TəHSİl tariXİMİZDƏN


Mədrəsələrdə və siniflərdə



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   18
Orta əsrlər Azərbaycanında təhsil

Mədrəsələrdə və siniflərdə 
tələbə sayı 
Orta hesabla, bir məktəbdə şagird sayı 10-
dan az olmurdu. Mədrəsələrdəki tələbə sayı
isə mədrəsələrə görə dəyişirdi. Nizamiyyə
mədrəsəsinin məzunlarının sayı 6 min idi
[Nəcəf Ə., s. 381].
Məşhur alimlərin dərslərinə maraq hər za-
man böyük olurdu. Ümumiyyətlə, mədrəsə
sistemində bugünkü şəkildə sinif anlayışı yox
idi. Müəllimlər dərs otağının mərkəzində otu-
rur, tələbələri və dinləyiciləri onun ətrafında
dairəvi şəkildə əyləşirdilər. Məşhur alim
Cüveyninin dərslərinə hər gün 300 tələbə
gəlirdi. Ölümünə yaxın bu rəqəmin 400-ə
çıxdığı qeyd edilir. Gələnlərin hamısının tələbə
olmadığı, aralarında alimlərin də yer aldığı
qeyd edilir [Subki, c. III, s. 252, 255, 259].
Marağa rəsədxanasına Əndəlüsdən də (İs-
paniya) tələbələrin gəldiyi məlumdur. Bu
rəsədxana o dövrdə dünyanın ən böyük elmi
mərkəzi hesab olunurdu. Həmin tarixdə
Marağada mövcud olan Atabək və Qazı
mədrəsələri həm elm adamlarını, həm də
tələbələri özünə cəlb edirdi. Onlara Fəzlullah
Rəşidəddin tərəfindən tikilmiş başqa bir
mədrəsə də əlavə olunmuşdu ki, İslam
ölkələrinin müxtəlif yerlərindən təhsil üçün
gələnlərlə dolub daşırdı [Kazımi P. 2008, s.13].
Kitabxanalar 
Həm müstəqil, həm də mədrəsə və
rəsədxanaların tərkibində kitab sayı onminləri
aşan kitabxanalar mövcud idi. Hələ IX əsrdə
Həmədanda bir şəxsi kitabxananın yaradıldığı
qeyd edilir. Həmin kitabxanadan istifadə edən
Əbu Təmman bu kitabxananın Əbu əl-Vəfaya
aid olduğunu və kitablar arasında Xətib
Təbrizinin 300 ərəb şairin əsərlərindən bəhs
edən «əl-Həmasə» əsərinin də yer aldığını
bildirir [Kazımi P. 2008, s. 13].
Yaqut əl-Həməvi Gəncənin kitablar xəzinəsi
olan məşhur kitabxanasından söz edir. Ona
görə, «Ərəb və fars dillərində zəngin kitab
fondlarından biri də Azərbaycan şəhərlərindən
olan Gəncədə yerləşmişdir. Belə kitab fondları
olan kitabxanalar arzu edənlər üçün açıq olur-
du. Bura gələnlər qiraət və kitabların üzünü
köçürməklə məşğul olurdular. Kənardan
gələnlərə mürəkkəb və qələm verirdilər, elmin
müxtəlif sahələrində işləyən alimlər isə maaşla
təmin olunurdu. Belə ki, kitabxanalarda məşhur
alimlər iştirak edir, onların elmi mübahisələri
təşkil edilirdi» [Əliyeva N., s. 68]. Oxşar kitab-
xanalar Şamaxıda, Təbrizdə və digər şəhərlərdə
də mövcud idi.
Səlcuqlar dövlətinin də paytaxtı olan
Həmədanda Toğruliyyə adlı mədrəsənin böyük
bir kitabxanasının olduğu qeyd edilir.
P.Kazıminin verdiyi məlumata görə, «Səlcuqlar
və ərəb xəlifələri Həmədanda ali məktəb və
məscidlər tikdirmişdilər. Toğrul və Fəxrəddin
Ərəbşah bu məktəblərdə işləyən alimlərə
böyük hörmət bəsləyir, onların xahişlərini
məmnuniyyətlə yerinə yetirirdilər. Toğrul
həmin alim və şagirdlərin xatirinə Həmədanda
böyük bir mədrəsə tikdirmiş və ona Toğruliyyə
adını vermişdi. O, burada zəngin kitabxana
da təsis etdirmişdi» [Kazımi P., s. 17].
Marağa rəsədxanası üçün Bağdad, Şam və
Əl-Cəzirədən (Şimali İraqın bir hissəsi)
ümumilikdə 400 min kitab toplanmışdı
[Köprülü F. s. 222]. Rəsədxanaya rəhbərlik
edən Nəsrəddin Tusi özü kitab toplamaq üçün
iki dəfə İraq və Bağdada səfər etmişdi [Köprülü
F., s. 223].
Elxanilər dövründə inşa olunan Rəbi-Rəşidi
vəqfiyyəsində xüsusi bir kitabxana yaradılmış,
buraya 
«Beyt əl-kutub»
adı verilmişdi. Kitabxana
mütəvəlli evinin (idarəçilərin) yaxınlığında
yerləşirdi. Kitabxananın idarəçiliyi də birbaşa
vəqfi idarə edənlərə bağlı idi. Kitabxanada
bir kitabxanaçı və bir də «münavil» xidmət
göstərirdi. Arzu edən kitabın qiyməti qədər
pulu kitabxanaya əmanət edərək onu bir
aylığına evinə apara və ya üzünü köçürüb geri
qaytara bilərdi. Fəzlullah Rəşidəddinin qələmə
aldığı əsərlərin çoxu da həmin kitabxanada
qorunurdu. Vəqf dəftərlərində kitabxananın
xüsusi kataloqunun olduğu, hər cür oğurluq
hadisəsinə qarşı kitabların xüsusi möhürlərlə
möhürləndiyi qeyd edilir. Rəbi-Rəşidi kitab-

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə