Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə142/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   138   139   140   141   142   143   144   145   ...   200

296

Milli Qəhrəmanlar

50 

illiyi

Namiq Allahverdiyev

1967-1992

OKTY

ABR

Namiq Müslüm oğlu Allahverdi-

yev 1967-ci il oktyabr ayının 5-də 

Beyləqan rayonunda anadan olmuş-

dur. 1984-cü ildə 1 saylı orta məktəbi 

bitirmişdir. 1985-ci ildə  hərbi xidmətə 

çağırılmış, 1987-ci ildə hərbi xidmətini 

Moskva  ətrafında başa vuraraq vətənə 

dönmüşdür. 1988-ci ildə ermənilərin 

təcavüzkarlığına dözməyən Namiq kö-

nüllü olaraq Vətənin müdafiəsinə qalx-

mışdır. Onun ilk döyüş yolu 1990-cı 

ildə Qubadlı rayonundan başlanmışdır. 

Namiq 1991-ci il avqust ayının 31-də 

DİN-in XTP dəstələrinə daxil olmuş və 

yenidən döyüş meydanına atılmışdır. 

O, Laçın,  Əsgəran, Füzuli, Goranboy 

rayonlarının müdafiəsi uğrunda gedən 

döyüşlərdə  iştirak etmişdir. Sonuncu 

döyüşü Tərtər rayonunda olmuşdur. 

Marquşevan, Kəsənqaya, Malalan, 

Birinci və  İkinci Çaylı  kəndlərinin 

düşməndən azad edilməsində xüsusi 

fəallıq göstərmişdir. 9 iyul 1992-ci ildə 

erməni yaraqlıları Cəmilli yüksəkliyinə 

hücum edərkən, Namiq düşməni qa-

baqlamaq üçün döyüşçü yoldaşları ilə 

yüksəkliyə qalxmış  və orada əlverişli 

mövqe tutmuşdur. Lakin tanklardan atı-

lan mərmi onun həyatına son qoymuş-

dur. Namiq Bakıdakı Şəhidlər Xiyaba-

nında dəfn edilmişdir. Subay idi. 

Azərbaycan Respublikası Preziden-

tinin 8 oktyabr 1992-ci il tarixli 264 

saylı  Fərmanı ilə Allahverdiyev Na-

miq Müslüm oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir. 

Beyləqan şəhər 1 saylı orta məktəb 

onun adını daşıyır. Rayon mərkəzində 

büstü qoyulmuşdur. 

Ə d ə b i y y a t 

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Allahverdiyev Namiq Müslüm oğlu – polis serjantı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 

əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 

oktyabr 1992-ci il  //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).

Allahverdiyev Namiq Müslüm oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- 

Bakı, 2008.- S.28-29.

Əsgərov, V.  Allahverdiyev Namiq Müslüm oğlu //Əsgərov V. Azərbaycanın  Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- 

S. 35.

Seyidzadə, M. Namiq Müslüm oğlu Allahverdiyev //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.26.  

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki/

www.adam.az/index.php?option...63

5

Milli Qəhrəman

5



297

5

Milli Qəhrəmanlar 

65 

illiyi

Rəfael Əsədov

1952-1992

OKTY

ABR

Rəfael Əvəz oğlu Əsədov 1952-ci il 

oktyabr ayının 27-də Gəncə şəhərində 

dünyaya göz açmışdır. 1969-cu ildə 

orta məktəbi bitirdikdən sonra Tbili-

si Ali Artilleriya Məktəbinə daxil ol-

muşdur. 1973-cü ildə  hərbi məktəbi 

bitirərək, təhsilini Sankt-Peterburq 

Hərbi Artilleriya Akademiyasında da-

vam etdirmişdir. R.Əsədov ali təhsilini 

başa çatdırdıqdan sonra SSRİ Silah-

lı Qüvvələrinin məhdud kontingenti 

tərkibində Macarıstan, Vyetnam və 

Əfqanıstanda qulluq etmiş, leytenant 

rütbəsindən polkovnik rütbəsinədək 

yüksəlmişdir. 1991-ci il Azərbaycanın 

başının üstünü qara buludlar alanda 

gənc zabit qəlbinin hökmü ilə  vətənə 

qayıdaraq, öz taleyini təzəcə yaranmaq-

da olan Milli Ordu ilə bağlamış, artille-

riyanın təkmilləşdirilməsində, müasir 

zenit batareyalarının yaradılmasında 

bilik və bacarığını  əsirgəməmişdir. 

Polkovnik Rəfael  Əsədov artilleriya 

korpusunun komandiri təyin edilmiş

Ağdam, Goranboy, Tovuz və Gədəbəy 

döyüş bölgələrində aparılan hərbi 

əməliyyatların təşkilatçısı  və  fəal iş-

tirakçısı olmuşdur. Onun apardığı 

döyüş  əməliyyatlarının  əksəriyyəti 

uğurla nəticələnmişdir. Cəsur koman-

dir 12 noyabr 1992-ci ildə  Ağstafa 

bölgəsində növbəti  əməliyyata hazır-

lıq zamanı döyüş mövqelərinə nəzarət 

edərkən yaxınlıqda partlayan mərmi 

qəlpələrindən həlak olmuşdur. 

Azərbaycan Respublikası Prezi-

dentinin 16 sentyabr 1994-cü il ta-

rixli 202 saylı  Fərmanı ilə  Əsədov 

Rəfael Əsəd oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəhramanı” fəxri 

adı verilmişdir. 

Bakı şəhərinin Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir. Ağstafa  şəhərində 

adına küçə var.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Əsədov Rəfael Əvəz oğlu – polkovnik – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin 

torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, 

öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə 72 yetirilməsində göstərdiyi misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra). 

Əsgərov, V. Əsədov Rəfael Əvəz oğlu //Əsgərov V. Azərbaycan Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S. 98

Quliyeva, N. Rəfael Əvəz oğlu Əsədov //Quliyeva N. Ölməzliyə gedən yol.- Bakı, 1996.- S.44-48. 

Seyidzadə, M. Rəfael Əvəz oğlu Əsədov //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.69. 

İ n t e r n e t d ə 

https://az.wikipedia.org/wiki/

www.adam.az/index.php?option...65

veten-ugrunda.az/.../241-sdov-rfael-vz-olu.htm...

27

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə