Teqvim-2017. pdf


Tarixdə bu gün Yeni il



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə16/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   12   13   14   15   16   17   18   19   ...   200

34

Tarixdə bu gün

Yeni il

Y

ANV

AR

Dünya xalqlarının böyük əksəriyyəti 

yeni ilin başlanğıcını dekabrın 31-dən 

yanvarın 1-nə keçən gecə qeyd edirlər. 

Yeni il Yer kürəsinin bütün guşələrində 

dini etiqadlarından asılı olmayaraq 

müxtəlif xalqlar tərəfindən geniş qeyd 

olunan  ən məşhur bayramlardandır. 

Yeni ili bayram etməklə insanlar belə 

hesab edirlər ki, bütün uğursuzluq və 

kədərli anlar köhnə ildə qalır, yeni il 

yeni arzular və ümidlər gətirir.

Yeni il bayramı Azərbaycanda da ge-

niş qeyd edilir. Bu bayramın öz tarixçəsi 

var. Bəzi fərziyyələrə görə Yeni ili ilk 

dəfə qədim çinlilər qeyd ediblər. Digər 

mənbələrdə bu, qədim germanlar və 

romalıların adı ilə bağlanır. Başqa bir 

mənbə isə  ənənənin Mesopotamiyada 

yarandığını sübut etməyə  cəhd etmiş, 

bayramın yaranmasının azı 25 əsrlik ta-

rixi olduğunu iddia etmişdir.

Yeni ilin yanvarın 1-dən hesab olun-

ması xristianlığın tarixi ilə bağlıdır. 

Rəvayətə görə, İsa peyğəmbər dekabrın 

24-də anadan olduğu üçün xristianlar 

bu günü İsa Məsihin doğulması şərəfinə 

Milad bayramı kimi qeyd edirlər. Mi-

lad bayramının ilkin mənbəyi hər il qış 

günəş duruşu zamanı (21-25 dekabr) 

“xilaskar allahın doğulması” ilə əlaqədar 

keçirilən qədim bütpərəst mərasimi ol-

muşdur. Milad bayramını ilk dəfə Roma 

xristian icmaları keçirmişdir. Bu bayram 

431-ci ildə qanuniləşdirilmişdir. Bizim 

istifadə etdiyimiz təqvim də  məhz mi-

ladi təqvim adlanır. Bu təqvimə əsasən 

yeni il yanvarın 1-dən başlanır.

Yeni ilin rəmzlərindən biri Şaxta ba-

badır.  Şaxta babanı müxtəlif ölkələrdə 

müxtəlif cür adlandırırlar. Bütün hal-

larda  Şaxta baba uşaqların sevimli-

sidir. Yeni il gecəsində onlar evlərə 

heç vaxt əliboş  gəlmir, torbalarındakı 

hədiyyələrlə uşaqları sevindirirlər.

Dekabrın 31-i gecəsi insanlar bayram 

süfrəsi ətrafında toplaşırlar. İlin başa çat-

dığını göstərən saat zənginin təntənəli 

sədaları altında sağlıqlar söyləyir, sonra 

isə şampan şərabı ilə dolu qədəhləri toq-

quşdurur, yeni ildə bir-birinə xoş günlər 

və sağlamlıq arzulayırlar.

Yeni il bayramını al-əlvan, bərli-

bəzəkli yolkasız təsəvvür etmək qeyri-

mümkündür.  Əlbəttə, bu yolka təbii 

küknar ağacından olsa və yarpaqları 

ətir saçsa daha gözəl olardı. Amma 

təbiəti qorumaq naminə süni yolka-

larla da keçinmək olar. Çoxları yolka 

bəzəmək  ənənəsini də xristian diniylə 

əlaqələndirir.  Əslində isə, həyat rəmzi 

olan yolkanın bəzənməsi tarixi xristian-

lıqdan əvvəl başlamış və hansısa bir dinlə 

bağlı deyil. Yeni il yolkası haqqında ilk 

yazılı  məlumat XVI əsrə  təsadüf edir. 

Həmin mənbələrə görə, o vaxt alman 

şəhəri olan Strasburqda Yeni il gecəsi 

həm kasıb, həm də adlı-sanlı zadəgan 

ailələrində şam ağacları rəngli kağızlar, 

meyvələr və  şirniyyatla bəzədilirmiş. 

Vaxt keçdikcə bu adət bütün Avropaya 

yayılır. Amerikaya isə yolkanı bura-

da məskunlaşan almanlar gətirmişlər. 

1851-ci ildə burada ilk dəfə  təntənəli 

şəkildə yolka fənərlərinin yandırılması 

mərasimi keçirilmişdir. O vaxtdan hər il 

Yeni il bayramında Ağ evin qarşısında 

bu mərasim keçirilmiş, beləcə yolka bü-

tün dünyada məşhurlaşmışdır.

Ə d ə b i y y a t

 

Anar. İstəklərin, amalla-



rın ortaqlaşdığı bayram         

/Anar //Xalq qəzeti.-

2016.- 6 yanvar.- S.3.

Əlibalaqızı, S. Dünyada 

Yeni il: Fərqli ənənə və 

mərasimlər /S.Əlibalaqızı                 

//Mədəniyyət.- 2014.- 30 

dekabr.- S.15.

İkramqızı, F. Yeni ili necə 

qarşılamalı? /F.İkramqızı 

//İki sahil.- 2013.- 29 

dekabr.- S.13.

Mustafayev, O. Dün-

ya xalqlarının yeni il 

ənənələri /O.Mustafayev 

//Azərbaycan müəllimi.- 

2012.- 28 dekabr.- S.12.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/xalqqazeti/2016/

yanvar/471081.htm

http://www.anl.az/down/

meqale/medeniyyet/2014/

dekabr/411677.htm

1


35

Tarixdə bu gün

25

illiyi

Milli Olimpiya Komitəsi

1992 

Y

ANV

AR

Azərbaycanda Milli Olimpiya Komitəsi 

1992-ci il yanvar ayının 14-də keçiril-

miş Ümumrespublika konfransında təsis 

edilmişdir. Milli Olimpiya Komitəsinin 

yaradılması  və onun Beynəlxalq Olim-

piya Komitəsi tərəfindən tanınması ilə 

ölkəmizin Olimpiya Hərəkatında yeni bir 

dövr başlayır. Milli Olimpiya Komitəsinin 

tarixi, müstəqilliyimizin tarixi ilə üst-üstə 

düşür. 1992-ci ildən fəaliyyət göstərən 

Milli Olimpiya Komitəsinə 1997-ci ildə 

cənab  İlham  Əliyev sədr seçiləndən son-

ra Azərbaycanda olimpiya hərəkatının 

dirçəliş dövrü  başlamışdır. Bu illər ərzində 

Milli Olimpiya Komitəsinin təşkilati və 

quruculuq işləri bir an belə  səngiməyib. 

Hazırda ölkəmizin demək olar ki, bütün 

bölgələrində olimpiya idman komplekləri 

vardır. Bi

r sıra ixtisaslaşmış idman qur-

ğuları tikilib istifadəyə verilmiş, mövcud 

idman obyektləri yenidən qurulmuşdur. 

Artıq Azərbaycan Beynəlxalq Olimpiya 

Hərəkatına müstəqil bir dövlət kimi qo-

şularaq öz idman potensialını tam nüma-

yiş etdirmək imkanı  əldə etdi. İdmanın 

müxtəlif növlərinin inkişafı üçün konk-

ret addımlar atılmış, federasiyaların 

rəhbərliyi gücləndirilmişdir. Nazirlik, 

Milli Olimpiya Komitəsi, federasiyalar, 

idman cəmiyyətləri, klublar bir ailə kimi 

fəaliyyətə başlamış  və beləliklə, idman 

uğurlarımızı şərtləndirmişdir.

Azərbaycan Beynəlxalq və Avropa 

Olimpiya komitələrinin fəal üzvüdür. Bi-

zim uğurlarımız beynəlxalq idman qu-

rumları tərəfindən qiymətləndirilir. İdma-

nın inkişafına verilən beynəlxalq dəstək 

və qiymət çox yüksək səviyyədədir. 

Beynəlxalq Olimpiya federasiyalarının 

dəstəyi ilə ölkəmizdə çoxsaylı idman ya-

rışları - Avropa və dünya çempionatları, 

Olimpiya, qeyri-olimpiya idman növləri 

üzrə çempionatlar keçirilmişdir.

Milli Olimpiya Komitəsi Azərbaycanda 

Olimpiya Hərəkatının daha da 

genişlənməsi, onun maddi-texniki bazası-

nın möhkəmləndirilməsi, idmançılarımızın 

hazırlıq səviyyəsinin yüksəldilməsi üçün 

onların beynəlxalq yarışlarda iştirakının 

təmin olunması yolunda səmərəli fəaliyyət 

göstərir. Milli Olimpiya Komitəsi bu mü-

hüm vəzifələrin həyata keçirilməsi üçün 

ölkənin müxtəlif dövlət və ictimai qurum-

ları ilə, habelə dünyanın ayrı-ayrı olimpi-

ya və idman təşkilatları ilə sıx əməkdaşlıq 

əlaqələri yarada bilmişdir. Milli Olimpiya 

Komitəsi idmanın maddi-texniki bazasının 

genişləndirilməsi və müasirləşdirilməsi 

istiqamətində böyük uğurlar əldə etmişdir. 

İdmançılarımızın Olimpiya Oyunlarında-

kı nailiyyətləri, mötəbər idman yarışları-

nın keçirilməsində toplanmış  təcrübə  və 

beynəlxalq  əlaqələrin yüksək səviyyədə 

qurulması Milli Olimpiya Komitəsini qitə 

olimpiya qurumlarının ön sıralarına çıxar-

maqla nüfuzlu təşkilata çevirmişdir. Res-

publikamızın paytaxtı Bakı şəhəri 2020-ci 

il Olimpiya Oyunlarının keçirilməsi üçün 

namizədliyini irəli sürmüş və iddiaçı şəhər 

kimi qeydə alınmışdır.

2015-ci ildə Avropanın idman tarixində 

ilk dəfə baş tutan I Avropa Oyunlarına ev 

sahibliyi edən Azərbaycan, qitənin idman 

tarixinə yeni bir səhifə yazmağı bacardı. 

Azərbaycan ölkələrin medal cədvəlində 

fəxrlə II yerdə qərarlaşdı. 

Bakı dünyada çox nüfuzlu “Formula-1” 

yarışlarına ev sahibliyi etdi. Dünya Şah-

mat Olimpiadası, İslam Həmrəylik Oyun-

ları da ölkəmizdə keçiriləcək.



Ə d ə b i y y a t

 

Azərbaycan Respubli-



kasının Milli Olimpiya 

Komitəsi 20 il: [1992-

2012] /[Ç.Hüseynzadə, 

C.Rəhmanov; tərc. 

L.Hüseynova; dizay-

ner A.Əliyev; foto. 

D.Nəcəfov [və b.]].-

Bakı: [İMAK], 2012.-

455 s.

Əlizadə, Ş. Azərbaycan 

bu gün dünyada 

idman dövləti kimi 

tanınır: Dövlətimizin 

başçısı İlham Əliyev 

bildirib ki, ölkəmizin 

idman nailiyyətləri 

artıq dünyada yüksək 

qiymətləndirilir                                 

/Ş.Əlizadə                                  

//Respublika.-2015.- 7 

yanvar.- S.1.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/respublika/2015/

yanvar/412435.pdf

14


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə