294
Musiqi.Opera.Balet
95
illiyi
Şövkət Ələkbərova
1922-1993
OKTY
ABR
Şövkət Feyzulla qızı Ələkbərova
1922-ci il oktyabr ayının 20-də Bakı
şəhərində anadan olmuşdur. 14 ya-
şında ikən kamança ifaçısı olmuş, 16
yaşından isə müğənniliyə başlamışdır.
Üzeyir Hacıbəyli tərəfindən 15 yaşlı
Şövkətin Azərbaycan Dövlət Xoruna
dəvət olunması ilə Şövkət Ələkbərova
böyük səhnəyə gəlmişdir.
1942-ci ildə Asəf Zeynallı adına
Bakı Musiqi Məktəbinin Azərbaycan
xanəndəsi H.Sarabskinin sinfini
bitirdikdən sonra 1938-1945-ci illərdə
Azərbaycan Dövlət Mahnı və Rəqs
ansamblının, 1945-1978-ci illərdə
M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının, 1978-1993-
cü illərdə Azərbaycan Dövlət Qastrol-
konsert Birliyinin solisti olmuşdur.
Şövkət Ələkbərova fenomeni bir
ulduz kimi Azərbaycan səhnəsində
yarım əsrdən çox şölə saçmış və bu
gün də parlamaqdadır. “Oxu, gözəl,
oxu, qoy səsin, ürəklərdə kaman kimi
titrəsin!” Deyirlər bu məşhur sətirləri
Səməd Vurğun Şövkət xanıma həsr
etmiş, Səid Rüstəmov bəstəsini yaz-
mış, nəticədə böyük üçlüyün mi-
silsiz töhfəsi nəsillərə yadigar qal-
mışdır. Keçmiş SSRİ-nin bir çox
şəhərlərində, Fransa, İsveçrə, Şri
Lanka, Əfqanıstan, Hindistan, Mi-
sir, Əlcəzair, İran, Türkiyə, Polşa və
onlarca digər xarici ölkələrdə uğurla
çıxış edən Şövkət Ələkbərovanın re-
pertuarına “Segah”, “Qatar”, “Şah-
naz” kimi muğamlar, Azərbaycan
bəstəkərlarının və Orta Şərq xalqları-
nın mahnıları daxil idi.
1959-cu ildə Şövkət xanım öz
məharətini keçmiş SSRİ-nin paytaxtı
Moskvada, Böyük Teatrın səhnəsində
Azərbaycan incəsənəti və ədəbiyyatı
ongünlüyü çərçivəsində təşkil olunan
konsertdə göstərmişdir. Müğənninin
çıxışları paytaxt tamaşaçılarını da va-
leh etmişdir.
Məlahətli, yumşaq tembrli səsi olan
Şövkət Ələkbərova müxtəlif filmlərin
mahnılarını da səsləndirmişdir. Bunla-
ra “Bəxtiyar”, “Görüş”, “Onu bağışla-
maq olarmı?”, “Ögey ana”, “Mücrü”,
“İyirmialtılar”, “Aygün”, “Koroğlu”,
“Mahnı belə yaranır”, “Kölgələr sü-
rünür”, “Qızmar günəş altında” və s.
filmləri misal göstərmək olar.
İfaçılıqla müəllimlik fəaliyyətini
məharətlə uzlaşdıran Şövkət xanım
yeni müğənnilər nəslinin yetişməsində
önəmli rol oynamışdır. “Bülbüllər”
qrupunun rəhbəri Aybəniz Haşımova,
Azərbaycanın Əməkdar artisti Aygün
Bayramova, Könül Xasıyeva və baş-
qaları onun tələbələri olmuşlar.
Şövkət xanımın yaradıcılığı yüksək
səviyyədə qiymətləndirilmiş, müğənni
1954-cü ildə Azərbaycanın “Əməkdar
artist”, 1959-cu ildə isə “Xalq artisti”
fəxri adlarına layiq görülmüşdür.
Şövkət Ələkbərova 1993-cü il fev-
ralın 7-də Bakı şəhərində vəfat etmiş,
I Fəxri Xiyabanda dəfn edilmişdir.
Yaşadığı evin divarına xatirə lövhəsi
vurulmuşdur. Müğənni haqqında film
çəkilmiş, adına küçə, poçt indeksi, 20
saylı musiqi məktəbi var. 2014-cü il
mayın 1-də Şövkət Ələkbərova adına
tanker suya buraxılmışdır.
Ə d ə b i y y a t
Çəmənli, M. Şövkət
Ələkbərova /M.Çəmənli.-
Bakı: İşıq, 1989.- 76 s.
Çəmənli, M. Oxu, gözəl...
/M.Çəmənli.- Bakı: Nağıl evi,
2005.- 226 s.
Qaramollayeva, K. Şövkət
Ələkbərova yaradıcılığına
nəzər /K.Qaramollayeva
//Mədəni həyat.- 2012.-
№ 11.- S. 65-67.
Məmmədhəsən. Şövkət
Ələkbərovanın 93 yaşı tamam
oldu /Məmmədhəsən //Azad
Azərbaycan.- 2015.- 21 okt-
yabr.- S. 7.
İ n t e r n e t d ə
https://az.wikipedia.org/wiki/
qadin.net › ... ›
20
Müğənni
295
Musiqi.Opera.Balet
80
illiyi
Rauf Abdullayev
1937
OKTY
ABR
Rauf Cahanbaxış oğlu Abdullayev
1937-ci il oktyabr ayının 29-da Bakı
şəhərində anadan olmuşdur. 1945-
ci ildə Azərbaycan Dövlət Konser-
vatoriyası nəzdində onillik musiqi
məktəbinə, daha sonra Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konserva-
toriyasına daxil olmuşdur. Təhsilini
T.Quliyevin fortepiano sinfində almış,
konservatoryanı fərqlənmə diplomu ilə
bitirmişdir. 1960-cı ildə N.A.Rimski-
Korsakov adına Leninqrad Dövlət
Konservatoriyasının opera və dirijor-
luq sinfinə qəbul olunmuşdur. 1968-ci
ilin oktyabr ayında M.F.Axundov adı-
na Azərbaycan Dövlət Opera və Balet
Teatrına baş dirijor təyin edilmişdir.
1969-cu ildə Q.Qarayevin “Yeddi
gözəl”, C.Verdinin “Traviata” opera-
sının yeni tamaşasını idarə etmişdir.
Q.Qarayevin “Leyli və Məcnun” və
F.Qarayevin “Qobustan kölgələri” ba-
letinin premyerasına dirijorluq etmiş-
dir. Bir çox tanınmış məşhur insanlarla
çıxış etmiş, təzə opera və baletlərin yeni
premyerasının tamaşasını qoymuşdur.
1990-cı ildə İsveçrədə (Luqano, Bazel,
Bern), Misirdə (Qahirə, Mənsuriyə,
Sureyş şəhərlərində) Azərbaycan Sim-
fonik Orkestrinin kamera heyəti ilə çı-
xış etmişdir. 1991-ci il yanvar ayında
Ankara Opera və Balet Teatrının baş
dirijoru təyin edilmişdir. Azərbaycan
Dövlət Opera və Balet Teatrının və
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin fəaliyyətindəki
uğurlu mərhələlərdən biri də baş dirijor
və bədii rəhbər kimi məhz Rauf Abdul-
layevin adı ilə bağlıdır. O, teatrın baş
dirijoru kimi bu sənət ocağının uzun
illər yüksək bədii səviyyəsinin, reper-
tuar zənginliyinin təmin olunmasında
böyük rol oynamışdır. Ü.Hacıbəyovun
“Koroğlu”, M.Maqomayevin “Şah
İsmayıl”
Ş.Axundovanın “Gəlin
qayası”, Z.Bağırovun “Aygün”,
C.Cahangirovun “Xanəndənin ta-
leyi”, A.Borodinin “Knyaz İqor”,
C.Puççininin “Toska” və “Bo-
hema” operalarına, Q.Qarayevin
“Yeddi gözəl”, “İldırımlı yollarla”,
A.Əlizadənin “Babək”, A.Məlikovun
“İki qəlbin dastanı” və s. baletlərə
yüksək səviyyədə dirijorluq etmişdir.
Azərbaycan musiqi mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə Rauf
Abdullayev 1970-ci il may ayının 21-
də Azərbaycanın “Əməkdar incəsənət
xadimi”, 1982-ci ildə “Xalq artisti”
fəxri adlarına, 1988-ci ildə Dövlət mü-
kafatına layiq görülmüşdür. 1997-ci il
dekabr ayının 6-da “Şöhrət” , 2012-ci
ildə “Şərəf” ordenləri ilə təltif edilmiş-
dir. Prezident təqaüdçüsüdür.
Professor
eyni zamanda 1993-cü
ildən 1997-ci ilə qədər baş dirijor kimi
çalışdığı Ankara Opera və Balet Teat-
rında dirijorluq fəaliyyətinə görə iki
dəfə “İlin ən yaxşı dirijoru” adına la-
yiq görülmüşdür.
Ə d ə b i y y a t
Cəmaləddinqızı.
Bir ruh çırpıntısı
/Cəmaləddinqızı.- Bakı:
Azərbaycan, 2003.- 216 s.
Fərəcov, S. Maestronun
yubiley gecəsi /S.Fərəcov
//Mədəniyyət.- 2015.- 14
oktyabr.- S. 8.
Məhərrəmqızı, A. 50 il
dirijor pultu arxasın-
da... /A.Məhərrəmqızı
//Mədəniyyət.az.- 2015.-
№ 10.- S. 48-51.
İ n t e r n e t d ə
https://az.wikipedia.org/
wiki/
www.adam.az/index.
php?option...63
29
Dirijor