TəHSİl tariXİMİZDƏN



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   18
Orta əsrlər Azərbaycanında təhsil

TƏHSİL TARİXİMİZDƏN
120
AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


xanasında 60 min kitabın olduğu bildirilir
[Richard F. 1361, s. 343-346; Özgüdenli O.G.,
s. 231].
Səlcuqlar dövründə Sultan Səncərin
şərabdarı olan zəncanlı Əzizəddin Əbu Bəkir
əz-Zəncaninin öz adına yaratdığı Əziziyyə
kitabxanasında 12 min cild kitab saxlanılırdı
[Erünsal İ. 2003, cilt 27, s. 19].
Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər
dövründə də böyük kitabxanaların və kitabxana
mədəniyyətinin olduğundan bəhs edilir.
P.Kazıminin verdiyi məlumata görə,
«Ağqoyunlular və Qaraqoyunlular dövründə
Azərbaycanda bir sıra kitabxanalar
yaradılmışdır. XIV-XV əsrlərdə yaşayan
hökmdarların əksəriyyəti saray kitabxanaları
təşkil edirdilər. Bu kitabxanalardan Cahanşah
kitabxanası, Uzun Həsən kitabxanası, Sultan
Xəlil kitabxanası və Sultan Yaqub kitabxanasını
qeyd etmək olar. Təbrizdə Nəsriyyə məktəbinin,
Həmzə Bəy Ağqoyunlu məktəbinin kitabxanası
da fəaliyyət göstərməkdə idi» [Kazımi P., s.31].
Şah İsmayıl və Şah Təhmasib dövründə
Müzəffəriyyə kitabxanasından bəhs edilir. Bu
hökmdarların vaxtında həmin kitabxananın
rəisi əvvəl şair İsmayıl Kəmal, daha sonra isə
Əmir Fəsih olmuşdur [Kazımi, s. 32]. Ərdə-
bildəki Şeyx Səfi məqbərəsinin də kitab-
xanasının olduğu və bu kitabxananın ruslar
tərəfindən qarət edildiyi bildirilir [Özgüdenli
O.G. 2006, s. 275-288].
İcazətnamələr (diplomlar) 
Lüğəti mənası «izn vermək» olan
icazətnamə ali təhsil haqqında sənəd olan
«diplom» mənasında işlədilir. Orta əsrlər təhsil
sistemində təhsil müəssisələrindən məzun
olanlara tələbənin elmi səviyyəsini, dərəcəsini
və ixtisasını göstərən diplomlar verilirdi. Belə
diplomlarda tələbənin adı və künyəsinin
göstərilməsi vacib idi. Eyni sənəddə tələbənin
baş müəllimi və müəllimlərinin adları da
yazılırdı. İcazətnamələrdə hər zaman elmin
əhəmiyyətinə toxunulur, burada Qurandan və
hədislərdən sitatlar gətirilərək elmin insan
üçün qiyməti və dəyəri vurğulanırdı. Misal
üçün, diplomlarda Bəqərə surəsindən «Allah
Adəmə bütün elmləri öyrətdi» ayəsi (Bəqərə-
31) əks olunurdu.
Ümumiyyətlə, icazətnamələrin tərtibatı
belə idi: Allahın tərifi; Həzrət Peyğəmbərin
və əshabının tərifi; Elmin tərifi; İcazətin
əhəmiyyəti; Tələbə və müəllimlərin adları;
Oxudulan kitabların və öyrənilən elmlərin
adları; Elm adamlarının Adəmə qədər uzanan
nəsil silsiləsi; Vəfa (Burada müəllimlər
tələbənin onları unutmamasını və adlarının
dualarla zikr edilməsini xahiş edərdilər);
Məzun olan tələbəyə müəllimlik tövsiyəsi;
İmza, tarix və möhür.
16
Nəticə
Orta əsrlərdə Azərbaycan təhsil sistemi
geniş sosial-mədəni-ticari şəbəkənin bir parçası
idi. Yuxarıda başlıqlar altında təhlil etdiyimiz
təhsillə bağlı məsələlərin hər birinin ticari və
sosial tərəflərinin olduğunu nəzərə almalıyıq.
Belə ki, təhsil sistemi kitab, cildçilik, dəriçilik,
mürəkkəb, qələm və qələmdan, kağız və s.
ticarət sahələrinin də inkişafına təsir edirdi.
Bununla yanaşı, cildçilik, 
təzyinat,
xəttatlıq,
qələmdanlıq kimi sənətlərin yaranmasında
və inkişafında təhsil əsas meyar olmuşdur.
Orta əsrlərdə Azərbaycanın təhsil anlayışı
böyük bir coğrafiyanı əhatə edən təhsil sis-
teminin bir parçası olub, XI əsrdən XVII əsrə
qədər həmin təhsil sisteminin mərkəzi rolunu
oynamışdır.
Əkbər N. Nəcəf

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə