Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə136/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   132   133   134   135   136   137   138   139   ...   200

282

Ə d ə b i y y a t

Bilalov, B. Turizm 

fəaliyyətinin tənzimlənməsi: 

dərs vəsaiti /B.Bilalov; 

elmi red. H.Soltanova; elmi 

məsləhətçi A.M.Qasımov.-

Bakı: Mütərcim, 2006.-    

275 s.

Bilalov, B. Turizmin tarixi: 

dərs vəsaiti /B.Bilalov; red. 

İ.Z.Əliyev.- Bakı, 2008.- 

326 s.

Mükərrəmoğlu, M. 

Azərbaycan yüksək turizm 

potensialı olan ölkədir 

/M.Mükərrəmoğlu //Xalq 

qəzeti.- 2014.-27 sentyabr.-

S.6.

Yusifli, R. Turizm qeyri-

neft sektorunda prioritet 

istiqamətlərindən birinə 

çevrilir /R.Yusifli //Respub-

lika.- 2015.- 24 sentyabr.-

S.5.

Tarixdə bu gün

Ümumdünya  Turizm Günü 

1970

SENTY

ABR

27

 27 sentyabr Ümumdünya Turizm 

Günüdür. 1925-ci ildən Cenevrədə 

müxtəlif adlar altında fəaliyyət 

göstərən Turizm təşkilatı 1970-ci 

il 27 sentyabr tarixdə Ümumdünya 

Turizm Təşkilatı kimi formalaşıb. 

1979-cu ildə Baş  Qərargahı Mad-

rid  şəhərinə köçən təşkilat 27 sent-

yabr – Ümumdünya Turizm Günü-

nü təsis edib. Zəngin mədəni-tarixi 

irsə, əlverişli təbii şəraitə malik olan 

Azərbaycanda turizm sektoru sürətlə 

inkişaf edir. 

Dünya turizm təşkilatlarının 

məqsəd və 

vəzifələri turizm 

sənayesini təşkil edən təşkilat və 

şirkətlərin maraqlarını təmsil  etmək 

və müdafiə etmək, ölkənin iqtisa-

di yüksəliş problemlərinin həllində 

onlara yardım etməkdir. Ümumi xa-

rakterli ilk təşkilat 1925-ci ildə ya-

radılmış turizm təbliğininin rəsmi 

assosiasiyalarının Beynəlxalq Konq-

residir. O, 1927-ci ildə rəsmi Turizm 

Təşkilatıarının Beynəlxalq Konqre-

si, 1930-cu ildə isə turizmin təşkili 

və  Təbliğininin Beynəlxalq  İttifaqı 

adını almışdır. 1947-ci ildə ardıcıl 

olaraq dəyişən sadalanmış turizm 

strukturlarının bazasında beynəlxalq 

qeyri-hökumət təşkilatı - rəsmi tu-

rizm təşkilatlarının Beynəlxalq  İtti-

faqı (KTTBİ) təsis edilmişdir. 1969-

cu ildə BMT Baş Assambleyasının 

qətnaməsinə  əsasən qeyri-hökumət 

təşkilatı BRTTİ-nin hökumətlərarası 

Ümumdünya Turizm Təşkilatına 

(ÜTT) çevrilməsinə  səbəb oldu. 

1970-ci ilin sentyabrında KTTBİ-

nin  fövfqəladə Baş Assambleyası-

nın iclasında (Meksika) bu ittifaqın 

adının dəyişib hökumətlərarası tu-

rizm təşkilatı - Ümumdünya Tu-

rizm Təşkilatı (ÜTT) adı alması 

məsələsinə baxılmışdır. ÜTT-nin 

Nizamnaməsi 1970-ci il sentyabr 

ayının 27-də qəbul edilmişdir. 1975-

ci ildə Madrid şəhərində (İspaniya), 

Ümumdünya Turizm Təşkilatının 

Birinci Baş Assambleyası keçirildi 

və Robert Lonati Təşkilatın Baş Ka-

tibi seçildi. Həmin il rəsmən BMT-

nin beynəlxalq ixtisaslaşmış təşkilatı 

- ÜTT-nin yaranması ili hesab edilir. 

1980-ci ildə ildə keçirilmiş 2-ci Baş 

Assambleyasında hər il sentyabrın 

27-nin “Beynəlxalq Turizm Günü” 

kimi qeyd olunması qərara alındı.

Azərbaycan Respublikasının 

Avropa ölkələri ilə  əlaqəsi Bakı-

Ceyhan neft kəmərinin başa çatma-

sı, neft hasilatının gəlirlərinin digər 

sahələrlə istifadəsi avtomobil yolları-

nın restruktizasiyası “Avropa-Asiya 

dəhlizi” üçün TRASEKA proqramı 

beynəlxalq turizmin inkişafına şərait 

yaratmışdır.

Azərbaycan Respublikası 2001-

ci ilin sentyabr ayında ÜTT-nin Baş 

Assambleyasının XIV sessiyasının 

qərarı ilə bu təşkilatın tam hüququlu 

üzvlüyünə qəbul edilmişdir.




283

Ə d ə b i y y a t

Allahverdiyev, B. Kitab-

şünaslıq: dərs vəsaiti                 

/ B.Allahverdiyev; red. 

R.Abdullayev.- Bakı: ADU, 

1974.- 181 s.

Allahverdiyev, B. Ümumi 

kitab tarixi: tədris metodik 

vəsait /B.Allahverdiyev; 

elmi red. İ.O.Vəliyev.-Bakı: 

Azərbaycan Milli Ensiklope-

diyası nəşriyyat poliqrafiya 

Birliyi, 2003.- 384 s.

Mirəhmədov, Ə. Sovet 

Azərbaycanının kitab 

mədəniyyəti: kütləvi oçerk 

/Ə.Mirəhmədov, H.Həsənov; 

red hey.: C.Ş.İldırımzadə, 

Ə.R.Xanbabayev, 

Ə.S.Qasımov, 

M.M.Əfəndiyev.- Bakı: 

Azərnəşr, 1975.- 82 s.

Qutenberq İohan                   

//Azərbaycan Kitabxana 

Ensiklopediyası: AKE                 

/Azərb. Resp. Məd. və Turizm 

Naz; Azərb.Milli Kitabxana-

sı; lay. rəh. Ə.Qarayev; baş 

red.K.Tahirov; elmi red.A. 

Xələfov və b; .-Bakı, 2015.-

S.395.

Tarixdə bu gün

İlk kitab çapı

1472 

SENTY

ABR

30

İlk kitab çapının  əsasını Çin 

sənətkarı Bi Şen qoymuşdur. (1041-

48). Avropada Almaniya kitab çapı-

nın vətəni hesab edilir. Hərəkət edən 

literlər, çap dəzgahı ilə kitab çapının 

həyata keçirilməsi alman xalqının XV 

yüzillikdə  ən böyük nailiyyəti hesab 

olunur. A.Zenefelder 1798-ci ildə li-

toqrafiyanı  kəşf edib, ingilis U.Çörç 

1822-ci ildə  şriftyığan,1867-ci ildə  

isə rus P.P.Knyagininski avtomat 

şriftyığan maşın ixtira ediblər. 

Avropada ilk kitab çapı XV əsrin 

40-cı illəri  İohann Qutenberqin 

adı ilə bağlıdır.  İohann Qutenberq 

təqribən 1394-1399-cu illərdə Mayns 

şəhərində anadan olmuşdur. Avropa 

kitab çap üsulunu yaratmış alman 

ixtiraçısıdır.  Əsrin ikinci onilliyində 

Qutenberqlər ailəsi Maynsdan Stras-

burq şəhərinə köçür.

 Qutenberqin dahi ixtirası ondan 

ibarət idi ki, o metal hərfləri tərsinə 

olaraq, metaldan qabarıq  şəkildə 

hazırlayır. Bu hərflərdən yığlılan 

mətnləri o, sonra kağızın üzərində 

çap edir. İxtiranı geniş  tətbiq etmək 

üçün onun vəsaiti çatmır və 448-ci 

ildə Maynsa qayıdan Qutenberq Yo-

han Faust ilə müqavilə bağlayır və 

mətbəənin  şərikli sahibi olurlar. An-

caq  Faust tədricən işdən uzaqlaşır 

və kiçik maliyyə  vəsaiti və heç bir 

təcrübəyə malik olmayan işçilərlərlə 

Qutenberq çalışaraq, Fausta  böyük 

məbləğdə faiz ödəyir.

 1456-cı ildə o, 5 müxtəlif formada 

hərflər hazırlayır və Elia Donatın latın 

qrammatikasını  və iki Bibliyanı çap 

edir. Şriftinin quruluşuna və formatına 

görə Bibliya orta əsr  əlyazmalarının 

qotik üslublu kitablarına oxşayırdı. 

Rəngli inisalları  və ornamentləri isə 

rəssamlar tərəfindən hazırlanmış-

dı. İohann Balbinin 1460-cı ildə çap 

edilmiş “Katolikon” əsərinin çapını 

da  İohann Qutenberqin adı ilə bağ-

layırlar. Qutenberq çap işindən gəlir 

gələnə  qədər uzun müddət  şərikinə 

pul verməkdən boyun qaçırır. Faust 

onu məhkəməyə verərək, faizlərin 

ödənilməsini tələb edir. Məhkəmədə 

o, uduzur və mətbəə bütünlüklə Fuas-

ta keçir və Qutenberq hər şeyi təzədən 

başlamalı olur. O, sonra vətəninə 

Qutenberqə qayıdır və orada yeni çap 

mətbəəsinin açılması ilə məşğul olur.

Maynsda yaşayan hüqüqşünas Dr. 

Konrad Humeri ilə Qutenberq ara-

sındakı razılaşmaya  əsasən 1468-ci 

ildə o, çap mətbəəsi yaradır. 1465-

ci ildə Qutenberq Nassau zadəganı 

tərəfindən sarayda çap işinə götürü-

lür. Ona illik paltar, şərab, buğda ve-

rilir və vergilərdən azad olunur.

Qutenberq ömrünün sonuna kimi 

Maynsda yaşayır. 1468-ci ildə  vəfat 

edir. Məzarının yeri məlum deyil.

545 

illiyi



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə