Teqvim-2017. pdf


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 105



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə140/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   136   137   138   139   140   141   142   143   ...   200

292

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

105 

illiyi

Həyat Abdullayeva

1912-2006

OKTY

ABR

Həyat Həmdulla qızı Abdullaye-

va 1912-ci il oktyabr ayının 14-də 

Dərbənd  şəhərində anadan olmuşdur. 

O, məşhur balıq sənayeçisi, dövlət 

xadimi Həmdulla Abdullayevin qızı-

dır. Atasının “xalq düşməni” adı ilə 

güllələnməsindən sonra, 1930-cu ildə 

anası ilə birlikdə Qazaxıstana sürgün 

edilmişdir. 1942-ci ildə Repin adına 

Leninqrad Rəssamlıq, Heykəltəraşlıq 

və Memarlıq  İnstitutuna daxil olmuş-

dur. Həmin illərdə Həyat xanım “Tutu 

xanım”, “Həsən bəy Zərdabi” kimi 

əsərlərini yaratmışdır. Həyat Abdulla-

yeva dəzgah heykəltəraşlığı sahəsində 

ilk ali təhsilli heykəltəraş qadın olmuş-

dur. Təhsilini başa vurduqdan sonra 

 

Bakıya qayıtmış  və Bakı  Rəssamlıq 



Texnikumunda dərs demişdir. O, Əzim 

Əzimzadə adına Rəssamlıq Texniku-

munda sənətin sirlərini  P.Sabsayın 

emalatxanasında almışdır. 

Həyat xanımın yaratdığı ilk iş “Gənc 

oğlan“ın portretidir. 1950-ci ildən 

heykəl portretlərin, monumentlərin 

və kiçik formalı plastik əsərlərin – 

“Ana” (1955), “Yeddi gözəl” (1957) 

heykəlcikləri, “Həcər” (1959), 

“Gənclik” (1960), “Lay-lay” (1963) 

heykəl-kompozisiyaların, Molla 

Pənah Vaqifin abidəsi (1957), “İki qız” 

(1967), “Vəcihə  Səmədovanın port-

reti” (1970), “Sənsiz” (1972) , “Şah 

İsmayıl”, “Natəvan” və s. müəllifidir. 

“Lay-lay” kompozisiyasında körpəsinə 

ayaqları üstündə lay-lay çalan gənc qa-

dın – ana təsvir olunub. Bu əsər natu-

radan işlənib. Böyük uğur qazanan bu 

əsər incəsənətimizin qızıl fonduna da-

xil olub. 

H.Abdullayeva heykəltəraşlıq 

sənətinin inkişafında öz dəsti xətti 

olan təkrarolunmaz sənətkar olmuş-

dur. 1950-ci ildə Nizami Gəncəvinin 

“7 gözəl“  əsərinin motivləri  əsasında 

işlədiyi  kompozisiya  (farfor) tətbiqi 

sənət sahəsində  ən baxımlı  işlərdən 

biridir. Bu işlərdə    müəllif qadın 

portretində rəgarəngliyə, psixoloji tam-

lığa cəhd etmiş,  qəhrəmanın müsbət, 

kəskin xarakterini, geyimini, düşüncə 

tərzini, incəliklə, böyük ustalıqla verə 

bilmişdir. 

Həyat xanımın yaradıcılığında uşaq-

lara həsr etdiyi məzmunlu kompozisi-

yaları  xüsusi yer tutur. Uşaqların sadə 

təmiz mənəviyyatının təsvirinə, xarak-

teristikasına tamaşaçıların diqqətini 

cəlb edə bilmişdir. M.F.Axundov adına 

Milli Kitabxananın fasadında qoyul-

muş Sovet ədəbiyyatının banisi Mak-

sim Qorkinin heykəlini yaratmışdır. 

Görkəmli heykəltəraş 1964-cü ildə 

“Əməkdar incəsənət xadimi” fəxri adı 

na layiq görülmüşdür. 

Həyat Abdullayeva 2006-cı il  aprel 

ayının 21-də Bakıda vəfat etmişdir.

2014-cü il martın 14-də  Həyat Ab-

dullayevanın 100 illiyi münasibətilə 

Əməkdar incəsənət xadimi, tanınmış 

rejissor Yavər Rzayevin “Azanfilm” 

studiyasında istehsal olunmuş “Gö-

zümün işığı  və ya qəribə heykəltəraş 

ömrü” sənədli filminin təqdimatı keçi-

rilmişdir.

Ə d ə b i y y a t

Həyat Abdullayeva            

//Azərbaycan qadın ensik-

lopediyası.- Bakı, 2002.- 

S. 16-17.

Gözümün işığı və ya 

qəribə heykəltəraş ömrü 

//Azərbaycan.- 2014.- 15 

mart.- S. 6. 

Möhləddinli, P. Qızıl 

əllər: Həyat Abdullayeva-

100 /P.Möhləddinli                  

//Mədəni həyat.- 2012.-   

№ 10.- S. 74.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/

Heykəltəraş

14



293

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

105 

illiyi

Bədurə Əfqanlı

1912-2002   

OKTY

ABR

Bədurə  Məlik qızı  Əfqanlı 1912-

ci il oktyabr ayının 25-də Bakı 

şəhərində dünyaya göz açmışdır. 

1929-cu ildə  əvvəlcə Bakı Pedaqo-

ji Texnikumuna daxil olmuş, lakin 

rəssam olmaq həvəsi 1931-ci ildə onu 

Bakı  Rəssamlıq Məktəbinə  gətirmiş, 

qrafika  şöbəsində  təhsil almışdır. 

Teatr rəssamı olmaq qərarına gələn 

Bədurə xanımın diplom işinin möv-

zusu V.Şekspirin “Otello” faciəsi ol-

muşdur. Çəkdiyi eskizlər, qurduğu 

kompozisiyalar, tapdığı yeni rəng ça-

larları onun özünəməxsus sənət duyu-

munu göstərirdi. Diplom işini uğurla 

başa vurmuşdur.  İlk tərtibat verdiyi 

səhnə  əsəri Rza Əfqanlının (Bədurə 

Əfqanlının həyat yoldaşı) quruluş-

çu rejissor olduğu “Qaçaq Kərəm” 

tamaşası olmuşdur. Onlar uzun illər 

birgə çalışmış, bir çox tamaşalara 

uğurlu səhnə  həyatı vermişlər. Birgə 

hazırladıqları tamaşalardan “Şeyx 

Sənan” faciəsini, “Aşıq Qərib” ope-

rasını, “1905-ci il”, “Sevil” pyeslərini 

qeyd etmək olar. Hər iki sənətkar 

bir müddət Türkmənistanda, Aşqa-

bad Dram Teatrında çalışmış, sonra 

yenidən Bakıya qayıdaraq yaradı-

cılıq işlərinə doğma  şəhərdə davam 

etmişlər. Bədurə  Əfqanlı 1937-ci 

ildə Azərbaycan Dövlət Dram Teat-

rına dəvət almış, 1960-cı ilədək bu 

kollektivdə  tərtibatçı  və geyim üzrə 

rəssam olaraq çalışmışdır. Həmçinin 

Azərbaycan Dövlət Rus Dram Te-

atrının bir sıra tamaşalarına geyim 

eskizləri çəkmişdir. 

Mütəxəssislər Bədurə  Əfqanlının 

rəssam kimi fəaliyyətindən 

danışarkən onun istedadı ilə yanaşı, 

əməksevərliyini, hər zaman axtarmaq 

həvəsini, peşəkarlığını xüsusi qeyd 

edirlər. Rejissorlar, dramaturqlar 

həmişə onunla həvəslə işləyiblər. 

1960-cı ildən “Azərbaycanfilm” 

kinostudiyasında geyim üzrə  rəssam 

işləyən sənətkar “Koroğlu”, “Leyli və 

Məcnun”, “Dəli Kür”, “Böyük dayaq”, 

“Dədə Qorqud”, “O qızı tapın”, “Qa-

tır Məmməd” kimi ekran əsərlərinə 

geyim eskizləri çəkmişdir. Bu gün 

onun bir çox əsəri Azərbaycan Dövlət 

Teatr Muzeyi və A.A.Baxruşin adı-

na Rusiya Mərkəzi Teatr Muzeyində 

(Moskva) saxlanılır. 

Görkəmli sənətkarın çeşidli ya-

radıcılığı  həmişə diqqət mərkəzində 

olmuş, ölkə  rəhbərliyi tərəfindən 

layiqincə qiymətləndirilmişdir. O, 

21 iyul 1949-cu ildə Azərbaycanın 

“Əməkdar incəsənət xadimi”, 1 iyun 

1974-cü ildə isə “Xalq rəssamı” fəxri 

adlarına layiq görülmüşdür. “Şərəf ni-

şanı” ordeni və medallarla təltif edil-

mişdir. 

İlk azərbaycanlı qadın teatr rəssamı 

Bədurə Əfqanlı 2002-ci il may ayının 

7-də vəfat etmişdir.   



Ə d ə b i y y a t

Səfərəliyeva, D. Əfqanlı 

Bədurə /D.Səfərəliyeva.- 

Bakı: İşıq, 1986.- 80 s. 

Əfqanlı Bədurə                 

//Azərbaycan Sovet En-

siklopediyası: 10 cilddə.- 

Bakı, 1980.- C.4.- S.243.

Gəncəli, S. Bədurə 

Əfqanlı //Gəncəli S. Qa-

dın, gözəllik və ülviyyət: 

(Ensiklopedik toplu).- 

Bakı, 2001.- S.279.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Bədurə_Əfqanlı

azertag.az/.../BADU-

RA_MALIK_QIZI_

AFQANLI-841319

25

Rəssam


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə