152
Milli ədəbiyyat
Mirzə Ələkbər Sabir
1862-1911
MA
Y
Mirzə Ələkbər Zeynalabdin oğlu
Tahirzadə (M.Ə.Sabir) 1862-ci il may
ayının 30-da qədim Şamaxı şəhərində
anadan olmuşdur. Balaca Ələkbər 1874-
cü ildə 12 yaşına qədər dini düzgün
anlamayan və təbliğ etməyən mövhu-
matçıların yanında oxumuş, sonra Se-
yid Əzimin açdığı yeni üsullu məktəbə
keçmişdir. Bu məktəb onun üçün fay-
dalı olmuş, xüsüsilə biliyinin və şairlik
istedadının inkişafına kömək etmişdir.
Müəllimi Ələkbərə fars dilindən şeirlər
tərcümə etdirir, sonra bu tərcümələri
oxuyub ona məsləhətlər verir, məktəbli
şairin yaradıcılıq həvəsini artırırdı.
Sabir bədii yaradıcılığa kiçik
yaşlarında, Seyid Əzim Şirvaninin
məktəbində oxuduğu zaman başlamış,
ilk şeirlərini Şərqin Firdovsi, Sədi, Fü-
zuli kimi böyük klassiklərinin təsiri
ilə qəzəl janrında əsasən, mədhiyyə,
növhə, mərsiyə yazmışdır. Bir müddət
ziyarət adı ilə Aşqabad, Buxara,
Səmərqənd, Mərv, Səbzəvar, Xora-
san şəhərlərində yaşayıb, özbək və
türkmən ziyalıları ilə yaxından tanış
olması, həyat müşahidələrini, bilik və
məlumatlarını zənginləşdirmişdir. XIX
əsrin axırı və XX əsrin əvvəllərində
C.Məmədquluzadə, F.Köçərli,
A.Səhhət, S.M.Qənizadə və b. ilə
dostluğu, qabaqcıl ictimai ideyaların
təsiri onun yaradıcılıq inkişafına cid-
di təkan vermişdir. Milli oyanışa nail
olmağın yolunu şair elmə və təhsilə
yiyələnməkdə, özünüdərketmədə,
maariflənməkdə görürdü. Ona görədir
ki, M.Ə.Sabirin yaradıcılığında məktəb,
maarifçi ziyalı, məktəbə gedən uşağa,
elmə, təhsilə köhnəpərəst münasibətin
tənqidi mühüm yer tutur. Onun bu möv-
zuda yazdığı yüzlərlə şeiri Azərbaycan
ədəbiyyatında satirik-demokratik jan-
rın ən gözəl nümunələridir.
“Molla Nəsrəddin” jurnalında işti-
rakı (1906-1911) Sabir yaradıcılığının
ən yetkin və məhsuldar dövrüdür.
M.Ə.Sabir 1911-ci ildə qaraciyər
xəstəliyindən vəfat etmiş, Şamaxıdakı
“Şahi-Xəndan” xiyabanında dəfn olun-
muşdur.
Sabirin əsərlərinin külliyyatı ilk
dəfə olaraq vəfatından sonra, 1912-
ci ilin axırlarında “Hophopnamə” adı
altında çapdan çıxmışdır. Kitaba ad
seçərkən Abbas Səhhət şairin “Molla
Nəsrəddin”də işlətdiyi ilk gizli (Hop-
hop) imzasını əsas götürmüşdür.
Şairin adı Azərbaycan xalqı
tərəfindən əbədiləşdirilmiş, adına kitab-
xanalar açılmış, Şamaxıda ev-muzeyi
yaradılmış, 100 illiyi münasibətilə poçt
markası buraxılmışdır. Bakıda Sabir
adına kütləvi kitabxana uzun illərdir
ki, fəaliyyət göstərir.
1958-ci ildə Bakının mərkəzi
küçələrinin birində heykəltəraş
M.Qaryağdının yaratdığı M.Ə.Sabirin
yeni heykəli əvvəllər burada qoyulmuş
abidəni əvəz etmişdir.
30
Ə d ə b i y y a t
Hophopnamə /M.Ə.Sabir;
tərt. ed., müqəd. və qeyd.
müəl. A.Bayramoğlu;
naşir B.Axundov; elmi
red. T.Kərimli; rəssam
A.Hüseynov; Azərb. Resp.
Mədəniyyət və Turizm
Nazirliyi.- Bakı: Təhsil,
2012.-549 s.
Eminalıyev, E.M. Mirzə
Ələkbər Sabir: həyatı və
sənəti /E.M.Eminalıyev;
elmi red. B.Nəbiyev.- Bakı:
[s.n.], 2012.- 175 s.
Mirzə Ələkbər Sabir - 150:
biblioqrafiya /Azərb. Resp.
Mədəniyyət və Turizm Na-
zirliyi, Azərb. Milli Kitab-
xanası; tərt. M.Həsənova,
G.Misirova; ixtisas red. və
burax. məs. K.Tahirov; red.
M.Vəliyeva.- Bakı, 2012.-
382 s.
Mirza Alakbar Sabir,
satiric poet, 1862-1911
/Ministry of Culture and
Tourism Republic of
Azerbaijan; consulting
V.Bahmanli; publis-
hing M.Khan; trans.
K.Nasibova; editor
N.Jabbarli, J.Huseynov;
design T.Farzi; art
V.Saftarov.- Baku: Khan,
2015.- 36 p.
Qərib. Milli şairimiz Sabir
/Qərib //Ədəbiyyat qəzeti.-
2015.- 30 may.
155
illiyi
Şair
153
Musiqi.Opera.Balet
Əliağa Quliyev
1917-1998
MA
Y
Əliağa Eyvaz oğlu Quliyev 1917-ci
il may ayının 9-da Bakıda doğulmuş-
dur.
1934-cü ildə Ə.Quliyev Asəf Zeynal-
lı adına Orta İxtisas Musiqi Məktəbinin
tar sinfinə qəbul olunmuş, birinci kurs-
da oxuyarkən Üzeyir bəyin təşkil etdi-
yi gənc istedadlar - tarzənlər arasında
müsabiqədə iştirak etmiş, yeni yaradılan
Xalq Calğı Alətləri Orkestrinə işə qəbul
olunmuşdur. 1936-cı ildə Ə.Quliyev
Opera teatrında və radionun orkestrində
daimi işləməyə başlamışdır.
1937-ci ildə böyük uğurla qarşıla-
nan “Koroğlu” operasının premyera-
sında, 1938-ci ildə Moskvada keçirilən
Azərbaycan ədəbiyyatı və incəsənəti
ongünlüyündə tar ifaçısı kimi ansaml-
da ifa etmişdir. 1939-cu ildə konser-
vatoriyanın xor-dirijorluq fakültəsinə
qəbul edilən gənc tarzən İkinci Dünya
müharibəsinin başlanması ilə təhsilini
yarımçıq qoyub cəbhəyə yola düşmüş-
dür.
1946-cı ildə vətənə qayıdanda
döyüşlərdə göstərdiyi şücaətlərə görə
Əliağa Quliyev I və II dərəcəli “Böyuk
Vətən müharibəsi”, “Qırmızı Ulduz”
ordenləri, iki “Döyüş xidmətlərinə
görə” medalı və mükafatlara layiq gö-
rülmüşdür.
Əhməd Bakıxanovun ansamblında
əsl məktəb keçən tarzən 1951-ci ildə
yeni bir ansambl yaratmış, Paris, Mar-
sel, Neapol, İstanbul, Ankara, Varşava,
Praqa, Qahirə Tehran, Dehli, Cakarta,
Aleksandriya və başqa şəhərlərdə çıxış-
ları ilə Azərbaycan musiqisini dünyada
təbliğ etmişdir.
Əliağa Quliyev 1971-ci ildə Mosk-
vada Ümumdünya musiqi konqresində,
1973-cü ildə Alma-Atada Asiya
ölkələri xalqlarının musiqi festiva-
lında, 1983-cü ildə “Daşkəndin qızıl
payızı” müsabiqəsində, UNESCO-
nun xətti ilə keçirilən bir çox
tədbirlərdə Azərbaycanın milli musiqi
mədəniyyətini ləyaqətlə təmsil etmişdir.
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”
operasının radio yazılışını solo tarda
müşayiət edən məşhur sənətkar, həm də
bir sıra mahnıların müəllifidir.
Onun “Dağlar”, “Alyanaq”, “Vü-
sal” kimi populyar nəğmələrini ta-
nınmış müğənnilər ifa ediblər. Əliağa
Quliyev həm də fəal ictimaiyyətçi idi.
Uzun müddət Azərbaycan Dövlət Fi-
larmoniyasında partiya təşkilat katibi,
Azərbaycan Dövlət Qastrol - Konsert
Birliyi Həmkarlar Təşkilatınin sədri
olmuşdur.
Onun Azərbaycan musiqisinin
təbliğində xidmətləri dövlətimiz
tərəfindən yüksək qiymətləndirilmiş,
Azərbaycanın “Əməkdar artist”, sonra
isə “Xalq artisti” fəxi adlarına layiq gö-
rülmüşdür.
Əliağa Quliyev 1998-ci il yanvar
ayının 11-də vəfat etmişdir.
26
9
Ə d ə b i y y a t
Əliyeva, İ. Sarı
simlə möcüzələr
yaradırdı /İ.Əliyeva
//Azərbaycan.- 2014.-
15 avqust.- S.7.
İncə duyğular
tərənnümçüsü
//Mədəniyyət.- 2014.- 9
may.- S. 13.
100
illiyi
Tarzən