TəHSİl tariXİMİZDƏN



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
Orta əsrlər Azərbaycanında təhsil

TƏHSİL TARİXİMİZDƏN
116
AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2
...............................................................................................
9
Səlcuqlar dövrü Azərbaycanda yaşayan xalqın
dini tərkibi haqqında bəzi məlumatlar üçün bax:
Nəcəf Ə., 
Aran Atabəyləri,
s. 287-294.
10
Bu əsər məntiqin bütün sahələrini əhatə edən və
mədrəsələrdə oxudulan ilk kitab olması
baxımından çox mühümdür. İşlədiyi mövzular və
hadisələrə orijinal yanaşmalar baxımından
olduqca qiymətli olan bu əsər Avropada da diqqəti
çəkmiş və hətta erkən bir dövrdə latın dilinə
tərcümə edilmişdir. 
11
Dərslər və dərsliklər haqqında geniş məlumat
üçün bax: İzgi Cevat, 
Osmanlı Medreselerinde İlim
II, İstanbul: İz Yayınları, 1997.


• Sabit ibn Kürrənin 
«Zahirə»
;
• Əbu Bəkir Əsvininin 
«Hidayə»
;
• Əhməd Fərəcin 
«Kifayə»
və ya 
«Əhliyyə»
;
• Seyyid İsmail ibn Həsən əl-Cürcaninin
«Zahirə-i xarimşahi»
;
• Səhli Məsihinin 
«Sad Bab»
əsərləri.
Üçüncü il
• Razinin 
«Kitab əl-xavi»
;
• Əli ibn Abbas əl-Məcusinin 
«əl-Kitab əl-
mələki»
;
• İbn Sinanın 
«əl-Qanun fit-tibb»
əsərləri
[Keykavus, Kabusname. 2003, s. 178-179].
Bunlardan savayı həm tələbələrin, həm də
həkimlərin daim müraciət etdikləri 16 əsərin
adı qeyd edilir: 
«
Kitab əl-firaq», «Kitab əs-sina`a», «Kitab
ila tusrən fin-nəbz», «Kitab ila ağluqan fit-
tə`nni li Şəfa`i-əmraz», «Kitab əl-məqalat əl-
xums fit-təşrih», «Kitab əl-astukussat», «Kitab
əl-mizac», «Kitab əl-quvata-tabiiyyə», «Kitab
əl-iləl vəl-əmraz», «Kitab tuarrifu iləl əl-əza əl-
batinə», «Kitab ən-nəbz əl-kəbir», «Kitab əl-
humeyyat», «Kitab əyyum əl-bühran», «Kitab
əl-bühran», «Kitab hilət əl-bərt», «Kitab tədbir
əl-əsihha»
[Kıfti Cəmaləddin Əbil-Həsən Əli
ibn əl-Qadi əl-Əşrəf Yusif, 1903, s.129].
Tibb tələbələrinin təhsilinin sonrakı mər-
hələsi şəfaxanalarda və ya bimaristanlarda
(xəstəxanalarda) keçirdi. Burada onlar öyrən-
diklərinin praktikasını keçir və təbib adı almaq
üçün təcrübə toplayırdılar. Tibb tələbələri
praktika həyatlarında xəstə psixologiyası,
xəstəxana nizamı, təmizlik qaydaları, ələlxüsus
da dərmanların hazırlanması, bitkilərdən və
minerallardan necə istifadə edilməsi haqqında
zəngin məlumatlar əldə edirdilər. Mükəmməl
bir təbibin ortaya çıxması üçün onun 12 qrup-
da təsnif edilən dərmanlar haqqında, onların
hazırlanması və hansı dərdlərə çarə olduğu
barədə ətraflı məlumata sahib olması lazım
idi. Bu dərmanlar belə təsnif edilirdi: şərbətlər;
mürəbbələr; yağ şəklində olan sürtkülər;
məlhəmlər; tabletlər; məcunlar; əyaricat;
cəvarişat; səfurat; lauqat; tiryək (panzəhər);
həblər [Mehmed S. 2014, s. 73-78].
Elxanilər (1258-1359), xüsusilə də
Teymurilər (1370-1507) dövründən etibarən
mədrəsələrdə astronomiya, tibb və riyaziyyat
elmlərinə böyük üstünlük verildiyi nəzərə
çarpır [Eshenkulova K. 2001, s. 99-148]. Bunu
Elxanilər zamanında Marağada o dövr üçün
dünyanın ən böyük rəsədxanasının yaradılması
[Köprülü F. 1942, s. 208-227], Qazan xan
dövründə (1296-1304) Təbrizdə Şənbi-Qazan
və Rəbi-Rəşidiyyənin inşa olunması da təsdiq
edir [Özgüdenli O.G. 2003, I, s. 105-126].

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə