TəHSİl tariXİMİZDƏN



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   18
Orta əsrlər Azərbaycanında təhsil

Təqaüd sistemi 
Məktəb şagirdlərinin aylıq müəyyən bir
təqaüd alıb-almadıqları haqqında mənbələrdə
tam etibar edəcəyimiz məlumat yoxdur. Lakin
eyni fikri tələbələr üçün səsləndirmək doğru
deyildir. Çünki mədrəsə təhsil sisteminin bütün
xərcləri vəqflər tərəfindən qarşılanırdı.
Məktəblərdə və küttablarda oxuyan şagird-
lərin xərclərinin vəqflər tərəfindən ödənildiyi
ehtimal olunur. Lakin vəqfiyyələrin təsirinin
bütün yaşayış məntəqələrinə yayıldığını düşün-
mək doğru deyildir. Buna görə bir çox kənd
və qəsəbələrdə təhsil xərclərini məscidlərdə
toplanan ianələr, bəxşişlər (hədiyyə), xüsusilə
də illik toplanan zəkat və xums hesabına
tənzimləyirdilər. Orta əsrlərdə (XI-XVI əsrlərdə)
böhranlar səbəbindən əgər pulun alıcılıq
qabiliyyətində ciddi oynamalar meydana
gəlməmişsə, bir uşağın aylıq təhsili üçün 1
dinar kifayət edirdi. Bunu Təbriz yetimxana
vəqfiyyə dəftərlərində yer alan məlumatlardan
anlayırıq [Vəqfnamə-yi Rəbi-Rəşidi, 1350 hş,
s. 139, 163, 214]. Rəşidiyyə vəqfiyyələrində
qeyd olunan 1 «Təbriz raic-i dinarı»nın çəkisi
3 misqal (12,96 qram) gümüşə bərabər idi. 1
dinarın alıcılıq gücü 7,5 mənn (6,2 kq) ət, 36
mənn (29,9 kq) təmizlənmiş buğda və 12
mənn (9,9 kq) noxuda bərabərdi. [Vəqfnamə-
yi Rəbi-Rəşidi, 1350 hş, s. 141-142, 165, 168,
230]. 
Yetimxanalarda uşaqlara təqaüd də verilirdi.
Bu təqaüd XIII əsrdə bir qoyunun qiymətinin
üçdə birinə bərabər idi. 15 aylıq təqaüdlə o
dövrdə 1 inək almaq olardı. Bundan əlavə
uşaqlara gündəlik 10 mənn (8,3 kq), illik isə
TƏHSİL TARİXİMİZDƏN
118
AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2
...............................................................................................
13
İncu – Elxanilər dövründə hökmdar və hökmdar
ailəsinə mənsub olanlara ayrılmış xüsusi əmlak
(torpaq, mülk və s.) sahəsi idi. Özgedenli Osman G.,
İncu,
DİA (Diyanet İşleri Bakanlığı İslam
Ansiklopediyası), c. XXII, s. 281.
14
Bu əsər haqqında bax: Browne Edward G., 
A Descriotive Catalogue of the Oriental Mss.
Belonging to the Late E.G.Browne.
ed. Reynold
A.Nicholcon, Cambridge 1932, s. 231-236.


2,650 mənn (3041 kq) buğda çörəyinin pulu
ayrılırdı [Vəqfnamə-yi Rəbi-Rəşidi, 1350 hş,
s. 135, 158]. Böyük ehtimalla, toplanan bu
pul yetimxanadan çıxdıqda uşağa verilirdi.
15
Mədrəsələrdəki təqaüdlər isə bundan on
qat çox idi. X əsrdə yaşamış Əbu Cəfər ibn
Şirzad böyük qardaşı ilə birlikdə divan
məktəbində təhsil aldığını, özünün aylıq 10,
qardaşının isə 20 dinar maaşla mükafatlan-
dırıldığını qeyd edir [Makdisi G., s. 76].
Səlcuqlar və Elxanilər dövründə bir
tələbənin aylıq xərcləri üçün 10 dinar kifayət
edirdi. Bunu həmin dövrlərdə mədrəsədə
aşağı səviyyədə bir müəllimin 
(molla)
əmək
haqqını nəzərə alaraq müəyyən edirik [Nəcəf
Əkbər N. 2010, s. 381].
Hələ təqaüdlü təhsil anlayışının olmadığı
Səlcuqlardan əvvəlki dövrdə kitab dükanında
çalışan bir tələbə İbn Sinanın «Kitab üş-Şəfa»
adlı əsərinin üç nüsxəsini əllə köçürmüş və
kitabın hər nüsxəsinə 100 dinar pul almışdı.
O bu yolla topladığı 300 dinarla təhsilini
tamamlamışdı [Zəkəriyyə Qəzvini, 1370, s.
287]. Orta əsr müəlliflərindən və eyni zamanda,
müdərrislərindən olan Sübki şahidi olduğu
bir hadisəni nəql edir. Belə ki, tələbələrindən
biri dərsdən sonra müəllimin yanına gəlmiş
və pulunun qalmadığını bildirmişdir. Müəllimi
isə onu tanıdığı bir tacirin yanına aparmış və
tələbəsinə 50 dinar borc verməsini xahiş
etmişdir. Müəllimin sözünü qəbul edən tacir
həmin tələbəyə 50 dinar gətirməsi üçün
cariyəsini çağırmışdır. Cariyə pulu gətirdikdə
tələbə qızın gözəlliyini görüb ona aşiq
olmuşdur. Bu vəziyyəti öyrənən müəllimi
yenidən tacirin yanına gedərək cariyəsinin
tələbəsi ilə evlənməsinə izn verməsini
istəmişdi. Bir müddət sonra tələbənin atası
ona 600 dinar göndərmiş, o da həmin pulla
həm tacirdən aldığı borcu qaytarmış, həm də
cariyənin başlıq pulunu və satın haqqını
ödəmişdir [Subki, 1323-1324, c. III, s. 163].
Olduqca maraqlı olan bu məlumat Səlcuqlar
dövründə bir tələbənin 600 dinarla həm bor-
cunu, həm təhsil, həm də evlilik xərclərini və
ehtimal ki, yoldaşı ilə bərabər qalacaqları ev
xərclərini də ödədiyini göstərir.
Tələbələrə verilən aylıq təqaüddən başqa,
günlük çörək və ət üçün də pul ayrılırdı.
Elxanilər və Cəlayirlər dövründə Təbrizdə bir
tələbənin aylığı 25-30 dinar arasında dəyişirdi
[Özgüdenli O.G. 2006 kitabı içində, s.231].

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə