TəHSİl tariXİMİZDƏN



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Orta əsrlər Azərbaycanında təhsil

Dərslər və dərsliklər 
1067-ci ildə Böyük Səlcuqlar dövlətinin
(1038-1157) rəsmi «universiteti» kimi
fəaliyyətə başlayan Nizamiyyə mədrəsəsinin
açılması ilə təhsildə əsas dərs olaraq nəqli
(şifahi) elmlər oxudulmağa və öyrədilməyə
başlandı. Nəqli elmlərə xüsusi diqqət
yetirilməsinin başlıca səbəbi Böyük Səlcuqlar
dövlətinin Şərqi İslam coğrafiyasında məzhəb
fərqlilikləri və dini ixtilafları ortadan qaldırıb,
məzhəbi və dini müzakirələri təhsil ocaqlarına
daşıyaraq, elmi ixtilafları alimlərin rəyinə və
görüşünə həvalə etməklə, geniş sosial kütlələri
dini münaqişələrin mərkəzinə çəkməyə cəhd
edən qrupların təsirini azaltmaq idi. Lakin
qısa müddətdən sonra nəqli elmlərlə birlikdə
əqli elmlər də mədrəsə proqramlarına daxil
edildi. Belə olan halda mədrəsələrin təhsil
bazası riyaziyyat, tibb, heyət (astronomiya),
fəlsəfə, bəlağət (ritorika), hesab, həndəsə
(geometriya), lüğət, tarix 
(əxbar), 
coğrafiya,
nəhv (ədəbiyyat), sərf (qrammatika) hesabına
Əkbər N. Nəcəf
Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər)
115
http://journal.edu.az


genişləndi. Əqli elmlər təbiət elimləri də
adlandırılırdı ki, bunlar müşahidə və məntiq
olaraq təsnif edilərək, bəzən ümumi halda
fəlsəfiyyat
adlandırılırdı [Mustafa B., 1984,
s. 41-43].
Oğuz türkləri tərəfindən əsası qoyulan
Böyük Səlcuqlar dövləti fiqhi əsası olan bütün
məzhəblərə özlərinin təhsil strukturunu yarat-
maq imkanı verərək, bu məzhəblərin özlərinin
təyin etdiyi dərslərə və dərsliklərə də müdaxilə
etmədilər. Üstəlik, Səlcuqlar bütün məzhəblərə
mənsub olan təhsilli adamlara dövlət
sistemində fəaliyyət göstərməyə şərait
yaratdılar. Səlcuqların təhsildə «islahat»
səviyyəsində apardıqları bu təkilatlanma
nəticəsində IX-X əsrlərdə Şərqi İslam
coğrafiyasını parçalayan dini-məzhəbi
ixtilafların və münaqişələrin kökü kəsildi.
XI-XVI əsrlərdə mədrəsələrdə oxudulan
dərslər və istifadə edilən dərsliklər haqqında
kifayət qədər məlumat mövcuddur. Bu dövrdə
Azərbaycanda şafi, hənəfi, şiə məzhəbinə bağlı
insanlar çoxluq təşkil etdiyindən mədrəsələr-
dəki tədris sistemi də buna uyğun formalaşdı-
rılmışdı.
9
Mədrəsələrdə tələbələrə keçirilən başlıca
dərslər Quran, təfsir, hədis, fiqh, üsuli-fiqh,
əqaid, kəlam, bəlağət, sərh-nəhv, astronomiya,
həndəsə, hesab (arifmetika), elmi-hikmət
(fəlsəfə) olaraq təsnif edilir. Dərsliklər arasında
Kəşşaf təfsiri, Qazı Beyzavi təfsiri, sünni
məzhəbinin başlıca hədis mənbəyi olan Kütübi-
sittə və şiə hədis kitabları, fiqhdə Əbubəkr
Mərginaninin «Bidayə əl-mübtədi» (hüquq),
Səfər əl-Hənəfinin «Əqaid ət-Təhavi» (əqaid),
Sədrəddin Təftəzaninin «Təlvih» (hüquq
metodologiyası), Nəsrəddin Tusinin «Təcrid
əl-kəlam» (kəlam), öz dövrünün məşhur
bəlağət alimi olan Azərbaycan mütəfəkkiri
Ömər əl-Əbhərinin «İsaquci» (ritorika)
10
,
Məhəmməd Caqmini Xarəzminin «əl-
Mülaxxas» (astronomiya), Şəmsəddin
Məhəmməd Səmərqəndinin 
«Əşkal ət-təsis»
(həndəsə) və Evklidin 
«Geometria»
sı, müəllifi
naməlum «Risaləyi-bəhaiyyə» (arifmetika)
kitabları əsas dərs vəsaitləri idi.
11
Zamanla dərslərin və dərsliklərin elmi və
mövzu baxımından sahəsinin genişləndiyi
diqqəti cəlb edir. Məsələn, Səlcuqlar dövründə
mədrəsə sisteminə təsəvvüf dərsləri də daxil
edilmişdir. Şihabəddin Ömər Sührəverdinin
və XVI əsrin böyük sufi alimi Nemətullah
Naxçıvaninin təsəvvüf haqqında və Quranın
təsəvvüfi təfsirinə dair kitabları da dərsliklər
arasında idi.
Bütün mədrəsələrdə eyni dərslərin keçi-
rildiyini və eyni dərsliklərin oxudulduğunu
düşünməməliyik. Mədrəsələr hazırkı univer-
sitetlər kimi müxtəlif fakültə və ixtisaslardan
ibarət idi. Nəqli elmlər sahəsində təhsil alanlara
təbiət elmləri tədris edilmədiyi kimi, tibb
təhsili alanlara da fiqh dərsləri keçmirdilər.
Məsələn, tibb mədrəsələrində tələbələrin əsas
təhsil müddəti 3 il idi. Bu üç illik müddətdə
onlar tibbin, bir növ, nəzəriyyəsini öyrənirdilər.
Tələbə həmin dövrdə aşağıdakı kitabları oxu-
yurdu:
Birinci il
• Hüneyn ibn İshaqın 
«əl-Məsail fit-tibb»
və 
«Mədhal fit-tibb»
;
• Hippokratın 
«Füsulu-bukrat»
və 
«Mə üş-
şair»
;
• Nili Nişaburinin tibb risalələri.
Qeyd edilən kitablar, bir növ, tibb elminə
başlanğıc xarakterli olub, əsasən, tələbədə bir
«sənətkar» kimliyini formalaşdırırdı.
İkinci il
• Razinin 
«Kitab ət-tibb əl-Mənsuri»
;
• Kalenosun 
«Summeria Alexandrionorum»
u
ilə 
(Kalinosun 16 məqaləsi) «Təşrih-i bozorg»
;

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə