimxana Rəbi-Rəşidi komplek-
sində yerləşirdi. Rəsmi məlumatlarda yetim-
xananın 10 yetimə qulluq üçün nəzərdə
tutulduğu qeyd edilsə də, ümumilikdə, çoxlu
sayda yoxsul və kimsəsizlərə xidmət etdiyi
məlumdur. Mənbələr Salihiyyə məhəlləsində
Rəbi-Rəşidiyyədə çalışan məmurların evlərinin,
yoxsul və acizlərə aid binaların (dar əl-
məsakin), bir yeməkxananın (mətbəx),
ərzaqların saxlandığı anbarların, məscidin
(Məscidi-Cami-yi Şəhristan), bazar, zərbxana
və bağçanın olduğunu qeyd edirlər. «Eytam»
adlanan bu yetimxana 10 yetim və əlavə olaraq
kimsəsizlərin sığınacağı idi. Şənbi-Qazanda
olduğu kimi, burada da uşaqların baxım, geyim,
yemək, təhsil, bayramlıq və başqa xərclərinin
hamısı Rəşdiyyə vəqfiyyəsi hesabına ödənilirdi.
[Özgüdenli O.G., s. 176]. 

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə