304
Tarixdə bu gün
Dövlət Müstəqilliyi Günü
1991
OKTY
ABR
XX yüzilliyin sonlarında Sovetlər
Birliyinin süquta uğraması ilə yaranan
əlverişli tarixi şərait və taleyin bəxş et-
diyi imkan nəticəsində Azərbaycan xal-
qı XX yüzillikdə ikinci dəfə müstəqillik
bayrağını qaldırdı. Bu, xalqımızın si-
yasi tarixində XX əsrdəki ikinci par-
laq qələbəsi idi. Rusiyada demokra-
tik qüvvələrin fəaliyyəti nəticəsində
respublikalarda da mərkəzdən qaçma,
öz suverenliyinə qovuşmaq istəkləri
qarşısıalınmaz həddə çatdı. Belə
şəraitdə Azərbaycan Respublikası Ali
Sovetinin xalqın tələbi ilə çağırılmış
növbədənkənar sessiyasında 1991-ci
il avqustun 30-da Azərbaycan Respub-
likasının dövlət müstəqilliyini bərpa
etmək haqqında bəyannamə qəbul
edildi. Azərbaycan Respublikasının Ali
Sovetinin həmin ilin 18 oktyabr tarixli
sessiyasında “Azərbaycan Respubli-
kasının Dövlət müstəqilliyi haqqında”
Konstitusiya Aktı yekdilliklə qəbul
edildi. Beləliklə, 1991-ci ilin bu günü
Azərbaycan Respublikası 1918-1920-ci
illər Azərbaycan Xalq Cümhuriyyətinin
davamçısı, varisi elan olundu. Ötən
əsrin əvvəllərində cəmi 23 ay müstəqil
olan Azərbaycan yenidən azadlığa qo-
vuşdu. 1991-ci il dekabr ayının 29-da
Azərbaycan Respublikasında ümum-
xalq səsverməsi - referendum keçirildi.
Referendum bülletenlərində yalnız bir
sual vardı: “Siz “Azərbaycan Respub-
likasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı dövlət müstəqilliyinin
lehinə səs verdi. 1992-ci ilin mayında
Milli Məclis (parlament) Azərbaycan
Respublikasının Dövlət himnini (mu-
siqisi Üzeyir Hacıbəylinin, sözləri
Əhməd Cavadındır), bir müddət son-
ra isə Dövlət bayrağı və üzərində alov
dilləri olan səkkizguşəli ulduz təsvir
edilmiş Dövlət gerbini təsdiq etdi. Bü-
tün təbii sərvətlərin xalqa mənsubluğu
haqqında qərar qəbul edildi. Elə həmin
aktdan bəri Azərbaycan bütün sahələrdə
beynəlxalq sazişlərə imza atmağa baş-
ladı, müstəqil inkişaf yoluna qədəm
qoydu. Konstitusiya aktı həm də si-
yasi və iqtisadi münasibətlərin yeni
fundamental prinsiplərini müəyyən
etdi. Müstəqil Azərbaycan dövlətinin
qarşısında duran ən mühüm vəzifə
Ermənistan-Azərbaycan münaqişəsinin
və Dağlıq Qarabağ probleminin həll
edilməsi, işğal olunmuş torpaqları-
mızın azad olunması, ərazi bütövlü-
yümüzün bərpası, didərgin düşmüş
vətəndaşlarımızın öz yurdlarına qay-
tarılması, respublikamızın iqtisadi
tərəqqisinə nail olunması, əhalinin
həyat səviyyəsinin yüksəldilməsi,
iqtisadi islahatların və demokratik
proseslərin daha da dərinləşdirilməsidir.
Azərbaycanın dövlət müstəqilliyi xal-
qımızın tarixi nailiyyətidir və hər biri-
mizin borcu onu qorumaq, yaşatmaq,
inkişaf etdirmək və dünyanın qabaqcıl
dövlətləri səviyyəsinə qaldırmaqdan
ibarətdir.
18
Ə d ə b i y y a t
Dövlət müstəqilliyimizin
təminatçısı 18 oktyabr
Dövlət Müstəqilliyi Günü-
dür //Azərbaycan.-2015.- 18
oktyabr.- S. 1.
Hacalıyev, E. Azərbaycanın
dövlət müstəqilliyi
Azərbaycan xalqının
milli sərvətidir: 18 Okt-
yabr Dövlət Müstəqilliyi
Günüdür /E.Hacalıyev
//Azərbaycan.-2014.- 18
oktyabr.- S.5.
Mübarizlərdən
keçən yol...
18 oktyabr - Azərbaycanın
dövlət müstəqilliyi günüdür
//Mədəniyyət.az.-2015.- №
10.- S.10-13.
Şabanov, R. Müasir
Azərbaycanın müstəqilliyi
Heydər Əliyevin adı
ilə bağlıdır /R.Şabanov
//Respublika.-2014.- 16
oktyabr.- S.5.
İ n t e r n e t d ə
http://www.anl.az/down/
meqale/azerbaycan/2015/
oktyabr/459207.htm
http://www.anl.az/down/
meqale/azerbaycan/2014/
oktyabr/397069.htm
http://www.anl.az/down/
meqale/respublika/2014/
oktyabr/396747.htm
305
Tarixdə bu gün
Birləşmiş Millətlər Təşkilatı Günü
1945
OKTY
ABR
Birləşmiş Millətlər Təşkilatı
(BMT) - 1945-ci il oktyabrın 10-da
yaradılmış dövlətlərarası beynəlxalq
təşkilatdır. Hal-hazırda Vatikan-
dan başqa 193 ölkə bu təşkilatın
üzvüdür. BMT-nin qərargahı Nyu-
York şəhərindədir. Əsas vəzifəsi
beynəlxalq sülhü və təhlükəsizliyi
qorumaq və möhkəmlətmək,
dövlətlər arasında əməkdaşlığı inki-
şaf etdirməkdir.
Birləşmiş Millətlər Təşkilatı
İkinci Dünya müharibəsindən sonra,
beynəlxalq sülhün və təhlükəsizliyin
qorunub saxlanılması, millətlər ara-
sında dostluq əlaqələrinin inkişafı
və sosial tərəqiyyə yardım, insan
həyatının və hüquqlarının müdafiəsi
səviyyəsinin yüksəldilməsi
məqsədilə yaradılmışdır.
BMT-nin Nizamnaməsi 1945-ci
il iyunun 26-da San-Fransisko konf-
ransında 50 dövlətin nümayəndəsi
tərəfindən imzalanmış və 1945-ci il
oktyabrın 24-də qüvvəyə minmiş-
dir.
Azərbaycan Respublikası 1992-
ci ildən BMT-nin üzvüdür.
Üzv ölkələr öz aralarında BMT-
nin Nizamnaməsinin - onların dün-
ya birliyinin üzvləri kimi hüquq
və vəzifələrini müəyyənləşdirən
beynəlxalq müqavilənin prinsipləri
ilə əlaqələnirlər.
Birləşmiş Millətlər Təşkilatı aşa-
ğıdakı qurumlardan ibarətdir:
1.Altı əsas orqandan ibarət olan
BMT-nin özü:
Baş Assambleya, Təhlükəsizlik
Şurası, İqtisadi və Sosial Şura, Ha-
milik Şurası, Beynəlxalq Məhkəmə
və Katiblik. Niderlandın Haaqa
şəhərində yerləşən Beynəlxalq
Məhkəmədən başqa, digər qurum-
lar Nyu-Yorkda, BMT-nin Mərkəzi
idarələrində yerləşirlər.
2.BMT-nin Təhsil, Elm və
Mədəniyyət Təşkilatı (UNESCO),
BMT-nin Uşaq Fondu (UNICEF),
BMT-nin İnkişaf Proqramı (BMTİP)
və BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığı (BMTQAK) kimi in-
kişaf, humanitar yardım və insan
hüquqlarının müdafiəsi sahələrində
fəaliyyətləri həyata keçirən ixtisas-
laşmış təşkilatlar.
BMTİP-in Azərbaycan
Nümayəndəliyi 24 ildən çoxdur ki,
ölkədə fəaliyyət göstərir. BMTIP
Azərbaycan Hökuməti ilə 2011-
2015-ci illəri əhatə edən Ölkə Proq-
ramı əsasında yaxından əməkdaşlıq
edir. Nazirlər Kabineti Hökumətlə
Əlaqələndirmə Orqanı rolunu
oynayır və nazirlikləri, dövlət
komitələrini, elm mərkəzlərini və
QHT-ləri proqram fəaliyyəti üçün
tərəfdaşlar kimi çıxış etmələrini ni-
zamlayır.
24
Ə d ə b i y y a t
2016-cı il 25-27 aprel
tarixlərində Bakı şəhərində
keçiriləcək Birləşmiş Millətlər
Təşkilatı Sivilizasiyalar Alyan-
sının 7-ci Qlobal Forumu ilə
bağlı əlavə tədbirlər haqqın-
da: Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı,
11 noyabr 2015-ci il
/İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
//Azərbaycan.- 2015.- 12
noyabr.- S. 2.
Карташкин, В.А.
Организация Объединенных
Наций и международная
защита прав человека в ХХI
веке /В.А.Карташкин.- М.:
Норма, ИНФРА-М, 2015.-
174 с.
https://az.wikipedia.org/.../
Birləşmiş_Millətlər_
kayzen.az/.../BMT/.../21-bmt-
nin--quruluşu--Əs..
kayzen.az/blog/.../birləşmiş-
millətlər-təşkilatı.ht..
www.az.undp.org/content/.../
about_undp.html