Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə144/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   140   141   142   143   144   145   146   147   ...   200

300

9

Kimya.Biologiya.Tibb

65 

illiyi

Vaqif Abbasov

1952

 

OKTY

ABR

Vaqif  Məhərrəm oğlu Abbasov 

1952-ci il oktyabr ayının 5-də  Tərtər 

rayonunun Cəmilli kəndində anadan 

olmuşdur. 1973-cü ildə Azərbaycan 

Dövlət Pedaqoji İnstitutunun kimya 

fakültəsini bitirmişdir. 

1973-1978-ci illərdə Milli 

Elmlər Akademiyasının akademik 

Y.H.Məmmədəliyev adına Neft-

Kimya Prosesləri  İnstitutunun aspi-

ranturasında oxumuşdur. 1978-1981-

ci illərdə    həmin institutda kiçik elmi 

işçi, 1981-1984-cü illərdə isə baş elmi 

işçi olmuşdur. Elmi tədqiqatla məşğul 

olmuş, dissertasiya müdafiə edərək 

elmlər namizədi, 1991-ci ildə isə kim-

ya elmləri doktoru elmi dərəcəsini al-

mışdır. 

1992-ci ildən  Bakı Dövlət Univ

er-

sitetinin professorudur.



2001-ci ildə Azərbaycan Milli 

Elmlər Akademiyasının müxbir üzvü  

2014-cü ildə həqiqi üzvü  seçilmişdir. 

Akademik Yusif Məmmədəliyev 

adına Neft-Kimya Prosesləri İnstitutu-

nun direktoru Vaqif Abbasov ilk dəfə 

olaraq nitrobirləşmələrin və üzvi tur-

şuların keçid elementləri ilə qarışıq 

komplekslərinin alınma mümkünlü-

yünü kəşf etmiş və bu əsasda mövcud 

analoqlarından yüksək effektivliyi, sta-

billiyi və çoxfunksiyalılığı ilə fərqlənən 

antistatik aşqar yaratmışdır. Yenilikçi 

alim nefti sudan təmizləmək və duz-

suzlaşdırmaq üçün “Xəzər” deemul-

qatoru kəşf etmiş, Azərbaycanın neft 

emalı komplekslərində tətbiqini həyata 

keçirmişdir. Dəri sənayesi üçün dünya-

da analoqu olmayan yeni aşı maddəsi - 

Bepikoru kəşf etmiş və bir çox ölkədə, 

o cümlədən Türkiyədə  uğurlu sənaye 

sınaqlarını keçirmişdir. Bu maddənin 

istifadəsi dəri sənayesində  işlənən 8 

maddənin istifadəsinə ehtiyacı aradan 

qaldırmışdır. Dünyada analoqu olmayan 

müalicəvi Naftalan neftinin struktur-

qrup tərkibini müasir metodlarla araş-

dıran kimyaçı alim müalicəvi kompo-

nenti olan naften karbohidrogenlərinin 

dar fraksiyalarının bioloji aktivliyini 

də tədqiq etmişdir. Müalicəvi Naftalan 

neftinin istifadə tarixində ilk dəfə ola-

raq V.M.Abbasovun rəhbərliyi ilə yara-

dılmış “Ağ naftalan yağı” Azərbaycan 

Respublikası  Səhiyyə Nazirliyində 

dərman preparatı kimi qeydiyyatdan 

keçmiş, Ukrayna Səhiyyə Nazirliyinin 

qərarı ilə Ukraynada dərman preparatı 

kimi satışına icazə verilmişdir.

Alimln nəşr olunmuş 390-a yaxın 

elmi əsəri, o cümlədən 7 monoqrafiya, 

15 dərslik, 11 dərs vəsaiti mövcuddur. 

Bu elmi əsərlərdən 76-sı müxtəlif xari-

ci ölkələrdə nəşr olunmuşdur. 

Onlarla Beynəlxalq və xarici 

ölkələrin elmi qurumlarının üzvüdür.

Vaqif müəllim 2005-ci il noyabr ayı-

nın 4-də Azərbaycan Respublikası Pre-

zidentinin Fərmanı ilə Azərbaycanın 

“Əməkdar müəllim” fəxri adına, eyni 

zamanda Təhsil Nazirliyinin “Qabaqcıl 

təhsil işçisi” döş nişanına layiq görül-

müş, 2005-ci ildə  isə “Şöhrət” ordeni 

ilə təltif edilmişdir. 



Ə d ə b i y y a t

Bioloji varlıqdan 

şəxsiyyətə ucalmaq 

yolu: müdrik kəlamlar 

/V.Abbasov.- Bakı: Qam-

ma servis, 2003.- 272 s.

Dahilərin, müdriklərin və 

fatehlərin həyat dərsləri 

/V.Abbasov.- Bakı: Təhsil, 

2010.- 572 s.

Kimya: abituriyentlər 

və yuxarı sinif şagirdləri 

üçün dərs vəsaiti 

/V.M.Abbasov və b. – 

Bakı, 2005.- 622 s.

Kərimova, H. Şərəfli ömür 

yolu: (Vaqif Abbasov-

50) /H.Kərimova.- Bakı: 

Təhsil, 2002.- 208 s.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/ 

www.science.gov.az/forms/

deystvitelnyie.../111...

www.azxeber.com/

news/21595.htm

www.qu.edu.az/.../

Görkəmli-alim-akademik-

Va..

5

Akademik


301

Kimya.Biologiya.Tibb

Ümnisə Musabəyli

1902-1974

OKTY

ABR

Ümnisə Süleyman bəy qızı 

Musabəyli (Umnisə Musabəyova) 

1902-ci il oktyabr ayının 9-da Qəbələ 

rayonunda anadan olmuşdur. 1926-cı 

ildə Azərbaycan Dövlət Universiteti-

nin tibb fakültəsini bitirmişdir. 1930-

cu ildən Göz xəstəlikləri klinikasın-

da assistent, 1932-ci ildən dosent 

işləmişdir. 1935-ci ildə namizədlik, 

1936-cı ildə isə doktorluq dissertasi-

yasını müdafiə etmişdir. Məşhur Sovet 

– Azərbaycan oftalmoloqu 1943-cü 

ildə professor, 1957-ci ildə “Əməkdar 

elm xadimi” fəxri adına layiq görül-

müşdür. 


1967-ci ildə Azərbaycan EA-ya 

müxbir üzv seçilmişdir. 1945-ci ildən 

ömrünün sonuna kimi N.Nərimanov 

adına Azərbaycan Dövlət Tibb İnsti-

tutunun Göz xəstəlikləri kafedrasına 

rəhbərlik etmişdir. Yaxın Şərq və Af-

rika ölkələrində  əhalini traxomadan 

xilas etmək məqsədi ilə yaradılan 

ekspedisiyanın rəhbəri olmuş, xaricdə 

xeyli sayda cərrahiyyə  əməliyyatı 

aparmışdır. Həmin ekspedisiya za-

manı katarakta olan İndoneziyanın 

ilk prezidenti Əhməd Sukarnonun da 

gözlərini  əməliyyatla açmışdır. Ana-

dan kor doğulan uşaqların gözünə 

işıq vermişdir. O, “Göz  xəstəlikləri” 

adlı Azərbaycan dilində çap olu-

nan ilk dərsliyin müəllifidir. Alimin 

elmi fəaliyyətində qlaukoma və tra-

xomanın diaqnostikası, klinikası  və 

müalicəsi, hamiləlik patalogiyası  və 

başqa xəstəliklər zamanı görmə orqa-

nının zədələnməsinin tədqiqinə dair 

məsələlər əsas yer tutur. 

Oftalmologiya üzrə latın-rus-

azərbaycan terminoloji lüğətin (1934), 

göz xəstəlikləri barədə bir neçə 

dərsliyin və  bəzi göz xəstəliklərinin 

diaqnostikası və profilaktikasına dair 

metodik tövsiyələrin, 3 monoqrafi-

yanın və 200-ə yaxın elmi məqalənin 

müəllifidir. Azərbaycanda oftalmolo-

giya elminin banisidir.

 Ümumdünya Oftalmoloqlar (Brüs-

sel 1958), Afrika-Asiya ölkələri göz 

həkimlərinin 1-ci (Qahirə 1958), 2-ci 

(Tunis 1960), 3-cü (İstanbul 1964), 

4-cü (Beyrut 1968) konqreslərinin 

iştirakçısı, Sovet Sülhü Müdafiə 

Komitəsinin (1955-1974), Sovet 

Qadınlar Komitəsinin (1963-1974) 

üzvü, Azərbaycan SSR Oftalmoloq-

lar Cəmiyyətinin sədri (1957-1974) 

olmuşdur. Oftalmoloq  alim  1962-

ci ildə Azərbaycan EA-nın (indiki 

AMEA) müxbir üzvü adını almışdır. 

Keçmiş SSRİ Ali Sovetinə (5-6 ça-

ğırış), Azərbaycan SSR Ali Sovetinə 

(4-cü çağırış) deputat seçilmişdir. Le-

nin ordeni ilə  təltif edilmişdir. Haq-

qında hələ həyatda olarkən  “Ümnisə 

xanım” adlı sənədli film çəkilmişdir.

Görkəmli alim Ümnisə Musabəyli 

1974-cü ildə Bakıda vəfat etmişdir.



Ə d ə b i y y a t

Göz xəstəlikləri: tibb 

institutu üçün dərslik 

/Ü.Musabəyli.- Bakı: 

Maarif, 1972.- 187 s.

Refraksiya, akkomoda-

siya və optik şüşələrin 

təyini /Ü.Musabəyli, 

R.M.Axundova.- Bakı, 

1977.- 64 s.

Məhyəddin qızı, Ş. 

Qaranlıqdan işığa 

/Ş.Məhyəddin qızı.- 

Bakı: Nasir, 2012.-     

177 s.

Azərbaycan tarixində 

iz qoyan Musabəyovlar      

//Azadlıq.- 2013.- 8-11 

avqust.- S. 14.

Ümnisə Musabəyli         

//Azərbaycan 

Səhiyyəsinin Tarixi.- 

Bakı, 2002.- S. 152-153.

İ n t e r n e t d ə

anl.az/el/Kitab/2013/

Azf-273020.pdf

https://az.wikipedia.

org/.../Umnisə_

Musabəyov..

9

115 

illiyi

Oftalmoloq


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə