Teqvim-2017. pdf


Tarixdə bu gün Dövlət Müstəqilliyi Günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə146/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   142   143   144   145   146   147   148   149   ...   200

304

Tarixdə bu gün

Dövlət Müstəqilliyi Günü

1991

OKTY

ABR

XX yüzilliyin sonlarında Sovetlər 

Birliyinin süquta uğraması ilə yaranan 

əlverişli tarixi şərait və taleyin bəxş et-

diyi imkan nəticəsində Azərbaycan xal-

qı XX yüzillikdə ikinci dəfə müstəqillik 

bayrağını qaldırdı. Bu, xalqımızın si-

yasi tarixində XX əsrdəki ikinci par-

laq qələbəsi idi. Rusiyada demokra-

tik qüvvələrin fəaliyyəti nəticəsində 

respublikalarda da mərkəzdən qaçma, 

öz suverenliyinə qovuşmaq istəkləri 

qarşısıalınmaz həddə çatdı. Belə 

şəraitdə Azərbaycan Respublikası Ali 

Sovetinin xalqın tələbi ilə çağırılmış 

növbədənkənar sessiyasında 1991-ci 

il avqustun 30-da Azərbaycan Respub-

likasının dövlət müstəqilliyini bərpa 

etmək haqqında bəyannamə  qəbul 

edildi. Azərbaycan Respublikasının Ali 

Sovetinin həmin ilin 18 oktyabr tarixli 

sessiyasında “Azərbaycan Respubli-

kasının Dövlət müstəqilliyi haqqında” 

Konstitusiya Aktı yekdilliklə  qəbul 

edildi. Beləliklə, 1991-ci ilin bu günü 

Azərbaycan Respublikası 1918-1920-ci 

illər Azərbaycan Xalq Cümhuriyyətinin 

davamçısı, varisi elan olundu. Ötən 

əsrin əvvəllərində cəmi 23 ay müstəqil 

olan Azərbaycan yenidən azadlığa qo-

vuşdu. 1991-ci il dekabr ayının 29-da 

Azərbaycan Respublikasında ümum-

xalq səsverməsi - referendum keçirildi. 

Referendum bülletenlərində yalnız bir 

sual vardı: “Siz “Azərbaycan Respub-

likasının dövlət müstəqilliyi haqqında” 

Konstitusiya aktına tərəfdarsınızmı?” 

Azərbaycan xalqı dövlət müstəqilliyinin 

lehinə səs verdi. 1992-ci ilin mayında 

Milli Məclis (parlament) Azərbaycan 

Respublikasının Dövlət himnini (mu-

siqisi Üzeyir Hacıbəylinin, sözləri 

Əhməd Cavadındır), bir müddət son-

ra isə Dövlət bayrağı və üzərində alov 

dilləri olan səkkizguşəli ulduz təsvir 

edilmiş Dövlət gerbini təsdiq etdi. Bü-

tün təbii sərvətlərin xalqa mənsubluğu 

haqqında qərar qəbul edildi. Elə həmin 

aktdan bəri Azərbaycan bütün sahələrdə 

beynəlxalq sazişlərə imza atmağa baş-

ladı, müstəqil inkişaf yoluna qədəm 

qoydu. Konstitusiya aktı  həm də si-

yasi və iqtisadi münasibətlərin yeni 

fundamental prinsiplərini müəyyən 

etdi. Müstəqil Azərbaycan dövlətinin 

qarşısında duran ən mühüm vəzifə 

Ermənistan-Azərbaycan münaqişəsinin 

və Dağlıq Qarabağ probleminin həll 

edilməsi, işğal olunmuş torpaqları-

mızın azad olunması,  ərazi bütövlü-

yümüzün bərpası, didərgin düşmüş 

vətəndaşlarımızın öz yurdlarına qay-

tarılması, respublikamızın iqtisadi 

tərəqqisinə nail olunması,  əhalinin 

həyat səviyyəsinin yüksəldilməsi, 

iqtisadi islahatların və demokratik 

proseslərin daha da dərinləşdirilməsidir. 

Azərbaycanın dövlət müstəqilliyi xal-

qımızın tarixi nailiyyətidir və hər biri-

mizin borcu onu qorumaq, yaşatmaq, 

inkişaf etdirmək və dünyanın qabaqcıl 

dövlətləri səviyyəsinə qaldırmaqdan 

ibarətdir.

18

Ə d ə b i y y a t

Dövlət müstəqilliyimizin 

təminatçısı 18 oktyabr 

Dövlət Müstəqilliyi Günü-

dür //Azərbaycan.-2015.- 18 

oktyabr.- S. 1.

Hacalıyev, E. Azərbaycanın 

dövlət müstəqilliyi 

Azərbaycan xalqının 

milli sərvətidir: 18 Okt-

yabr Dövlət Müstəqilliyi 

Günüdür /E.Hacalıyev                 

//Azərbaycan.-2014.- 18 

oktyabr.- S.5.

Mübarizlərdən 

keçən yol... 

18 oktyabr - Azərbaycanın 

dövlət müstəqilliyi günüdür 

//Mədəniyyət.az.-2015.- № 

10.- S.10-13.

Şabanov, R. Müasir 

Azərbaycanın müstəqilliyi 

Heydər Əliyevin adı 

ilə bağlıdır /R.Şabanov                  

//Respublika.-2014.- 16 

oktyabr.- S.5.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/azerbaycan/2015/

oktyabr/459207.htm

http://www.anl.az/down/

meqale/azerbaycan/2014/

oktyabr/397069.htm

http://www.anl.az/down/

meqale/respublika/2014/

oktyabr/396747.htm



305

Tarixdə bu gün

Birləşmiş Millətlər Təşkilatı Günü  

1945

OKTY

ABR

Birləşmiş Millətlər Təşkilatı  

(BMT) - 1945-ci il oktyabrın 10-da  

yaradılmış dövlətlərarası beynəlxalq 

təşkilatdır. Hal-hazırda Vatikan-

dan başqa 193 ölkə bu təşkilatın 

üzvüdür. BMT-nin qərargahı Nyu-

York  şəhərindədir.  Əsas vəzifəsi 

beynəlxalq sülhü və  təhlükəsizliyi 

qorumaq və möhkəmlətmək, 

dövlətlər arasında əməkdaşlığı inki-

şaf etdirməkdir.

Birləşmiş Millətlər Təşkilatı 

İkinci Dünya müharibəsindən sonra

beynəlxalq sülhün və təhlükəsizliyin 

qorunub saxlanılması, millətlər ara-

sında dostluq əlaqələrinin inkişafı 

və sosial tərəqiyyə yardım, insan 

həyatının və hüquqlarının müdafiəsi 

səviyyəsinin yüksəldilməsi 

məqsədilə yaradılmışdır.

BMT-nin Nizamnaməsi 1945-ci 

il iyunun 26-da San-Fransisko konf-

ransında 50 dövlətin nümayəndəsi 

tərəfindən imzalanmış və 1945-ci il 

oktyabrın 24-də qüvvəyə minmiş-

dir.

Azərbaycan Respublikası 1992-



ci ildən BMT-nin üzvüdür.

Üzv ölkələr öz aralarında BMT-

nin Nizamnaməsinin - onların dün-

ya birliyinin üzvləri kimi hüquq 

və  vəzifələrini müəyyənləşdirən 

beynəlxalq müqavilənin prinsipləri 

ilə əlaqələnirlər.

Birləşmiş Millətlər Təşkilatı aşa-

ğıdakı qurumlardan ibarətdir: 

1.Altı  əsas orqandan ibarət olan 

BMT-nin özü: 

Baş Assambleya,  Təhlükəsizlik 

Şurası, İqtisadi və Sosial Şura, Ha-

milik Şurası, Beynəlxalq Məhkəmə 

və Katiblik. Niderlandın Haaqa 

şəhərində yerləşən Beynəlxalq 

Məhkəmədən başqa, digər qurum-

lar Nyu-Yorkda, BMT-nin Mərkəzi 

idarələrində yerləşirlər.

2.BMT-nin Təhsil, Elm və 

Mədəniyyət Təşkilatı (UNESCO), 

BMT-nin Uşaq Fondu (UNICEF), 

BMT-nin İnkişaf Proqramı (BMTİP) 

və BMT-nin Qaçqınlar üzrə Ali 

Komissarlığı (BMTQAK) kimi in-

kişaf, humanitar yardım və insan 

hüquqlarının müdafiəsi sahələrində 

fəaliyyətləri həyata keçirən ixtisas-

laşmış təşkilatlar.

BMTİP-in Azərbaycan 

Nümayəndəliyi 24 ildən çoxdur ki, 

ölkədə  fəaliyyət göstərir. BMTIP 

Azərbaycan Hökuməti ilə 2011-

2015-ci illəri əhatə edən Ölkə Proq-

ramı əsasında yaxından əməkdaşlıq 

edir. Nazirlər Kabineti Hökumətlə 

Əlaqələndirmə Orqanı rolunu 

oynayır və nazirlikləri, dövlət 

komitələrini, elm mərkəzlərini və 

QHT-ləri proqram fəaliyyəti üçün 

tərəfdaşlar kimi çıxış etmələrini ni-

zamlayır.  



24

Ə d ə b i y y a t

2016-cı il 25-27 aprel 

tarixlərində Bakı şəhərində 

keçiriləcək Birləşmiş Millətlər 

Təşkilatı Sivilizasiyalar Alyan-

sının 7-ci Qlobal Forumu ilə 

bağlı əlavə tədbirlər haqqın-

da: Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı, 

11 noyabr 2015-ci il                           

/İlham Əliyev, Azərbaycan 

Respublikasının Prezidenti                

//Azərbaycan.- 2015.- 12 

noyabr.- S. 2.

Карташкин, В.А. 

Организация Объединенных 

Наций и международная 

защита прав человека в ХХI 

веке  /В.А.Карташкин.- М.: 

Норма, ИНФРА-М, 2015.- 

174 с.  

https://az.wikipedia.org/.../

Birləşmiş_Millətlər_

kayzen.az/.../BMT/.../21-bmt-

nin--quruluşu--Əs..

kayzen.az/blog/.../birləşmiş-

millətlər-təşkilatı.ht..

www.az.undp.org/content/.../

about_undp.html

 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə