Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə138/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   134   135   136   137   138   139   140   141   ...   200

287

Ümumdünya Poçt Günü (09.10.1970)

Bakı şəhərində “Azadlıq” meydanında Azərbaycan Milli Ordusunun ilk 

hərbi paradı keçirilib (09.10.1992)

Azərbaycanda «Space» televiziya kanalı yayıma başlamışdır (12.10.1997)

Beynəlxalq Təbii Fəlakətlərdən Qorunma Günü (13.10.2009)

Dövlət Müstəqilliyi Günü (18.10.1991)

Beynəlxalq Kulinariya Günü (20.10.2007) 

Birləşmiş Millətlər Təşkilatı Günü (24.10.1945)

Rusiyada Böyük Oktyabr Sosialist inqilabı qələbə çalmışdır (25.10.1917)



Repressiya Qurbanları Günü  (30.10.1974)

Zəngilan rayonunun işğalı günü (30.10. 1993)

Аzərbаycаn Rеspublikаsının Prеzidеnti İlhаm Hеydər оğlu Əliyеvin 

аndiçmə günü (31.10.2003)

304


305

306


307

308



288

Milli ədəbiyyat 

85 

illiyi

Hafiz Baxış

1932-1989

 

OKTY

ABR

Hafiz Həbib oğlu Baxışov (Hafiz Baxış) 

1932-ci il oktyabr ayının 15-də  Zəngəzur 

mahalının  Qafan  bölgəsinin Yuxa-

rı Gilətağ  kəndində, müəllim ailəsində 

аnаdаn  оlmuşdur. 1950-ci ildə  Şəhərcik 

kəndində orta məktəbi bitirmişdir. 

1950-1952-ci illərdə Qovşud kəndində 

ibtidai sinif müəllimi işləmişdir. 

1952-1956-cı illərdə Azərbaycan 

Dövlət Teatr İnstitutunun teatr və kino 

aktyorluğu fakültəsində  təhsil almışdır. 

Tələbə ikən 1954-cü ildə Azərbaycan divi-

ziyasında (hərbi hissədə) bədii özfəaliyyət 

dərnəyinin rəhbəri olmuşdur. 1956-1961-

cı illərdə Sumqayıt  şəhərində  tərbiyəçi, 

Pionerlər Evinin və  Mədəniyyət Sara-

yının direktoru vəzifəsində çalışmışdır. 

1961-ci ildə Azərbaycan Dövlət Radio və 

Televiziya Verilişləri Komitəsində rejis-

sor köməkçisi, rejissor, yüksək dərəcəli 

rejissor vəzifələrində  işləmişdir.

Şairin “Samur-Dəvəçi kanalına” adlı 

ilk  şeiri 1957-ci ildə “Sosialist Sumqa-

yıtı” qəzetində, “Zirvə” adlı ilk poeması 

isə “Azərbaycan” jurnalının 1968-ci il 

2-ci sayında çap olunmuşdur. O, altı po-

ema qələmə alsa da, lirik şair kimi tanın-

mışdır. Nəğməkar şairin sadə, ürəyəyatan 

sözləri bəstəkarların diqqətini cəlb et-

miş, iyirmidən çox şeirinə  görkəmli 

bəstəkarlarımız Cahangir Cahangirov

Ələkbər Tağıyev, Emin Sabitoğlu, Ca-

vanşir Quliyev və başqaları musiqi 

bəstələmişdir. Onun “Azərbaycan oğ-

luyam”, “Eşqimi sönməyə qoymaram”, 

“Dağlar üçün darıxmışam”, “Mənim dün-

yam” və s. sözlərinə bəstələnmiş mahnılar 

bu gün də dillər əzbəridir. 

Hafiz Baxış 57 illik ömrünü vətəninin 

torpağına, təbiətinə, insanlarına olan sev-

gisini seirlərinə köçürmüşdür. Onun 1980-

ci ildə “Azərbaycan oğluyam”, 1983-cü 

ildə “Sona bülbüllər”, 1989-cu ildə “Eş-

qimi sönməyə qoymaram”, 2001-ci ildə 

“Dağlar üçün darıxmışam”, 2002-ci ildə 

“Bu torpağa bağlıyam” kitabları çapdan 

çıxmış, haqqında məqalələr yazılmışdır.   

Hafiz Baxışov 1989-cu il sentyabr ayı-

nın 7-də ürək tutmasından vəfat etmiş və 

Bakı şəhərində dəfn edilmişdir.

Ə d ə b i y y a t

Ana layla deyir /Hafiz Baxış.- Bakı: Zərdabi LTD MMC, 2012.- 296 s.

Bu torpağa bağlıyam: nəğmələr, şeirlər və poemalar /Hafiz Baxış.- Bakı: İqtisad Universiteti, 2002.- 224 s.

Dağlar üçün darıxmışam: şeirlər /Hafiz Baxış.- Bakı: Şirvannəşr, 2001.- 132 s.

Eşqimi sönməyə qoymaram: şeirlər və poemalar /Hafiz Baxış.- Bakı: Yazıçı, 1989.- 86 s.

Abbaslı, T. Hafiz Baxış: misraları, kadrları, insanlığı, dost-yoldaşlığı, naxış-naxış... /T.Abbaslı //Mədəniyyət.- 2014.- 15 oktyabr.- S.13.

“Amansızdır zaman, dağlar!..”: nəğməkar şair Hafiz Baxış //Azadlıq.- 2013.- 6 iyun.- S. 14.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki/

www.adam.az/index.php?option

15

Şair



289

289

Milli ədəbiyyat 

85 

illiyi

Xəlil Rza Ulutürk

1932-1994 

OKTY

ABR

Xəlil


 Rza oğlu Xəlilov (Xəlil Rza 

Ulutürk) 1932-ci il oktyabr ayının 21-

də Salyan rayonunun Pirəbbə (kənd indi 

Neftçala rayonuna daxildir) kəndində 

anadan olmuşdur. 2 saylı Salyan şəhər 

orta məktəbini bitirdikdən sonra, 1949-cu 

ildə Azərbaycan Dövlət Universitetinin 

(indiki BDU)  filologiya fakültəsinin jur-

nalistika söbəsinə daxil olmuşdur. 1954-

cü ildə universiteti bitirən Xəlil Rza əmək 

fəaliyyətinə “Azərbaycan qadını” jurnalı 

redaksiyasında başlamışdır. “Kitab” adlı 

ilk  şeiri 1948-ci ildə “Azərbaycan pione-

ri” qəzetində dərc olunan Xəlil Rza 1955-

1957-ci illərdə bir sıra məqalə və şeirləri 

ilə daim dövri mətbuatda çap olunmuşdur. 

1957-ci ildə ilk şeirlər toplusu “Bahar 

gəlir” adlı kitabı nəşr olunmuşdur. Həmin 

ilin avqust ayında Azərbaycan Yazıçı-

lar  İttifaqı (indiki AYB) onu Moskvaya, 

M.Qorki adına Dünya Ədəbiyyat  İnsti-

tutu nəzdində olan ikiillik Ali Ədəbiyyat 

kurslarına göndərmişdir. 1954-cü ildən 

Azərbaycan Yazıçılar Birliyinin üzvü se-

çilmişdir.

1959-cu ildə Bakıya qayıdan  şair 

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 

(indiki APU) aspiranturasında təhsilini da-

vam etdirmiş, 1963-cü ildə “Müharibədən 

sonrakı  Azərbaycan  sovet ədəbiyyatında 

poema janrı (1945-1950)” mövzusunda 

 

dissertasiya müdafiə edərək  filologiya 



elmləri namizədi elmi dərəcəsi almışdır. 

Bir müddət sonra Azərbaycan Elmlər 

Akademiyasının Nizami adına Ədəbiyyat 

İnstitutuna dəvət olunmuş, elmi-tədqiqat 

işini davam  etdirərək, 1985-ci ildə “Maq-

sud  Şeyxzadənin bədii yaradıcılığı  və 

Azərbaycan-özbək ədəbi əlaqələrinin ak-

tual problemləri” mövzusunda doktorluq 

dissertasiyası müdafiə etmişdir. 1984-cü 

ildə  şairin “Ömürdən uzun gecələr” adlı 

kitabı  və SSRİ xalqlarının dillərindən 

tərcümə edilmiş poetik əsərlərdən ibarət 

“Qardaşlıq çələngi” toplusu ictimaiyyət 

tərəfindən rəğbətlə qarşılanmışdır. 

40 illik ədəbi-bədii yaradıcılığı 

dövründə öz əsərlərini “Xəlil Xəlilov”, 

“Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil 

Rza”, “Xəlil Rza Ulutürk” təxəllüsləri 

ilə çap etdirmişdir. 80-ci illərin sonla-

rında xalq azadlıq hərəkatının vüsət al-

dığı zaman Xəlil Rza bütün varlığı ilə 

bu hərəkata qoşulmuş, hər yerdə rus şo-

vinist siyasətini, Dağlıq Qarabağ torpa-

ğına təcavüz edən erməni daşnaklarını 

odlu-alovlu çıxışları ilə ifşa etmişdir. O, 

“şübhəli şəxs” kimi təqib olunmuş, 1990-

cı il yanvarın 26-da keçmiş SSRİ Dövlət 

Təhlükəsizliyi  əməkdaşları  tərəfindən 

həbs edilərək Moskvaya - Lefortovo 

həbsxanasına göndərilmişdir. 1990-cı il 

oktyabrın 9-da Bakıya gətirilmiş, bir ay 

davam edən məhkəmə prosesindən son-

ra azadlığa buraxılmışdır. 1986-cı ildə 

Azərbaycan  ədəbiyyatının inkişafındakı 

xidmətlərinə görə ona “Əməkdar incəsənət 

xadimi” fəxri adı verilmişdir. Şair 1991-ci 

ildə M.F.Axundov adına  ədəbi mükafatı 

və “Türk milləti mükafatı” laureatı  fəxri 

adlarına layiq görülmüşdür. 1992-ci ildə 

“Xalq şairi” fəxri adını almışdır.

Xəlil Rza Ulutürk 1994-cü il iyun ayı-

nın 22-də vəfat etmiş, I Fəxri Xiyabanda 

dəfn edilmişdir. 

Azərbaycan xalqının milli mübarizə-

sində xüsusi xidmətlərinə görə Xalq şairi 

Xəlil Rza Ulutürk (ölümündən sonra) “İs-

tiqlal” ordeni ilə təltif edilmişdir. 

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 2 

cilddə /Xəlil Rza Ulu-

türk.- Bakı: Şərq-Qərb, 

2005.

Seçilmiş əsərləri: şeir 

və poemalar /Xəlil Rza 

Ulutürk.- Bakı: Təhsil, 

2012.- 559 s.

Seçilmiş əsərləri /Xəlil 

Rza Ulutürk.- Bakı: 

[s.n.], 2014.- 607 s.

Dünyaya pəncərə: [Dün-

ya xalqları poeziyasın-

dan tərcümələr] /tərt. və 

tərc. Xəlil Rza.- Bakı: 

Maarif, 1984.- 302 s. 

Turan çələngi /Xəlil Rza 

Ulutürk.- Bakı: Elm, 

1992.- 792 s.

Dəmirli, M. Xəlil Rza 

Ulutürkün poeziyası 

/M.Dəmirli.- Bakı: Sa-

bah, 1996.- 136 s.

Yaqub, Z. Məndə yaşayan 

Xəlil Rza /Z.Yaqub           

//Ədəbiyyat qəzeti.- 

2015.- 7 mart.- S. 18-19.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/ 

21

Şair



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə