Teqvim-2017. pdf


Musiqi.Opera.Balet Fikrət Əmirov



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə154/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   150   151   152   153   154   155   156   157   ...   200

321

Musiqi.Opera.Balet

Fikrət Əmirov 

1922-1984

NOY

ABR

Fikrət Məşədi Cəmil oğlu  Əmirov 

1922-ci il noyabr ayının 22-də Gəncə 

şəhərində, məşhur tarzən və xanəndə 

ailəsində anadan olmuşdur.  Əvvəlcə 

Gəncədə musiqi məktəbinin tar sinfində, 

sonra Bakıda musiqi məktəbinin kom-

pozisiya sinfində oxumuşdur. 1939-cu 

ildə Azərbaycan Dövlət Konservatori-

yasına daxil olmuşdur. Müharibə baş-

layanda cəbhəyə getmiş, yaralanandan 

sonra Bakıya qayıtmışdır. 

1942-1945-ci illərdə Azərbaycan 

Dövlət Filarmoniyasının direktoru və 

bədii rəhbəri, eyni zamanda Gəncə Mu-

siqi Məktəbinin direktoru olmuşdur. 

1945-ci ildə konservatoriyada təhsilini 

davam etdirmiş, 3 il sonra bitirmişdir. 

1946-1947-ci illərdə M.Maqomayev 

adına Azərbaycan Dövlət Filarmoniya-

sının bədii rəhbəri, 1956-1959-cu illərdə 

isə M.F.Axundov adına Azərbaycan 

Opera və Balet Teatrının direktoru 

olmuşdur. Azərbaycanı dünyada ta-

nıdan milli bəstəkarlıq məktəbinin  ən 

layiqli nümayəndələrindən biri olan 

F.Əmirov sağlığında ölməzlik qa-

zanmış  sənətkarlardandır. Onun ya-

radıcılığı XX əsr Azərbaycan musiqi 

tarixinin  ən parlaq səhifələrindəndir. 

Bəstəkarın yaradıcılıq ideyaları, ge-

niş dinləyici auditoriyasına ünvan-

lanmışdır. F.Əmirovun  əsərləri təkcə 

ölkəmizdə deyil, həm də Rusiya, ABŞ, 

Almaniya, İngiltərə, Fransa, Meksika, 

İran, Türkiyə, Misir, İsveç, Mərakeş və 

başqa ölkələrdə böyük müvəffəqiyyətlə 

səslənmiş  və dinləyicilərin böyük 

rəğbətini qazanmışdır. F.Əmirov lirik 

bəstəkardır. Onun musiqisində ide-

ya, forma, məzmun baxımından asılı 

olmayaraq lirika həmişə aparıcı amil 

olmuş, bəstəkarın bütün yaradıcılığına 

sirayət etmişdir. Onun əsərlərində dra-

matik, epik obrazlar, fəlsəfi düşüncələr 

belə lirik planda verilmişdir. F.Əmirov 

Azərbaycan musiqi tarixinə  əsl nova-

tor, yeni şair, yeni movzular gətirmiş 

bir sənətkar kimi daxil olmuşdur. 

F.Əmirovun simfonik yaradıcılığı 

rəngarəngdir. Fəlsəfi mahiyyət kəsb 

edən “Nizami” (1947) simli simfoni-

yası lirizmi, təsirliliyi, aydın və incə 

musiqi üslubu ilə  fərqlənir. F.Əmirov 

simfonik müğam janrının yaradıcısıdır. 

Onun “Şur”, “Kürd-ovşarı”, “Gülüstan 

Bayatı-Şiraz” simfonik muğamları, 

“Azərbaycan” süitası, “Sevil” opera-

sı, “Min bir gecə” baleti, “Azərbaycan 

kapriççiosu”, “Nəsimi” xoreoqrafik 

poeması, “Simfonik rəqslər”, vokal 

instrumental  əsərləri dünya musiqi 

mədəniyyəti xəzinəsinə  dəyərli töhfə 

olmuş, musiqimizin qızıl fonduna da-

xil edilmişdir. 1956-cı ildə Azərbaycan 

Bəstəkarlar  İttifaqının, 1975-ci ildə 

keçmiş SSRİ  Bəstəkarlar  İttifaqının  

katibi olmuşdur. 

Azərbaycanın musiqi mədəniyyə-

tinin inkişafında göstərdiyi misil-

siz xidmətlərinə görə Fikrət  Əmirov 

1965-ci ildə SSRİ, 1958-ci ildə isə 

Azərbaycan SSR-in “Xalq artis-

ti”, 1982-ci ildə “Sosialist Əməyi 

Qəhrəmanı” fəxri adlarına layiq görül-

müşdür. SSRİ (1980) və  Azərbaycan 

(1974) Dövlət mükafatları laureatı ol-

muş, iki dəfə “Qırmızı Əmək Bayrağı” 

ordeni  (1967, 1971), iki dəfə “Lenin” 

ordeni (1959, 1982) ilə təltif olunmuş-

dur.

 Fikrət Əmirov 20 noyabr 1984-cü 



ildə Bakıda vəfat etmiş, Fəxri Xiya-

banda dəfn olunmuşdur.



22

Ə d ə b i y y a t

Musiqi aləmində 

/F.Əmirov.- Bakı: 

Gənclik, 1983.- 267 s.

Fikrət Əmirov: biblioqra-

fiya /tərt. T.Məmmədova, 

A. Novruzova.- Bakı, 

2009.- 271 s.

Qasımova, S. Fikrət 

Əmirov  /S.Qasımova.- 

Bakı: Nağıl evi, 2004.- 

208 s.

Təhmirazqızı, S. Fikrət 

Əmirov /S.Təhmirazqızı.- 

Bakı: Aspoliqraf, 2012.- 

399 s.

Əmirov, T. Fikrət Əmirov 

/T.Əmirov //Ədalət.- 

2015.- 28 oktyabr.- S. 5.

Шарифова-Алиханова, 

В. Фикрет Амиров: 

Жизнь и творчество 

/В.Шарифова-

Алиханова.- Баку: Сада, 

2005.- 240 с.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Fikrət_Əmirov

mim.ucoz.org/publ/7-1-

0-11

www.musigi-dunya.az/

new/added.asp?...txt...

95 

illiyi

Bəstəkar


322

Milli Qəhrəmanlar

Oqtay Güləliyev

1962-1992

NOY

ABR

Oqtay Güləli oğlu Güləliyev 1962-

ci il noyabr ayının 10-da Laçın rayonu-

nun Xaçınyalı kəndində anadan olmuş-

dur. 1982-ci ildə orta məktəbi bitirmiş 

və hərbi xidmətə çağırılmışdır. 1984-cü 

ildə Poltava Kooperativ İnstitutunun 

Bakı filialına daxil olmuşdur. 1989-cu 

ildə institutun iqtisadiyyat fakültəsini 

fərqlənmə diplomu ilə bitirərək, Laçın 

rayon Daxili İşlər  Şöbəsində pasport 

bölməsində baş inspektor, sonra isə po-

lis rotasının komandiri təyin olunmuş-

dur. Məlum “Daşaltı əməliyyatı” zama-

nı onun rotası mühasirəyə düşmüşdür. 

O, 80 nəfər əsgərimizi təhlükəsiz zona-

ya çıxarmağa nail olmuşdur. Pircahan 

kəndi yaxınlığında yaralanan Oqtay 

hospitalda müalicə olunduqdan sonra 

yenidən cəbhəyə qayıtmışdır. 1992-ci il 

sentyabrın 19-da Oqtay Güləliyev La-

çın dəhlizini götürmək üçün əməliyyat 

planını hazırlayır.  Əvvəlcə Hocaz 

kəndini, sonra isə  Nərgiz yüksəkliyini 

ələ keçirmək planı hazırlamış, rota-

sı ilə birlikdə düşmənin canlı və hərbi 

texniki qüvvəsini məhv etmişdir. Sus 

və Qızılca kəndlərindən keçib yenidən 

Hocaz kəndinə dönərkən mühasirəyə 

düşmüşdür. Oqtay Güləliyev yoldaş-

larını  çətin vəziyyətdən xilas edərək, 

onları  təhlükəsiz yerə keçirsə  də, özü 

qəhrəmancasına həlak olmuşdur. 

Ailəli idi. İki övladı yadigar qalıb. 

Azərbaycan Respublikası Preziden-

tinin 11 may 1993-cü il tarixli 599 say-

lı  Fərmanı ilə Güləliyev Oqtay Güləli 

oğlu ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür. 

Bakı  şəhərindəki  Şəhidlər Xiyaba-

nında dəfn edilmişdir. Laçın şəhərində 

və Piçənis kəndində adına məktəb var.

2015-ci il noyabr ayının 24-də  La-

çın rayonundan məcburi köçkünlərin 

məskunlaşdığı 

Ağcabədi rayonu-

nun Taxtakörpü qəsəbəsində Oqtay 

Güləliyev haqqında çəkilmiş “La-

çın qartalı” sənədli  filminin təqdimat 

mərasimi keçirilmişdir.

30

10

Ə d ə b i y y a t 

Azərbaycan Respublikası Daxili işlər orqanlarının əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməsi haqqında: 

[Güləliyev Oqtay Güləli  oğlu – Laçın rayon polis şöbəsinin post-patrul xidməti batalyonunun rota komandiri, polis baş leytenan-

tı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 

göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 11 may 1993-cü il  //Azərbaycan Respublikası 

Ali Sovetinin Məlumatı.- 1993.-  № 9 .- S. 55.- (Ölümündən sonra).

Əsgərov, V. Güləliyev Oqtay Güləli oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.103.

Güləliyev Oqtay Güləli oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- Bakı, 

2008.- S.76-77.

Seyidzadə, M. Güləliyev Oqtay Güləli oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar  zirvəsi.- Bakı, 2010.- S.79.

Muradov, H. “Səngər xatirələri” /H.Muradov //Laçın yurdu.- 2014.- № 1.- S.63-66.

55 

illiyi

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə