290
Milli ədəbiyyat
135
illiyi
Hüseyn Cavid
1882-1941
OKTY
ABR
Hüseyn Abdulla oğlu Rasizadə (Hü-
seyn Cavid) 1882-ci oktyabr ayının 24-də
Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı
kəndində, ruhani ailəsində doğulmuşdur. İlk
təhsilini mollaxanada almış, 5 il ərzində ila-
hiyyat elmini, fars, ərəb dillərini öyrənmiş,
14 yaşında ikən XIX əsrin görkəmli
maarifçilərindən olan Məhəmmədtağı Sid-
qinin təşkil etdiyi “Məktəbi-tərbiyə”yə
(1896) daxil olmuşdur. 1898-ci ildə bu-
rada təhsilini başa vuraraq Təbrizdəki
“Talibiyyə” mədrəsəsində təhsilini davam
etdirmişdir. 1909-cu ildə Türkiyədə İstanbul
Universitetinin ədəbiyyat şöbəsini bitirmiş-
dir. Naxçıvanda, sonra Gəncə və Tiflisdə,
1915-ci ildən isə Bakıda müəllimlik etmiş-
dir.
Hüseyn Cavid klassik Azərbaycan
ədəbiyyatının ən yaxşı ənənələrini inki-
şaf etdirən sənətkarlardandır. O, XX əsr
Azərbaycan mütərəqqi romantizminin
banilərindən biri olmuşdur. Hüseyn Cavid
sənəti janr və forma cəhətdən zəngindir.
O, lirik şeirlərin, lirik-epik, epik poemala-
rın, Azərbaycan ədəbiyyatında ilk mənzum
faciə və dramların müəllifidir. 1913-cü ildə
“Keçmiş günlər” adlı ilk şeir kitabı çap
olunmuşdur. Onun fəlsəfi və tarixi faciələri,
ailə-məişət dramları üslub, yazı ədası, for-
ma yeniliyi baxımından Azərbaycan dra-
maturgiyasında yeni bir mərhələ yaratdığı
kimi, milli teatr mədəniyyətinin inkişafına
da qüvvətli təsir göstərmiş, “Cavid teatrı”
kimi səciyyələndirilmişdir. “Şeyx Sənan”
(1914), “İblis” (1918) mənzum faciələri
onun yaradıcılığında mühüm yer tutmuş-
dur.
Hüseyn Cavid daha çox dramatuq kimi
tanınmışdır. “Peyğəmbər” (1922), “To-
pal Teymur” (1925), “Səyavuş” (1933),
“Xəyyam” (1935) tarixi dramlarını 1920-
1930-cu illərdə yazmışdır.
Sovetlər Birliyində totalitarizmin
dəhşətli dövründə Hüseyn Cavid sosializ-
min “nailiyyətlər”indən yazmağı özünə
rəva bilməmiş, Stalini, Azərbaycan ağaları-
nı mədh etməkdən qətiyyətlə boyun qaçır-
mışdır. Ona görə də bu mətin şəxsiyyət Si-
bir buzlaqlarına - Maqadana sürgün edilmiş
və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin
Tayşet rayonunun Şevçenko kəndində həlak
olmuşdur.
Şairin xatirəsi xalqımız tərəfindən
həmişə əziz tutulmuş, onun 100 illik yubi-
leyi ilə əlaqədar 1982-ci ildə ümummilli li-
der Heydər Əliyevin təşəbbüsü və himayəsi
ilə cənazəsinin qalıqları İrkutskdan Naxçı-
vana gətirilərək ev-muzeyinin yaxınlığında
dəfn edilmiş, 1996-cı ildə qəbri üzərində
möhtəşəm memarlıq-xatirə kompleksi
“Hüseyn Cavid məqbərəsi” ucaldılmış-
dır. Adına məktəblər, küçələr verilmişdir.
Bakı şəhərində abidəsi var.
Hüseyn Ca-
vidin həyat və fəaliyyətini, zəngin irsini
əbədiləşdirmək və təbliğ etməq məqsədi ilə
ev-muzeyinin yaradılması ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə
Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin “Hüseyn Cavidin anadan ol-
masının 100 illiyi haqqında” qəbul etdiyi
qərarda nəzərdə tutulmuşdu. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 10 iyul
1995-ci ildə 160 saylı qərarına əsasən Ba-
kıda Hüseyn Cavidin 1920-1937-ci illərdə
yaşadığı evdə muzeyi “Hüseyn Cavidin Ev
Muzeyi” yaradıldı və Azərbaycan Elmlər
Akademiyasının tabeliyinə verildi. 24 okt-
yabr 2002-ci il tarixində, Hüseyn Cavidin
120 illik yubileyi günündə, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
şəxsən iştirakı ilə muzeyinin rəsmi açılış
mərasimi keçirilmiş, ekspozisiyaları geniş
tamaşaçı auditoriyasına nümayiş etdiril-
mişdir.
Ə d ə b i y y a t
Əsərləri: 5 cilddə
/H.Cavid; tərt. T.Cavid.-
Bakı: Lider, 2005.-
351 s.
Seçilmiş əsərləri
/H.Cavid.- Bakı: Çaşıoğ-
lu, 2004.- 640 s.
Əliyev, K. Hüseyn Cavid:
həyatı və yaradıcılığı
/K.Əliyev.- Bakı: Elm,
2008.- 324 s.
Sarıyeva, İ. Hüseyn Ca-
vid irsinə Heydər Əliyev
qayğısı… /İ.Sarıyeva
//Bakı xəbər.- 2014.- 17
dekabr.- S.11.
Избранные
произведения
/Г.Джавид.- Баку:
Təhsil, 2014.- 547 с.
İ n t e r n e t d ə
https://az.wikipedia.org/
wiki/
aqra.az/.../huseyn.../422-
huseyn-dzavidin-haey.
24
Şair-dramaturq
291
291
Folklor
85
illiyi
Aşıq Kamandar
1932-2000
OKTY
ABR
Kamandar Həmid oğlu Əfəndiyev
(Aşıq Kamandar) 1932-ci il oktyabr
ayının 21-də Gürcüstanın Borçalı ma-
halının Sarvan (indiki Marneuli) rayo-
nunun Kürüstü Kəpənəkçi kəndində
anadan olmuşdur. Ömrünün erkən
yaşlarından saz çalıb, oxumağa hədsiz
maraq göstərən Kamandar 1959-cu
ildə Bakıda Azərbaycan aşıqlarının IV
qurultayının nümayəndəsi olmuşdur.
Aşıq Kamandar həmişə yorulmadan öz
üzərində işləmiş, aşıq sənətinin ən incə
sahələrinə yaradıcı bir tədqiqatçı kimi
yollar axtarmışdır. Böyük zəhmətdən
sonra Kamandar Həmid oğlu ozan-
aşıq sənətində yaradıcı aşıq-şair kimi
püxtələşməyə başlamışdır. Dillər əzbəri
olan qoşma və gəraylıları, divani və
təcnisləri, muxəmməsləri ona böyük
şöhrət qazandırmışdır. Ötən əsrin 70-ci
illərindən başlayaraq, Aşıq Kamanda-
rın bu qoşma və təcnisləri Gürcüstan
radiosu ilə yanaşı, Azərbaycan radio və
televiziya verilişlərində də səslənməyə
başlamışdır.
1989-cu ildə “Yazıçı” nəşriyyatı
tərəfindən ilk “Borçalı laylası” adlı
şeirlər kitabı işıq üzü görmüşdür. Aşıq
el sənətinə bütün varlığı ilə bağlı olan,
Azərbaycan xalqının XX əsrdə yetir-
diyi görkəmli filosoflardan biri – əslən
Borçalıdan olan mudrik alimimiz Ca-
mal Mustafayev bu kitaba yazdığı ön
sözdə qeyd edir: “Kamandarın zəngin
sənətində saz, səs, söz vəhdət təşkil edir.
“Borçalı laylası”nı oxuyanda bir daha
yəqin edirsən ki, o, Borçalı yaylaqları-
nın bulağından su içib bəhrələnmişdir.
Bu dağ bulaqlarının saflığını və sağ-
lamlığını öz misralarına hopdura bil-
mişdir”. Ustad aşığın yazmış olduğu
şeirlərin hamısından xalq ruhu, xalq
nəfəsi və ozan-aşıq sənətkarlığı duyu-
lur. Şair Kamandarın şeirlərinin dadlı
və duzlu olması, Azərbaycan poeziyası-
nın məğrurluğundan, dilə yatımlığından
şairin xəbərdar olduğunu və “Saz-aşıq-
söz” dünyamızın inkişafında Borça-
lı aşıq, saz-söz məktəbinin rolunu bir
daha təsdiqləyir.
İstər Gürcüstanda, Borçalıda, istərsə
də Azərbaycanda və eləcə də Turkiyə
və İranda Kamandar sənətinin vur-
ğunlarının sayı-hesabı yoxdur. Onun
ölməz yaradıcılığı haqqında alimlər,
sənətşünaslar, pedaqoqlar, müğənni və
xanəndələr, musiqiçi və heykəltəraşlar
ürəkaçan sözlər demişlər.
Aşığın 2004-cü ildə “Bənövşə” və
2008-ci ildə “Mən ellər Aşığı Xan Ka-
mandaram” adlı kitabları çapdan çıx-
mışdır.
Aşıq Kamandar Əfəndiyev 2000-ci
il oktyabr ayının 25-də doğma kəndi
Kürüstü Kəpənəkçidə vəfat etmişdir.
2013-ci sentyabın 18-də aşığın doğ-
ma kəndində büstü və ev-muzeyi açıl-
mışdır. 80 illik yubileyi Tbilisi şəhərində
təntənəli şəkildə qeyd edilmişdir.
Ə d ə b i y y a t
Borçalı laylası: şeirlər
/Aşıq Kamandar.- Bakı:
Yazıçı, 1989.- 142 s.
Xan Kamandar /tərt.
M.Nəbioğlu.- Bakı: Elm
və təhsil, 2012.- 396 s.
İlməzli, İ. Kaman-
dar aləminə səyahət
/İ.İlməzli.- Bakı: Elm və
təhsil, 2014.- 143 s.
Əliyev, İ. Ustad aşıq
Kamandar Əfəndiyevin
doğma kəndində büstü
və ev-muzeyi açılmışdır
/İ.Əliyev //Ozan dünyası.-
2013.- № 3.- S. 9-10.
İlməzli, İ. “Mən ellər
aşığı Xan Kamanda-
ram”: Aşıq Kamandarın
şeir yaradıcılığı barədə
düşüncələr /İ.İlməzli
//Kaspi.- 2015.- 2-4
may.- S. 20.
İ n t e r n e t d ə
https://az.wikipedia.org/
wiki/
21
Aşıq-şair